«168 saat»ın «Talelər» rubrikası üçün bu dəfə taleyini bizə Ramin adlı bir gənc



Yüklə 270,33 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix13.04.2017
ölçüsü270,33 Kb.
#13894
1   2   3   4

14-cü hissə  

... Yaxşı, mən sənlə razıyam. Ramin haqda düşünə bilərsən, onu fikirləşə bilərsən, 

hətta  onu  məndən  çox  da  istəyə  bilərsən.  Bunlara  qarışmıram.  Amma  əsla  məni 

üzmə, nə olar...  

... Söz verirəm, taparam Ramini sənin üçün...  

...  Ay  daa,  mən  bu  gün  səsini  eşidəcəm.  Demək,  25  dəqiqədən  sonra  danışa 

biləcəyik? Nə yaxşı. Çox sevindim. Nəhayət ki...  

... 15 dəqiqə qaldı.  

... 10 dəqiqə qaldı, Mələk.  

... Cəmi 2 dəqiqəyə zəng edirəm...  

... Vaxtdır, zəng edim?  

... Nə oldu, Mələk?  

... Zəng edim?  

downloaded from KitabYurdu.org



... Danışa biləcəyik? Axı niyə???  

...  Sən  məni  dəyişməyə  çalışırsan,  hə?  Amma  dəyişə  bilməzsən,  mən  iki  il  öncə 

tanıdığın Anaram. Necə tanımışdınsa, elə də qəbul et...  

... Nə istəyirsən et. Get gir internetə, get şəhəri gəz, kiminlə istəyirsən danış... Daha 

heç nə deməyəcəm...  

... «Məni unut» yazırsan. Mən? Necə unudum? Sən bunu tələb edə bilməzsən. Sən 

öz ürəyinə hakimsən. Amma mənə zor tətbiq edə bilməzsən.  

...  Yadında,  bir  dəfə  mənə  demişdin  ki,  yıxılan  adamı  arxadan  itələmək  olmaz, 

əksinə, əl verib qaldırmaq lazımdır. Çünki hər bir insanın dəstəyə ehtiyacı var. İndi 

də mən yıxılmışam. Çox xahiş edirəm, mənə əl ver, qalxım. Axı mənim də köməyə 

ehtiyacım var.  

... Mənimlə çox ürəksiz danışırsan. Axı bu, məni incidir.  

... Nə olar, belə etmə...  

... Etmə, nə olar.  

Onun cavabları bu cür olurdu:  

... Yox.  

... Hə.  

... Nə bilim, görək də.  

... Yaxşı.  

... Dedim olmaz!  

... Bu gün alınmır, sabah danışarıq...  

... Mənim haqqımda heç nəylə maraqlanma.  

... Lap istədiyim var, bunun sənə dəxli yoxdur.  

... Dedim ki, yox.  

... Ok.  

... Olmaz, evdəyəm.  

... Elə bir şey yoxdur.  

downloaded from KitabYurdu.org



... Mən sənlə tanış olmaqda böyük səhv etdim...  

Və mayın 12-də ona elə bir şeylər yazdım ki, hansı hala düşücəyini qabaqcadan zənn 

etmək  asan  idi.  Yazdım  ki,  mənimlə  soyuq  danışdığını,  tez-tez  «otboy»  elədiyini 

görəndə ürəyimə qorxu düşdü.  

Səni itirmək qorxusu bütün varlığımı bürüdü. Mənim başqa çıxış yolum qalmamışdı. 

Məcbur olub getdim Ramingilə. Dedim sənə görə Nərmin məni ürəyindən silib. O 

daha heç vaxt mənimlə isti münasibət qurmayacaq, saatlarla ürəklə danışmayacaq... 

Daha heç vaxt mənə «səni çox istəyirəm» deməyəcək. Kəsəsi, daha heç vaxt əvvəlki 

kimi olmayacaq...  

Nərminə dedim ki, Raminə səninlə ünsiyyət qurmağı qadağan etdim...  

Bununla  Nərminin  mənə  olan  münasibətləri  tam  olaraq  pozuldu,  tamamilə  onun 

gözündən düşdüm. Qaş düzəldən yerdə vurub göz də çıxartdım...  

Günlər  ötdükcə  Nərminin  məndən  necə  də  sürətlə  uzaqlaşdığının  şahidi  olurdum. 

Saatlarca mənlə yanaşı olan, hey zəngləşən, hətta gecələr belə mesajlaşan bir qızın, 

bu qədər mənə doğma, məhrəm ürəyimi yerindən oynadan bir qızın bu laqeydliyi və 

soyuqluğu içimi didir, mənə rahatlıq vermirdi.  

Qollarıma  iri  hərflərlə  «Nərmin»  tatuirovkası  döydürmüşdüm.  Gələcək  həyat 

yoldaşım  kim  olacaqdısa,  biləcəkdi  ki,  həyatımda  başqası  olub,  onu  dəli  istəklə 

istəmişəm...  

Gizlədə bilməyəcəkdim axı heç nəyi...  

İndi  telefonla  kəlmə  belə  kəsmirdi  mənlə.  Yalvarırdım,  yaxarırdım.  Bircə  kəlmə 

səsini eşitmək istədiyimi bildirirdim.  



15-ci hissə  

Mən hər şeyi sizə – qəzetçilərə danışıram. Amma yenə də bəzi məqamlarda aramızda 

anlaşılmazlıqlar yaranır. Siz təkidlə mənimlə görüşməyi istəyirsiniz. Deyirsiniz ki, 

Anar hər şeyi gəlib redaksiyada danışır, amma mən – Ramin yalnız SMS yazıram. 

Deyəndə gəzə bimədiyimi ki, bilirsiz, onda da deyirsiz telefonla danışaq...  

downloaded from KitabYurdu.org



Yox, elə bu cür yaxşıdır. Bu əhvalatın sonu necə olacaq bunu bilmirəm. Son qərarı 

Nərmin verəcək.  

Amma  Ramin  doğrudan  da  bizə  gəldi,  mənə  hədə-qorxusunu  görsəydiniz,  mat 

qalardınız.  Çarpayıda  qalan,  gəzə  bilməyən  bir  kəsə  qadağan  etdi  Nərminlə 

yazışmağı. Dedi, bir də o qızın adını tutsan, özünü ölmüş bil. Başa salmağa çalışdım 

ki, o qız mənimçün bu mənasız və ümidsiz həyatımda son tutalqadır. Başa salmağa 

çalışdım  ki,  haqsız  hərəkət  edirsən,  seçim  Nərminin  olmalıdır.  O,  kiminlə  istəsə, 

onunla da qalmalıdır. Çarpayımın baş tərəfini yerindən qaldırıb silkələyə-silkələyə 

bağırdı:  

- Səni də məhv edərəm, onu da!  

Mən  mənən  qorxaq  birisi  deyiləm.  Qəzaya  düşməsəydim,  sağ-salamat  olsaydım, 

Anar kimisinin beş-altısını bir-birinə qatardım... Amma indiki vəziyyətin çıxılmaz 

idi.  Bu  insan  mənə  rahatca  xətər  toxundura  bilərdi.  Hətta  onun  gəlişinə  qapımızı 

açmayacağımız təqdirdə «şüşəni qırıb eyvandan evə daxil olmaq», «benzin töküb 

qapını yandırmaqla evə soxulmaq» kimi hədə-qorxularını da bildirmişdi...  

Mən tezliklə ayağa durmaq, bu şəxsdən mənə yaşatdığı acılara görə cavab istəmək 

ümidləriylə Tanrıma yalvardım...  

Məhz Nərminlə danışmaq üçün aldığım nömrəni telefondan çıxartmalı və susmalı 

idim, demək...  

Demək,  Nərminin  həyatından  çıxırdım.  Necə  gəlmişdimsə,  eləcə:  səssis  və 

səmirsiz...  

Gözlərimdən yaş axa-axa onun çox sevdiyi «Sonuncu ölən ümidlərdir» kitabından 

bu misraları SMS-ə köçürməyə başladım:  

Bir vaxt sən mənimdin,  

bir ürəkdik biz  

Təzə sevdalarla qəlbimiz dindi.  

Sanki, parçalandı planetimiz,  

downloaded from KitabYurdu.org



Ayrı qütblərdə yaşarıq indi.  

Eşqim okeandır, mən isə ada,  

Yaxına qoymadım şaxtanı, qarı.  

Neçün qərq elədi məni dünyada,  

Hicran dalğaları, hicran suları.  

Mənə sənin eşqin, qəlbin gərəkdir,  

Çəksin duyğuları ürək tarıma.  

Könül nə arzular, bilirsənmi bir,  

Əllərin toxunsun qoy saçlarıma.  

Sənsiz sevinmərəm, sənsiz gülmərəm,  

Qəlbim bir quruyan dənizdir axı.  

Səni özgəsindən ala bilmərəm,  

Səadət hamıya əzizdir axı.  

Bir bağdam, başımda oynar buludlar.  

Dumanım olmusan, çənim olmusan.  

Sevən ürəyimdə bir təsəlli var,  

Bir zaman, bir zaman mənim olmusan!  

Yazdım. Nömrəni çıxartdım. Və onun ömründən çıxdım. Gözümdən axan yaşlar bir 

anda bütün yatağımı yamyaş etmişdi...  

16-cü hissə. Anar-Ramin  

Artıq mayın sonlarıdır, kollecin açılmasına lap az qalır... Vaxt daraldıqca içimi qırıb-

dağıdan bir sirr məni daha da rahatsız edir...  

Yox, daha bu sirri içimdə gizlətməyim mümkünsüzdür... Deyəsən, vaxt yetişdi, mən 

etiraf etməli olacam. Bu etirafım ondan ibarətdir ki... Ondan idarətdir ki...  

Nərminlə münasibətləri əvvəlki məcrada saxlamaq qeyri-mümkün olanda, mən acı 

bir həqiqəti başa düşmüşdüm. Başa düşmüşdüm ki, Nərminsiz yaşaya bilmərəm...  

downloaded from KitabYurdu.org



İlk öncə Əminəyə görə onun üzünə çıxa bilmirdim. Ardınca pis yola qurşanmağım, 

sonra  xəstələnməyim... Hər  dəfə  bir  şey  mənə  mane  olurdu  ki, Nərmini  həyatıma 

qaytarım. Get-gedə aramızdakı uçurum dərinləşir, mənim bu uçuruma düşüb məhv 

olmağım reallaşırdı... Hər gün yalnız beynimdə Nərmin idi. Necə edim ki, onu əbədi 

itirməyim.  Yalnız  qoruyub-saxladığım  SMS-lərinə  baxmaq,  birgə  dinlədiyimiz 

musiqiləri  dinləmək,  birgə  oxuduğumuz  kitabları  təkrar-təkrar  oxumaq,  birgə 

keçdiyimiz yolları qarış-qarış gəzmək idi təsəllim...  

...  Və  bir  gün  qəti  qərara  gəldim.  Bir  az  pul  yığmışdım,  bu  pula  bir  bahalı  «cin» 

nömrə  alıb  o  nömrə  ilə  Nərminə  mesaj  yazdım.  Adımın  guya  Ramin  olduğunu 

bildirdim, yazdım ki, sizinlə dost olmaq istəyirəm. Bəli, bəli. Əslində, heç Ramin 

adlı şəxs yoxdur, mənim uydurduğum yalançı obrazdır. İlk öncə Nərmin etiraz elədi. 

Bu, təbiidir. Onun Anara – yəni mənə olan istəyi böyük idi. Odur ki, Ramini – digər 

«mən»i yaxına buraxmamalı idi. Amma xasiyyətinə bələd olduğum, zəif damarını 

bildiyim,  istək  və  arzularından  xəbərdar  olduğum  üçün  inanırdım  ki,  gec-tez  onu 

yola  gətirəcəm.  Həmin  anda  nə  üçün  bu  qərarı  verdiyimin  mahiyyətini  belə 

anlamırdım. Sadəcə, mənə dünyalarca əziz olan Nərmini itirməyimin acı nəticələri 

məni vadar etmişdi ki, yenə ona qayıdım. Di gəl, özüm kimi, yəni Anar kimi yox, 

bir başqası kimi yox, məhz Ramin kimi. Şikəst, dəstəyə ehtiyacı olan birisi kimi.  

İndi mən  yenidən onunla birgə idim. Həm bu birgəliyin sərbəstliyi  məni xoşbəxt 

edirdi, həm də başqa şəxs adı altında yenidən dəli qısqanclıqla onu ətrafdakılardan 

qoruyurdum...  Sonunun  necə  olacağını  düşünmədən  bu  oyuna  girmişdim...  Və 

bəzən,  Ramin  obrazında  ikən  doğrudan  da  ayaqlarımın  giziltisini  hiss  edir,  ayağa 

durub  gəzə  bilməyəcəyimdən  qorxurdum...  Bəzən  Nərmin  məni  pis  vəziyyətdə 

qoyur, gah Ramini, gah Anarı tapmağı tapşırır, oyunun şərtlərini pozmağıma səbəb 

olurdu. Tez-tez hansı obrazda olmağımı da unudurdum. Ancaq bununla belə, oyunu 

davam etdirirdim...  

Bu da son.  

downloaded from KitabYurdu.org



İyun kəndardadır. Kollecdə dərslər bərpa olunur. Ramin oyundan çıxıb, indi, sadəcə, 

bütün  bunları  Nərminə  danışmaq  qalır.  Bu  qəddar  reallıq  Raminin  oyundan 

çıxmasını zəruri etmişdir. Ola bilərdi ki, hər şeyi biləndən sonra Nərmin mənə nifrət 

edəcək, onun hissləri ilə oynamağımı, onu aldatdığımı bağışlamayacaq.  

Amma bağışlamalı idi. Bu əhvalat mənim ona olan istəyimin, sadəcə, bir sübutudur, 

əslində.  O,  Anarı  dünyalarca  istəyirdi,  Anardan  yüksək  tutduğu  tək  adam  Ramin 

oldu. Biləndə ki, Ramin də elə Anardır, biləndə ki bu qədər bağlandığı, bu qədər çox 

istədiyi şəxs elə Anarın özüdür, bunu biləndə, sadəcə, onu itirməmək üçün dostunun 

nələrə getdiyindən təsirlənəcək...  

Mən hər şeyi səninlə yenidən birlikdə olmaq üçün etdim, Nərmin.  

Necə ki, mən özümdə həm Anarı, həm Ramini yaşatmışdım, eləcə də sən özündə 

həm  Mələyi,  həm  Ninanı  yaşatdın.  İndi  biz  yenə  də  dördlükdə  olacağıq:  Anar  və 

Mələk, həm də Ramin və Nina.  

Sadəcə, Anar və Mələk cismən yaşayacaqlar, Ramin və Nina isə ruhən.  

P.S.  Doğrusu  aylardır  ki,  bu  yazı  qəzetdə  gedirdi.  Anarın  etirafı  bizə  tam 

gözlənilməz  oldu. Onu  yalançılıqda  suçlayıb  yazının  davamını  verməmək  istədik. 

Ancaq hər halda, verəsi olduq. Qoy oxucular sonluğun necəliyini bilsinlər...  

Sonda Anarın bir etirafını da qeyd etmək yerinə düşərdi: «Mən iyirmi iki il Anar 

olaraq həyatda yaşadım, həyatda özümü tapa bilmədim. Daim tərəddüdlər, səhvlər, 

sonsuz  axtarışlar  və  nəticəsizliklər  burulğanı...  Ancaq  iki  aylıq  Ramin  obrazına 

girməklə  həyatda  özümü  tapdım.  Mən  Ramini  çox  sevdim.  Və  son  qərar  zamanı 

yetişəndə Nərmini Ramin-Anar seçimi qarşısında qoyarkən, sidqi ürəkdən deyirəm, 

az qaldı ki, Anar olaraq özümü gizlədib məhz Ramin olaraq yaşayım...  

Amma heyif ki, bu mümkün deyildi.  



SON 

downloaded from KitabYurdu.org



Yüklə 270,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin