Microsoft Word musa qasimli doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
 

 

*** 

 

 



Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi. F.1,s. 405, iş 3167. 

 



Azərbaycan Sovet Ensiklopediyası. C.IV. Bakı, 1980. 

 



Qasımov M. Azərbaycan Respublikası dünya meridianlarında (mədəni əməkdaşlıq). Bakı, 1992. 

 



«Kommunist» qəzeti, 1937, 29 oktyabr, № 250; 22 noyabr, № 269; 16 dekabr, № 289; 1938, 23 

avqust, №195; 12 dekabr, №285; 1958, 25 sentyabr, №226. 

 

 

 



 

 

 

 

 

 

 

 

36



 

 

Tahirə Əkbər qızı Tahirova 

aprel 1959 – 23 noyabr 1983 

 

Azərbaycanın görkəmli ictimai, siyasi və dövlət xadimlərindən biri Tahirə 



Əkbər qızı Tahirova olmuşdur. O, 1913‐cü il noyabrın 7‐də Zakaspi vilayətinin  

(Türkmənistan) Bayraməli şəhərində müəllim ailəsində anadan olmuşdur. 

1920‐ci  ildə  Tahirovlar  ailəsi  Bakıya  köçmüşdür.  Tahirə  xanım  Bakıda 

məktəbə  getmiş  və  1929‐cu  ildə  onu  müvəffəqiyyətlə  bitirərək  Azərbaycan 

Neft  İnstitutunun  nəzdindəki  fəhlə  fakültəsinə  daxil  olmuşdur.  1935‐ci  ildə 

Azərbaycan  Neft  İnstitutunun  dağ‐mədən  fakültəsini  fərqlənmə  diplomu  ilə 

bitirmiş və Azərbaycan Elmi‐Tədqiqat İnstitutuna elmi işçi göndərilmişdir. 

Sovet  Azərbaycanının  15  illiyinin  təntənə  ilə  qeyd  edilməsi  münasibəti  ilə  1936‐cı  ilin  yanvaında 

Moskvada sovet partiya və hökumət rəhbərləri Azərbaycan nümayəndə heyətini qəbul etmişdilər. Onlar 

arasında gənc neft mühəndisi T.Tahirova da var idi. Bakıya qayıtdıqdan sonra elmi işi bir kənara qoyub 

bilavasitə  istehsalatda  çalışmağa  başlamışdır.  1936‐1937‐ci  illərdə  o,  gənc  neft mühəndisi  kimi  Bakının 

neft mədənlərində çalışmışdır. 

T.Tahirova  1937‐1940‐cı  illərdə  Azərbaycan  Sənaye  İnstitutunun  Neft  yataqlarının  istismarı 

kafedrasının aspirantı və asistenti olmuşdur. 

1940‐1942‐ci illərdə Azərbaycan Elmi‐Tədqiqat İnstitutunda çalışmış və respublika neft sənayesinin 

tərəqqisi,  yeni‐yeni  elmi  nailiyyətlərin  və  səmərəli  təkliflərin,  ixtiraların  tətbiqi  sahəsində  xeyli  iş 

görmüşdür. 

İstehsalatda və elmi işdə təcrübə qazanan T.Tahirova partiya işinə irəli çəkilmişdir. O, 1942‐1949‐cu 

illərdə  Azərbaycan  K(b)P  MK  neft  şöbəsi  müdirinin  müavini,  MK  katibinin  neft  üzrə  müavini, 

Azərbaycan  K(b)P  Bakı  Komitəsinin  kadrlar  üzrə  katibi  olmuşdur.  T.Tahirova  bu  vəzifələrdə 

Azərbaycan  neft  sənayesinin  hərtərəfli  inkişafı,  neft trestləri  və  mədənlərinin,  neftayırma  zavodlarının 

öhdəliyinə  düşən  vəzifələri  və  dövlət  planlarını  vaxtlı‐vaxtında  yerinə  yetirməsi,  «Azneft»  birliyinin 

işgüzar,  bacarıqlı  mütəxəssislərlə  –  rəhbər  işçilərlə,  mühəndis‐texniklərlə,  ustalarla  təmin  edilməsi  və 

düzgün  yerləşdirilməsi,  yeni‐yeni  təşəbbüs  və  yarışların  tətbiqi,  Bakının  bəzi  rayonlarının  kadr 

şöbəsinin  hesabatlarını  müzakirə  etmiş  müşavirələrin  keçirilməsi  və  onların  müəyyənləşdirilməsi 

sahəsində var qüvvəsi ilə çalışmışdır. 

Azərbaycan  xalqına  və  dövlətinə  xidmətdən  usanmayan  T.Tahirova  müsəlman  dini  ayinlərinə 

riayət etdiyini Azərbaycan K(b)P MK və hökumətindən gizlətdiyi üçün partiya töhməti almış və bütün 

vəzifələrindən  götürülmüşdür.  O,  yenidən  elmi‐tədqiqat  və  müəllimlik  işinə  qayıdaraq  1949‐1954‐cü 

illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft və qaz yataqlarının istismarı kafedrasının müəllimi 

işləmiş  və  gənc  neftçi  kadrların  yetişdirilməsində  fəaliyyət  göstərmişdir.  O,  müəllimliklə  yanaşı,  dərs 

yükünün  çoxluğuna  baxmayaraq,  «Orconikidzeneft»  trestinin  8‐ci  mədəni  üzrə  tədqiqat  işi  apararaq  

1953‐cü  ildə  namizədlik    dissertasiyasını  müdafiə  etmiş  və  texniki  elmlər  namizədi  elmi  dərəcəsini 

almışdır.  Eyni  zamanda  o,  1954‐cü  ilin  iyununda  qiyabi  olaraq  Sov.İKP  MK  yanında  Ali  Partiya 

məktəbini bitirmişdir. 

1954‐1957‐ci  illərdə  T.Tahirova  Azərbaycan  Həmkarlar  İttifaqı  Şurasının  sədri  olmuşdur.  O, 

respublikada həmkarlar təşkilatlarının çoxalması və üzvlərinin sayının artması, istehsalatla əlaqələrinin 

daha  da  genişlənməsinə  bilavasitə  rəhbərlik  etmiş,  səmərəli  təkliflərin  və  ixtiraların  istehsalata  tətbiqi, 

yarışların  və  zərbəçilik  hərəkatının  genişləndirilməsi,  əhalinin  sosial  vəziyyətinin  və  istirahətinin 

yaxşılaşdırılması sahələrinə böyük diqqət vermişdir. 

T.Tahirova  1957‐1963‐cü  illərdə  Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Dövlət  Elm  və  Texnika 

Komitəsinin  sədri  və  Dövlət  Elmi‐Tədqiqat  İşlərini  Əlaqələndirmə  Komitəsinin  sədri  vəzifələrində 

çalışmışdır.  O, bu vəzifələrdə çalışdığı zaman elmin istehsalatla əlaqələrinin artmasına, yeni texnika və 

texnologiyaların  bilavasitə  istehsalata  tətbiq  olunmasına,  istehsal  proseslərinin  avtomatlaşdırılması  və 

37



 

mexanikləşdirilməsinin  genişləndirilməsinə  xeyli    dərəcədə  nail  olmuşdur.  Eyni  zamanda  yeni  texnika 

və texnologiyaların işlənib hazırlanması məsələləri ilə şəxsən məşğul olmuşdur. 

1959‐1983‐cü illərdə o, Azərbaycan SSR xarici işlər naziri və Nazirlər Soveti sədrinin müavini (1963‐

1968) işləmişdir. T.Tahirova xarici işlər naziri kimi Azərbaycanın xarici ölkələrlə iqtisadi, elmi‐texniki və 

mədəni  əlaqələrinin  ildən‐ilə  genişləndirilməsində,  respublikanın  sənaye  və  kənd  təsərrüfatı 

müəssisələrinin  SSRİ‐nin  xaricdəki  ticarət‐sənaye  sərgi  və  yarmarkalarında  öz  mallarını  nümayiş 

etdirməsində,  Bakıda  Bolqarıstan,  Macarıstan,  ADR,  ABŞ  və  s.  ölkələrin  ixtisaslaşdırılmış  sərgilərinin, 

Fransa,  Danimarka,  Portuqaliya,  Avstriya  və  İtaliyada  isə  Azərbaycanın  timsalında  SSRİ  günlərinin 

keçirilməsində, xarici diplomatlarla danışıqlar aparılmasında, eyni zamanda BMT Baş Assambleyasının 

XII,  XXIII,  XXX  sessiyalarında  sovet  nümayəndə  heyətləri  tərkibində  iştirak  etmişdir.  O,  dünya 

ölkələrinin  bu  ali  məclisində  diplomat  kimi  iştirak  etmiş  ilk  azərbaycanlı  qadın  olmuşdur.  T.Tahirova 

1960‐cı ildə SSRİ nümayəndə heyətlərinin tərkibində Hindistan, Birma, İndoneziya, Əfqanıstanda, 1961‐

1962‐ci illərdə isə SSRİ Qadınlar Komitəsi nümayəndə heyətlərinin tərkibində Tunis, Türkiyə və Əlcəza‐

irdə olmuşdur.  

70‐80‐ci  illərdə  Azərbaycanın  beynəlxalq  iqtisadi,  mədəni,  elmi‐texniki  və  b.  əlaqələri  xeyli  artdı, 

coğrafiyası  daha  da  genişləndi.  Moskvanın  vasitəsi  və  ciddi  nəzarəti  altında  həyata  keçirilən  bu 

əlaqələrə  bilavasitə  Azərbaycan  KP  MK  və  Beynəlxalq  əlaqələr  şöbəsi  rəhbərlik  edirdi.  Həmin  illərdə 

Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirildi.  

T.Tahirova deputatı kimi SSRİ Ali Sovetinin, Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan 

Kommunist  Partiyası  Bakı  Komitəsinin  plenumlarında,  konfranslarında  iştirak  etmiş,  Azərbaycan  Ali 

Soveti Rəyasət Heyətinin, AKP MK üzvü seçilmişdir. 

T.Tahirova Azərbaycanın ictimai həyatında fəal iştirakına görə hökumət tərəfindən Lenin ordeni, 5 

dəfə  Qırmızı  Əmək  Bayrağı,  Şərəf  nişanı,  Xalqlar  dostluğu  ordenləri  və  bir  çox  medallarla  təltif 

edilmişdir. 

1991‐ci il oktyabrın 26‐da Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin