1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi



Yüklə 108,94 Kb.
səhifə1/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
  1   2   3   4   5   6   7   8   9   ...   79
cavab


1.ABŞ prezidenti Vudro Vilsonun 14 maddəsi

Birinci dünya müharibəsinin sonuna yaxın döyüşən dövlətlər hərbi əməliyyatları dayandırmaq məqsədilə müxtəlif sülh proqramları ilə çıxış etdilər. Belə proqramlardan birini 1918-ci il yanvarın 8-də ABŞ prezidenti Vudro Vilson əsaslandırdı. "14 maddə" adlandırılan bu proqramda beynəlxalq münasibətlərə dair aşağıdakı irəli sürüldü:

sülh müqavilələrinin açıq müzakirəsi. Bundan sonra heç bir gizli beynəlxalq saziş olmayacaq,

diplomatiya isə həmişə açıq-aydın və hamının gözü qarşısında fəaliyyət göstərəcək dir;

ərazi suları xaricində həm sülh, həm də müharibə vaxtı gəmiçiliyin dənizlərdə mütləq sərbəstliyi;

mümkün olduğu qədər bütün iqtisadi maneələrin ləğv edilməsi; dövlət təhlükəsizliyinə uyğun olaraq silahların mümkün qədər azaldılması üçün ədalətli zəmanətlər verilməsi; bütün rus torpaqlarının azad edilməsi. Rusiya öz taleyini özü müəyyənləşdirməli, istədiyi idarə formasını seçməli və Millətlər Cəmiyyətinə qəbul olunmalıdır; Belçika boşaldılmalı və bərpa edilməlidir; Fransa boşaldılmalı, işğala məruz qalmış ərazilər bərpa olunmalı, Elzas və Lotaringiya Fransaya verilməlidir; İtaliyanın sərhədləri dəqiq müəyyənləş dirilən milli əlamətlərə görə dəyişdirilməlidir;

1918-ci ilin fevralında Vilson "14 maddə"yə daha dörd prinsip əlavə etdi. Həmin prinsiplərin qısa məzmunu belə idi: sülh prosesi qeyd-şərtsiz olaraq ədalətə əsaslanmalıdır, xalqlar və vilayətlər dövlətlər arasında şahmat oyunundakı piyada kimi mübadilə vasitə sinə çevrilməməlidir, hər bir ərazi məsələsi aidiyyəti üzrə yerli əhalinin maraqlarına uyğun olaraq həll edilməlidir, öz taleyini qəti müəyyən etmiş bütün millətlərin tələbləri ödənilməlidir.

Vilsonun "14 maddə"si müharibədən sonrakı dövrdə beynəlxalq münasibətlər sisteminin əsaslarını təşkil etmək, dünya quruluşunu və eyni zamanda ABŞ-ın qlobal xarici siyasət istiqamətlərini müəyyənləşdirmək məqsədini daşıyırdı.




Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin