13. Dünya iqtisadi böhranının İtaliyaya təsiri (1929-1933-cü illər)
1929-cu ildə başlanan dünya iqtisadi böhranı İtaliyaya ağır zərbə vurdu. Xarici ticarət dövriyyəsinin aşağı düşməsindən ən çox ziyan toxuculuq və metallurgiya sənayesinə dəydi. İtaliyada böhranın əsas cəhətləri müflisləşmə, işsizlərin sayının artması və dövlət gəlirlərinin ixtisar edilməsi oldu. 1931-ci ildə böhran ölkənin maliyyə sisteminə dağıdıcı zərbə vurdu. Bir sıra iri banklar iflas olmaq həddinə gəlib çatdı. İqtisadi böhran illərində ölkədə 41 min. əhali yaşayırdı. Rəsmi məlumata görə işsizlərin sayı 1929-cu illə müqayisədə 1933-cü ildə 3 dəfə artaraq 1 mln. nəfəri ötüb keçdi. Əməkhaqqı 12-16% aşağı düşdü.
Hökumət maliyyə böhranının qarşısını almaqdan ötrü Əmlak İnstitutu yaratdı. Bu institut uzunmüddətli sənaye kreditləri verməyi öz üzərinə götürdü. Xüsusi maliyyə birlikləri kredit verməkdən uzaqlaşdırıldı.
İqtisadi böhran illərində hökumət "çörək uğrunda mübarizə” şüarını elan etdi. 1928 və 1933-cü illərdə kənd təsərrüfatında əkin sahələrini genişləndirmək və suvarma qurğularını tikməyə dair iki qanun verildi. Bu qanunlar ölkənin aqrar bölməsinin böhrandan çıxmasına kömək etdi. Nəticədə ölkədə taxıl istehsalı 1933-cü ildə artaraq 82 mln. tona çatdı. İtaliya xaricdən taxıl almağı azaltdı.
Beləliklə, 1933-cü ilin sonu - 1934-cü ilin əvvəllərində İtaliya iqtisadi böhrandan çıxdı.
Dostları ilə paylaş: |