Microsoft Word musa qasimli doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

 

 

MUSA QASIMLI 

ELMİRA HÜSEYNOVA 

 

 



 

 

 



 

 

AZƏRBAYCANIN  



XARİCİ İŞLƏR NAZİRLƏRİ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“ADİLOĞLU” nəşriyyatı 

BAKI‐2003 

 

 



 


 

 

 



 

 

 



 

   Elmi redaktor və rəyçilər    ‐    Həsən Əlibəyli,  

                                                    tarix elmləri doktoru, professor 

‐   Namik Axundov, 

      

 

 



 tarix elmləri doktoru, professor 

                                      

 

 

Qasımlı M., Hüseynova E. Azərbaycanın xarici işlər nazirləri.  ‐ Bakı, Adiloğlu, 2003. ‐   112 s. 



 

 

Kitabda Azərbaycan və Böyük Britaniya arxiv materialları, rəsmi dövlət və hökumət sənədləri, dövri mətbuat 



əsasında  1918‐ci  ildən  sonrakı  tarixi  mərhələdə  Azərbaycanın  xarici  işlər  nazirlərinin  bioqrafiyası  verilmişdir. 

Kitab diplomatlar və Azərbaycan diplomatiya tarixi ilə maraqlanan şəxslər üçün əhəmiyyətlidir.   

 

İSBN 9952-25-008-8  



 

 

 



 4719121574

 

      121‐2003                sifarişlə                                      © M.QASIMLI 



 

 

        



 

 



 

 

 



 

 

 



 

 

Kitabın içindəkilər 

 

 

Ön söz 





Məmmədhəsən Hacınski 



Əlimərdan bəy Topçubaşov 



Fətəli xan Xoyski 

14 

Məmmədyusif Cəfərov 

20 

Nəriman Nərimanov 

23 

Mirzədavud Hüseynov 

31 

Mahmud Əliyev 

35 

Tahirə Tahirova 

37 

Elmira Qafarova 

39 

Hüseynağa Sadıqov 

42 

Tofiq Qasımov 

43 

Həsən Həsənov 

47 

Tofiq Zülfüqarov 

52 

Vilayət Quliyev 

55 

 

 

 

 



 

 

 



 

 

 




 

ÖN SÖZ 

 

Əziz  oxucu!  Xalqımızın  qədim  və  zəngin  dövlətçilik  tarixinin  səhifələrindən  biri  diplomatiya  tarixidir. 

Minilliklər  boyu  dünya  siyasətində  mühüm  yer  tutmuş  diplomatiyamızın  tarixində  XX  əsrdə  ilk  dəfə  olaraq 

xalqımızın  DÖVLƏT  MİLLƏTİNƏ  çevrildiyi  1918‐1920‐ci  illər  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrü  xüsusi 

önəm  daşıyır.  Bu  illərdə  qurulan  Xarici  İşlər  Nazirliyi  (XİN)  dövlətimizin  müstəqil  xarici  siyasətini  həyata 

keçirərək tariximizə qızıl hərflərlə yazılmışdır. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları 

olmuş  Məmmədhəsən  Hacınski,  Əlimərdan  bəy  Topçubaşov,  Fətəli  xan  Xoyski,  Məmmədyusif  Cəfərov  böyük 

dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 

1920‐ci  ilin  aprelində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bolşevik  Rusiyasının  təcavüzünə  məruz  qalması 

nəticəsində  Vətənimiz  işğal  edildikdən  və  dövlət  müstəqilliyimiz  itirildikdən  sonra  Xarici  İşlər  Nazirliyi  ləğv 

edilərək yerində Azərbaycan  SSR Xalq Xarici  İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir  ciddi səlahiyyətlərinin 

olmamasına  baxmayaraq,  Xalq  Xarici  İşlər  Komissarlığı  1920‐1922‐ci  illərdə  xarici  ölkələrlə  müəyyən  səviyyəli 

ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları 

Nəriman Nərimanov və Mirzədavud Hüseynov olmuşlar. Lakin tezliklə XKİK də ləğv edildi. SSRİ yaradıldıqdan 

sonra  Azərbaycanın  müstəqil  xarici  siyasəti  tamamilə  dayandırıldı.  Yalnız  ikinci  dünya  müharibəsinin  sonlarına 

yaxın  yaranmış  beynəlxalq  şəraitdə  sovet  hökuməti  öz  maraqlarına  uyğun  olaraq  1944‐cü  ildə  Azərbaycan  SSR 

XKİK‐i  bərpa  etdi.  1946‐cı  ildən  XKİK  Xarici  İşlər  Nazirliyinə  çevrildi.  Lakin  XİN  yenə  də  ciddi  səlahiyyətləri 

olmayan  qurum  idi.  Bu  dövrdən  başlayaraq  Azərbaycanın  xarici  siyasət  idarəsinə    Mahmud  Əliyev,  Tahirə 

Tahirova, Elmira Qafarova, Hüseynağa Sadıqov (həm də dövlət müstəqilliyinin ilk yeddi ayında) başçılıq etmişlər. 

Bütün mürəkkəb və ziddiyyətli cəhətlərinə baxmayaraq, heç şübhəsiz, tariximizin maraqlı tərkib hissələrindən olan 

sovet  dövründə  də  Azərbaycan  mərkəzi  hakimiyyət  vasitəsi  ilə  ölkənin  beynəlxalq  əlaqələrində  bu  və  ya  başqa 

dərəcədə iştirak etmişdir. 50‐ci illərin ortalarından etibarən canlanmağa başlayan beynəlxalq əlaqələr əvvəlki illərlə 

müqayisədə 70‐80‐ci illərdə xeyli geniş olmuşdur. 

Uzun illər boyu müxtəlif formalarla sovet rejiminə qarşı apardığı mübarizə və 80‐ci illərin sonu ‐ 90‐cı illərin 

əvvəllərində beynəlxalq aləmdə yaranmış əlverişli şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət 

müstəqilliyini  bərpa  edərək  ikitərəfli  və  çoxtərəfli  beynəlxalq  əlaqələr  qurmağa  başladı.  Dövlət  müstəqilliyimiz 

dünyanın  əksər  dövlətləri  tərəfindən  tanındı  və  diplomatik  münasibətlər  quruldu.  Azərbaycan  beynəlxalq  və 

regional  təşkilatların  üzvü  və  ya  yaradıcılarından    biri  oldu.  Müstəqillik  illərində  Azərbaycan  Respublikasının 

xarici işlər nazirləri Tofiq Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyev oldular. 

Azərbaycanın  xarici  işlər  nazirləri  işləmiş  şəxslərin  tərcümeyi‐halı  və  fəaliyyətini  araşdırmaq  həm  tarixilik, 

həm müasirlik, həm də diplomatiyamızın gələcək inkişafı baxımından əhəmiyyətlidir. Ancaq indiyədək ölkəmizdə bu 

barədə  ayrıca  kitab  yazılmamışdır.  Ona  görə  də  müəlliflər  Azərbaycan  və  Böyük  Britaniya  arxivlərinin 

materialları,  dövri  mətbuat  və  rəsmi  sənədlər  əsasında  xarici  işlər  nazirlərimizin  bioqrafik  kitabını  yazmışlar  və 

onun  yararlı  olacağı  inancındadırlar.  Kitabdakı  şəkillər  Azərbaycandakı  arxiv,  kitab,  qəzet  və  jurnallardan 

götürülmüşdür. 

Heç şübhəsiz,  yüz illər bundan sonra da dövlətimizin xeyli möhkəmlənməsində, region siyasətinə əsaslı təsir 

edəcək gücə çevrilməsində diplomatiyamız xüsusi rol oynayacaq və deməli, bu kitabın səhifələrinə yeni‐yeni xarici 

işlər nazirlərimizin tərcümeyi‐halı əlavə ediləcəkdir. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin