303. Uşaqlıq boynu xərçənginin əsas hematogen metastazvermə nahiyəsi aşağıdakılardır:
A) sümük, ağciyər, qaraciyər
B) böyrəklər, dalaq
C) baş beyin, uşaqlıq
D) süd vəzisi, limfa düyünləri
E) yumşaq toxuma, yoğun bağırsaq
304. Uşaqlıq boynu xərçənginin əsas simptomları:
A) uşaqlıq yolundan ağlı ifrazat, qanaxma, ağrı
B) baş ağrısı və qanaxma
C) qızdırma və ağrı
D) mədədə olan ağrılar və qanaxma
E) heç biri
305. Uşaqlıq boynu xərçənginin diaqnostikasında qanda hansı şiş markerlərindən istifadə olunur:
A) SCC və CEA
B) CA-15-3
C) XQ
D) CA-125
E) CA 19-9
306. Uşaqlıq boynunun preinvaziv xərçənginə aiddir:
A) CIN III
B) CIN I
C) CIN II
D) şiş bazal membranın hüdudundan 0,3sm-ə qədər dərinə sirayət edir
E) heç biri
307. Uşaqlıq boynunun mikroinvaziv xərçənginə aiddir:
A) şiş bazal membranın hüdudundan 0,3 sm-ə qədər dərinə sirayət edən xərçəng
B) CIN I
C) CIN II
D) CIN III
E) heç biri
308. Uşaqlıq boynunun mülayim displaziyası zamanı:
A) patoloji dəyişikliklər epitelial təbəqənin aşağı və orta
1
/
3
-ni əhatə edir
B) epitelial təbəqənin bazal və parabazal qatlarında müşahidə edilir
C) şiş bazal membranın hüdudlarında 0.3 dərinliyə sirayət edir
D) bütün epitel təbəqədə aşkar edilir
E) heç biri
309. Uşaqlıq boynunun kəskin (ağır) displaziya (CIN III) zamanı:
A) bütün epitelial təbəqədə atipik hüceyrələrdən ibarət olur, lakin altda yerləşən toxumalara invaziya olunmur
B) patoloji dəyişikliklər epitelial təbəqənin aşağı və orta
1
/
3
-ni əhatə edir
C) şiş bazal membranın hüdudlarında 0.3 dərinliyə sirayət edir
D) ektropion
E) heç biri
310. Uşaqlıq boynunun fon proseslərinə aiddir:
A) bütün cavablar düzgündür
B) psevdoeroziya
C) həqiqi eroziya
D) leykoplagiya və eritroplagiya
E) poliplər
311. Uşaqlıq boynu displaziyasının və xərçənginin inkişafında hansı virusun rolu müəyyən edilmişdir:
A) insan papilloma virusu
B) Epsteyn-Barr virusu
C) Hepatit B virusu
D) insan herpes virusu
E) hamısı
312. Kolposkopiya müayinəsi nədir:
A) uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin optik aparatlar vasitəsilə müayinəsi
B) uşaqlıq boruların optik aparatlar vasitəsilə müayinəsi
C) xarici cinsiyyət dodaqlarının optik aparatlar vasitəsilə müayinəsi
D) endometriumun optik aparatlar vasitəsilə müayinəsi
E) heç biri
313. Uşaqlıq boynu xərçənginin müalicə metodlarına aiddir:
A) bütün cavablar düzgündür
B) cərrahi müalicə
C) şüa müalicəsi
D) kimyəvi-terapiya müalicəsi
E) kombinəedilmiş və kompleks müalicə metodları
314. Vertheym əməliyyatı nədir:
A) uşaqlığın artımlarla birlikdə genişləndirilmiş ekstirpasiyası
B) uşaqlığın artımlarla birlikdə amputasiyası
C) uşaqlığın artımlarsız ekstirpasiyası
D) uşaqlığın artımlarsız amputasiyası
E) düzgün cavab yoxdur
315. Uşaqlıq boynu xərçənginin hansı mərhələsində Vertheym əməliyyatı icra olunur:
A) bütün cavablar düzgündür
B) IA2
C) IBI
D) IB2
E) IIA
316. Uşaqlıq boynu xərçənginin morfoloji diqanostikası hansı müalicə metodunun vasitəsilə həyata
keçirilir:
A) bütün cavablar düzgündür
B) bıçaqla biopsiya
C) uşaqlıq boynunun konizasiyası
D) uşaqlıq boynunun amputasiyası
E) uşaqlıq boynunun elektro eksiziyası
317. Uşaqlıq boynu xərçəngi zamanı aparılan müştərək şüa müalicəsi nədir:
A) distansion şüa terapiyası + kontakt şüalanma
B) yalnız distansion şüa terapiyası
C) yalnız boşluqdaxili şüa terapiyası
D) izotopla müalicə
E) heç biri
318. Uşaqlıq boynu xərçəngi zamanı müştərək şüa müalicəsinə əks göstərişlər:
A) bütün cavablar düzgündür
B) uşaqlıq yolunun anadangəlmə qüsurları
C) yumurtalıqların şişiləri
D) hamiləlik
E) yanaşı gedən ağır xəstəliklər
319. Uşaqlıq boynu xərçəngi zamanı əməliyyatönü şüa müalicəsinin məqsədləri:
A) bütün cavablar düzgündür
B) şişin inkişafını ləngitmək
C) şiş hüceyrələrinin yayılmasını azaltmaq
D) residivlərin profilaktikası
E) regionar limfa düyünlərində metastazları azaltmaq məqsədilə
320. Uşaqlıq boynu xərçəngi zamanı kimyəvi dərman müalicəsində ən yüksək effektivliyə malik
preparatlar:
A) Sisplatin, İzofosfamid
B) Tamoksifen
C) Zoladex
D) Fareston
E) Letrozol
321. Uşaqlıq cismi xərçəngi dünyada 3-cü yeri tutur:
A) qadınlarda cinsiyyət orqanlarının bədxassəli şişləri ilə xəstələnmənin ümumi strukturunda
B) bütün bədxassəli şişlər arasında
C) premenopauza dövründə olan qadınlarda
D) postmenopauza dövründə olan qadınlarda
E) 29 yaşa qədər olan qadınlarda
322. Uşaqlıq cismi xərçənginə ən çox hansı yaş arasında olan qadınlarda rast gəlinir:
A) 50-75
B) 40-50
C) 30-40
D) 20-25
E) 75 və yuxarı
323. Süd vəzisi xərçənginin müalicəsi zamanı hansı preparatların uzunmüddətli qəbulu uşaqlıq cismi
xərçənginin əmələ gəlməsi riskini artırır:
A) tamoksifen
B) anastrozol
C) femara
D) buserelin
E) heç biri
324. Uşaqlıq cismi xərçənginin əmələ gəlməsinə səbəb olan risk faktorları:
A) bütün cavablar düzgündür
B) endokrin mübadilə pozğunluqları
C) menstrual funksiyanın pozulması
D) əvəzedici hormonoterapiya
E) genetik meyillilik
325. Uşaqlıq cismi xərçənginin estrogendən asılı olmayan patogenetik variantı xəstələrin neçə faizində
müşahidə olunur:
A) 30%
B) 70%
C) 20%
D) 60%
E) 15%
326. Hansı müayinələrə əsasən endometriumun xərçəngönü xəstəliklərinin diaqnozu qoyulur:
A) bütün cavablar düzgündür
B) anamnez, klinik müayinə
C) histerografiya
D) histeroskopiya
E) sitoloji müayinə
327. Uşaqlıq cismi xərçənginin estrogendən asılı olan patogenetik variantı xəstələrin neçə faizində
müşahidə olunur:
A) 70%
B) 15%
C) 96%
D) 80%
E) 43%
328. Uşaqlıq cismi xərçənginin əmələ gəlməsində hansı morfo-funksional dəyişikliklər baş verir:
A) bütün cavablar düzgündür
B) hipotolamus-hipofiz-yumurtalıq sistemində hormonal pozğunluqlar
C) endometriumda fon proseslərin inkişafı
D) endometriumda xərçəngönü dəyişikliklər
E) bədxassəli şişin inkişafı
329. Endometriumun fon xəstəliklərinə hansılar aiddir:
A) endometriumun vəzili-kistoz hiperplaziyası
B) endometrit
C) uşaqlığın fibromiomaları
D) ovule Naboti
E) salpingooforit
330. Uşaqlıq cismi xərçənginin neçə patogenetik variantı ayırd edilir:
A) estrogen asılı və estrogen asılı olmayan
B) insulin asılı
C) progesteron asılı
D) kortikosteroid asılı
E) testosteron asılı
331. Endometriumun xərçənginin profilaktikasının əsas tədbirləri:
A) endometriumun ablyasiyası
B) əvəzedici horminal terapiya
C) uşaqlığın amputasiyası
D) uşaqlığın ekstirpasiyası
E) kimyəvi dərman terapiyası
332. Uşaqlıq cismi xərçəngi əsasən yerləşir:
A) uşaqliq cisminin dibində və yan bucaqlarında
B) uşaqliq boynunda
C) uşaqliq cisminin seroz qişasında
D) uşaqliq cisminin aşağı segmentində
E) uşaqliq cisminin əzələ qışasında
333. Uşaqlıq cismi xərçəngində 80% hallarda təşkil edir:
A) endometroid adenokarsinoma
B) musinoz xərçəng
C) yastıhüceyrəli xərçəng
D) papillyar seroz xərçəng
E) şəffafhüceyrəli xərçəng
334. Uşaqlıq cismi xərçəngi hansı yolla böyüyür:
A) bütün cavablar düzgündür
B) ekzofit
C) endofit
D) qarışıq
E) ekzoendofit
335. Uşaqlıq cismi xərçənginin əsas yayılma yolu:
A) limfogen
B) hematogen
C) implantasion
D) retroqrad
E) kontakt
336. Uşaqlıq cismi xərçəngi limfogen yolla metastaz verərək hansı limfa düyünlərini zədələyir:
A) bütün cavablar düzgündür
B) xarici, daxili və ümumi qalça
C) qapayıcı və büzdüm
D) paraaortal və parametral
E) çanaq
337. Uşaqlıq cismi xərçəngi zamanı hansı limfa düyünləri şiş hüceyrələri üçün başlıca kollektor hesab
olunur:
A) qalça və paraaortal
B) çanaq
C) büzdüm
D) qapayıcı
E) qasıq
338. Uşaqlıq cismi xərçəngi hematogen yolla metastaz verir:
A) bütün cavablar düzgündür
B) ağciyərlərə
C) qaraciyərə
D) sümüklərə
E) baş beyinə
339. Uşaqlıq cismi xərçəngi TNM sistemi üzrə təsnifatına görə T
1
mərhələsində:
A) şiş uşaqlıq cismi hüdudunda məhdudlaşmışdır
B) şiş uşaqlıq boynuna sirayət edir
C) şiş uşaqlıq borularına sirayət edir
D) şiş yumurtalıqlara sirayət edir
E) şiş sidik kisəsinə sirayət edir
340. Uşaqlıq cismi xərçəngi TNM sistemi üzrə təsnifatına görə T
2
mərhələsində:
A) şiş uşaqlıq boynuna yayılmışdır,lakin uşaqlığın hüdudlarından kənara çıxmır
B) şiş miometriuma onun qalınlığının ½ çox sirayət edir
C) şiş sidik kisəsinə sirayət edir
D) heç biri
E) şiş miometriumun yarısına qədər sirayət edir
341. Uşaqlıq cismi xərçəngi TNM sistemi üzrə təsnifatına görə T
3
mərhələsində:
A) şiş uşaqlığın seroz qişasını və (yA) artımlarını zədələmişdir,assit mayesində şiş hüceyrələri var
B) şiş sidik kisəsini zədələmişdir
C) şiş düz bağırsağa sirayət edir
D) şiş yalnız uşaqlıq boynu vəzilərini zədələmişdir
E) şiş uşaqlıq boynu stromasının birləşdirici toxumasına yayılmışdır
342. Uşaqlıq cismi xərçəngi zamanı başlanğıç mərhələsində hansı klinik əlamətlər müşahidə olunur:
A) simptomsuz
B) qanlı ifrazat
C) beldə olan ağrılar
D) ishal
E) heç biri
343. Uşaqlıq cismi xərçəngi əsas klinik əlamətlərindən biri:
A) cinsiyyət yollarından qanlı ifrazat
B) dizuriya
C) baş ağrıları
D) defekasiya aktın pozulması
E) enurez
344. Uşaqlıq cismi xərçənginin diaqnostikasında istifadə olunan onkomarkerlər:
A) CA-125, CEA
B) AFP
C) PSA
D) XQ
E) kalsitonin
345. Uşaqlıq cismi xərçənginin diaqnostikasında istifadə olunan metodlar:
A) bütün cavablar düzgündür
B) anamnez
C) bimanual müayinə
D) sitolojı,histolojı
E) histeroskopiya
346. Uşaqlıq cismi xərçənginin müalicəsində istifadə olunur:
A) bütün cavablar düzgündür
B) cərrahi müalicə
C) şua müalicəsi
D) hormonal müalicə
E) kimyəvi terapiya
347. Uşaqlıq cismi xərçənginin müalicəsində istifadə olunan cərrahi əməliyyat:
A) uşaqlığın artımlarla birlikdə ekstirpasiyası
B) miomektomiya
C) uşaqlığın amputasiyası
D) ovarioektomiya
E) əməliyyat istifadə olunmur
348. Uşaqlıq cismi xərçəngi zamanı kimyəvi terapiya aparılır:
A) IIIA mərhələsi, residiv və metastaz zamanı
B) IIA mərhələsi zamanı
C) I mərhələsi zamanı
D) aparılmır
E) preinvaziv karsinoma zamanı
349. Uşaqlıq cismi xərçəngi zamanı kimyəvi terapiyada istifadə olunan sxemlər:
A) CAP, CP
B) CMF
C) FAC
D) COPP
E) istifadə olunmur
350. Bədxassəli şişlərə xas olan əlamət:
A) cavabların hamısı
B) hüceyrə və toxuma atipizmi
C) residiv və metastaz verməsi
D) aydın sərhədlərin olmaması
E) nisbi avtonom böyümə
351. Bədxassəli şişə xas olmayan əlamət:
A) həqiqi kapsulanın olması
B) nisbi avtonom inkişaf
C) morfoloji atipizm
D) infiltrativ və invaziv böyümə
E) TNM təsnifatı
352. Şişləri adlandırmaq üçün hansı ifadələrin istifadə olunmur
A) “İtis”
B) “Oma”
C) blastoma
D) sarkoma
E) karsinoma
353. Epitel toxumasından inkişaf edən bədxassəli şişləri adlandırmaq üçün istifadə olunan kəlmələr:
A) xərçəng, adenokarsinoma
B) melanoma və sarkoma
C) adenoma və papilloma
D) xondrosarkoma və osteogen sarkoma
E) sinovioma və fibroma
354. Şişin stromasına aiddir:
A) cavabların hamısı düzdür
B) birləşdirici toxuma
C) qan damarları
D) limfa damarlar
E) sinir hüceyrələri
355. Xoşxassəli şişlər:
A) metastaz vermirlər
B) infiltrativ inkişaf edirlər
C) ipsilateral limfa düyünlərinə metastaz verirlər
D) yerli dağıdıcı xassəyə malikdirlər
E) qonşu toxumalara invaziya edirlər
356. Bədxassəli şişlər:
A) residiv və metastazvermə xüsusiyyətləri vardır
B) yalnız ekspansiv inkişaf edirlər
C) morfoloji və funksional atipizm yoxdur
D) kliniki mərhələləri yoxdur
E) həqiqi kapsulaya malikdirlər
357. Aşağıdakı şişlərin hansı əzələ toxumasından inkişaf etmirlər:
A) osteoma və fibroma
B) leyomioma
C) rabdomioma
D) leyomiosarkoma
E) rabdomiosarkoma
358. Aşağıdakılardan hansı xoşxassəli şişdir:
A) fibroadenoma və fibroma
B) limfoqranulematoz və leykoz
C) melanoma və xondrosarkoma
D) osteosarkoma və liposarkoma
E) sinovial sarkoma və leyomiosarkoma
359. Residiv nədir:
A) radikal müalicədən sonra çapıq sahəsində eyni histoloji quruluşa malik şişin inkişafı
B) başqa orqanlarda bədxassəli şişin əmələ gəlməsi
C) xəstənin kəskin arıqlaması
D) ürək-damar xəstəliklərinin ağırlaşmalarının baş verməsi
E) radikal müalicədən sonra güdüldə başqa histoloji quruluşa malik şişin inkişafı
360. Xəstə 1989-cu ildə sağ yanağın bazaliomasına görə radikal müalicə almışdır. 2010-cu ildə sol
yanaq dərisində eyni morfoloji quruluşa malik şiş əmələ gəlmişdir. Bu:
A) multisentrik metaxron inkişaf edən şişdir
B) residivdir
C) metastazdır
D) davam edən böyümədir
E) unisentrik inkişafdır
361. Aşağıdakılardan hansı metastazdır:
A) süd vəzi xərçənginin qoltuqaltı limfa düyünlərinə yayılması
B) qaraciyərdə hepatosellülyar xərçəngin inkişafı
C) ağciyərdə kiçik hüceyrəli xərçəngin inkişafı
D) II süd vəzisində başqa histoloji quruluşa malik şişin inkişafı
E) limfoqranulematozun inkişafı
362. Hansı yollarla uzaq orqanlara metastaz yayılır:
A) hematogen və implantasiya
B) ipsilateral limfatik yolla
C) limfogen yolla
D) kontakt vasitəsilə
E) öd yolları ilə
363. Sağ süd vəzi xərçənginin sol qoltuqaltı limfa düyünlərinə metastazı:
A) kontrlateral limfa düyününə yayılmasıdır
B) xəstəliyin metaxron inkişafıdır
C) xəstəliyin residividir
D) retroqrad metastazdır
E) implantasion metastazdır
364. Bədxassəli epitel mənşəli şişlər hansı yollarla metastaz verməyə meyillidir:
A) cavabların hamısı düzdür
B) limfogen
C) limfo-implantasion
D) implantasion
E) limfo-hematogen
365. Birləşdirici toxumada inkişaf edən bədxassəli şişlər daha çox hansı yollarla yayılmaya meyillidir:
A) hematogen
B) limfogen
C) implantasion
D) ipsilateral limfogen
E) retroqrad limfogen
366. Uzaq orqanlara metastazlar hansı simvolla tamamlana bilir:
A) cavabların hamısı düzdür
B) Pul, Oss
C) Hep, Bra
D) Mar, Ple
E) Per, Ski
367. TNM sistemində hansı simvol santimetrlə göstərilə bilər:
A) T
B) N
C) M
D) T və N
E) T və M
368. TNM təsnifatında hansı simvollar öyrənilir:
A) T, N və M
B) yalnız T
C) yalnız N
D) yalnız M
E) yalnız N və M
369. T
0
N
1
M
0
necə şərh olunur:
A) birincili şiş aşkar olunmur, regionar limfa düyünlərindı metastaz var, uzaq orqanlarda metastaz yoxdur
B) orqanizmdə bədxassəli proses yoxdur
C) xəstədə xoşxassəli şiş var
D) xəstədə xərçəngönü xəstəlik var
E) xəstədə leykoz aşkar olunmuşdur
370. Hər iki süd vəzinin xərçəngi zamanı TNM necə təsnif edilir:
A) hər iki süd vəzi şişi ayrılıqda
B) T ayrılıqda, N birgə
C) N ayrılıqda, T ən böyüyü
D) N və T birgə
E) hər iki süd vəzi şişi üçün bir TNM
371. Cüt orqanların bədxassəli şişlərində M kateqoriyası hansı orqanın şişinə aid olduğu təyin olunur:
A) morfoloji müayinə ilə
B) MRT
C) KT
D) PET
E) qanın biokimyəvi müayinəsi ilə
372. Hemoblastozlarda TNM kateqoriyasından istifadə olunurmu:
A) istifadə olunmur
B) istifadə olunur
C) yalnız T simvolunda istifadə olunur
D) yalnız N simvolunda istifadə olunur
E) Qeyri-Hoçkin sarkomalarında istifadə olunur
373. Bədxassəli şişlərin 0 mərhələsi TNM kateqoriyası ilə necə qeyd edilir:
A) Tin situ N
0
M
0
B) T
0
N
1
Mx
C) T
0
N
0
M
1
D) T
0
N
1
M
1
E) T
1
N
1
M
0
374. IV mərhələ TNM kateqoriyaları ilə necə qeyd edilir:
A) T istənilən N istənilən M1
B) T4N3M0
C) T4aN2M0
D) T4bN3M0
E) T3N3M0
375. Yumşaq toxuma şişləri inkişaf edir:
A) bütün cavablar düzgündür
B) piy toxumasından
C) əzələ toxumasından
D) sinovial toxumadan
E) fibroz toxumadan
376. Xoşxassəli şişlərin əlamətləri aşağıdakılardır:
A) bütün cavablar düzgündür
B) şiş ətraf toxumalara sirayət etmir
C) şişi ətraf toxumadan ayıran kapsulaya malikdir
D) ekspansiv ləng inkişaf
E) metastaz vermir
377. Bədxassəli şişlərin əlamətləri aşağıdakılardır:
A) bütün cavablar düzgündür
B) hematogen metastazvermə
C) limfogen metastazvermə
D) həqiqi kapsulaya malik deyil
E) sürətli infiltrativ inkişaf
378. Aşağıdakılardan biri xərçəngönü xəstəlik deyil:
A) adenokarsinoma
B) Bouen xəstəliyi
C) mədə-bağırsaq traktının polipi
D) süd vəzinin axardaxili papilloması
E) xoşxassəli şişlər
379. Epitel toxuma mənşəli xoşxassəli şiş aşağıdakıdır:
A) adenoma
B) lipoma
C) fibroma
D) nevrinoma
E) xondroma
380. Epitel toxuma mənşəli bədxassəli şiş aşağıdakıdır:
A) karsinoma (xərçəng)
B) sarkoma
C) adenoma
D) fibroma
E) leyomioma
381. Birləşdirici toxuma mənşəli bədxassəli şiş aşağıdakıdır:
A) sarkoma
B) xərçəng
C) fibroma
D) xondroma
E) adenoma
382. Mezenximal toxuma mənşəli xoşxassəli şiş aşağıdakıdır:
A) leyomioma
B) sarkoma
C) fibrosarkoma
D) adenoma
E) rabdomiosarkoma
383. Aşağıdakı hallarda metastazvermə baş vermir:
A) karsimoma in situ
B) erkən invaziv xərçəng
C) mikroinvaziv xərçəng
D) xərçəngin II-III mərhələsində
E) xərçəngin IV mərhələsində
384. Sitoloji müayinə aparmaq üçün hansı materiallardan istifadə olunur:
A) bütün cavablar doğrudur
B) yaxma
C) ifrazat
D) assitik maye
E) yuyuntu suyu
385. Radikal əməliyyat aparılması mümkün olan şiş belə adlanır:
A) rezektabel
B) inkurabel
C) operabel
D) qeyri-rezektabel
E) qeyri-operabel
386. İnsan üçün kanserogen hesab edilməyən infeksion amili göstərin:
A) E.Coli
B) B və C virus hepatiti
C) HPV
D) Epşteyn-Barr virusu
E) Helicobacter pylori
387. Fiziki kanserogen hesab edilən amili göstərin:
A) ultrabənövşəyi şüalanma
B) HPV
C) nitrozaminlər
D) benzipren
E) Epşteyn-Barr virusu
388. Kimyəvi kanserogen hesab edilməyən amili göstərin:
A) rentgenoloji şüalanma
B) politsiklik aromatik karbohidratlar
C) nitrozaminlər
D) aromatik aminlər
E) anilin boyaları
389. Endogen kanserogen hesab edilməyən amili göstərin:
A) aflotoksin
B) bəzi hormonlar
C) indol
D) sərbəst radikallar
E) ikincili öd turşuları
390. Kanserogenezin mərhələsi hesab edilməyən mərhələni göstərin:
A) reqressiya mərhələsi
B) inisiasiya mərhələsi
C) promosiya mərhələsi
D) proqressiya mərhələsi
E) inisiasiya və promosiya mərhələsi
391. Şişin proqressiyasına təsir göstərməyən amili göstərin:
A) orqanizmin ürək-damar sisteminin vəziyyəti
B) şişəleyhinə immunitetin azalması
C) orqanizmdə immunoloji tolerantlığın azalması
D) orqanizmin immun reaksiyasının azalması
E) sinir və endokrin sistemlər arasında disbalans
392. Epiteldaxili xərçəngin başqa adı belədir:
A) carsinoma in situ
B) mikroinvaziv xərçəng
C) minimal invaziv xərçəng
D) mikrokarsinoma
E) invaziv xərçəng
393. Hansı üsul rentgenoloji müayinə üsuluna aid edilmir:
A) PET
B) angioqrafiya
C) rentgenopnevmoperitoneum
D) ekskretor uroqrafiya
E) KT
394. Hansı orqan və sistemlərin bədxassəli proseslərinin diaqnostikasında radioizotop müayinəsindən
istifadə edilmir:
A) bazaliomalar
B) sümüklərə metastazlar zamanı
C) qaraciyərin birincili və ikincili şişlərində
D) qalxanabənzər vəzinin şişlərində
E) böyrək şişlərində
395. Aşağıda sadalananların hansı onkomarker deyil:
A) HPV
B) CEA
C) AFP
D) CA 15-3
E) PSA
396. Prostat vəzi xərçənginin müayinəsində hansı onkomarker informativdir:
A) PSA
B) CA 15-3
C) CEA
D) CA 19-9
E) XQ
397. Müxtəlif orqanların yastı hüceyrəli şişlərin müayinəsində hansı onkomarker daha informativdir:
A) SCC
B) NSE
C) PSA
D) XQ
E) AFP
398. Yumşaq toxuma şişləri ən çox harada lokalizasiya olunur:
A) aşağı ətraflarda
B) döş qəfəsində
C) baş və boyun nahiyəsində
D) yuxarı ətraflarda
E) qarnın ön divarında
399. Hansı şiş yumşaq toxuma mənşəlidir:
A) epitelioid sarkoma
B) adenokarsinoma
C) bazalioma
D) melanoma
E) yastıhüceyrəli xərçəng
400. Bədxassəli fibroz-histiositomanın hansı histoloji variantı yoxdur:
A) alveolyar
B) pleomorf
C) miksoid
D) nəhənghüceyrəli
E) iltihabi
401. Rabdomiosarkomanın hansı histoloji variantı yoxdur:
A) iltihabi
B) embrional
C) alveolyar
D) pleomorf
E) qarışıq
402. Yumşaq toxuma sarkomaları əsasən hansı yolla metastaz verirlər:
A) hematogen
B) limfogen
C) implantasion
D) metastaz vermir
E) per continuitatet
403. Yumşaq toxuma sarkomaları əsasən hansı orqanlara uzaq metastaz verir:
A) ağciyər
B) böyrək
C) qaraciyər
D) baş beyin
E) sümük
404. Yumşaq toxuma sarkomasının diaqnostikasında istifadə olunur:
A) bütün cavablar doğrudur
B) KT
C) MRT
D) morfoloji müayinə
E) USM
405. Yumşaq toxuma sarkomalarının morfoloji diaqnostikasına hansı üsullar daxildir:
A) bütün cavablar doğrudur
B) sitoloji müayinə, histoloji müayinə
C) trepan biopsiya, bıçaq biopsiyası
D) eksizion biopsiya, insizion biopsiya
E) punksion biopsiya, trepan biopsiya
406. Yumurtalıq xərçəngi ilə ən yüksək xəstələnmə səviyyəsi hansı yaş qrupunda müşahidə edilir:
A) 65-75 yaş
B) 55-65 yaş
C) 45-55 yaş
D) 35-45 yaş
E) 25-35 yaş
407. Uşaq yaşlarında ən çox təsadüf edilən yumurtalıq şişləri:
A) herminogen şişlər
B) endometrioid şişlər
C) seroz şişlər
D) musinoz şişlər
E) lipidhüceyrəli şişlər
408. Yumurtalıqların epitelial şişlərin diaqnostikası və müalicə effektivliyinin qiymətləndirilməsində
istifadə edilən onkomarker göstəricisi:
A) CA-125
B) AFP
C) PSA
D) İXQ
E) CA-15-3
409. Yumurtalıqların bədxassəli şişlərinin 80-90%-ni təşkil edir:
A) epitelial şişlər
B) uşaqlıq artımı stromasının şişləri
C) lipid-hüceyrəli şişlər
D) herminogen şişlər
E) endometriod şişlər
410. Yumurtalıqların qranulyoz hüceyrəli şişlərinə xarakterdir:
A) hiperestrogenizm və ya androgenizasiya
B) prolaktinemiya
C) hiperkalsinemiya
D) hiperinsulinemizm
E) hiperqlikemiya
411. Yumurtalıq şişlərinin histoloji tipinə aid deyil:
A) medulyar xərçəng
B) Brenner şişi
C) androblastoma
D) disherminoma
E) qranulyoz hüceyrəli şiş
412. Bədxassəli şişi göstərin:
A) xorionepitelioma
B) fibroma
C) yetkin teratoma
D) sistadenoma
E) papilloma
413. Mədə xərçənginin yumurtalıqlara olan metastazı göstərin:
A) Krukenberq
B) Virxov
C) Snisler
D) Şifo
E) Rotter
414. Yumurtalıqların xərçəngönü xəstəliklərini göstərir:
A) yumurtalıqların xoşxassəli şişləri
B) yumurtalıqların xroniki iltihabi prosesləri
C) hiperestrogeniya
D) endrometriumun hiperplastik prosesləri
E) follikulyar kista
415. Yumurtalıq xərçəngi qadın cinsiyyət orqanlarının bədxassəli şişlərindən ölümün strukturunda
neçənci yeri tutur:
A) 1-ci yeri
B) 2-ci yeri
C) 3-cü yeri
D) 4-cü yeri
E) 5-ci yeri
416. Yumurtalıqlara ən çox hansı orqanların xərçəngi metastaz verir:
A) mədə xərçəngi
B) süd vəzi xərçəngi
C) uşaqlıq cismi xərçəngi
D) ağciyər xərçəngi
E) uşaqlıq boynu xərçəngi
417. Krukenberq metastazı nədir:
A) mədə xərçənginin yumurtalıqlara metastazı
B) mədə xərçənginin uşaqlıq boynuna metastazı
C) süd vəzi xərçənginin qaraciyərə metastazı
D) uşaqlıq cismi xərçənginin ağciyərə metastazı
E) süd vəzi xərçənginin endometriuma metastazları
418. Aşağıdakılardan hansı yumurtalıqların bədxassəli şişlərindən radioterapiyaya ən həssas olanıdır:
A) disherminomalar
B) uşaqlıq artımı stromanın şişləri
C) seroz xərçəng
D) musinoz xərçəng
E) endometriod xərçəng
Dostları ilə paylaş: |