Microsoft Word musa qasimli doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
 

 

 

 

 

 

 

 

 

 

30




 

 

Mirzədavud Bağır oğlu Hüseynov 

2 may 1920 – dekabr 1921 

Azərbaycan SSR xalq xarici işlər komissarı 

yanvar 1923 – yanvar 1924 

ZSFSR xalq xarici işlər komissarı 

 

Azərbaycanın  dövlət  və  ictimai  xadimlərindən  biri  də  Mirzədavud  Bağır 

oğlu Hüseynovdur. 

M.Hüseynov 1894‐cü ilin martında Bakı şəhərində ruhani ailəsində anadan 

olmuşdur.  O,  1906‐cı  ildə  ödənişsiz  şəhər  məktəbini  bitirmiş  və  Bakı  realnı 

məktəbinə  daxil  olmuşdur.  Bu  dövrdə  baş  vermiş  Rusiya  inqilabı  onun  dünyagörüşünün  formalaşma‐

sında  mühüm  rol  oynamışdır.  Şəhərdə  baş  verən  nümayiş  və  çıxışlar  zamanı  kapitalistlərin  və  çar 

jandarmasının  nümayiş  və  mitinq  iştirakçılarına  qarşı  cəza  tədbirləri  M.Hüseynovun  hərəkata 

qoşulmasında  mühüm  rol  oynamışdır.  O,  məktəbdə  gizli  müsəlman  şagird  dərnəyi  təşkil  etmişdir. 

Sonra  şəhərdəki  müsəlman  (azərbaycanlı)  şagird  dərnəklərini  birləşdirmişdir.  Bu  dərnəklərin  əsas 

məqsədi  müsəlmanları  çar  hökuməti  zülmündən  azad  etmək  idi.  Dərnəklərdə  siyasi  mühazirələr 

oxunur, siyasi tarix öyrənilirdi. 

1913‐cü  ildə  Bakı  realnı  məktəbini  müvəffəqiyyətlə  bitirən  M.Hüseynov  Moskvaya  gedərək 

Kommersiya  İnstitutunun  iqtisadiyyat  fakültəsinə  daxil  olmuşdur.  O,  Moskvada  oxuduğu  dörd  il 

ərzində  əsas  diqqətini  siyasi  iqtisadı  və  dövlət  maliyyəsini  dərindən  öyrənməyə  vermişdir.  1917‐ci  ilin 

may ayında tam kursu dinləmiş və bütün imtahanları verib Bakıya qayıtmışdır. 

1917‐ci  ilin  iyulunda  M.Hüseynov  Müsəlman  İctimai  Təşkilatları  Komitəsinə  Bakı  müsəlman 

tələbələri tərəfindən nümayəndə göndərilmiş və onun şurasına seçilmişdir. 

M.Hüseynov  1917‐1918‐ci  illərdə  Bakıda  müsəlman  tələbələri  arasında  inqilabi  iş  aparmış,  tələbə 

komitəsi yaratmış, Bakı Müsəlman Beynəlmiləl Partiya komitəsinin katibi olmuş və Bakı zəhmətkeşləri, 

Ağdaşda, Kürdəmirdə qaçqınlar arasında inqilabi təbliğat aparmışdır. 

 1918‐1919‐cu illərdə M.Hüseynov Hümmət Partiyasının üzvü, sədrin müavini, sonra isə sədri kimi 

Bakının  müsəlman  fəhlələri  arasında  iş  aparmışdır.  O,  eyni  zamanda  bu  dövrdə  Azərbaycan  Xalq 

Cümhuriyyəti Maliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır. 

1919‐cu  il  mayın  6‐12‐də  Bakı  proletariatının  tətili  baş  verdi.  Tətilin  əsas  səbəbi  ingilis 

komandanlığının  denikinçilərə  su  və  dəmiryolu  ilə  silah  göndərməsinə qarşı  yönəlmişdi.  Tətil  zamanı 

bütün  mədən,  zavod,  fabrik,  elektrik  stansiyaları  və  s.  yerlərdə  işlər  dayandırıldı.  Tətilin 

təşkilatçılarından  biri  M.Hüseynov  idi.  AXC  hökuməti tətilin  təşkilatçılarını  və  fəal  iştirakçılarını  təqib 

və  həbs  etməyə  başladı.  Tezliklə  həbs  olunacağından  xəbər  tutan  M.Hüseynov  gizli  inqilabi  fəaliyyətə 

keçmişdir. 

M.Hüseynov 1919‐1920‐ci illərdə Sabunçu, Balaxanı, Suraxanıda fəhlələr arasında  gizli təbliğati və 

təşviqati iş aparmışdır. 

1920‐ci  il  fevralın  11‐12‐də  Bakıda  gizli  şəraitdə  Azərbaycan  kommunist təşkilatlarının  I qurultayı 

keçirilmişdir.  Qurultayın  keçirilməsi  və  fəaliyyətində  M.Hüseynov  yaxından  iştirak  etmişdir. 

Qurultayda  M.Hüseynov  hazırki  vəziyyət  haqqında  məruzə  etmişdir.  Qurultayın  qəbul  etdiyi 

qətnamədə  göstərilirdi:  «Azərbaycan  kommunist  təşkilatlarının  birinci  qurultayı  indiki  vəziyyətə  dair 

edilən  məruzəni  dinləyib  qeyd  edir  ki,  Azərbaycan  Respublikasının  yaşadığı  kəskin  təsərrüfat  və 

iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin 

labüd  nəticəsidir  və  ancaq  onu  məhv  etməklə  aradan  qaldırmaq  olar».  Qurultay  AK(b)P  MK‐nın 

Ə.Bayramov, D.Bünyadzadə K.Ağazadə, V.Yeqorov, Ə.Qarayev, B.Naneyşvili, H.Sultanov, Y.Rodionov, 

M.Pleşakov,  A.Yusifzadə,  M.Hüseynov  və  b.  ibarət  tərkibini  seçdi.  Fevralın  12‐də    keçirilmiş  AK(b)P 

MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. M.Hüseynov AK(b)P MK Rəyasət Heyətinin 

sədri təsdiq edilmişdir. 

31



 

AK(b)P  MK‐nın  ilk  azərbaycanlı  rəhbəri  olmuş  M.Hüseynov  bu  vəzifəyə  seçildikdən  sonra 

partiyanın sıralarının artması və təşkilatlarının sayının çoxalması sahəsində xeyli iş görməyə başladı. 

M.Hüseynov bu dövrdə RK(b)P Qafqaz  Ölkə Komitəsinin təşəbbüsü nəticəsində yaradılmış Hərbi 

inqilabi  qərargahın  sədri  kimi  başqa  inqilabçılarla  bərabər  AXC  hökumətini  devirəcək  XI  Qızıl  ordu 

komandanlığı  ilə  birlikdə  ordu  hissələrinin  və  Bakı  fəhlələrinin  birgə  hərbi  əməliyyatı  planının 

tərtibində fəal iştirak etmişdir. 

1920‐ci  il  aprelin  26‐da  AK(b)P  MK‐nın  və  Bakı  Bürosunun  birgə  təcili  iclası  keçirilmiş  və  üsyana 

rəhbərlik  etmək  üçün  Azərbaycan  Müvəqqəti  İnqilab  Komitəsi  yaradılmışdır.  Onun  tərkibinə 

A.Əlimanov,  D.Bünyadzadə,  Ə.Qarayev,  Q.Musabəyov,  N.Nərimanov  və  H.Sultanovla  birlikdə 

M.Hüseynov da daxil olmuşdur. 

Aprelin  27‐dən  28‐nə  keçən  gecə  AXC  hökuməti  süqut  etdi,  Azərbaycan  parlamenti  buraxıldı, 

Azərbaycanda  sovet  hakimiyyəti  təşkil  edilməyə  başlandı.  Bu  münasibətlə  Azərbaycan  Müvəqqəti 

İnqilab  Komitəsinin  əhaliyə  etdiyi  müraciətdə  deyilirdi:  «Müsavat  Partiyasının  hökuməti…  bu  gün 

hakimiyyəti  Azərbaycan  İnqilab  Komitəsinə  –  Fəhlə,  Kəndli  və  Əsgər  Deputatları  Sovetlərinin 

Ümümazərbaycan  qurultayı  çağırılanadək  Azərbaycan  Kommunist  Partiyası  tərəfindən  yaradılan 

müvəqqəti Fəhlə‐kəndli hökumətinə təslim etdi». 

Aprelin  28‐də  Azərbaycan  Müvəqqəti  İnqilab  Komitəsinin  iclasında  yeni  sovet  hökuməti  – 

N.Nərimanov  başda  olmaqla  Azərbaycan  Sovet  Sosialist  Respublikası  Xalq  Komissarları  Soveti  təşkil 

olundu.  N.Nərimanov  Azərbaycan  XKS‐nin  sədri  və  xalq  xarici  işlər  komissarı,  M.Hüseynov  XKS 

sədrinin müavini və xalq maliyyə komissarı təsdiq edildi. 

M.Hüseynov  N.Nərimanov  Bakıya  gələnə  kimi  rəsmi  olaraq  istər  Azərbaycan  Müvəqqəti  İnqilab 

Komitəsinə, istərsə də Azərbaycan SSR XKS‐ə sədrlik etmiş, Azərbaycan MİK və Azərbaycan SSR XKS‐

nin verdiyi dekret və sərəncamları imzalamışdır.  

1920‐ci  il  mayın  5‐də  M.Hüseynovun  sədr  kimi  ilk  imzaladığı  dekretlərdən  biri  Azərbaycan 

kəndlilərinin uzun illərdən bəri həsrətində olduğu torpağın onlara verilməsi haqqında dekret olmuşdur. 

Dekretdə deyilirdi: «Xan, bəy, mülkədarların bütün torpağı, habelə bütün monastr, kilsə, vəqf və məscid 

torpaqları,  bütün  heyvanları  və  avadanlığı  ilə  birlikdə  heç  bir  ödənc  (açıq  və  ya  gizli)  alınmadan, 

torpaqdan bərabər istifadə prinsipi ilə zəhmətkeş xalqa verilir». 

1920‐ci  il  iyulun  20‐dən  sonra  M.Hüseynov  Moskvada  olmuş,  Rusiya  ilə  Azərbaycan  arasındakı 

münasibətləri  aydınlaşdırmış,  hər  iki  sovet  respublikası  arasında  qarşılıqlı  münasibətləri  nizama 

salmağa,  Şərqdə  görüləcək  işlərin  planını  hazırlayıb  əlaqələndirməyə  çalışmışdır.  O,  yuxarıdakı 

məsələlər  haqqında V.İ.Lenin və G.Çiçerin ilə hərtərəfli söhbət etmişdir. M.Hüseynov eyni zamanda III 

İnternasionalın 29‐31 iyul tarixində Moskvada keçirilən iclaslarında iştirak etmişdir.   

1920‐ci  il  sentyabrın  17‐də  Bakıda  Şərq  xalqlarının  I  qurultayı  çağırıldı.  Qurultayda  Avropa  və 

Asiya  ölkələrinin  1900‐ə  yaxın  nümayəndəsi  iştirak  etdi.  M.Hüseynov  qurultayın  nümayəndəsi  olmuş 

və fəaliyyətində yaxından iştirak etmişdir. Qurultay özünün daim fəaliyyət göstərəcək icraiyyə orqanını 

– Təbliğat və Fəaliyyət Şurasını seçdi. Onun tərkibinə N.Nərimanov, S.Kirov,  G.Orcokinidze, M.Sübhi, 

Heydər Əmioğlu, Y.Stasova və b. ilə yanaşı M.Hüseynov da daxil oldu. 

1920‐ci  il  oktyabrın  2‐də  Bakı  Sovetinin  sessiyası  keçirildi.  Sessiyanın  gündəliyində  birinci  məsələ 

xalq  xarici  işlər  komissarının  «Çevriliş  zamanından  Sovet  Azərbaycanının  xarici  siyasəti  haqqında» 

məruzəsi  idi.  Bu  məsələ  haqqında  M.Hüseynov  geniş  və  ətraflı  məlumat  vermişdir.  O,  məruzəsində 

Sovet  Azərbaycanının  yaxın  qonşuları  olan  Gürcüstan  və  Ermənistanla,  Azərbaycan  neftinə  böyük 

maraq  göstərən  Qərb  dövlətləri  ilə  apardığı  siyasi  münasibətlərdən  ətraflı  danışmışdır.  Eyni  zamanda 

qeyd etmişdir ki, Tiflisdə olarkən ona Antanta dövlətlərinin nümayəndələri yaxınlaşmış və Azərbaycan 

üçün  çox  xeyirli  mal  mübadiləsi  təklif  etmişlər.  Onlar  Azərbaycan  mazutunun  əvəzində  qatar,  vaqon, 

sistern və s. verməyə hazır olduqlarını bildirmişlər. M.Hüseynov məruzəsində demişdir: «Bütün məsələ 

ondadır  ki,  biz  öz  neftimizə  ancaq  əmtəə  kimi  baxmırıq.  Yox.  Neft  indi  bizim  qüdrətimizdir,  …  təkcə 

mal əldə etməyə deyil, cənab imperialistlərə şərtlərimizi qəti surətdə təklif etməyə imkan verir». 

1921‐ci  il  mayın  6‐19‐da  I  Ümumazərbaycan  Sovetlər  qurultayı  oldu.  M.Hüseynov  qurultayın 

Rəyasət Heyətinə seçilmiş  və  qurultayın  gündəliyinin  6‐cı  məsələsinə  dair  –  «Xarici siyasət  haqqında» 

32



 

məruzə etmişdir. O, məruzəsində bildirmişdir ki, Azərbaycan İnqilab Komitəsi çevrilişin ilk  günündən 

Sovet Rusiyası ilə birlikdə Antantanın simasında bütün imperialistlərə qarşı mübarizə aparacağını bəyan 

etmişdir.  Sovet  Rusiyası  indi  bizə  köməklik  göstərir,  biz  də  inqilabı  müdafiə  etmək  məqsədi  ilə 

borcumuzu  yerinə  yetirərək  Sovet  Rusiyasına  neft  göndəririk.  Avropanın  Litva,  Estoniya,  Almaniya, 

İtaliya, Finlandiya və s. ölkələri ilə dostluq müqaviləsi bağlanmışdır və  demək olar ki, müstəqilliyimizi 

tanıyırlar.  

1920‐ci il mayın 14‐də M.Hüseynov Bakıdakı İran, Hollandiya, İsveç, Danimarka, sonra isə Litva və 

Estoniya  nümayəndələri  ilə  görüşərək  Sovet  Azərbaycanının  onlarla  hərtərəfli  əlaqələr  qurmağa  hazır 

olduğunu bildirmişdir. 

M.Hüseynov  xalq  xarici  işlər  komissarı  kimi  bir  sıra  dövlətlərə  məktub,  nota  və  teleqramlar 

göndərmiş,  Tiflisdə  ingilis  və  fransız  nümayəndələri  ilə  əsirlərin  dəyişdirilməsinə  dair  danışıqlar 

aparmış,  Bakıdakı  xarici  ölkə  nümayəndəlikləri,  Azərbaycanın  xaricdəki  nümayəndəlikləri  ilə 

yazışmalar aparmışdır. Bununla belə, onun  xalq  xarici işlər komissarı işlədiyi müddətdə Azərbaycanın 

xarici  ölkələrdəki  nümayəndəlikləri  ləğv  edilmiş,  Azərbaycanda  fəaliyyət  göstərən  xarici  dövlətlərin 

nümayəndəlikləri respublikadan çıxarılmışdır. 

M.Hüseynov  I  Ümumazərbaycan  Sovetlər  qurultayında  Azərbaycan  MİK  üzvü  seçilmiş  və 

Azərbaycan  MİK‐in  mayın  21‐də  keçirilmiş I sessiyasında  Azərbaycan  XKS tərkibinə  daxil  olmuş,  xalq 

xarici işlər komissarı və Ali İqtisadi Şuranın sədri təsdiq edilmişdir. 

M.Hüseynov  bu  dövrdə  Azərbaycanın  əsas  siyasi  rəhbərlərindən  biri  kimi  respublikada  sovet 

hakimiyyətinin  möhkəmləndirilməsi,  sosialist  tədbirlərinin  həyata  keçirilməsi,  yeni  sovet  iqtisadiyyatı 

və mədəniyyətinin yaradılması uğrunda var qüvvəsi ilə çalışmışdır. 

Azərbaycan MİK 1922‐ci il 15 may tarixli qərarı ilə XXİK‐i ləğv etdi. Azərbaycan XKS isə iyunun 21‐

də bu barədə müvafiq qərar qəbul etdi. 

1922‐ci ildə Moskvaya çağırılmış M.Hüseynov RSFSR milli işlər komissarının müavini  vəzifəsində 

çalışmışdır. 

1922‐1929‐cu  illərdə  M.Hüseynov  bir  sıra  rəhbər  vəzifələrdə  çalışmışdır.  O,  ZSFSR  XKS  sədrinin 

müavini,  xarici  işlər  komissarı,  maliyyə  komissarı  olmuşdur.  M.Hüseynov  bu  vəzifələrdə  Zaqafqaziya 

respublikalarının  sənayesinin,  kənd  təsərrüfatının  inkişaf  etməsi,  maliyyə  cəhətdən  möhkəmlənməsi 

sahəsində xeyli əmək sərf etmiş və özünü böyük və bacarıqlı təşkilatçı kimi  göstərmişdir. M.Hüseynov 

bu  dövrdə  Zaqafqaziyada  ağır  sənayenin  və  kimya  sənayesinin  inkişaf  etdirilməsinə  böyük  diqqət 

yetirmişdir. O, qeyd edirdi ki, kənd təsərrüfatının səmərələşdirilməsi, yeni fabrik və zavodların tikilməsi 

kimya sənayesinin inkişafından asılıdır. 

ÜİK(b)P MK M.Hüseynovu Moskvaya çağırmış və onu rəhbər partiya işinə göndərmişdir. O, 1931‐

1934‐cü illərdə Tacikistan Kommunist Partiyası MK‐nın birinci katibi vəzifəsində çalışmışdır. Tacik xalqı 

birinci  beşillikdə  sənayeləşmə  sahəsində  bir  sıra  nailiyyətlər  əldə  etmişdir.  Tacik  xalqının  bu 

müvəffəqiyyətlərində  M.Hüseynovun  da  zəhməti  böyük  olmuşdur.  O,  Tacikistanın  mərkəzi 

Stalinabadın  elektrikləşdirilməsi  və  radiolaşdırılmasında,  kollektivləşmənin  genişlənməsində, 

savadsızlığın ləğvində xeyli iş görmüşdür. 

M.Hüseynov  ömrünün  son  illərində  Moskvada  işləmişdir.  1934‐1937‐ci  illərdə  o,  RSFSR  Xalq 

Maarif  Komissarlığında  qeyri‐rus  natamam  və  orta  məktəblər    idarəsi  rəisinin  müavini  işləmişdir.  O, 

SSRİ‐də sənayeləşmə və kollektivləşmənin başa çatdığı bir dövrdə savadsızlığın tamamilə ləğv edilməsi 

və  ümumi  yeddillik    təhsil  sisteminə  keçilməsi,  yeni‐yeni  məktəblərin  açılması  sahəsində  əzmlə 

çalışmışdır. 

M.Hüseynov  dəfələrlə  AK(b)P  MK,  ÜİK(b)P  MK  Zaqafqaziya  Ölkə  Komitəsi,  Orta  Asiya 

bürolarının, Azərbaycan, ZSFSR, Tacikistan, SSRİ MİK üzvü, plenum, konfrans, sessiya və qurultayların 

nümayəndəsi olmuşdur. 

M.Hüseynov 1937‐ci ildə repressiya edilərək öldürülmüşdür. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin