SEVGİ ÜÇBUCAĞI
«168 saat»ın «Talelər» rubrikası üçün bu dəfə taleyini bizə Ramin adlı bir gənc
danışdı. Bu yazıda onun qəribə həyatından söz açacağıq. Bu həyatda hər şey var:
enişlər, yoxuşlar... Sevinc dolu anlar, sarsıntılar... Ümid seli və ümidsizlik
qəbiristanlığı... Bu həyatda Anar adlı bir rəqib də var.
Və bu həyatda, həm də Nərmin adlı məsum bir qız da mövcuddur. Raminin
həyatında indi tək bir qız – Nərmin olduğu halda Nərminin həyatında iki oğlan var:
Anar və Ramin. Anar onu Mələk adlandırır, Raminsə Nina.
Anar və Ramin arasında Nərminin ürəyini fəth etmək üçün amansız çırpışma gedir.
Onlar bir-birilərini fiziki cəhətdən məhv etmək dərəcəsinədək düşmənçilik edirlər.
Nərminin ürəyindən də belə bir amansız çırpışma gedir. Anar, yoxsa Ramin... Öncə
Anar gəlmişdi, sonra Ramin gəldi. Başlayaq öncədən...
«... Ağıl, məntiq, düşüncə, iradə, əxlaq, gözəllik, qürur, şərəf, mənlik – ideal insan
hisslərinin bütün çalarları. Allah ondan heç nəyi əsirgəmədi və o da öz üzərinə düşən
öhdəlikləri layiqincə həyata keçirməkdədir. O, yaşamır, yaşamağı öyrədir. Allah onu
yaratdı ki, bir çoxlarını örnək olsun. Öz füsünkarlığı, əsrarəngizliyi ilə, ən əsası da,
ağılı, kamalı ilə.
Həmişə belə qal, Nərgiz.
Sən bəzən mənə yad, bəzən də doğma olursan. Amma yad olanda belə doğma
olduğunu gizləyə bilmirsən...
Mənim Nərgizim... Mənim qara-boz həyatımı ən al-əlvan rəng çalarları ilə
zənginləşdirən tale rəssamım...».
Bu etirafı Ülvi Nərgizlə tanış olduqdan az sonra etmişdi...
PROLOQ
Dünən sənin telefonun öldü: Ölən yalnız adamlar olmur ki, telefon nömrələri də ölür.
Ömrü boyu çox rəqəmlər unudacaqsan: Pasportunun nömrəsini, dostunun telefon
downloaded from KitabYurdu.org
nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını, başqa
rəqəmləri – hamısını unudacaqsan. Bircə bu 7 rəqəmdən savayı. Bu 7 rəqəm, özü də
mənə bu ardıcıllıqda sənin üçün ən əziz hədiyyə idi. 7 rəqəm, onun səsi və dəstəkdən
gələn bənövşə ətri.
Bəzən mən telefonu elə qaldırırdım ki, sanki röyalın qapağını qaldırırdım. Bəzən bu
telefon dəstəyini elə qoyurdum ki, elə bil tabutun qapağını bağlayırdım.
İndi bu nömrə yoxdur. Yox, əslində var, ama mənimçün yoxdur. Mənimçün bu
nömrə indi yasaq ərazidir. Barmağımın altında, telefon nömrələrində yerləşən 7
rəqəm indi mənim üçün keçilməz bir məsafədir, kilometrdir, uzun bir yoldur. Mən
bu məsafənin 5-dən 4-nü keçə bilərəm, 6 rəqəmi yığa bilərəm. Amma heç vaxt son
rəqəmi - 7-cini yığa bilməyəcəm. Sənin nömrən bağlı qapıdır, açarını itirmişəm.
Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidər və deyərdim, - sənə nə olub.
Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin
sakinləri dəniz görməyəndə belə duyduqları kimi. Bala bir quş gözləri görməyə-
görməyə uzun bir məsafədən anasını hiss etdiyi kimi səni həmişə hiss edəcəm.
Amma heç vaxt... heç vaxt... heç vaxt...
Toxuna bilməyəcəm.
Anar «Mən, sən, o və telefon» hekayəsindən...
1-ci hissə. Anar
Adım Anardır. 23 yaşım var. Həm bütün tay-tuşlarım kimiyəm, həm də onların
hamısından fərqliyəm. Fərqlərim çoxdur, xasiyyətimin çox qəliz olmasını söyləyir
doğmalarım, məni tanıyanlar. Ancaq fərqlərimin ən əsası bu deyil. Məni tay-
tuşlarımdan fərqləndirən ən başlıca cəhət odur ki, mən Nərmini, «Mələk»
adlandırdığım bu fövqəladi insanı tanıyıram. Qələmin mürəkkəbliyinə səmimiliyimi
qatsam, onun haqqında qələmin vərəq üstündə həkk etdiyi ilk söz bu olar: «onu
tanımıram». Axı necə tanımaq olar daim dəyişən, təkmilləşən, gözəlləşən birini,
hərdən özündən razı olan, özünü çəkən, utopiyalardan kənar realist birini? Düşüncə
downloaded from KitabYurdu.org
selinə malik olan bu qızı tam tanımaq məgər mümkündürmü? Çoxcildlik bir kitabdır
sanki o. Amma bu kitabı o hamıdan gizlin saxlasa da, kitab rəfinin ən hündür qatında
əlçatmaz bir yerdə gizləsə də, ona həsəd aparan, onun yaxınlığına nail olmaq üçün
yüzlərlə pərəstişkarından qoruyub saxlasa da, tək məndən gizləmir. Məndən, bir də
Ramin adlı birisindən...
Çox xoşbəxtəm ki, onun ürəyini ilk fəth edən məhz mən olmuşam. Çox xoşbəxtəm...
***
2009-cu ilin oktyabr ayının 8-i idi. Mən qiyabiçi tələbəyəm, kollecdə oxuyuram.
Qrupa daxil olanda gözümə bir qız sataşdı. Dərhal içimdə məhrəm, ilıq hisslər baş
qaldırdı. Çox gözləyə bilmədim, elə ertəsi gün söz göndərdim, ondan xoşum
gəldiyini bildirdim. Adı Əminə idi qızın. Amma bunun qarşılığında «sevdiyim oğlan
var» söyləyib Əminə mənə rədd cavabı verdi. Təbii ki, centlimenlik edərək üzr
istədim və onu bir daha narahat etməyəcəyimi söylədim. Üstündən bir müddət keçdi.
Dekabr gəldi, artıq havalar soyumuş, ilin son günləri şaxta-sazağı ilə sanki dayanıb
durmaq, vida anlarını uzatmaq və ən əsası da, getməsinin, qeyb olmasının hayıfını
çıxmaq istəyirdi. İçimdə bir ölgünlük, boşluq var idi. Arabir onu görür, üzümü yana
çevirib keçib gedirdim. Amma fikrimdə, xəyalımda həmişə o idi. Onu heç cür unuda
bilmirdim...
Dekabrın 20-də Azər adlı qrup yoldaşım zəng edib bildirdi ki, Əminə mənim
nömrəmi istəyir. Həyəcan qarışıq sevinc hissi içimə dolub bütün varlığımı əsir elədi.
İnanmayırmış kimi bir də ona bu sözləri təkrar elətdirdim.
- Əminə deyir ki, Anarın nömrəsini mənə ver...
Dilim topuq vura-vura «... əlbəttə ver» sözlərini söylədim. Əminə zəng vurdu, mənə
simpatiyası olduğunu bildirdi, dost olmağımızı təklif etdi. Həm də etiraf etdi ki,
sevdiyi yoxdur. İlk tanışlıqda yalandan mənə guya sevdiyi oğlan olduğunu
bildiribmiş...
downloaded from KitabYurdu.org
Və beləcə dostluğumuz başladı. Biz kollecdən kənarda görüşür, daha çox parka
gedir, bir-birimizi tanımağa çalışırdıq. Zarafatlaşır, deyib-gülür, telefonlarımıza
şəkil, musiqi göndərirdik. Qış vaxtı boşalmış parkdakı görüşlərin ən böyük özəlliyi
o idi ki, biz tam sərbəst olurduq, ətrafda heç kim olmur du. Bir dəfə əlindən tutmaq
təmasından başlayıb ta ki, odlu yanaqlarını öpmək yaxınlığınadək yaxınlaşmışdıq...
Butün qrup qızları mənim Əminəni sevdiyimi bilirdilər. Nərmin adlı bir qız –
Əminənin rəfiqəsi isə bizim yaxınlaşmağımıza, mehriban olmağımıza xüsusi
canfəşanlıq göstərirdi. Onlar bir parta arxasında otururdular. Nərmin dururdu ki,
mən Əminəylə oturum...
Nərminlə tez-tez ünsiyyətimiz yaranırdı... Bir də gözlərimi açıb gördüm ki, mən
Nərminlə də dostlaşmışam...
Əminə ilə tez-tez sözümüz çəp də gəlirdi, bəzi məqamlarda bir-birimizi başa
düşmürdük. İçimdəki ideal qız obrazının Əminəyə uyğun olmadığını get-gedə daha
dərindən hiss edirdim. Beləcə, ondan soyuduğumu duyurdum. Ondan soyuduqca isə,
Nərminə meylim daha da artırdı. Bu qürurlu, oğlanlarla ünsiyyətdən qaçan gözəl-
göyçək qıza içimdə çox böyük istək baş qaldırmışdı. Onu günü-gündən daha çox
istəməyə başlayırdım... Əlbəttə, bu sualı bax indi, 2011-ci ilin iyununda öz-özümə
verəndə, dərhal da cavabım sıraya düzülmüş hərf və sözlərin cümlə sadalaması
şəklində əzbər, birnəfəsə söylənilir:
- Mən Nərmini niyə çox istədim?! Çünki o qızda heç bir qızda görmədiyim
xüsusiyyətləri gördüm. O qızda saflıq, paklıq, təmizlik, sadəlik, mehribanlıq,
gülərüzlülük, ürəyiaçıqlıq və ərköyünlük gördüm. Çox duyğusal biri idi. Həm də
həddindən artıq gözəl idi. Hündür boyu, iri yanaqları, yekə gözləri var idi. Bu
gözəllikdə bir qızın indiyədək həyatında oğlan olmaması mənə maraqlı gəlirdi.
Mənim qarşıma çox qız çıxıb, çox qız görmüşəm, bu qızların içində elə birisi
olmayıb ki, keçmiş həyatında oğlan olmasın. Hamısı həyatlarında kiçik də olsa,
oğlana aid bir parça, nəsə yaşamışdı. Mən fikirləşirdim, görəsən, elə bir qız olacaq
downloaded from KitabYurdu.org
ki, onun həyatında oğlan olmasın, onun oğlanlara qarşı simpatiyası yox, antipatiyası
olsun. Sonda Nərminlə rastlaşdım və bunları Nərmində gördüm. Onu o qədər çox
istədim ki...
Bu aralar Əminə ilə də danışırdım. Sadəcə, dost kimi. Amma Nərgizlə Əminənin
arası dəymişdi. Aralarında söz-söhbət olmuşdu və bunlar küsmüşdülər. Bir-
birilərinə qarşı prinsipləri var idi.
İllər dəyişdi, yeni il gecəsində həm Nərmini, həm Əminəni ürəkdən təbrik edib
həyatımın bir parçası olan bu iki qızla 2010-cu ilə daxil oldum.
Yanvarın 3-də Əminəylə yenicə telefonla danışıb xudahafizləşmişdik ki, telefonuma
zəng gəldi. Bir oğlan məni söhbət eləməyə çağırırdı. Mən də tərəddüd etmədən
gələcəyimi söylədim. Görüş «Qurd qapısı»nda saat 21.00-da baş tutdu. Məndən
Əminədən ayrılmağımı istədi və mən təbii ki, «yox» dedim. Oğlanın kim olduğunu
soruşdum. Əminənin sevdiyi oğlanam, - dedi. Buna inanmadım. Əminəyə zəng edib
bunun doğru olub-olmadığını öyrəndim. Doğru idi.
Əminənin sevdiyi oğlan var imiş. Amma mənə deməmişdi. Bu məni çox incitdi.
Dilxorçuluq içində «Qurd qapısı»nı tərk etdim. Və qərar verdim ki, Əminəni
həyatımdan silim. O gündən sonra Nərminə daha çox bağlandım, onu daha çox
istədim. Həyatda hər kəsdən, hər şeydən çox istədim. Hər gün 6-7 saat telefonla
danışırdıq. O qız heç vaxt çölə çıxmırdı. Çünki o təmiz ev tərbiyəsi görmüş bir qız
idi. Mən ona çox demişdim, təklif etmişdim, çıxaq gəzək. Amma bunun mümkünsüz
olduğunu bilirdim. Nəisə... Biz hər gün danışırdıq.
Mən onunla çox xoşbəxt idim...
Bəzən biz xoşbəxt olduğumuzu hiss etmədən xoşbəxtlik içində yaşayırıq. Ona görə
də belə günlərimizin qədrini bilmirik...
Nərminlə xoşbəxt idim. Amma Əminəni də ürəyimdən çıxara bilmirdim... Hisslər
ürəyimin bir küncünə sıxılıb qalmışdı, sən demə...
downloaded from KitabYurdu.org
Növbəti dərs ilində Əminəylə yenidən barışdıq. Yenə əvvəlki yaxınlığımız bərpa
olundu. Özümdən asılı deyildi, sanki bir maqnit cazibəsi ilə bu qız məni özünə
çəkirdi... Tənəffüslərdə baş-başa verir, kollecin həyətində gəzişir, bütün günü SMS-
ləşirdik. Çox önəmli park gəzintiləri də öz yerinə qayıtmışdı.
Bu, Nərminə çox pis təsir edirdi, onun xətrinə dəyirdim bu hərəkətimlə. Nərmin
məni qısqanırdı, Əminəylə düşmən olduğu səbəbindən isə mənim belə etməyim onu
cızığından çıxarırdı. O, hər gün məndən tələb edirdi, ki Əminədən ayrılım. Nəhayət,
oktyabrın 11-də qəti olaraq qarşıma şərt qoydu:
- Ya mən, ya o.
Mən çox çətin bir durumda qaldığımı etiraf etdim, seçim etməkdə çətinlik çəkdiyimi
bildirdim. Belə olanda Nərmin öz qərarını verdi. Və məndən ayrıldı...
DOSYE. NƏRMİN
1992-ci ildə Bakıda anadan olub.
1998-ci ildə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 282 saylı orta
məktəbə daxil olub. 2009-cu ildə həmin məktəbi bitirib. Elə həmin il İqtisad
Universitetinə qəbul olmaq arzusu ilə sənədlərini II qrupa verib, təəsüflər olsun ki,
testdən keçməyərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Humanitar və
İqtisad kollecinə daxil olub. Hal-hazırda həmin kollecin tələbəsidir. Qiyabiçidir.
Ailələri 4 nəfərdən ibarətdir: atası, anası, qardaşı və özü.
Subaydır, heç bir yerdə işləmir.
Xobbisi – gəzmək, musiqi dinləmək, yeni-yeni geyimlər almaq.
Vurduğu ətir – «Versage».
Arzuladığı şeylər – maşın sürmək, cins itə sahib olmaq, səfərə çıxmaq – Londonu,
Parisi, İstanbulu gəzmək.
Xasiyyəti – duyğusal, ərköyün, inadcıl
Ən pis xüsusiyyəti – insanlara tez inanması.
NƏRMİNİN BÜRCÜ
downloaded from KitabYurdu.org
Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət
edin. Xərçəng ürəkdən, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə «mən sizi
hardasa görmüşəm» - ilə başlayasınız. Onların çox gözəl yaddaşları var.
Həmsöhbətiniz qadın Xərçəngdirsə, onda siyasət, incəsənət və ümumi tanışlardan
söhbət açın.
Xərçənglərlə səmimi söhbət zamanı onların şəxsi problemləri haqqında danışmayın.
Bir anlıq onlar sizə bütün problemləri, sirrləri haqqında danışa bilərlər. Çox
keçmədən, yeni tanışla bu qədər səmimi danışdıqları üçün peşman olacaqlar. Sizə
münasibətləri dəyişə, hətta sizdən yan da gəzəcəklər. Mütləq onların etibarını
qazanmalısınız.
İlk görüşü teatra və konsertə təyin edin. Xərçənclər romantik musiqiyə çox
həssasdırlar. Əgər xərçənglərə hədiyyə almaq istəsəniz, onda evdə istifadəyə lazım
gələn əşyaları seçsəniz, yaxşı olar. Çərçivəli şəkillər, mətbəx ləvazimatları və s.
Xərçənglər kolleksiya toplamağı xoşlayır. Hansı əşyalarının çatışmadığını bilib,
məhz ondan alsanız, Xərçəngin ürəyincə olar, ona dünyanı bağışlamış olarsınız.
Marka, kibrit qabı onlar üçün qızıl qədər qiymətlidir. Gümüş-zinət əşyalarını
sevirlər. Mücrü də alıb hədiyyə etsəniz, siz onların ürəyini fəth etmiş olarsınız.
Xərçənglər analarına qarşı çox mehriban olurlar, özləri də xüsusi diqqət və ehtiram
istəyirlər. Xərçənglərlə münasibətdə bunu da unutmayın ki, onlar laqeydliyi,
diqqətsizliyi sevmirlər.
2-ci hissə. Anar
... «Sən o qədər içdən, o qədər səmimisən ki, sanki içində heç bir pislik və ağırlıq
yoxdur. Məni ən çox narahat edən tərəfin sakit, rahat, sanki yüz il belə qalmağa
hazırmış kimi yorulmayan baxışların və səs tonundur. Sənin yanında insan hönkürüb
ağlaya biləcək qədər özünü rahat hiss edir. Nərgiz, sən insan qəlbini dolayısı ilə çox
gözəl dərk edir, həyatı dərindən anlayırsan. Sən hər şeyi hiss edir və etdirə biləcək
qədər gücə maliksən.
downloaded from KitabYurdu.org
İlk baxışdan özündən razı, eqoist, amma tanıdıqca tam əksi olduğunu anladığım
birisən, dəyişkən olduğun qədər sadiq birisisən. Hamıya bənzədiyin halda, eyni
zamanda heç kimə bənzəməyən birisisən. Anladığım və hələ də anlaya bilmədiyim
birisisən. Tanıdığım və hələ də tam tanıya bilmədiyim birisisən.
Sanki bir mələksən, göydən yerə enmisən. Yox, sən əslində Nərmin yox, elə
Mələksən. Mənim Mələyim...».
***
İndi o həyatımdan çıxmışdı. Dərin ifadəli gözlərində kədər sezilirdi həmişə...
Əminə iləsə münasibətlərim get gedə dərinləşirdi. Bir gün Əminənin nişanlanması
xəbərini eşitdim. O sevişdiyi oğlana yox, başqasına nişanlanmışdı... Demək,
həyatında məndən başqa, azı 2 nəfər də olub? Əslində, bu, mənə ondan ayrılmaq
üçün növbəti bəhanə olmalı idi. Bununla belə, əlaqəmizi yenə də kəsmədik.
Nərmindən fərqli olaraq Əminə ilə münasibətlərim söhbət və SMS-lərlə
məhdudlaşmırdı. Biz görüşür, gəzməyə çıxırdıq. Sadəcə, indi sevgililər kimi yox,
dostlar kimi edirdik hər şeyi. Nişanlı olduğu, başqasına məxsusluğu səbəbindən ona
başqa gözlə, başqa fikirlə baxmırdım, dostluğumuza xəyanət etmirdim. Onu çox
istəyirdim, o da məni çox istəyirdi. Həm də lap çox. Çətin anlarımda yanıma gəlir,
həmişə mənə dəstək olurdu...
Nərmin... O bakirə, o gözəl varlıq... Bir gözüm Nərmində qalmaqda idi. Ürəyim,
hisslərim, duyğularım Nərminlə idi. Küsülü olsaq da, onun həyatından qopa bilmir,
daha doğrusu, bunu istəmirdim. Heç bir oğlanı ona yaxın buraxmırdım. Nə vaxt
eşidəndə ki, kimsə ona sataşır, ya arxasınca gəlir, həmin oğlanları tapıb onlarla
dalaşırdım. Onu istəyən olanda da araya girir, buna yol vermədən «o qız mənlikdir»
söyləyirdim... Özüm o son söhbətdən sonra Nərminə yaxınlaşmağa risk eləmirdim.
Amma ürəyimdə nəsə bir inam var idi ki, biz barışacağıq. Nəsə olacaq, hansısa xoş
təsadüf bizi yenidən birləşdirəcək. O xoş təsadüfü çox gözləməli olmadım...
downloaded from KitabYurdu.org
Tanışlığımızdan bir il keçmişdi artıq, növbəti il qovuşuğu qapının kəndarında idi:
2010-cu il dekabrın 12-də kollecin bufetində Nərmini görəndə sanki ürəyim qopub
ayağımın altına düşdü... Nərmin o qədər gözəl, o qədər sevimli və o qədər doğma idi
ki. Ona yaxınlaşa bilmədim, onunla kəlmə kəsmək xoşbəxtliyinə «tabu» qoyduğum
üçün peşiman-peşiman ona tərəf baxdım. Və o... Gözləmədiyim halda mənə
yaxınlaşıb portağal təklif etdi. İlk öncə etiraz etdim, amma təkidini görüb götürdüm.
Çox həyəcanlı idim. Və həm də çox xoşbəxt idim...
Beləcə biz barışdıq.
Və elə növbəti gündə Nərmin ambisiyasını ortaya qoyub yenidən məndən Əminə ilə
ayrılmağımı tələb etdi. Nərmini çox istəyirdim, ondan ayrı qala bilməzdim, bu şəksiz
idi. Ancaq Əminəni də axı, Nərmin qədər olmasa da, hər halda çox istəyirdim. Necə
ayrıla bilərdim ondan? İki odun arasında qalmışdım, bilmirdim nə edim.
Nərmin təkid edir, dirəniş göstərirdi. Dərhal Əminədən ayrılmağımı təkidlə tələb
edir, əks halda, bir də heç vaxt mənimlə barışmayacağını dilə gətirirdi. Mən azacıq
düşünüb Nərmini itirməmək üçün onu aldatdım, Əminəni atacağımı söylədim.
Bununla da, Əminə ilə münasibətləri gizli müstəviyə keçirdim. Yenə görüşür, SMS-
ləşirdik, amma indi Nərmindən gizlində qalırdı hər şey.
Əminədən isə Nərminlə barışdığımı gizlətməli olmuşdum. Beləcə, ikili oyun
oynamaqla idim. Halbuki, özüm də çox gözəl bilirdim ki, bu oyunun sonu yoxdur,
gec-tez yalanlarımın üstü açılacaq...
II hissə
3-cü bölüm. Anar
«Sənin sadəliyin sənin özünsən, sənin daxilindir, kövrəkliyindir, tənhalığındır. Sən
özünü səmimiliyinlə tanıtdırdın, sevdirdin. İstərdim həyatda ağ-qara rənglərə öz
həyatsevərliyin ilə vurduğun rəngarənglik palitrası heç vaxt səndən əskik olmasın.
Səninlə yanaşı olmaq bir yana, sənin adicə varlığını hiss etmək belə həyatda hər şeyə
dəyər.
downloaded from KitabYurdu.org
Çox qısa bir zaman ərzində insanı özünə inanılmaz dərəcədə bağlayan birisən sən.
Sənin necə olduğunu söyləyə bilsəydim, səni belə çox istəməzdim.
Sən sirr daşıyıcısı, naməlum, məchul birisisən...».
... Hər gün daha da bağlanırdım Mələyimə. Hər gün istəyim birə-beş artırdı. Amma
Həmidəni qəlbimdən çıxara bilməməyim, ikili oyunum bir gün məni çox çılpaq bir
həqiqətlə və çox müdhiş bir faciəylə üz-üzə qoydu... Yeni il ərəfəsində Nərminlə
Əminənin sözləri düz gəlmədi, onsuz da düşmən olan qızlar söz savaşından əlbəyaxa
savaşa keçdilər. Və bu dava zamanı bölüşmə predmeti kimi mənim də adım hallandı
və belə məlum oldu ki, gizlincə hər iki qızla da dostluq edirəmmiş...
Onların düşmənçiliyi daha pik həddə çatdı, üstəlik hər ikisində mənə qarşı nifrət
yarandı, hər ikisi məndən üz döndərdi...
Əslində, mən sirrimin açılacağını Əminədən gözləyirdim. «Qurd qapısı» söhbəti,
məni, sevdiyini aldatması, sonra başqasına nişanlanması... Amma Nərmindən
gözləmirdim. Çünki Nərminə özüm kimi inanırdım...
Gecə ona zəng edib bircə kəlmə söz dedim, «sənə inanırdım». Həmin gecə ömrümün
ən dəhşətli gecəsi oldu. Özümü heç cür bağışlaya bilmirdim, iki qızı aldatdığım,
hissləri ilə oynadığım, sonda isə hər ikisi tərəfindən alçaldılaraq atıldığım mənə
rahatlıq vermirdi. Hətta o dərəcədə sarsılmışdım ki, damarlarımı kəsib özümü
öldürmək qərarına da gəldim. Nərminlə Əminəyə vida sözlərimi çatdırmağı qrup
yolaşımız Fatimədən xahiş etdim. Xoşbəxtlikdən, Fatimə məni fikrimdən daşındırdı,
aciz və zəif olub gülüş hədəfinə çevrilə biləcəyim ehtimalı ilə qüruruma və
kişiliyimə toxundu. Hər şeyin yaxşı olacağına məni inandıra bildi, mən də intihar
fikrindən vaz keçdim...
Ertəsi gün Fatimə hər iki qıza zəng edib mənim düşdüyüm vəziyyəti izah etdi,
həyatla vidalaşmaq həddinəcən gəldiyimi bildirdi. Xahiş etdi ki, qızlar mənimlə
barışsınlar. İlk öncə Nərmin, dalınca da Əminə zəng etdilər. Onlar hər şeyin arxada
qaldığını, baş verənləri unutmağımın zəruriliyini söylədilər...
downloaded from KitabYurdu.org
Ömrümdə ilk dəfə narkotikin dadına baxdım. Həyatım qara zolağa daxil olmuşdu
sanki, heç cür ordan çıxa bilmirdim…
Səhərisi gün mən kollecə gəldim, kimsənin üzünə baxmaqdan utanırdım... Kişilik
instinktim məhz bu gün son qərar verməyimi zəruri edirdi. Dəmiri isti-isti döyməli
idim, başqa yolum yox idi. Mən Əminə ilə ayrılıb, Nərminlə qalmaq qərarını verdim.
Beləcə, Nərmin ömrümə qayıtdı. Mənim Mələyim onsuz keçərkən ağ-qara
bürünmüş həyatıma yenidən al-əlvan rənglər gətirdi...
4-cü hissə. Anar
Biz demək olar ki, bütün günü SMS-ləşirdik. Telefonun mesaj siqnalını hər an
gözləməkdə idim. Telefon əlimdə bitmişdim... Onun SMS-ləri tək telefonuma yox,
həm də beynimə həkk olunurdu.
18.12.2010
Nə qədər ciddi olduğumu bilmirsən. Ayın 30-da məclisə də gedəcəm, bufetə də
haçan istəsəm düşəcəm. Get qanunlarını başqa qız dostlarına diqtə elə.
19.12.2010
Mənimlə danışırsan, bu, bəs deyil, hələ başqaları ilə də danışırsan? Eybi yox,
istəyirsən lap 10-u ilə danış, mənə dəxli yoxdur.
20.12.2010 8
downloaded from KitabYurdu.org
Anar, qadası, yaxşı da. Mən səni çox istəyirəm, bunu heç vaxt danmaram. Hər zaman
yanındayam. Narahat olma. Damar-zad kəsmək nədir axı? Belə eləmə də, qorxuram
vallah.
Sabah gələcəksən, elə bir vəziyyət görəcəksən, elə bil heç nə olmayıb. Narahat olma.
Heç kim də nifrət eləmir sənə.
21.12.2010
Əsəbiləşirəm. Niyə axı? Mənim ən böyük günahım insanlara tez güvənməyimdir?
İnsanları özüm bilməyimdir? Yoxsa yaxşı tanımadığım bir insanla dost olmağımdır?
Bəlkə pis qız olmağımdır? Nə? Nə? Nədir axı?
22.12.2010
Anar, mən həyatımı yaşamaq istəyirəm, yanlış, ya doğru. Səhv, ya düz. Buna qoy,
mən özüm qərar verim.
23.12.2010
«Sənə inanıram» romanını yarıyacan oxumuşam. Orda hədər yerə yazılmır ki:
«Yalan nədən yaranır? Təbii ki, qorxudan. Qorxu - bizim qərar qəbul etməyimizin
əsas ləngidicisidir.
O, qəbul etdiyimiz qərarı tükürpədən səslə dayandıran əyləcdir»...
24.12.2010
Hər insanın səhvləri olur, qadası. Yıxılan insana zərbə vurmazlar. Çünki birinci dəfə
deyil belə şey görürəm. İnanmaq istəyirəm sənə. Axı bunadək inanmışam. Bu inam
da birdən qırılmır.
25.12.2010
Əgər biri səni aldatmışdırsa, bu onun günahıdır. O adam, əgər səni bir neçə dəfə
aldatmışdırsa, bu artıq sənin günahındır.
26.12.2010
Bu dünyada iki qüsursuz insan vardır. Biri doğulmamış, biri isə ölmüş. Hər yazdığım
mesajda sən varsan. Özünü orda axtar, səhvlərinlə, günahlarınla.
downloaded from KitabYurdu.org
27.12.210
Hər bildiyini söyləmə, amma hər söylədiyini bil... Çox gözəl sözlərdir... Kontur
qurtardı, daha yaza bilməyəcəm.
28.12.2010
Unudum? Bu, sən deməklə deyil ki. Bəlkə sən hər şeyi silib atmaqda ustasan, çox
yaşamısan belə şeyləri. Amma məndə birinci dəfədir. Mən istəsəm də silə bilmirəm.
Unutmaq üçün zaman lazımdır.
Xahiş edirəm, nömrəmi sil. Mən də siləcəm. Amma beynimdən necə siləcəm,
bilmirəm.
29.12.2010
Bəlkə də həyatda heç kəs, ailəmdən kənar heç bir insan məni bu qədər ağlada, incidə
bilməzdi. Amma sən bunu etdin.
29.12.2010
Sən Əminəni sevirsən...
31.12.2010
Bu gecə ağ saqqalı, qırmızı papaqlı bir kişi səni qaçırtmaq istəsə, qorxma. Çünki
Şaxta Babadan yeni il hədiyyəsi olaraq səni istəmişəm...
Daha yazmayacam. Bayramını təbrik edirəm. İnşallah, bu il sənə düşərli olar,
evlənərsən. Sənin xoşbəxt olmağını istəyirəm, buna layiqsən, dostum.
02.01.2011
Aa. Bu saatda, bu soyuqda çöldəsən? Get evə, qadası. Get, mənə də mesaj yaz ki,
evdəyəm. Tez ol, bax yatmıram, gözləyirəm.
04.01.2011
Önümdə getmə, səni izləməyə bilərəm. Arxamdan da gəlmə, yol göstərməyə
bilərəm. Yanımda yeri və yalnız dostum qal. Albert Kamyudan.
15.01.2011
downloaded from KitabYurdu.org
Səninlə səhərdən-axşama kimi danışmaq istəyirəm. Amma heyif, alınmır. Bircə tətil
tez bitsəydi. Bircə məktəb tez açılsaydı...
17.01.2011
«Bilirəm, biz sadəcə dostuq. Subay qalası deyilsən ki. Birini sev, buna sözüm
yoxdur. Amma məndən üstün, məndən çox heç kimi istəmə...»
Bəzən gecə sübhədək yazışırdıq. Minlərlə SMS yazmışıq biri-birimizə. Bu SMS-lər
ömürümüzün birgə keçən gunlərinin yeganə şahidləridir...
Dostları ilə paylaş: |