10. Münhen qiyamı
Almaniyada hökumətin zəifliyi, bolşevizm meyllərinin güclənməsi və Sovet Rusiyası tipində quruluş yaratmaq cəhdləri nasional sosializmi hərəkətə gətirdi. 1923-cü il noyabrın 8-9-da Hitlerin başçılığı ilə Münhendə "pivəxana qiyamı" başlandı. Pivəxanaya gələnləri girov götürən qiyamçılar hökumətin istefasını tələb edərək Berlinə doğru yürüşə keçdilər. Bavariya hökumətinin başçısı fon Kara da qiyamçılara qoşularaq yerli nazirləri həbs etdi. Qiyamçılar imperiya hökumətinin və prezident Ebertin devrildiyini bildirdilər. Hitler özünü yeni imperiya hökumətinin başçısı, general Lüdendorfu isə ordunun ali baş komandanı elan etdi. Lakin bu dövrdə alman xalqında nasional-sosialistlərin hakimiyyətinin qurulmasına təlabat yox idi. Nəticədə qiyam Münhen küçələrində səhəri gün məğlubiyyətə uğradı və Hitler başda olmaqla müqəssirlər həbs edildilər. Partiyanın fəaliyyəti qadağan olundu.
1924-cü il fevralın 26-da qiyamçılar üzərində məhkəmə prosesi başlandı. 40 nəfər ittiham edildi. Məhkəmədə Hitler qiyamın döv ləti cinayət olduğunu etiraf etdi. O, məhkəmədən təbliğat vasitəsi kimi istifadə edərək özünü müqəssir sayıb məsuliyyəti üzərinə götürdü. Bildirdi ki, o, inqilaba qarşıdır, satqın deyildir və alman xalqının alçaldılmasının əleyhinədir. Məhkəmə prosesi nasional sosialistlərin nüfuzunu daha da artırdı. Hitlera 5 il həbs cəzası verildi. Hitler və silahdaşları Landsberq həbsxanasında milli qəhrəman kimi qarşılandılar. O, həbsxanada 6 ay yatdıqdan sonra azad edildi. Həbsxanada ikən silahdaşları olan Morisə və Gessa "Mənim mübarizəm" kitabını söyləyərək yazdırdı. Bütövlükdə, 1924-28-ci illərdə Hitler üç kitab yazdı. Bu kitablar nasional-sosia lizm hərəkatının yaranma səbəbləri və məqsədlərini müəyyənləşdirərək "Mənim mübarizəm"in tərkib hissələrinə çevrildilər.
Dostları ilə paylaş: |