Α1-adrenoblokatorlarin təYİNİNİN ÜSTÜNLÜKLƏRİ S. M. Cavad-zadə, İ. M. Mirzəyev⃰



Yüklə 73.34 Kb.
PDF просмотр
tarix21.01.2017
ölçüsü73.34 Kb.

PROSTAT VƏZİN XOŞXASSƏLİ HİPERPLAZİYASI FONUNDA SİDİK 

AXARININ AŞAĞI ⅓-NİN DAŞLARINDA 

Α1-ADRENOBLOKATORLARIN TƏYİNİNİN ÜSTÜNLÜKLƏRİ 

 

S.M.Cavad-zadə, İ.M.Mirzəyev⃰ 

⃰E-mail: ilqar-102@mail.ru 

 

Ə.Əliyevn adına Azərbaycan  Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, 

Urologiya  Kafedrası, Bakı, Azərbaycan 

 

Araşdırmalarımızın  məqsədi  prostat  vəzin  xoşxassəli  hiperplaziyası  (PVXH)  fonunda  sidik 



axarının  aşagı  ⅓-nin  daşlarında  tamsulazinin  təyin  edərkən  əldə  edə  biləcəyimiz  üstünlükləri 

öyrənməkdir. Qarşıya qoyulan məsələni araşdırmaq üçün  randomizə üsulundan istifadə etmişik. 

Bu  məqsədlə  54  nəfər  xəstəni  hərəsi  27  nəfərdən  ibarət  olan  iki  qrupa  böldük:  araşdırma  və 

müşahidə  qrupları.  Nəticədə  müəyyən  etdik  ki,  tamsulazinin  təyini  daşların  xaric  olunmasını 

sürətləndirir,  müalicə  müddətini  qısaldır,  ağrı  tutmalarının  təzahür  tezliyini  azaldır.  Eyni 

zamanda  tamsulazin  PVXH  zamanı  qıcıqlanma  və  obstruksiya  əlamətlərini  azaltdığından 

araşdırma qrupunda bu əlamətlər daha az müşahidə olunmuşdur.

 

Açar  sözlər:  prostat  vəzi,  sidik  daşı  xəstəliyi,  α1-adrenoblokator,  qıcıqlanma  və  obstruksiya 

əlamətləri, konservativ müalicə.

 

 



Sidik daşı xəstəliyi (SDX) – yayılmış uroloji xəstəliklərdən biridir. Müxtəlif 

statistik  məlumatlara  görə  dünya  əhalisinin  3-12%-i  bu  xəstəlikdən  əziyyət çəkir. 

Azərbaycanda bu göstərici əhali arasında yayılmasına görə 1,4%-dir [1,2]. Uroloji 

xəstəxanaların pasiyentlərinin 40% -ni SDX ilə yatan xəstələr təşkil edir. Son illər 

daşların daha tez salınması üçün bir sira dərmanlarla müalicə üsulları təklif olunub. 

α1-adrenoblokatorların  sidik  axarının  aşağı  ⅓-nin  daşlarında  istifadəsi  özünü  bu 

mənada yaxşı dərman vasitələri kimi göstərib. α1-adrenoblokatorların SDX zamanı 

istifadəsi  α1-adrenoreseptorların  təkcə  sidik  kisəsində  deyil,  eyni  zamanda  sidik 

axarının aşağı ⅓-də də tapıldığından sonra təklif edilmışdir. Bu reseptorların sidik 

axarinda  olması  1996-cı  ildə  Obara  tərəfindən  sübuta  yetirilmişdir  [10].  Sidik 

axarlarında  α1-adrenoreseptorların  sıxlığı  digər  adrenoreseptorlara  baxanda  daha 

çox üstünlük təşkil edir. α1-adrenoblokatorların patogenetik təsiri miositlərin bazal 

təbəqəsinin  gərginliyini,  sidik  axarlarının  yığılma  tezliyini  azaltmaqla,  sidik 

kisəsində  təziyi  aşağa  salmaqla  izah  edilir.  Bu  bölümün  dərman  vasitələri  eyni 

zamanda  mikrosirkulyasiyanı  yaxşılaşdırmaqla  daş  ətrafında  olan  selikli  qişanın 

ödemini  də  azaldırlar.  SDX-də  α1-adrenoblokatorların  təsiri  bir  sıra  klinik 

tədqiqatlarda  sübuta  yetirilib.  Bu  dərman  bölümündən  daha  geniş  istifadə  olunan 


tamsulozini  qeyd  etmək  olar.  O,  daha  seçici  təsirə  malik,  qan  təziyinə  az  təsir 

göstərir,  yan  təsirləri  azdır.  S.İ.Qorelov  və  həmmüəllifləri  2008-ci  ildə  sidik 

axarının  aşağı  ⅓-nin  daşlarında  tamsulozinin  təsiri  barədə  öz  tətqiqatlarını  dərc 

etmişdirlər  [3].  Bu  tətqiqatlar  zamanı  xəstələr  2  qrupa  bölünmüşdür.  Nəzarət 

qrupunda  xəstələrə  «baralgin»,  diklofenak  və  artiq  həcmdə  maye  qəbulu  (günə  2 

litdən  çox)  təyin  olunmuşdur.  Tədqiqat  qrupunda  isə  bu  müalicəyə  tamsulozin 

əlavə edilmişdir. Tamsulozin alan xəstələrdə daşların təbii yolla düşməsi – 72,5%, 

nəzarət  qrupunda  isə  –  39,47%  təşkil  etmişdir.  Tamsulozinin  distansion  zərbə 

dalğalı  litotripsiyadan  (DZDL)  sonra  daş  parçalarının  sidik  axarı  ilə  düşmə 

tezliyinə təsiri  Y.Q.Alyayev və həmmüəllifləri tərəfindən öyrənilib [4]. Burada da 

xəstələr  iki  qrupa  bölünüb.  Nəzarət  qrupuna  ağrıkəsicilər,  spazmolitiklər, 

uroseptiklər və çoxlu maye qəbulu (2 litrdən çox) təyin olunub. Tədqiqat qrupuna 

isə  bu  müalicə  ilə  yanaşı  tamsulozin  verilib.  Tamsulozin  alan  qrupda  daş 

parçalarının düşməsi ortalama – 5 gün təşkil edib, nəzarət qrupunda isə – 13 gün. 

Tamsulozin  daş  parçalarının  düşməsini  sürətləndirməklə  yanaşı,  yuxarı  sidik 

yollarının  kəskin  qapanma  əlamətlərinin  yaranma  tezliyini  azaltdığı  da  müəyyən 

edilib [4,5]. Tamsulozin eyni zamanda böyrək sancısının aradan qaldırılmasında da 

istifadə  olunur.  S.B.Petrov  və  həmmüəllifləri  apardıqları  tədqiqatlarda 

göstərmişdilər  ki  DZDL  alan  xəstələrdə,  nəzarət  qrupunda  ağrı  sancısı  –  43 

nəfərdən 29-da, tamsulozin alan qrupda isə 43 xəstədən 9-da müşahidə olunmuşdur 

[6]. 

Prostat  vəzin  xoşxassəli  hiperplaziyası  (PVXH)  –  qoca  və  ahıl  yaşlı  kişilər 



arasında  ən  geniş  yayılmış  xəstəliklərdən  biridir  [7].  Bu  xəstəliyin  səbəbi  tam 

öyrənilməyib,  amma  klinik  və  heyvanlar  üzərində  təcrübi  tədqiqatlar  əsasında 

müəyyən  olunub  ki,  bu  xəstəliyin  inkişaf  etməyi  üçün  2  əsas  amilin  olması 

vacibdir: dihidrotestesteron və qocalma. Yəni bu xəstəlik hormonal asılı xəstəlikdir 

[8]. Histoloji olaraq PVXH-si 40 yaşından yuxarı olan kişilərdə əvvəl prostat vəzin 

keçid sahəsində  yerləşən parauretral  vəzlərində stromal düyünlərin əmələ  gəlməsi 

ilə  başlayır  və  sonradan  bu  prosesə  vəzin  hiperplaziyası  qoşulur  [9].  Düyünlər 

böyüdükcə  prostat  vəzin  sağlam  vəzi  toxuması  sıxılaraq  fibroz  toxuma  ilə 



əvəzlənir  və  cərrahi  kapsula  çevrilir.  Düyünlərin  prostat  vəzin  bu  və  ya  digər 

sahəsinə inkişafından asılı olaraq vəzdə sağ, sol və orta payın böyüməsi müşahidə 

olunur.  Bu  payların  eyni  zamanda  eyni  səviyyədə  böyüməsi  bütün 

hiperplaziyalarda  müşahidə  olunmur.  Əksər  hallarda  sağ  və  sol  paylar  böyüyür 

(Şəkil) [7]. 

 

a) Vəzin orta payının daha çox böyüməsi. 



 

 

b) Vəzin yan paylar hesabına böyüməsi. 

Şəkil. Prostat vəzin transrektal ultrasəs müayinəsi (TRUSM). Prostat vəzin 

xoşxassəli hiperplaziyası. 

 

 

PVXH  klinik  olaraq  dizurik  əlamətlərin  ortaya  çıxması  ilə  xarakterizə 



olunur. Bu əlamətləri 2 qrupa bölmək olar: qıcıqlanma əlamətləri (nikturiya, sidik 

aktına imperativ çağırışlar) və obstruksiya əlamətləri (sidik aktının çətinləşməsi və 

ləngiməsi,  zəif  sidik  şırnağı,  sidik  şırnağının  fasiləli  olması,  sidik  kisəsini  tam 

boşalda  bilməmək  hissi,  sidik  aktının  sonunda  damcıların  olması).  PVXH-nin  2 

əsas müalicə üsulları var: konservativ və cərrahi. Bu xəstəliyin birdəfəlik müalicəsi 

cərrahi müdaxilədir. Lakin xəstəliyin ilkin mərhələrində və cərrahi müdaxiləyə əks 

göstəriş  olduqda  və  ya  xəstə  əməliyyatdan  imtina  etdiyi  hallarda  konservativ 

müalicənin zərurəti artır. Buna görə yeni cərrahi üsulların axtarışı ilə yanaşı müasir 

təbabətdə,  bu  xəstəliyin  müalicəsində  yeni  dərman  vasitələrinin  kəşfi  və  tətbiqi 

daimi  aktuallıq  kəsb  edir.  PVXH-nin  medikamentoz  müalicəsində  α1-

adrenoblokatorlar mühüm yer tutur. Bu qrupdan geniş istifadə olunan daha selektiv 

və ortostatik təzyiqə az təsir  göstərən  – tamsulozini qeyd etmək olar. Tamsulozin 



prostat  vəz,  sidik  kanalının  prostatik  hissəsi,  sidik  kisəsinin  boynunda  yerləşən  

saya  əzələlərin  gərginliyini  azaldaraq  PVXH-də  müşahidə  olunan  qıcıqlanma  və 

obstruksiya əlamətlərini azaldır. PVXH və SDX həm ayrı-ayrılıqda, həm də birgə 

rast  gəlinir.  Birgə  rast  gəlinmə  tezliyi  müxtəlif  müəlliflər  tərəfindən  3-47%  qeyd 

olunur  [8].  SDX  və  PVXH-nin  ayrı-ayrılıqda  konservativ  müalicə  üsullarının  və 

dərman  vasitələrinin  istifadəsi  ədəbiyyatda  çox  geniş  işıqlandırılmışdır.  Təqdim 

etdiyimiz  tədqiqat  işinin  məqsədi  bu  iki  patologiya  birgə  rast  gəldiyi  zaman 

standart  müalicə  ilə  yanaşı  α1-adrenoblokatorları  təyin  etməklə  hansı  üstünlükləri 

əldə etməyimizi öyrənmək olmuşdur. 

Material  və    metodlar.  Tədqiqat aparılan  3  il  ərzində  (2012-2015-ci  illər)  

Şirvan Müalicə Diaqnostika Mərkəzində PVXH ilə yanaşı sidik axarının aşağı ⅓-

də ureterolitiazı olan 54 xəstənin müayinə və müalicə məlumatları araşdırılmışdır. 

Araşdırmalar  zamanı  xəstələrin  anamnestik,  rektal,  ultrasəs  müayinəsi  (USM), 

kompyuter  tomoqrafiya  (KT),  maqnit  rezonans  tomoqrafiya  (MRT),  icmal  və 

ekskretor  uroqrafiya,  qanda  prostatın  spesifik  antigeninin  (PSA)  miqdarı,  sidiyin 

ümumi analizi kimi müayinələrin nəticələri nəzərdən keçirilib. Bu iki xəstəlik birgə 

rast  gəldiyi  zaman  tətbiq  olunan  dərman  müalicəsi  zamanı  tamsulozinin  təsirini 

araşdırmaq üçün randomizasiya üsulundan istifadə edilmişdir. Bunun üçün xəstələr 

iki  qrupa  bölünmüşdür:  tədqiqat  və  nəzarət  qrupları.  Hər  qrupa  27  xəstə  daxil 

olunmuşdur. Araşdırmada yaş həddi 52-65 yaş arası, hər iki sidik axarının aşağı ⅓-

nin  ureterolitiazı  (daşların  ölçüsü  5-9  mm)  və  PVXH-nin  həcmi  25-70  ml  olan 

xəstələr  iştirak  etmişdir.  Hər  qrup  üzrə  araşdırma  30  gün  davam  etmişdir. 

Tədqiqatdan prostat vəzin xərcənginə şübhəli olanlar (PSA>4 nq/ml), yuxarı sidik 

yollarının iltihabı, sidik kisəsinin daşı, qalıq sidiyi 150 ml-dən yuxarı olan xəstələr 

daxil  edilməmişdir.  Tədqıqatların  statistik  işlənməsi  zamanı  parametrik  olmayan 

Mann-Uitni (U) -meyarından istifadə olunmuşdur. Nəzarət və tədqiqat qruplarında 

yaş həddinə görə xəstələrin bölünməsi cədvəl 1-də göstərilmişdir. 

 

Cədvəl 1. 



Nəzarət və tədqiqat qruplarının yaş həddinə görə bölünməsi 

 

Yaş qrupları 

52-55 yaş 

56-60 yaş 

61-65 yaş 

Xəstələrin sayı 

Nəzarət qrupu 

16 


27 



Cəm: 54 

Tədqiqat qrupu 

18 





27 

 

Xəstələrin  PVXH-nın  həcmini,  daşların  ölçüsünü  və  yerləşməsini  nəzərə 



alaraq nəzarət və tədqiqat qruplarına bölünməsi cədvəl 2-də göstərilmişdir. 

 

Cədvəl 2. 



PVXH-nın həcmini nəzərə alaraq daşların yerləşməsinə görə xəstələrin bölünməsi 

 

Daşın 



yerləşməsi 

Prostat vəzin xoşxassəli hiperplaziyasının həcmi 

Daşların 

ölçüləri 

(mm) 

35 ml-ə qədər 



40-60 ml 

61-70 ml 

Tədqiqat 

qrupu 


Nəzarət 

qrupu 


Tədqiqat 

qrupu 


Nəzarət 

qrupu 


Tədqiqat 

qrupu 


Nəzarət 

qrupu 


Sol sidik 

axarının 

aşagı ⅓-i 

                       

                       



                        

                      



                        

                    



6-9 


Sağ sidik 

axarının 

aşagı ⅓-i 

                      

                    



10 

                      

                    



                      

                  



5-9 


Xəstələrin            

sayı 


                     

13  


(24%) 

                     

14 

(25,9%) 


                      

(11,1%) 



                    

(9,3%) 



                       

(14,8%) 



                   

(14,8%) 



 

    Tədqiqat qrupunun cəmi:                 

27 

Nəzarət qrupunun cəmi:                   



27

 

Cəmi:  54 



 

Həm  nəzarət,  həm  də tədqiqat qruplarında böyrək sancısının  ləğvi və daşın 

eliminasiya  sürətini  artırmaq  üçün  ağrıkəsicilər,  spazmolitiklər,  infuzion  terapiya 

və  böyük  həcmdə  maye  qəbulu  (2  litr  və  daha  çox)  tətbiq  olunmuşdur.  Tədqiqat 

qrupunda əlavə olaraq tamsulozin təyin edilmişdir. 


Nəticələr  və  onların  müzakirəsi.  Beləliklə  54  xəstədə  apardığımız  

araşdırmalara görə aldığımız nəticələr cədvəl 3-də qöstərilmişdir. 

Cədvəl 3. 

Sidik axarlarının aşağı ⅓-nin daşlarının eliminasiyasına görə tədqiqat və nəzarət 

qruplarında alınan nəticələr 

 

PVXH-ın         



həcmi 

Xəstələrin sayı 

Daşın eliminasiya vaxtı 

Ortalama gün 

Tədqiqat qrupu 

Nəzarət qrupu 

Tədqiqat qrupu 

Nəzarət qrupu 

35 ml-ə qədər 

13 


13 



40-60 ml 



14 


61-70 ml 



10 

21 


 

27 


27 

-- 


-- 

Cəmi: 54 

-- 

 

PVXH-nın  həcmi  35  ml-ə  qədər  olan  xəstələrdə  Mann-Uitni  (U)  meyarı 



15,5;  U-meyarın  kritik  göstəricisi  –  45  (15,5≤45).  Belə  nəticəyə  gəlmək  olar  ki, 

müqaisə  olunan  qruplarda  daşın  düşmə  vaxtı  statistik  nəzərə  çarpandır  (p<0,05). 

PVXH-nın həcmi 40-60 ml olan xəstələrdə U-meyar 0; U-meyarın kritik göstəricisi 

–  6  (0≤6);  burada  da  fərq  statistik  nəzərə  çarpandır.  PVXH-nın  həcmi  61-70  ml 

olan  pasientlərdə  U-meyar  0;  U-meyarın  kritik  göstəricisi  –  10  (0≤10);    fərq 

statistik nəzərə çarpandır. Bütün tədqiqat qruplarında nəzarət qrupu ilə müqayisədə 

vaxt etibarı ilə daşların daha tez eliminasiyasının  müşahidə olunması, bir tərəfdən 

müalicə  müddətinin  qısaldılmasına,  digər  tərəfdən  xəstənin  daha  tez  reabilitasiya 

olunmasına xidmət edir. Eyni zamanda müşahidə zamanı müəyyən olunmuşdur ki, 

tədqiqat  qruplarında  böyrək  sancısı  tutmaları  27  pasiyentdən  10-da,  nəzarət 

qruplarında  isə  27  xəstədən  22-də  müşahidə  olunmuşdur.  Bu  da  öz  növbəsində 


tədqiqat qruplarında  ağrıkəsicilərin  və  spazmolitiklərin daha  az  istifadəsinə  şərait 

yaratmışdır. Digər tərəfdən tamsulozin  PVXH-də  müşahidə olunan qıcıqlanma  və 

obstruksiya  əlamətlərini  azaltdığı  üçün  tədqiqat  qruplarında  bu  əlamətlər  daha  az 

nəzərə çarpan olmuşdur.   

Ədəbiyyat: 

 

1.



 

Məmmədov  C,  Fiqarov  İ.,  Cavadzadə  S.,  İsmayılov  İ.  və  b.  Böyrək  daşı  xəstəliyinin 

diaqnostika  və müalicəsi üzrə klinik protokol.- Bakı: Meqa- Poliqraf, 2010. səh. 7-27 

2.

 



Джавадзаде  С.М.  Мочекаменная  болезнь  в  эндемическом  регионе.  Баку,  Военное 

издательство, 1996, 126 с. 

3.

 

Горелов  С.  И.,  Каган  О.  Ф.,  Балтачи  Д.  Г.  Применение  α1-адреноблокаторов  в 



консервативной  терапии  у  больных  с  камнями  мочеточника,  Вестник  СПбГУ. 

Серия 11. Медицина. Выпуск № S1/ 2008. с. 196-200. 

4.

 

Аляев  Ю.Г.,  Руденко  В.И.,  Артемов  А.В.,  Дьяконов  И.В.  и  др..  Москва.  Альфа-



адреноблокатор  Тулозин  (Тамсулозин)  у  больных  мочекаменной  болезнью, 

UroWeb.ru. 30 июнь 2011. 

5.

 

Максимов В.А., Ходырева Л.А., Мудрая И.С., Москаленко С.А. и др. Применение 



тамсулозина в комплексном лечении больных мочекаменной болезнью, Урология, 

2009, №4. с.3-6. 

6.

 

Петров  С.Б.,  Король  В.Д.,  Новиков  Р.В.,  Харченко  П.В.  и  др.  Применение 



тамсулозина  (Сонизина)  у  пациентов  после  дистанционной  нефролитотрипсии, 

РМЖ, 2009 г. №12. с.850. 

7.

 

Лопаткин  Н.А.  Доброкачественная  гиперплазия  предстательной  железы.  Под  ред. 



Н.А.Лопаткина, М.. 1999. с.91-116. 

8.

 



Танаго Э. и Маканинча Дж.. Урология  по Дональду Смиту . Пер. с  англ. под ред. 

канд.мед. наук Нечушкиной В.М. – М., Практика, 2005. с.389- 410. 

9.

 

Пушкарь  Д.Ю.,  Коско  Д.В.,  Лоран  О.Б.  и  др.  Опыт  применения  финастерида  и 



теразозина  у  больных  с  доброкачественной  гиперплазией  простаты  ∕∕  Урология  и 

нефрология . 1995. № 4 . С.32-35. 

10.

 

Obara K., Takeda M., Shimura H., Kanai Т. et al. Alpha-1 adrenoreceptor subtypes in the 



human  ureter.  Characterization  by  RT-PCR  and  in  situ  hybridization  //  J.  Urol.  suppl. 

1996. 155. Abstract 646. P. 472A. 

 

 

 



РЕЗЮМЕ 

 

ПРЕИМУЩЕСТВА  НАЗНАЧЕНИЯ  α1- АДРЕНОБЛОКАТОРОВ ПРИ 

КАМНЯХ  НИЖНЕЙ  ⅓ МОЧЕТОЧНИКА НА ФОНЕ 

ДОБРОКАЧЕСТВЕННОЙ  ГИПЕРПЛАЗИИ  ПРЕДСТАТЕЛЬНОЙ 

ЖЕЛЕЗЫ 

 

С.М. Джавад-заде , И. М. Мирзоев 

 

Азербайджанский Государственный  Институт Усовершенствования 

Врачей  им. А. Алиев, Кафедра Урологии, Баку, Азербайджан 

 

Целью  нашего  изучения  было  выяснить  какие  преимущества    мы  получаем  назначая 

тамсулозин при камнях нижней ⅓ мочеточника  на фоне  доброкачественной гиперплазии 

предстательной железы (ДГПЖ). Для изучения поставленной задачи нами был применѐн 

метод рандомизации. Для этого 54 больных мы разделили на две группы по 27 больных 

каждый  из  них:  группа  исследования  и  группа  наблюдения.  В  итоге  получили  что 

назначая тамсулозин мы ускоряем  время элиминации камней, укорачиваем курс лечения, 

уменьшаем  частоту  проявления  болевого  приступа.  В  тоже  время  тамсулозин  так  как 

уменьшает симптомы раздражения и обструкции при ДГПЖ  у группы исследования эти 

симптомы были менее выражены. 



Ключевые  слова:  предстательная  железа,  мочекаменная  болезнь,  α1-адреноблокатор, 

симптомы раздражения и обструкции, консервативное лечение.

 

 

 



SUMMARY 

 

Advantages of α1- Adrenoceptor Blockers in Management of Lower ⅓ 

Ureteral Calculi in Patients With Benign Prostatic Hyperplasia 

 

S.M.Cavad-zade, İ.M.Mirzayev 

 

Azerbaijan State Advanced Training Institute for Doctors  

named after A. Aliyev, Department of Urology, Baku, Azerbaijan 

  

The aim of our study was to determine the advantages of tamsulosin treatment in patients with 

lower ⅓ urethral calculi associated with benign prostatic hyperplasia (BPH). For the purpose of 

our  task  relevant  randomized  controlled  trials  were  selected.  A  total  of  54  patients  were 

randomly assigned to two equal groups of 27 patients each: a study group and a control group. In 

conclusion,  we  have  determined  that  tamsulosin  therapy  reduces  the  stone  expulsion  time, 

shortens  the  course  of  treatment  and  decreases  the  frequency  of  colic  episodes.  In  addition,  as 

tamsulosin  reduces  the  symptoms  of  irritation  and  obstruction  in  BPH,  in  study  group  these 

symptoms were less pronounced.  

Keywords:  prostate  gland,  urolithiasis  disease,  α1-adrenoblocker,  irritation  and  obstruction 

symptoms, conservative treatment. 



 

Redaksiyaya daxil olub: 11.04.2016 

Çapa tövsiyə olunub: 06.05.2016 

Rəyçi: t.ü.f.d. İ.M.İsmayılov 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə