1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Fransada “Milli birlik” hökuməti



Yüklə 108,94 Kb.
səhifə12/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   8   9   10   11   12   13   14   15   ...   79
cavab

12.Fransada “Milli birlik” hökuməti

İnhisarçı dairələr ölkədə güclü hökumət yaradılmasını və buna güclü şəxsin rəhbərlik etməsini tələb edirdilər. Belə bir güclü şəxsiyyət Raymond Puankare oldu. Hakimiyyətə gələn kimi o, dərhal dolayı vergiləri artırdı, dövlət qulluqçularının maaşlarını aşağı saldı, sosial xərcləri ixtisar etdi. Bütün bunların nətic əsində frankın sabitliyi təmin edildi. Puankare “Frankın xidasedicisi” adını aldı. Xarici banklara aparılan pullar yenidən Fransaya qaytarıldı. 1928-ci ildə frankın sabitliyini təmin etmək haqqında xüsusi qanun qəbul edildi. Puankare öz hökumətini «milli birlik» hökuməti adlandırdı.

1927-ci ildə isə icbari hərbi hazırlıq haqqında xüsusi qanun qəbul edildi. Puankare hökuməti silahlanma yolunda müəyyən addımlar atdı. 1927-1928-ci ill ərdə hərbi büdcə müharibədən əvvəlkinə nisbətən iki dəfə artdı.

Puankare hökumətinin hakimiyyəti dövründə Fransada güclü hakimiyyət yaradıldı. Bu illərdə Fransa «çiçəklənmə» prosesi keçirmiş oldu. Bu illər ərzində ölkədə sənaye məhsulları istehsalı hər il 5% artdı. Kapitalizmin nisbi sabitləşməsi illərində Fransada maşınqayırma, radiotexnika, aviasiya sənayesi sürətlə inkişaf etdi. Ənənəvi sənaye sahələri olan toxuculuq, zərgərlik və ətriyyat sənayesi Fransaya çoxlu gəlir gətirirdi. Fransa silah istehsalını xeyli artırdı. Sabitləşmə illərində istehsalın və kapitalın təmərküzləşməsi sürətləndi. Zəhmətkeşlərin istismarını gücləndirmək hesabına ölkənin iqtisadiyyatına və maliyyəsinə nəzarət edən "iki yüz ailənin" mənfəəti artdı.

1929-cu ilin iyul ayında Puankare xəstəliyi ilə əlaqədar istefa verdi. A.Brian iyul ayından oktyabr ayına qədər baş nazir oldu. 1929-cu ilin oktyabrından 1931-ci ilədək baş nazir Andre Tardye oldu. . O, 1906-cı ildən 1931- ci ilə qədər 25 il nazir vəzifəsində çalışmış, 11 dəfə baş nazir olmuşdur. Aristid Brian sülhsevər olması, millitarist olmaması ilə fərqlənirdi. A.Brian Sovet Rusiyasına qarşı antisovet mövqeyində idi.

A.Brianın təşəbbüsü ilə 1928-ci ilin avqustunda 48 dövlət tərəfindən məşhur Brian-Kelloq paktı bağlandı. Kelloq ABŞ-ın dövlət katibi idi. Həmin pakta görə müharibə hər bir dövlətin milli siyasəti üçün yolverilməz hesab edilirdi. A.Brian həm də Panavropa ideyasının təşkilatçısı olmuşdur. 1930-cu ilin mayında A.Brian Avropanın 27 dövlətinə "Avropa federal ittifaqı" yaratmaq barədə müraciət etdi. Lakin böyük dövlətlər bu ideyanı mdüaifə etmədilər. Çünki onlar Avropada Fransanın hegemon olacağından ehtiyat edirdilər.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin