***
−
Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991‐1993.
−
«Azərbaycan» qəzeti, 1992‐1993‐cü illər.
−
Qasımov M. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991‐1995‐ci illər). Bakı, 1996.
−
Qasımov M. Azərbaycanın xarici siyasəti (konsepsiya məsələləri). Bakı, 1997.
46
Həsən Əziz oğlu Həsənov
2 sentyabr 1993 – 17 fevral 1998
Azərbaycanın XX əsr görkəmli ictimai, dövlət və siyasi xadimlərindən,
diplomat və alimlərindən olan Həsən Əziz oğlu Həsənov 1940‐cı il oktyabrın
20‐də Tiflis şəhərində anadan olmuşdur.1958‐ci ildə Tiflisdə 43 №‐li orta
məktəbi, 1963‐cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirmiş və inşaatçı‐
mühəndis ixtisasına yiyələnmişdir. Bakı Ali siyasi məktəbini bitirərək politoloq
ixtisası almışdır. Moskvada yuxarı dərəcəli məmurların ali kursunu (1969) və
yuxarı dərəcəli siyasi xadimlərin ali kursunu (1981) bitirmişdir. Ensiklopedik
biliyə sahib olmuşdur.
Müxtəlif siyasi və dövlət strukturlarında çalışmışdır. 1960‐cı ilin oktyabrından Azərbaycan
Politexnik İnstitutunun komsomol komitəsinin təşkilat məsələləri üzrə katibi və Bakı şəhəri Tələbə
Şurasının sədri olmuşdur. 1961‐ci ilin dekabrından Bakı şəhəri Oktyabr rayon komsomol komitəsində
(indiki Yasamal r‐nu) üçüncü katib, 1962‐ci ildən Bakı şəhər komsomol komitəsinin təbliğat və təşviqat
şöbəsində təlimatçı, Bakı şəhəri Oktyabr rayon komsomol komitəsində ikinci katib, Azərbaycan
Komsomolu Mərkəzi Komitəsi texniki peşə məktəblərinin şagirdləri ilə iş üzrə şöbə müdiri, 1966‐cı ildə
inşaat materialları və konstruksiyası institutunda aspirant, 1969‐cu ildə Moskvada komsomolun Mərkəzi
Komitəsinin məsul təşkilatçısı, 1971‐ci ildən təlimatçı, şöbə müdiri, Azərbaycan KP MK‐nın inşaat
məsələləri üzrə şöbə müdirinin müavini, 1975‐ci ildən Bakı şəhəri 26 Bakı komissarı rayonu (indiki
Səbayil r‐nu) partiya komitəsinin birinci katibi, 1978‐ci ildən Sumqayıt, Kirovabad (indiki Gəncə) şəhər
partiya komitələrinin birinci katibi, 1981‐ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın
ideologiya məsələləri, inşaat və nəqliyyat, iqtisadi məsələlər üzrə katibi, 1990‐1992‐ci illlərdə Nazirlər
Sovetinin sədri, Azərbaycan Respublikasının baş naziri, 1990‐1991‐ci illərdə SSRİ Nazirlər Sovetinin
üzvü, 1992‐1993‐cü illərdə Azərbaycan Respublikasının BMT‐dəki daimi nümayəndəsi olmuşdur.
H.Həsənov 1993‐cü il sentyabrın 2‐də Azərbaycan Respublikasının xarici işlər naziri təyin edilmişdir.
1993‐cü ildə Azərbaycan Respublikasının ali məsləhətçi orqanı olan Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Şurasının üzvü olmuşdur.
O, 40 ilə yaxın Azərbaycanın dövlət və siyasi işlərində yorulmadan çalışmış, 1981‐ci ildən 1992‐ci ilə
qədər Azərbaycanın ali rəhbərləri sırasına daxil olmuşdur.
1977‐ci ildən 2000‐ci ilədək Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1977‐1981‐ci illərdə
Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1979‐1984‐cü illərdə SSRİ Ali Sovetinin deputatı,
SSRİ Ali Sovetinin inşaat komissiyasının üzvü olmuşdur. 1963‐cü ildən 1980‐ci ilədək Xalq Deputatları
Sovetinin rayon və şəhər üzrə deputatı seçilmişdir. 30 ildən çox müxtəlif dərəcəli deputat olmuşdur.
H.Həsənov qarşısına qoyduğu məsələlərin həllinə ciddi yanaşan, məqsədyönlü, gözəl natiq, daim
irəli doğru addımlayan uzaqgörən şəxs olmuşdur.
H.Həsənov uşaqlıqda Tiflisdə azərbaycanlıların cəm halda yaşadıqları ərazidə böyümüş, Tiflis
azərbaycanlılarının folkloru, adət‐ənənələrini dərindən öyrənmiş, Tiflisin azərbaycanlılar yaşamayan
məhəlləsində məktəbə getmiş, orada gürcü adət‐ənənələrini də əxz etmişdir. Məktəb illərində gürcü,
erməni, rus və yəhudi gəncləri arasında qeyri‐etnik və qeyri‐dini mühitdə böyüyən H.Həsənov onların
milli, dini və mənəvi xüsusiyyətlərini dərindən öyrənmişdir.
Bakıya gələn kimi şəhərdə və institutda gənclərlə qaynayıb qarışmış, tezliklə tələbə qrupuna rəhbər,
il yarımdan sonra isə Azərbaycan Politexnik İnstitutunda komsomol komitəsinin katibi və on minlərlə
tələbəsi olan Bakı şəhərində Tələbə Şurasının sədri seçilmişdir.
26 Bakı komissarı rayonuna rəhbərlik edən H.Həsənov işə dinamizm gətirmişdir. Topladıqları
bilikləri az sonra Sumqayıtda da tətbiq etmişdir. Respublikada əsaslı tikinti işlərinə rəhbərlik edərək onu
sistemli şəklə salmış, Nazirlər Sovetinin sədri olaraq, bu vəzifəni ənənəvi təsərrüfat funksiyalarından
siyasi sahəyə çevirmişdir.
47
Tiflisdə müsəlman məscidlərinin dağılmasının şahidi olmuş və «qisas almağa» and içmişdir. O,
sovet sistemi şəraitində Allaha inanmışdır. O, Azərbaycan Kommunist Partiyası Kirovabad şəhər
komitəsinin birinci katibi olarkən məscidləri, dini yerləri təmir və bərpa etməyə başlamış, nəinki
vəzifəsini, hətta cəmiyyətdə yerini itirmək təhlükəsi altında olduqda belə, bu işini növbəti vəzifələrində
də davam etdirmişdir. Ağır kommunist rejimi şəraitində məscidlərin bərpası və İslam dininin
qorunmasında xüsusi xidmətləri olmuşdur. O, Məkkə və Mədinəni ziyarət etmiş ilk kommunist olmuş,
müqəddəs «Kəəbə»də dua oxumuş, Məşhəddə İmam Rzanın məzarında olmuşdur. O, Azərbaycan milli
hərəkatının lideri, dahi şəxsiyyət, sovet rejiminin düşməni olan Müsavat Partiyasının başkanı, adının
çəkilməsi bir çox onilliklər qadağan edilmiş M.Rəsulzadənin qəbrini ziyarət etmiş SSRİ və Sov.İKP‐nin
birinci azərbaycanlı siyasətçisi olmuşdur.
H.Həsənov azərbaycanlıların milli özünüdərkinin və milli birliyinin möhkəmləndirilməsinə, tarixi
və mədəni irsinin dirçəldilməsinə böyük töhfə vermişdir. Onun şəxsi təşəbbüsü və köməyi ilə
«Azərbaycan renessansının problemləri» adlı toplusu tərtib edilmiş və işıq üzü görmüşdür. O, Tiflis
şəhərində Azərbaycan icmasının yaşadığı ərazidə Mirzə Fətəli Axundovun heykəlinin və ev‐muzeyinin
açılması istiqamətində çoxlu iş görmüşdür.
H.Həsənovun Gəncə şəhərindəki fəaliyyəti şəhər tarixinə renessans dövrü kimi daxil olmuşdur.
Şəhərin tarixi imicinin bərpası istiqamətində xüsusi xidmətlərinə görə onu «Gəncənin bərpasının
müəllifi» kimi tanımış, fəal inşaat və tikinti işlərinə görə xalq arasında məhəbbətlə «kərpic Həsən»
adlandırmışlar. O, Gəncə şəhərinin adının bərpasının müəllifi və təşəbbüskarı olmuşdur. H.Həsənov
Yeni Gəncə yaşayış məskəninin yaradılması ideyasının müəllifi və təşəbbüskarı, Yeni Gəncədə mərkəzi
prospektin, iri memorial parkın və onun memarlıq‐landşaft plan quruluşunun və Gənclər sarayı
memarlığının, parkda onlarla monumental heykəlin, xüsusilə Məhsəti, Mirzə Şəfi Vazeh, Üzeyir
Hacıbəyov, Bül‐Bül, Səməd Vurğun, Nizami və b.‐nın heykəllərinin qoyulmasının təşəbbüsçüsü və
rəhbəri olmuşdur. Əvvəlcə şəhərin bir hissəsini Yeni Gəncə adlandırmış, bir ildən sonra isə
ümumiyyətlə, rayonun adının rəsmi surətdə Gəncə adlandırılmasına nail olmuş və böyük dəstək
almışdır. Ağır sovet rejimi şəraitində yüksək vəzifələrdə çalışmasına baxmayaraq, adamların şüurunda
Böyük Azərbaycansevər, Millətsevər və Qurucu olaraq qalmışdır. Bütün fəaliyyətinin başlıca mənası
Azərbaycan xalqına xidmət olmuşdur.
H.Həsənov SSRİ tərkibində Azərbaycanın sonuncu baş naziri və müstəqil Azərbaycanın ilk baş
naziri olmuşdur. Onun Türkiyənin baş naziri Məsud Yılmaz, prezidenti Turqut Özal və parlament
çoxluğunun lideri Süleyman Dəmirəllə danışıqlarının nəticəsində 1991‐ci il noyabrın 9‐da Türkiyə hələ
SSRİ‐nin mövcud olduğu bir dövrdə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır.
O, Azərbaycanda cəmiyyətin yenidən qurulması və demokratikləşməsi istiqamətində bir çox
qanun, qərar və qətnamələrin işlənib hazırlanması və həyata keçirilməsində iştirak etmişdir.
Azərbaycanda çoxpartiyalı sistemin formalaşmasının başlanğıcı olan siyasi təşkilat və cəmiyyətlərin
qeydiyyatdan keçirilməsində qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası dövlət quruluşunun
postittifaq konsepsiyasının müəlliflərindən biridir. SSRİ‐nin rəhbərləri Mixail Qorbaçov və Nikolay
Rıjkov ilə çoxsaylı görüşləri olmuşdur.
Azərbaycanın azad bazar iqtisadiyyatına keçirilməsi konsepsiyasının əsasını qoyanlardan və
təşəbbüskarlarından biri olmuşdur. Parlamentə onun rəhbərliyi altında qanun layihələrinin toplusu
təqdim edilmişdir. Azərbaycanın birbaşa xarici iqtisadi əlaqələrının əsasını qoymuşdur. Azərbaycanda
bazar iqtisadiyyatının və sahibkarlığın ilk tədbiri olan Bakıda 1991‐ci ildə keçirilən iri beynəlxalq Biznes
konqresin ideoloqu və təşkilatçısı olmuşdur. Biznes konqresdə dünyanın 48 ölkəsinin 450
kompaniyasından 750 biznesmen iştirak etmişdir.
Türkiyə prezidenti Turqut Ozal ilə birbaşa danışıqların nəticəsində hələ 1990‐cı ilin sentyabrında
Qara dəniz İqtisadi Əməkdaşlığı təşkilatının təsisçi ölkələri siyahısına Azərbaycanın daxil edilməsi
barədə prinsipial razılıq əldə edilmişdir.
SSRİ tərkibində olmasına baxmayaraq, Azərbaycanın birbaşa beynəlxalq əlaqələrini fəal inkişaf
etdirməyin tərəfdarı olmuşdur. Azərbaycan Respublikasının Avstraliya, İtaliya, Türkiyə, İran, Belçika,
Yəmən və Səudiyyə Ərəbistanına, SSRİ‐nin keçmiş respublikalarına – yeni müstəqil dövlətlərə getmiş
48
hökumət nümayəndə heyətlərinə rəhbərlik etmişdir. O, bu dövlət və hökumətlərin başçıları ilə
görüşmüş Azərbaycanın ilk dövlət nümayəndəsi olmuşdur. Mərkəzi Asiya ölkələrinin dövlət
başçılarının Daşkənd görüşündə Azərbaycanın nümayəndə heyətinə rəhbərlik etmişdir. H.Həsənova
müştərək kommyunike imzalamaq səlahiyyəti verilmişdir. Bu səfərlərin gedişində Azərbaycanın
müstəqillik tarixində ilk beynəlxalq müqavilələr bağlanmışdır.
1990‐cı ilin sentyabrında türk dövlət və hökumət başçıları ilə danışıqlar aparmış, bunların nəticəsi
olaraq birbaşa aviasiya, dəniz və avtomobil reyslərinin, telefon əlaqələri və birbaşa televiziya
proqramlarının açılması, Naxçıvanda Azərbaycanın Türkiyə ilə sərhədindəki Sədərək avtomobil və
dəmiryolu körpüsünün tikilməsi, Naxçıvanın Türkiyədən gələn elektrik enerjisi ilə təmin edilməsi,
Bakıda Türkiyənin baş konsulluğunun açılması haqqında, habelə gələcək birbaşa beynəlxalq əlaqələrin
əsasını qoyan bir sıra hökumətlərarası müqavilələr imzalamışdır.
Azərbaycan və İran arasında ilk dəfə vizasız keçid məsələsi məhz onun səyi nəticəsində həll
olunmuşdur.1990‐cı ilin avqustunda İranda zəlzələ qurbanlarına humanitar yardım göstərilmişdir. 1991‐
ci ilin iyununda H.Həsənovun İrana səfəri zamanı rəsmi Azərbaycan‐İran danışıqları keçirilmiş,
nəticədə geniş əhatəli məsələlərə aid hökumətlərarası müqavilələr imzalanmışdır.
Diplomatiyaya gələn H.Həsənov özü ilə bu sahəyə dinamizm, irəliləyiş və hədsiz səmimilik
gətirmişdir.
H.Həsənov xalqımızın tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının BMT‐dəki daimi
nümayəndəliyinə rəhbərlik etmiş, müstəqil Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri
rütbəsini almışdır. Onun gərgin səyi nəticəsində 1993‐cü ilin aprelində BMT TŞ‐də Azərbaycan‐
Ermənistan münaqişəsinə dair 822 №‐li birinci qətnamə, iyul ayında isə 853 №‐li ikinci qətnamə qəbul
olunmuşdur. Bu qətnamələrin üstün cəhəti ondan ibarətdir ki, BMT aydın şəkildə Ermənistanın
münaqişədə təqsirkar olduğunu qeyd etmiş, Azərbaycanın ərazi bütövlüyünü, güc tətbiq etməklə
sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini, Dağlıq Qarabağın Azərbaycan Respublikasına
məxsusluğunu təsdiq etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazisini şərtsiz boşaltmasını tələb
etmişdir. H.Həsənovun səyi sayəsində Azərbaycan Respublikası keçmiş SSRİ respublikaları arasında
BMT‐nin seçkili orqanlarına, xüsusilə elm və texnika sahəsində və yaşayış məskənləri üzrə
komissiyalarına daxil edilmiş ilk ölkə olmuşdur. O, həmçinin Azərbaycan Respublikasının BMT‐nin
inkişaf proqramına və sənaye inkişafı üzrə proqramına (YUNİDO) daxil olmasının təşəbbüskarıdır.
Azərbaycan Respublikasının xarici işlər naziri olaraq H.Həsənov Fransa, Türkiyə, İran, Çin,
Almaniya, Rusiya və Misirə rəsmi səfər etmişdir. Səfərlər nəticəsində iqtisadi, siyasi və mədəni
sahələrdə Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin dərinləşməsinə dair bir sıra mühüm
ikitərəfli sənədlər imzalanmışdır. H.Həsənov Brüsseldə Şimali Atlantika Şurasının, Romada ATƏM‐in
Nazirlər Şurasının, Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı və MDB ölkələri xarici işlər nazirlərinin
iclaslarında iştirak etmişdir.
Azərbaycan dövləti onun nazir işlədiyi dövrdə Bloklara qoşulmamaq hərəkatına qoşulmuş, NATO
ilə “Sülh naminə tərəfdaşlıq” müqaviləsini, Avropada sabitlik paktını imzalamış, Avropa Birliyi İqtisadi
Komissiyası ilə diplomatik münasibətlər qurmuşdur.
H.Həsənov Azərbaycan Respublikasının yeni tipli Xarici İşlər Nazirliyinin yaradıcısıdır. Bu
baxımdan Xarici İşlər Nazirliyinin tərkibində islahatların aparılmasını xüsusilə qeyd etmək lazımdır.
Nazirlikdə yeni idarə və şöbələr, Ermənistan‐Azərbaycan münaqişəsi və münaqişələrin dinc yolla
nizamlanması məsələləri ilə məşğul olan idarə yaradılmışdır. İnformatika şöbəsinin yaradılması XİN‐nin
tamamilə kompüterləşdirilməsinə və yeni texniki vasitələrlə operativ məlumatların alınmasına imkan
vermişdir. XİN‐nin ərazi idarələrinin fəaliyyətində mühüm dəyişikliklər baş vermiş, xarici ölkələrin
XİN‐i və səfirlikləri ilə münasibətlər nizamlanmışdır.
Xarici ölkələrdə Azərbaycan Respublikasının nümayəndəlikləri və səfirliklərində islahatlar
aparılmış, onlar real nümayəndəliyə çevrilmiş, bütün bunlar Azərbaycanda və akkreditasiya ölkələrində
baş verən hadisələrə operativ olaraq təsirini göstərmişdir. H.Həsənovun nazir olduğu dövrdə
Azərbaycan Respublikasının Çin, Fransa, Səudiyyə Ərəbistanı, Misir, Böyük Britaniya, Avstriya və
Belçikada səfirlikləri, Cenevrədə Azərbaycanın nümayəndəliyi yaradılmış, Katar, Mavritaniya, Əlcəzair,
49
Argentina, Braziliya, Mərakeş, Zambiya, Latviya, Sinqapur, Albaniya, Komor adaları ilə diplomatik
münasibətlər qurulmuşdur. Bakıda Qazaxıstan, Koreya Respublikası, Norveç, Hindistan, CAR, Kanada,
Vatikan, Meksika, Macarıstan, Səudiyyə Ərəbistanı, İordaniya və BƏƏ‐nin səfirlikləri açılmış və
səfirliklərin ümumi sayını 36‐ya çatmışdır. Xarici ölkələrin səfirlikləri ilə iş yenidən qurulmuşdur.
1992‐ci ildə H.Həsənov BMT Baş Assambleyasının 47‐ci sessiyasında Azərbaycan Respublikası
nümayəndəliyinin rəhbər müavini, 1993‐1994‐cü illərdə BMT Baş Assambleyasının 48 və 49‐cu
sessiyalarında, 1993‐cü ildə ATƏT‐in Nazirlər Şurasının 4‐cü görüşündə, SSAD görüşlərində,
YUNESKO‐nun Baş sessiyasında Azərbaycan Respublikası nümayəndə heyətlərinin başçısı olmuşdur.
1992‐ci ildə Nyu‐Yorkda və 1993‐cü ildə Cenevrədə keçirilən BMT‐nin İqtisadi və Sosial Şurasının əsas
sessiyalarında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur. BMT nəzarəti altında yaşayış
məskənləri üzrə İkinci Ümümdünya konfransının hazırlıq komitəsinin sədr müavini seçilmişdir. 1994‐cü
ilin sentyabrında BMT‐nin Qahirədə keçirilən əhali yaşayışı və inkişaf üzrə konfransında Azərbaycan
Respublikasının prezidenti H.Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin üzvü olmuşdur.
H.Həsənov BMT‐nin Təhlükəsizlik Şurasının iclaslarında və Baş Assambleyanın sessiyalarında,
BMT‐nin İqtisadi və Sosial komissiyalarında, ATƏT‐in xarici işlər nazirlərinin görüşlərində, Avropa
Parlamentinin Siyasi komitəsinin, NATO Şurasının, Şimali Atlantika Əməkdaşlığı Şurasının, İqtisadi
Əməkdaşlıq Təşkilatının, Ərəb Dövlətləri Cəmiyyətinin iclaslarında, iştirak etmişdir. Azərbaycan
Respublikasının Avropa Parlamentində və NATO Şurasında nitq söyləyən ilk dövlət nümayəndəsi
olmuşdur.
1990‐1994‐cü illərdə H.Həsənov Türkiyə prezidentləri və baş nazirləri, İran prezidenti, vitse‐
prezidenti, Böyük Britaniyanın baş naziri (Azərbaycan Respublikası prezidenti H.Əliyevin rəsmi səfəri
çərçivəsində), Avstraliyanın baş naziri, Oman sultanı, baş nazirin müavini, Səudiyyə Ərəbistanının
aviasiya və müdafiə naziri, Estoniya və Latviyanın baş nazirləri, Litvanın baş nazirinin müavini,
Belçikanın baş naziri, ÇXR rəhbəri (Azərbaycan Respublikası prezidentinin rəsmi səfəri çərçivəsində),
ÇXR‐in baş naziri – Dövlət Şurasının sədri, ÇXR‐in vitse‐prezidenti – sədr müavini, İtaliyanın baş naziri,
Roma Papası II İohan Pavel, Fransa, Misir Ərəb Respublikasının prezidentləri, Səudiyyə Ərəbistanının
kralı (Azərbaycan Respublikası prezidentinin rəsmi səfərləri çərçivəsində), Amerika Birləşmiş Ştatlarının
prezidenti (Azərbaycan nümayəndə heyətinin BMT‐nin Baş Assambleyasında iştirakı çərçivəsində),
ABŞ‐ın vitse‐prezidenti, Pakistanın baş naziri (Qahirədə əhali yaşayışı və inkişaf üzrə BMT‐nin
konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı çərçivəsində), Rusiya, Ukrayna, Qazaxıstan,
Moldova, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Ermənistan prezidentləri, Gürcüstanın Dövlət Başçısı,
Belorusiya Ali Sovetinin sədri, bütün MDB ölkələrinin xarici işlər nazirləri ilə görüşmüş və danışıqlar
aparmışdır.
H.Həsənov həmçinin dünyanın 40 ölkəsinin ‐ ABŞ‐ın Dövlət Katibi, SSRİ, Fransa, Böyük Britaniya,
Rusiya, Türkiyə, İran, Misir, Səudiyyə Ərəbistanı, Pakistan, Almaniya, Oman, İzrail, İsveç, Suriya,
Avstriya, Niderland, İtaliya, Yunanıstan, Belçika, Albaniya, Bosniya və Hersoqovina, Makedoniya, Laos,
Koreya Respublikası, Norveç, İndoneziya və s. xarici işlər nazirləri, Türkiyə, İran, Rusiya, İtaliya, Fransa,
Misir, Oman, Avstraliya, ABŞ, Səudiyyə Ərəbistanı, Liviya, Küveyt, Banqladeş, Pakistan, Böyük
Britaniya, Norveç, Çin, MDB ölkələri, Litva, Latviya, Estoniya və s. ölkələrin hökumət nümayəndələri,
BMT‐nin Baş Katibi Butros Butros‐Qali, BMT‐nin Baş Katibinin müavini Marek Quldinq, Vladimir
Petrovski, Yan Eliasson (humanitar məsələlər üzrə), Ceyms Con (siyasi məsələlər üzrə), Karl‐Auqustos
Fleyşauer (mülki məsələlər), Ci Çjaotszı (iqtisadi məsələlər), Euqeniuş Vizner (informasiya məsələləri
üzrə) və b., YUNESKO‐nun Baş direktorları A.M.Bou və F.Mayor, BMT Baş Assambleyasının sədrləri
Samir Şihabi (Səudiyyə Ərəbistanı) və Stoyan Qanev (Bolqarıstan), BMT TŞ‐nın sədrləri, NATO‐nun Baş
Katibi Manfred Verner, Qərbi Avropa İttifaqının Baş Katibi Villem van Ekelon, İKT‐nin Baş Katibi Əl‐
Qabid, ATƏT‐in rəhbərləri İ.Dinstbir, M.af Uqqlas və B.Andreatt, Ərəb Dövlətləri Cəmiyyətinin Baş
Katibi İsmət Əbdül Maqid, Avropa İttifaqının Xarici İşlər Nazirliyinin rəhbərləri Villi Van Klaas
(Belçika) və Karolos Papulias (Yunanıstan), ATƏT‐in Dağlıq Qarabağ məsələsi üzrə Minsk qurupunun
sədri Yan Elliasson (İsveç), Lüksemturq parlamentinin sədri, Misir Xalq Məclisinin (parlamentin) sədri
Fəthi Surur, Belçika senatının sədri Şarl Notombr, Fransa parlamentinin sədri Rene Monori və Fransa
50
parlamenti sədrinin müavini Jan For, ABŞ senatorları və konqresmenləri ilə görüşmüş və danışıqlar
aparmışdır.
O, dövlət quruculuğu, politologiya, diplomatiya, iqtisadiyyat, inşaat, ədəbiyyatşünaslıq və s.
məsələlər üzrə yüzlərlə əsərin müəllifidir. H.Həsənov xarici işlər naziri vəzifəsindən çıxdıqdan sonra
elmi və bədii yaradıcılıqla məşğul olmuş, Azərbaycan arxivlərində aylarla yorulmaq bilmədən
materiallar toplamış, dəyərli əsərlər yazmışdır. Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq
görkəmli maarifçi, filosof və dramaturq M.F.Axundovun oğlu Rəşid bəy Axundovla yazışmalarını
tədqiq etmişdir. Rəşid bəy Axundovun “Brüsseldən məktublar” toplusunun tərtibatçısıdır. Yazdığı eyni
adlı tamaşa Azərbaycan Dövlət Akademik Dram Teatrında uğurla oynanılmışdır. Onun İstanbulda
“Müstəqil Azərbaycanın yolları” seçilmiş əsərləri, “ABŞ‐da lobbiləşmə və Azərbaycan lobbisinin
yaranma problemləri”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü” əsərləri,
həmçinin bir sıra xarici elmi nəşrlərdə məqalələri çap olunmuşdur. BMT Təhlükəsizlik Şurasının rəsmi
sənədləri timsalında ingilis, fransız, ispan, çin, alman, ərəb və rus dillərində 140‐dan çox məktubun
müəllifidir. “Azərbaycanın dünya siyasəti sisteminə daxil edilməsi”, “Azərbaycanın BMT sisteminə
daxil edilməsi”, “BMT nəzdində Azərbaycan Respublikasının daimi nümayəndəliyinin fəaliyyət
xronikası” əsərlərini və “Nyu‐York, Üçüncü Avenyu” memuarını yazmış və çapa hazırlamışdır. Onun
redaktorluğu altında “Ə.Topçubaşovun İstanbulda diplomatik danışıqları (Azərbaycan Respublikasının
fövqəladə elçisi və səlahiyyətli nazirinin qeydləri)” kitabı buraxılmışdır. “Azərbaycan diplomatiyası”
jurnalının baş elmi məsləhətçisi olmuşdur. Görkəmli dövlət və ictimai xadim N.Nərimanovun həyatı,
fəaliyyəti və yaşadığı siyasi mühitlə bağlı dərin elmi müqayisə səciyyəsi daşıyan araşdırma aparmış və
iri həcmli dəyərli monoqrafiya yazmışdır. Problemə yeni baxışın əsasını qoymuşdur.
H.Həsənov SSRİ‐nin bir çox orden və medalları, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri
Fərmanı ilə təltif olunmuşdur.
Dostları ilə paylaş: |