9-cu bölüm. Anar
Həmin gün biz 11 saat telefonla danışdıq. Heç yorulmaq bilmirdik.
Mən iki yerdə işləyirdim. Gündüzlər sexdə işləyirdim, gecələr isə zavodda
mühafizəçi dayanırdım. Bunları Nərminə danışırdım, o da halıma yanırdı. Mənim
üçün nələr etmək istəyirdi. Deyirdi, kaş çoxlu pulum olardı, sənə hər şey edərdim.
Əlbəttə ki, mən etiraz edirdim. Mənə kontur göndərdi. Bu, məni incitsə də, onu
qırmamaq üçün qəbul etdim. Dedi, öz telefonumu satıb sənə pul verəcəm. Neçə dəfə
downloaded from KitabYurdu.org
dedi səni görmək istəyirəm. Sənə kömək etmək istəyirəm. Hətta geydiyim
ayaqqabının ölçüsünü də soruşdu. Bildim ki, mənə ayaqqabı almaq istəyir. Amma
mən bunların heç birini qəbul edə bilməzdim. O zaman mən vicdan əzabı çəkərdim
ki, Nərmin mənə nəsə edir. Mən buna razı ola bilməzdim. Mən qayıtmışdım, Ramini
oyundan çıxartmışdım... Nərmin yenidən mənim idi.
Martın 23-də Nərminin təkidiylə görüşməli idik. O, mənə pul verəcəkdi, pal-paltar
alacaqdım... Amma mən buna imkan verə bilməzdim axı. Qürurum yol verməzdi
qızdan sədəqə götürməyə.
Nərmin həyatımın son dönəmi – narkomaniya, həbsxana, işsizlik, yoxsulluq dönəmi
barədə demək olar ki, hər şeyi bilirdi. Bu aralarda heç üzümü də görməmişdi.
Düzdür, indi işə düzəlmişdim, amma sıxıntılar da davam edirdi axı. O, ən istəkli
adamına kömək etməkdə israrlı idi. Mənsə, qəti qərar qəbul etmişdim. Görüş baş
tutmamalıdır. Mən yalnız özümü tam doğruldandan sonra Nərminin üzünə çıxa
bilərdim.…
Bu son günlərdəki danışıqlarımızdan sonra Nərminin məni nə qədər çox istədiyindən
təsirlənmişdim. Hətta o, söyləmişdi ki, səni unutmaq üçün ərə getmək belə
istəmirəm... Mənlə danışdığı müddətdə Raminə hər gün cəmi 10 SMS yazırdı,
halbuki əvvəlki günlərdə bu SMS-lərin sayı 300-350 olurdu...
Ah, mənim sevimli Nərminim...
Mən o qızı o qədər çox sevirəm ki, dünyada hər şeydən çox. Amma sadəcə bir dost
kimi. Başqa heç nə ola bilməzdi. Düzdü, bəlkə də ona qarşı nə vaxtsa ürəyimin
dərinliklərində cüzi də olsa sevgi olub. Amma böyümədən, üzə çıxmadan onu boğub
öldürmüşəm içimdə. Mən onu sadəcə bir dost kimi sevirdim (Hər halda, özümü buna
inandırmağa çalışırdım). Və bu cür sevdiyimə maddi sıxıntı verməyi heç vaxt ürəyim
qəbul etməzdi. Vicdanım yol verməzdi buna.
Çox inadcıl idi, dediyindən əl çəkən deyildi. Görüşsək və onun təklif etdiyi yardımı
götürməsəm, bilirdim ki, bu, onu məndən qıracaq...
downloaded from KitabYurdu.org
Amma nə etmək olardı?…
Özgə bağın meyvəsisən,
Yel gətirdi bizim bağa.
Gecə bizi qovuşdurur,
Səhər gəlir ayırmağa...
Nərmin məni kitab manyakı adlandırırdı tez-tez. Gecə-gündüz kitab oxumağım ona
da sirayət etmişdi. Bəyəndiyim kitabları oxuyub ona da verirdim. Bu kitabların
arasında şeir kitabları da az deyildi. Vahid Əzizin şeirləri də bəyəndiklərimin
sırasındaydı. Bu səhər şairin ölməz misralarına bəslənmiş mahnını Zamiqin ifasında
eşidib çox kövrəldim...
Həyatın öz qayda-qanunları var, bunların arasında ən pozulmazı isə istək, hiss və
ehtirasın harmoniyasında özünü tapmış sevgi qayda-qanunlarıdır...
Çox təəssüf ki, bəzən bizim ən sevdiyimiz meyvə məhz özgə bağın meyvəsi olur...
10-cu bölüm. Ramin
Novruz bayramı arxada qaldı. Adi bayramlardan biri oldu bu bayram. Çünki, məni
həyata bağlayan yeganə tel indi yox idi. Nərmin bu arada məndən tamamilə
soyumuşdu. Amma ümidli idim ki, onu özümə qaytara biləcəm. Onun aləmində
yataq xəstəsi olan, amma sağalmağa ümidini bir an da olsa itirməyən, güclü
xarakterə, iradəyə malik bir gənc əsl qəhrəman idi o, bu qəhrəmanı
qiymətləndirməyi bacarırdı. Məni dünyaya bağlayan yeganə tutalqa olduğunu
bildiyi üçün də mənimlə əlaqəni üzməyəcəyindən əmin idim. Həddən artıq duyğusal
bir qız idi Nərmin.
Bir gün «Son günlər niyə məndən soyumusan» sualının cavabında «Anarla
zəngləşirdim» söylədi. Çox kədərli idi, həm də qəzəbli. Anarın ünvanına çox
«qəşəng» sözlər işlətdi. Dedi, Anar heyvandır, yaxşılıq başa düşən deyil. Dedi mən
ona nələr etmək istəyirdim, amma o razı olmadı..
downloaded from KitabYurdu.org
Nə isə. Yavaş-yavaş yenə Ramin-Nərmin münasibətləri normallaşdı, əvvəlki
məcrasına düşdü.
Aprelin 1-i idi. Dedi, bu gün rəfiqəm gələcək, aşağı düşəcəm. Bir az gəzib gələcəm.
Əlbəttə ki, buna razı ola bilməzdim. Dedim, yox, düşmə. Dedi, artıq çıxıram. Ürəyim
darıxır. Amma mən ona elə sözlər dedim ki... Birtəhər onu yola gətirib evə
qalxmasına nail oldum. Çox çətin oldu, amma alındı. Dedi, hara baxıram, hər yerdə
bir qızla-oğlan gəzir. Mən nə qədər evdə oturacam, axı dəli oluram. Mən niyə çölə
çıxmamalıyam ki?
Ancaq mən istədiyimə nail oldum... O, evdə qalası oldu.
Dəli qısqanclığım tutmuşdu axı. O rəfiqəsiylə gəzməyə çıxsaydı, oğlanlar ona
baxardılar. Düzdür, qəribə qız idi, heç kəsə meyli olmazdı. Neçə dəfə küçədə hansısa
oğlan söz atanda əsəbi halda söyləmişdi ki, ayıb deyil, nişanlı qıza söz atırsan?
Amma bununla belə, ona kənar gözlərin adicə baxmasını da qəbul edə bilmirdim...
Nərminin arzusu Londonda, Parisdə, İstanbulda olmaq idi. Şirin dilimi işə saldım ki,
sağalım, gələcəkdə o böyük şəhərləri birgə gəzəcəyik.
Ertəsi gün mənə dedi ki, ata məni bir işə düzəldir. Gənclikdə bir firma var orda
işləyəcəm. Ordan da xaricə göndərirlər. Mən şoka düşdüm. Bu, ola bilməz axı,
Nərmin necə işləyə bilər? Dedim, yox, işləmə. Dedi, işləyəcəm. Bu nədir e, mənim
hər işimə qarışırsan. Bir kəlmə, işləyəcəm. Mən ona dedim ki, sənə pul lazımdır?
Pula görə işləyirsən? Ordan nə qədər maaş alacaqsan? Həmin maaşı mən sənə
verəcəm, amma otur evdə. Heç yerdə işləmə. O dedi, dəli olmusan? Elə şey olar?
Yox, bu mümkün deyil, elə şeyi ağlına da gətirmə. Amma sonda mən onu atasının
düzəldəcəyi işdən də imtina etdirdim.
O, arada göz yaşları içində yazırdı:
- Sən məndən çox şey tələb edirsən. Dost yox, heç sevgili də, adama bu qədər
məhrumiyyətlər eləməz.
downloaded from KitabYurdu.org
Onu başqalarından qoruyurdum, get-gedə mənə daha çox bağlandığını da duyurdum.
Bir axşam mənim necə bir görünüşüm olduğunu soruşdu.
Bu mesajı yazdı: “Sarışınsan yoxsa qara? Gözünün rəngi nə rəngdi? Necə geyimləri
xoşlayırsan? Nələrdən xoşun gəlir? Xobbin nədir?”
Bu mesaj məni bir az qorxutdu. Dedim, birdən mənə aşiq olar. Görmədiyi, bilmədiyi
adama. Amma bilirdim ki, Anara söz vermişdi, heç kəsi sevməyəcəyinə. Mən ona
xüsusiyyətlərimi olduğu kimi yox, başqa cür yazdım. Sonra mən ondan necəliyini
soruşdum: «Gözümün rəngi qəhvəyi, saçlarım uzundu, bir az sarışınam, boyum
hündürdü, geyimin klassik-sport». Necə var hamısını düz dedi. Hündürboy,
ağappaq, bir qızdı, çox gözəldi.
Sonra maşından söz düşdü. Ən sevdiyi şey maşın sürməkdi. Ən sevdiyi maşınlar -
Ferrari, Bentli, Porşe, İnfiniti. Ən sevdiyi ətir – Versage. Dinlədiyi musiqilər türk
musiqiləri. Hər gün musiqiyə qulaq asır. Sevdiyi müğənnilər Kayahan, Kutsi...
Bijuteriyani çox sevir. Şık geyinməyi çox sevir...
Hər şeyi olduğu kimi yazdı...
Axı özü barədə danışmağı xoşlamazdı. Yalnız Anara hər şeyi etiraf edərdi... Birdən
doğrudan da məni sevdi, onda necə olacaq?
Yox... Axı buna yol verə bilməzdim... Bu mümkünsüz idi...
***
Bir gün axşamdan konturu qurtarmışdı, mənə yaza bilməmişdi. Ona 24 min kontur
göndərdim ki, gen-bol işlətsin. Məndən küsdü. Dedi, niyə göndərirsən? Mən bunları
necə qaytaracam? Dedim, pul verməmişəm, qardaşım Bakcell-də işləyir. Ordan
pulsuz götürə bilir. Barışdıq. Dedi, bəs mən səninçün nə edə bilərəm? Dedim, ən
sevdiyim şey şirniyyatdı, tortdu. Bir dənə tort bişirərsən, əvəzini ödəyərsən. O da
qəbul etdi.
Yenə də söhbətləşmək mövzusu təkrarlanırdı. Deyirdim, Nina, bu vaxtadək
dözmüsən, bir az da səbr elə, hər şey yaxşı olacaq. Demişəm, sağalmayınca heç kəslə
downloaded from KitabYurdu.org
danışmayacam, bu, mənim prinsipimdir. Düzdür, arada prinsipimi pozub səninlə
danışmaq istədim. Onda da sənin başın Anara qarışdı...
Nərminə söz də verdim ki, sağalıb gələndən sonra ilk danışdığım adam sən
olacaqsan.
Təzə tanış olanda nömrəsini təsadüfən yığdığımı söyləmişdim, o da bununla
kiyayətlənmişdi. Amma bu son günlər təkidlə nömrəsini necə əldə etdiyimi də
soruşurdu.
Növbəti dəfə bu barədə sual edəndə yalandan dedim ki, mən sənin nömrənə uyğun
5 nömrə yığdım və ən xoşuma gələn sənin səsin oldu. Və özümə söz verdim ki,
mütləq bu qızla dost olmalıyam. Həm də o vaxtkı vəziyyətimi ona başa saldım.
Dedim, bütün günü evdə oluram. Heç yerə getmirəm. Bir qızla dost olub onunla
danışmaq istəyirdim. Evdə çox darıxırdım. Və qismətimə sən çıxdın. O da buna
inandı.
Öncə sizə - qəzet əməkdaşlarına da belə demişdim. Amma indi etiraf edim ki, sizi
aldatmışdım. Mən onu əvvəlcədən tanıyırdım...
11-ci bölmə. Ramin.
Anar haqda nələr düşündüyünü yoxlamaq üçün onu bir daha sınağa çəkdim. Ona
dedim ki, Nina, sən ki mənə görə tanımadığın, bilmədiyin, hətta səsini belə
eşitmədiyin birinə görə, hər şeydən vaz keçirsən, mənə görə heç yerə getmirsən, heç
nə etmirsən, sənə çox borcluyam. Qoy sağalım gəlim, sənə Anardan da yaxşı dost
olacam. Mən ona dedim ki, sənə elə bir dost olacam ki, bütün dünya bizim
dostluğumuzdan danışacaq. Bütün hamı bizim dostluğumuza həsəd aparacaq. Buna
inan, Nina. Sənə Anarı unutduracam. Hər şeyi mənə burax, amma qalır bir şey. Sənin
Anarı unutmağın. Bizim dostluğumuza mane ola bilən tək bir adam varsa, o da
Anardı. Sən onu unutsan, hər şey öz yolunda olar. O dedi ki, mənə elə gəlir, mən heç
vaxt Anarı unutmayacam. Heç kəs də onu mənə unutdura bilməz. Bir görün bu qız
downloaded from KitabYurdu.org
necə də sədaqətli imiş. Anar bunu bu qədər incidib, Anar buna bu qədər sıxıntı
çəkdirib, amma yenə də deyir mən Anarı unutmayacam...
Artıq vədə yetişmişdi. Axı ona demişdim ki, aprelin əvvəlində İrana- əməliyyat
olunmağa gedəsiyəm. Aprelin 3-də gecəyə kimi yazışdıq, vidalaşdıq.
Ertəsi gün bir gümüş mücrü, içində də gümüş üzük və sırğadan ibarət gözəl hədiyyə
düzəltdim. Göndərdim Günəşliyə.
Günəşlidə Nərgizgilin aptekləri var idi. Hərdən özü də gedib otururdu aptekdə.
Əvvəlki günlərdə aptekin harda yerləşdiyini öyrənmişdim. Nərgizə mesaj yazdım ki,
get aptekə, qardaşım sənə bloknot gətirib, onu versin, getsin. Təəccübləndi. Dedi,
mən indi düşə bilmərəm aşağı, aparıb versin kitab mağazası var, orda işləyən qıza,
desin ki, bu Nərgizə çatacaq, qız məni tanıyır. Mən də razılaşdım. Hədiyyəni Nərgiz
deyən dükana göndərdim. Saat 3-də dükandakı qız xəbər etdi ki, Nərgiz hədiyyəni
götürdü. İçindəkini görəndə bilmədi sevinsin, yoxsa pis olsun. Dedi, mən bunu qəbul
edə bilmərəm.
Nərgiz mənə yazdı: Adam göndər, gəlsin hədiyyəni götürsün. Dedim, dəli olmusan?
O sənindi, mən necə onu geriyə götürüm? Dedim, onu sənə verməkdə məqsədim
odur ki, mən çıxıb gedirəm, əgər sağalıb gəlsəm, gələcəm. Yox, əgər sağalmasam,
onu məndən yadigar saxla. Mən sağalmasam, daha heç vaxt sənlə danışmayacam.
Çünki mən belə şikəst olduqdan sonra danışmağımıza lüzum olmayacaq. Əgər şikəst
qalıb səni görməyəcəmsə, əgər sənlə görüşməyəcəmsə, ünsiyyətdə olmayacamsa,
bizim danışmağımızın heç bir mənası yoxdu. Belə olmaq məni çox üzür.
O da çox pis oldu. Dedi, hər gecə dua edəcəm ki, sağalasan, sən sağalacaqsan. Mən
də dedim, qismət nədirsə odur. Gecəyə kimi danışdıq. Mən duyurdum ki, bir də heç
vaxt Nərgizlə danışmayacam. Ayrıla bilmirdik bir-birimizdən. Bir türk mahnısı
qoydum.
O da musiqini telefonda dinlədi. Hande Yenerin “Acı veriyor” mahnısı idi. Sonra
özümü saxlaya bilmədim, gözlərim doldu. O da ağladı. Gecə saat 3-də sağollaşdıq....
downloaded from KitabYurdu.org
Doğrudan da mənə çox ağır idi. Bax, bu anımda mən Nərgizi itirməyimdən üzülür,
sıxılırdım. Onu Anara qaytarmalıydım, oyun artıq bitmişdi. Sanki cərrahi
əməliyyatdan sağ çıxmayacağıma əmin idim...
***
Telefonun dəyişsə,
Təzə nömrəni
Gətir, basdır məzarıma,
Eşidirsənmi?
Vaqif Səmədoğlu
Bu ilki aprel nədənsə çox soyuq keçdi, yəqin xatirinizdədir. Soyuq küləklər, yağış,
hətta sulu qar...
Yarım aylıq müddət mənimçün sanki bir ilə qədər uzun keçdi. Axı Nərgizsiz idim.
Bilirdim ki, Nərgiz əməliyyatdan qayıdıb gələcəyim müddəti səbirsizliklə gözləyir.
15 günün tamamında Nərgizə yazdım ki, mən sağalmadım, məni unut. Bir də heç
vaxt gəzə bilməyəcəm. Odur ki, bu dərdi ölənədək tənhalıqla keçirməyimlə
daşımağa qərar vermişəm...
Nərgiz məni unutmalı idi, vəssalam. Ancaq o, yazırdı ki, nə olur olsun, səni unudan
deyiləm. Mən sənə inanıram, inanıram ki, sən özündə güc tapacaqsan, Allah da
kömək olacaq. Sən gəzəcəksən!
Yox, oyun tamamlanmalı idi. Mən Nərgizin həyatından çıxmalı idim. Son dəfə
hıçqıra-hıçqıra ağlayaraq yazdım: «Əlvida, mənim Ninam. Bu, sənə yazdığım son
kəlmələrdir. Xoşbəxt ol. Sən buna layiqsən...».
İki ay mövcud olan, ayaqları işləməyən, heç kəslə ünsiyyət qurmayan, sağalıncaya
qədər danışmayacağına qərar verən, amma gözlənilmədən, bir təsadüf nəticəsində
telefonla öz Ninasını tapan, onunla həyat sevgisinə qovuşan, onunla sevinən, onunla
gülən, ağlayan, sabahkı günə inam əldə edən Ramin adlı 22 yaşlı bir oğlan
hönkürərək ağlayırdı. Və göz yaşları içində sanırdı ki, heç vaxt yeriyə bilməyəcək...
downloaded from KitabYurdu.org
12-ci bölmə. Anar
Aprelin ortalarında Nərgiz tamam məndən qaçmağa başladı. Zəngimi çox soyuq
qarşılayır, SMS-lərimə cavab vermirdi. Çox kədərli idi, çox tutqun idi. Sanki
dünyadan küsmüşdü.
Növbəti dəfə məni acıladı. Dedim, niyə mənimlə belə rəftar edirsən? Dedi,
günahların çoxdur. Və ardınca da, etiraf etdi ki, bir şərtlə səni bağışlayacam, mənə
Ramini tapmalısan. Dedim, bu mümkün deyil. Mən - qısqanc birisi, öz əllərimlə necə
rəqibimi tapıb sənə qovuşdurum? Amma o, inad elədi ki, tapmalısan.
Onu da söylədi ki, sən tapmasan, özüm gedib küçə-küçə düşərək onu axtaracam.
Hətta qardaşının iş yerinə – Bakcell-ə gedəcəm.
Mən bu an başa düşdüm ki, Ramin Nərgiz üçün necə qiymətli imiş. Mən başa
düşdüm ki, Nərgiz heç cür onu unuda bilməyəcək. Yox, bu sevgi deyildi. Bu, özünə
qapanmış, ümidsiz birinin yeganə ümidi ola bilmək, həyatdan küskünü həyatla
barışdıra bilmək missiyasını davam etdirmək istəyi idi.
... Bəs mənim hisslərim? Axı mənim hisslərim o qədər saf, o qədər içdən gələn idi
ki. Onları tapdalamaq, onları saya almamaq düzgün deyildi.
Həmin gecə səhərəcən ürəyimdə Nərgizlə danışdım:
Mənasız saydığım bir dövrdə təsadüfən gəldin həyatıma. Gözlənilmədən oldu hər
şey. Hər şey dəyişdi. Çətini kimisə sevməyim idi. Özünlə gətirdin bütün sevincləri
və sevgiləri. Qınadılar məni. Səni tanıdığım üçün qınadılar məni. Sənin bir başqa
dünyanın insanı olduğunu, əslində bu dünyada yerinin olmadığını, mənimsə dəli
olduğumu dedilər. Heç nə düşünmədin. Mənimçün bir sən vardın.
Bütün dünyama bəs edən bir sən.
Səninlə sevdim hər şeyi, səbr etməyi, bağışlamağı, laqeyd olmağı, düşündüklərimi
deməyi. Əslində sevmədiyim hər şeyi səninlə öyrəndim.
Bilmirəm mənimçün kimsən? – dostmu, yoxsa...
downloaded from KitabYurdu.org
Dəyərlisən mənimçün. Bircə... bunu bilirəm. Dünyamsan mənim, Dünyaya belə
sığmırsan, acizlik çəkir səni saxlamağa dünya. Sənin gözlərinlə baxmağı sevirəm bu
dünyaya. Anlayırsan məni, Nərgiz? Başa sala bilirəm hisslərimi? O qədər dəyərlisən
ki... Hisslərimin adını nə qoyacağımı bilmirəm. Ucuzlaşdırmağımdanmı qorxuram
görəsən? Yoxsa səni itirəcəyimdənmi? Desələr ki, bu eşqdir, inanmaram. Ya da
inanmamağım üçün israr edərəm. Bir ömür boyu yanımda deyil, beynimdə, ruhumda
olmağını istəyirəm. Səninlə düşünməyi sevirəm, səninlə sən olmasan belə
dərdləşməyi sevirəm.
Sevincimi elə beynimdəki, ürəyimdəki səninlə bölüşməyi sevirəm. Bəlkə bir gün
təsadüfən, mənim sənə olan hisslərimin dərinliklərini duysan, qorxma, qürurlu ol,
necə varsansa, bax, yenə eləcə qal. Adının mənası kimi. Axı Nərgiz – gözəl və
qürurlu deməkdir. Sən də onun kimi həmişə qürurlu ol. Necə varsan, elə. Dəyişməsin
heç nəyin. Düşüncələrin, duyğuların, çünki mən səni belə tanımışam. Unudulmaq
istədiyini ağlına belə gətirmə. Unut hər şeyi. Hətta varlığım da belə nə vaxtsa əzab
versə sənə, məni unut. Mən razıyam. Unut hər şeyi. Nə olursa olsun, kiminlə
olursansa ol. Unutma ki, sən dualarımda hər gün, hər gecə dilə gətirdiyimsən. Bunu
unutma...
***
Nərgiz məndən Ramini tapmağı diləyirdi. Ümidlə mənim bu xahişi yerinə
yetirəcəyimi gözləyirdi. Amma bilmirdi ki, bu baş tutmayacaq. Mən Ramini
tapmayacam. Ümumiyyətlə, heç kəs Ramini tapmayacaq...
Nərgiz bir şeydən xəbərsiz idi ki, Ramini heç vaxt görməyəcək...
13-cü bölmə. Anar
«Sevgi-əksər halda bizi uçuruma aparan bir gözübağlılıq və məsuliyyətsizlikdir.
Ancaq sən sevənləri qorumalısan. Buna gücün çatmırsa, ən azından, onları qorumağı
müqəddəs tanrıdan diləməlisən...»
downloaded from KitabYurdu.org
Budur, iyun qapının kəndarındadır. Bir neçə gündən sonra dərslər başlayır. Biz yenə
kollecə gedəcəyik, yenidən Nərgizi görəcəm. Amma o, məni danışdırmayacaq. Mən
onun qarşısında bir görün necə günahlar törətmişəm.
Əminə ilə münasibətdən başlayaraq Ramini tapmaq xahişini yerə vurmağıma qədər,
bir görün ona nə qədər mənəvi zərbələr vurmuşam...
Mən onun qarşısında günahkar idim. Səhvdən səhv törətmişdim, onunla dostluq
münasibətlərində ikən Əminəylə gizlin əlaqə saxlamağım faş olanda onun dərin
nifrətini qazanmışdım.
Onun gözündəki ucalıqdan yerə düşməyim mənə sarsıdıcı zərbə olmuşdu.
Düzdür, intihar həddinəcən çatmağıma dözməyib mənimlə barışmışdı, amma
yanında gözü kölgəli idim...
Depressiyaya düşməyim, narkotikaya meylim, həbsxana, məcburi müalicə
məcburiyyəti... Səhv dalınca səhvlər...
Hamısı Nərgizi itirməyim ucbatından idi əslində...
Mən Nərgizə yazırdım:
... Salam Mələk, necəsən?
... Zəng edə bilərəm? Darıxmışam səninçün.
... Onsuz da bilirəm, sən Ramini çox istəyirsən, mən artığam daha.
... Allah haqqı, bir də səni üzməyəcəyimə söz verirəm. Hər şeyi düzəldəcəm, Mələk.
... Dar şalvarla gödəkçə geyinmə, üstündən uzun bir şey geyin. Saçını da açıq qoyma.
Bilirəm, sən bunları çox xoşlayırsan. Amma nə olar, eləmə.
... Səni düşünürəm. Sənin üçün yenə o yola düşsəm, inan peşman olmaram. Sən
yanımda olsan, heç vaxt heç nədən üzülmərəm. Səndən dəyərli heç nə yoxdur
həyatda.
... Dərslərə az qalıb. Həm istəyirəm iyun tez gəlsin, həm istəyirəm gəlməsin. Tez
gəlməyini onunçün istəyirəm ki, səni görəcəm. Tez gəlməməyini isə ona görə
istəyirəm ki, Raminin qayıtması da yaxınlaşır. Bu yadıma düşəndə çox qorxuram.
downloaded from KitabYurdu.org
... Əgər qız oğlanı, yaxud oğlan qızı çox istəyirsə, qarşısındakı bunu dəyərləndirməyi
bacarmalıdır. Amma bu işdə çox vaxt oğlan vicdansızlıq edir, qızın onu çox
istəməsindən istifadə edir. Və nəticədə qız bunu başa düşəndə ya depressiyaya düşür,
onda insanlara inamsızlıq yaranır. Ya da özünə qəsd edir?
... Məgər sən bilmirsən səni neçə çox istəyirəm? Sən bilmirsən, sən yazmayanda,
yaxud gec-gec yazanda mən necə darıxıram? Bilmirsən mənlə soyuq rəftar edəndə
bu mənə necə pis təsir edir.
... Nə olar, bir də Ramindən danışmayaq.
... Səni dünyalar qədər istəyirəm, mənim biricik dostumsan. Bilirəm ki, mənə nifrət
etməzsən, özün elə-belə deyirsən. Sənin məndən zəhlən gedə bilməz heç vaxt...
... Sən həmişə bir cümlə cavab yazırsan. Sənin 20 mesajın mənim bir mesajımdır.
Sənin yazdığın mesajların üzünü çıxartsan, 20 mesajından bir cümlə güclə
düzəltmək olar...
... Yaxşı, mən sənlə razıyam. Ramin haqda düşünə bilərsən, onu fikirləşə bilərsən,
hətta onu məndən çox da istəyə bilərsən. Bunlara qarışmıram. Amma əsla məni
üzmə, nə olar...
... Söz verirəm, taparam Ramini sənin üçün...
... Ay daa, mən bu gün səsini eşidəcəm. Demək, 25 dəqiqədən sonra danışa
biləcəyik? Nə yaxşı. Çox sevindim. Nəhayət ki...
... 15 dəqiqə qaldı.
... 10 dəqiqə qaldı, Mələk.
... Cəmi 2 dəqiqəyə zəng edirəm...
... Vaxtdır, zəng edim?
... Nə oldu, Mələk?
... Zəng edim?
... Danışa bilməyəcəyik? Axı niyə???
downloaded from KitabYurdu.org
... Sən məni dəyişməyə çalışırsan, hə? Amma dəyişə bilməzsən, mən iki il öncə
tanıdığın Anaram. Necə tanımışdınsa, elə də qəbul et...
... Nə istəyirsən et. Get gir internetə, get şəhəri gəz, kiminlə istəyirsən danış... Daha
heç nə deməyəcəm...
... «Məni unut» yazırsan. Mən? Necə unudum? Sən bunu tələb edə bilməzsən. Sən
öz ürəyinə hakimsən. Amma mənə zor edə bilməzsən.
... Yadında, bir dəfə mənə demişdin ki, yıxılan adamı arxadan itələmək olmaz,
əksinə, əl verib qaldırmaq lazımdır. Çünki hər bir insanın dəstəyə ehtiyacı var. İndi
də mən yıxılmışam. Çox xahiş edirəm, mənə əl ver, qalxım. Axı mənim də köməyə
ehtiyacım var.
... Mənimlə çox ürəksiz danışırsan. Axı bu, məni incidir.
... Nə olar, belə etmə...
... Etmə, nə olar.
... Məni də çox istəməyin üçün nə etməliyəm? Mən də ayaqlarımı itirməliyəm?
Dostları ilə paylaş: |