1. Ağciyər xərçəngi:
A) tənəffüs yollarının selikli qışasının bədxassəli xəstəliyidir
B) ağciyər damarlarının bədxassəli xəstəliyidir
C) ağciyərin alveolaların sistem xəstəliyidir
D) ağciyərin limfatik aparatın bədxassəli xəstəliyi
E) ağciyər epitelinin metaplaziyasıdır
2. Dünyada bədxassəli şişlərlə ölümün strukturasında ağciyər xərcəngi kişilərdə:
A) 1-ci yer tutur
B) 2-ci yer tutur
C) 3-cü yer tutur
D) 8-ci yer tutur
E) 23-cü yer tutur
3. Ağciyər xərçənginə çox rast gəlinir:
A) kişilərdə
B) qadinlarda
C) usaqlarda
D) yeniyetmələrdə
E) 20-30 yaş arası
4. Klinik-anatomik təsnifatına görə ağciyər xərçəngi aşağıdakı formalardan ibarətdir:
A) mərkəzi, periferik və atipik
B) ekzofit və endofit
C) xırda və iri hüceyrəli
D) adenokarsinoma və yastı hüceyrəli xərcəng
E) mediastinal və periferik xərcəng
5. Pankost xərçəngi aiddir:
A) ağciyərin periferik xərçənginə
B) mərkəzi xərçəngə
C) atipik xərçəngə
D) xırda hüceyrəli xərçəngə, ağciyərin sarkomasına
E) bronxoalveolyar xərçəngə
6. Ağciyər xərçəngin əsas histoloji formaları:
A) adenokarsinoma, yastıhüceyrəli xərcəng və xırdahüceyrəli xərçəng
B) irihüceyrəli xərçəng, sarkoma
C) fibromioma, miosarkoma
D) limfoma
E) angiosarkoma, xırdahüceyrəli xərçəng
7. Ağciyər xərçənginin mediastinal forması aiddir:
A) ağciyər xərçənginin atipik formasına
B) periferik formasına
C) mərkəzi formasına
D) xırdahüceyrəli xərçəngə
E) Pankost xərçənginə
8. Ağciyər xərçəngində adenokarsinoma histoloji variant kimi ən çox rast gəlinir:
A) qadınlarda
B) kişilərdə
C) yeniyetmələrdə
D) yaşlı adamlarda
E) uşaqlarda
9. İnkişaf formalarına görə ağciyər xərçəngi ayrılır:
A) endobronxial, peribronxial, qarışıq
B) iri-və xirdahüceyrəli xərçəng
C) mufto-polipə bənzər
D) nəlbəkiyə bənzər və xoralı
E) yastihüceyrəli xərçəng, adenokarsinoma
10. Ağciyər xərçənginin əsas simptomları:
A) öskürək, qanhayxırma, döş qəfəsində ağrılar
B) zəiflik, hıçqırma
C) sianoz, taxikardiya, ətraflarda keyləşmə
D) qıcqırma, sarılıq, döş qəfəsində ağrılar
E) baş ağrıları, öskürək, hemiparez
11. Ağciyər xərçəngi zamanı paraneoplastik sindroma aiddir:
A) ”saat şüşələri və baraban çöpləri simptomları”
B) qanhayxırma
C) ”moruq jelesi” simptomu
D) ”qalop ritmi” simptomu
E) Horner simptomu
12. Pankost xərçəngə aiddir :
A) ptoz, mioz, enoftalm
B) tənginəfəslik və qanhayxırma
C) öskürək və paraneoplastik sindrom
D) döş qəfəsində ağrılar və alt dodağın sianozu
E) baş ağrıları və ishal
13. Ağciyər xərçənginin simptomsuz gedişatı ən çox rast gəlinir:
A) periferik xərçəngdə
B) mərkəzi xərçəngdə
C) endobronxial xərçəngdə
D) yastı hüceyrəli xərçəngdə
E) mediastinal formalı ağciyər xərçəngində
14. Mərkəzi ağciyər xərçəngində əsas müayinə üsulu aşağıdakıdır:
A) bronxoskopiya biopsiya ilə
B) ultrasəs müayinəsi
C) radioizotop müayinə
D) bronxoqrafiya
E) selektiv angoqrafiya
15. Ağciyər xərçənginin hansı formasında bronxoskopiya üsulu daha dəqiq və informativdir:
A) mərkəzi xərçəngində
B) periferik xərçəngində
C) pnevmoniyayabənzər xərçəngində
D) baş beyinə metastazlar zamanı
E) ağciyər xərçənginin mediastinal formasında
16. Ağciyər xərçəngi zamanı hormonal aktivliyin yüksək olması xarakterikdir:
A) xırdahüceyrəli xərçəngə
B) ağciyərin sarkomasına
C) Pankost xərçənginə
D) ağciyərin mediastinal xərçənginə
E) yastıhüceyrəli xərçəngə
17. Ağciyər xərçəngi zamanı radikal əməliyyatlar aşağıdakılardır:
A) pulmonektomiya və lobektomiya
B) seqmentektomiya və ağciyərin kökünün limfadisseksiyası
C) ağciyərin atipik rezeksiyası
D) torakotomiya
E) mediastinotomiya
18. Ağciyərin baş bronxun xərçəngi zamanı radikal əməliyyat aşağıdakıdır:
A) pulmonektomiya
B) lobektomiya
C) seqmentektomiya
D) torakotomiya
E) laparotomiya
19. Ağciyər xərçəngində genişlənmiş əməliyyatlara aiddir:
A) ağciyərin kökünün və divararalığının geniş limfadisseksiyası
B) lobektomiya qabırğanın rezeksiyası ilə
C) lobektomiya perikardın rezeksiyası ilə
D) atipik rezeksiya diafragmanın rezeksiyası ilə
E) seqmentektomiya
20. Şüa müalicəsi ağciyər xərçəngində daha effektivdir:
A) yastıhüceyrəli variantda
B) adenokarsinomada
C) sarkomada
D) ağciyərin hemangiomasında
E) metastatik plevritdə
21. Ağız boşluğuna aid deyil:
A) dilin kökü
B) dilin hərəkətli hissəsi
C) ağız boşluğunun dibi
D) sərt və yumşaq damaq
E) çənə və əng sümüklərinin alveolyar çıxıntısı
22. Hansı virus ağız boşluğu xərçənginin əmələ gəlməsinə təsir edir:
A) insan papilloma virusu (HPV)
B) hepatit B və C virusu (HVB, HVC)
C) Epşteyn-Barr virusu (EBV)
D) insan immunodefisit virusu (HİV)
E) insan herpes virusu (HHV)
23. Ağız boşluğu xərçənginin risk amillərinə aid deyil:
A) ultrabənövşəyi şüalar
B) siqaretçəkmə
C) travmalar
D) ağız boşluğunda qalvanizm prosesi
E) alkoqol
24. Ağız boşluğunun obliqat xərçəngönü xəstəliklərinə hansı aiddir:
A) Keyr eritroplaziyası
B) leykoplagiya
C) papillomatoz
D) şüadan sonrakı stomatit
E) qırmızı qurdeşənəyi və qırmızı yastı dəmirovun eroziv xoralı və hiperkeratotik formaları
25. Ağız boşluğunun fakultativ xərçəngönü xəstəliklərinə hansı aid deyil:
A) Bouen xəstəliyi
B) papillomatoz
C) leykoplagiya
D) şüadan sonrakı stomatit
E) qırmızı qurdeşənəyi və qırmızı yastı dəmirovun eroziv xoralı və hiperkeratotik formaları
26. Ağız boşluğu xərçənginin xoşxassəli şişlərinə aiddir:
A) papilloma
B) yastıhüceyrəli xərçəng
C) adenokarsinoma
D) sarkoma
E) melanoma
27. Ağız boşluğu xərçənginin bədxassəli şişlərinə ən çox təsadüf edilən histoloji forması hansıdır:
A) yastıhüceyrəli xərçəng
B) adenokarsinoma
C) melanoma
D) sarkoma
E) bazalhüceyrəli xərçəng
28. Ağız boşluğu xərçəngi ən çox hansı orqanda rast gəlinir:
A) dildə
B) ağız dibində
C) yanaq
D) sərt və yumşaq damaq
E) çənə və əng sümüklərinin alveolyar çıxıntısı
29. Ağız boşluğu xərçəngi üçün daha xarakterikdir:
A) əsasən limfogen metastazvermə
B) əsasən hematogen metastazvermə
C) əsasən limfo-hematogen metastazvermə
D) əsasən implantasion metastazvermə
E) əsasən şişin gedişi boyu metastazvermə
30. Dilin xərçənginin 0 mərhələsinə hansı aiddir:
A) T
is
N
0
M
0
B) T
1
N
0
M
0
C) T
2
N
1
M
0
D) T
3
N
2
M
0
E) T
4
N
3
M
0
31. Ağız boşluğu xərçənginin erkən mərhələsində (T
1
– T
2
) hansı müalicə metodundan istifadə
olunmur:
A) hormonal müalicə
B) cərrahi müalicə
C) kombinəolunmuş müalicə
D) kriodestruksiya
E) fotodinamik terapiya
32. Ağız boşluğu xərçənginin kompleks müalicəsi nəyi nəzərdə tutur:
A) cərrahi + şüa + kimyəvi müalicə
B) cərrahi + şüa
C) cərrahi + fotodinamik terapiya
D) lazer cərrahiyyəsi + fotodinamik terapiya
E) polikimyəvi müalicə
33. Ağız boşluğu xərçənginin hansı mərhələsində sağalma nadir hallarda mümkündür:
A) IV mərhələdə
B) residiv şiş
C) III mərhələ
D) II mərhələ
E) I mərhələ
34. Bədxassəli şişlərlə xəstələnmənin strukturunda dünyada birinci yeri hansı onkoloji xəstəlik tutur:
A) ağciyər xərçəngi
B) süd vəzisi xərçəngi
C) kolorektal xərçəng
D) mədə xərçəngi
E) qaraciyər xərçəngi
35. Dünyada süd vəzisi xərçəngi ilə ən yüksək xəstələnmə göstəriciləri olan ölkələr:
A) Uruqvay, ABŞ və Hollandiya
B) ABŞ, Braziliya və Hindistan
C) Yaponiya, ABŞ və Mali
D) Uruqvay, Uqanda və Kosta-Rika
E) Yaponiya, Çin və Hindistan
36. Dünyada mədə xərçəngi ilə ən yüksək xəstələnmə göstəriciləri olan ölkələr:
A) Yaponiya, Çin və Braziliya
B) ABŞ, Braziliya və Hindistan
C) İsrail, ABŞ və Hindistan
D) Kanada, Avstraliya və Danimarka
E) Uqanda, İslandiya və Polşa
37. Azərbaycanda bədxasəli şişlərlə xəstələnmənin ümumi strukturunda (2001-ci il, hər iki cins üzrə)
birinci yeri hansı xəstəlik tutur:
A) süd vəzi xərçəngi
B) kolorektal xərçəng
C) mədə xərçəngi
D) ağciyər xərçəngi
E) prostar vəzi xərçəngi
38. Azərbaycanda kişilərdə bədxasəli şişlərlə xəstələnmənin ümumi strukturunda (2001-ci il) birinci
yeri hansı xəstəlik tutur:
A) ağciyər xərçəngi
B) qaraciyər xərçəngi
C) kolorektal xərçəng
D) mədə xərçəngi
E) prostar vəzi xərçəngi
39. Azərbaycanda qadınlarda bədxasəli şişlərlə xəstələnmənin ümumi strukturunda birinci yeri hansı
xəstəlik tutur:
A) süd vəzi xərçəngi
B) kolorektal xərçəng
C) mədə xərçəngi
D) ağciyər xərçəngi
E) qalxanabənzər vəzin xərçəngi
40. Azərbaycanda 0-29 yaş intervalında bədxasəli şişlərlə xəstələnmənin ümumi strukturunda (hər iki
cins üzrə) birinci yeri hansı xəstəlik tutur:
A) hemoblastozlar
B) kolorektal xərçəng
C) mədə xərçəngi
D) ağciyər xərçəngi
E) süd vəzi xərçəngi
41. Azərbaycanda bədxassəli şişlərdən ölüm göstəricisi ölümün səbəbləri arasında neçənci yeri tutur:
A) ikinci
B) birinci
C) üçüncü
D) dörduncü
E) beşinci
42. Azərbaycanda kişilər arasında bədxassəli şişlərdən ölümün ümumi strukturunda ilk birinci iki yeri
hansı onkoloji xəstəliklər tutur:
A) mədə xərçəngi və ağciyər xərçəngi
B) kolorektal xərçəng və dəri xərçəngi
C) kolorektal xərçəng və mədə xərçəngi
D) ağciyər xərçəngi və prostat vəzi xərçəngi
E) prostar vəzi xərçəngi və mədəaltı vəzi xərçəngi
43. Azərbaycanda aşağı yaş qrupları (0-29) arasında (hər iki cins üzrə) bədxassəli şişlərdən ölümün
ümumi strukturunda ilk birinci iki yeri hansı onkoloji xəstəliklər tutur:
A) hemoblastozlar və sinir sisteminin bədxassəli şişləri
B) süd vəzi xərçəngi və kolorektal xərçəng
C) mədə xərçəngi və uşaqlıq boynu xərçəngi
D) mədəaltı vəzi xərçəngi və sinir sisteminin bədxassəli şişləri
E) hemoblastozlar və mədəaltı vəzi xərçəngi
44. Aşağıdakılardan hansı bədxassəli şişlərin birincili profilaktikası tədbirlərinə aid deyil:
A) xərçəngönü xəstəliklərin aşkar edilməsi
B) siqaretçəkmə ilə mübarizə
C) havanın çirklənməsi ilə mübarizə
D) məişətdə və istehsalatda havanın təmizliyinin saxlanması
E) rasional qidalanma komponentləri
45. Aşağıdakı onkoloji xəstəliklərin hansının etiologiyasında siqaretçəkmənin rolu əsas deyildir:
A) qaraciyər xərçəngi
B) ağciyər xərçəngi
C) dodaq xərçəngi
D) qırtlaq xərçəngi
E) sidik kisəsi xərçəngi
46. Papanikolau üsulu ilə müayinə hansı onkoloji xəstəliklərin skrininqində aparılır:
A) uşaqliq boynu və uşaqlıq yolu xərçəngində
B) qaraciyər xərçəngində
C) dəri xərçəngində
D) ağciyər xərçəngində
E) mədə xərçəngində
47. Süd vəzi xərçənginin skrininqində ən effektiv müayinə mütodu hansıdır:
A) mammoqrafiya
B) palpasiya
C) sitoloji müayinə
D) baxış (inspeksiya)
E) immunohistokimyəvi müayinə
48. Onkoloji xəstələr neçə klinik qrupa bölünür:
A) 4
B) 1
C) 2
D) 3
E) 5
49. II klinik qrupuna hansı onkoloji xəstələr daxil edilir:
A) spesifik müalicəyə ehtiyacı olan onkoloji xəstələr
B) xərçəngönü xəstəliyi olan xəstələr
C) bədxassəli şişə şübhə olan xəstələr
D) bədxassəli şişdən sağalmış şəxslər
E) palliativ müalicəyə ehtiyacı olan onkoloji xəstələr
50. III klinik qrupuna hansı onkoloji xəstələr daxil edilir:
A) bədxassəli şişdən sağalmış şəxslər
B) bədxassəli şişə şübhə olan xəstələr
C) radikal müalicəyə ehtiyacı olan onkoloji xəstələr
D) palliativ müalicəyə ehtiyacı olan onkoloji xəstələr
E) spesifik müalicəyə ehtiyacı olan onkoloji xəstələr
51. IV klinik qrupuna hansı onkoloji xəstələr daxil edilir:
A) palliativ və ya simptomatik müalicəyə ehtiyacı olan onkoloji xəstələr
B) xərçəngönü xəstəliyi olan xəstələr
C) bədxassəli şişə şübhə olan xəstələr
D) radikal müalicəyə ehtiyacı olan onkoloji xəstələr
E) spesifik müalicəyə ehtiyacı olan onkoloji xəstələr
52. III klinik qrupda olan xəstədə residiv və ya metastaz aşkar edilərsə xəstə hansi klinik qrupa keçirilə
bilər:
A) II və ya IV
B) yalnız II
C) Ia
D) yalnız IV
E) Ib
53. II klinik qrupda olan xəstə müalicə olunaraq sağaldıqdan sonra hansı klinik qrupa keçirilir:
A) III
B) IIa
C) Ib
D) Ia
E) Iib
54. Eftanaziya nədir:
A) sağalmayan xəstəni əzablardan xilas etmək məqsədilə özünün və ya qohumlarının xahişi ilə süni yolla
qəsdən oldürmək
B) əzabverici ağrıların farmokoloji metodlarla aradan qaldırılması
C) sağalmayan xəstənin əzablarını azaltmaq üçün şikəstedici əməliyyatların aparılması
D) sağalmayan xəstənin əzabverici ağrılarını yüngülləşdirmək üçün narkotik analgetiklərin verilməsindən
imtina etmək
E) sağalmayan xəstələrin “yüngül ölüm” aktının qarşısını almaq
55. Kimyəvi dərman preparatlarının daxilə per os qəbulu kimyəvi dərman preparatlarının hansı
yeridilmə üsuluna aiddir:
A) sistem kimyəvi terapiya
B) lokal kimyəvi terapiya
C) regional kimyəvi terapiya
D) neoadyuvant kimyəvi terapiya
E) adyuvant kimyəvi terapiya
56. Kimyəvi dərman preparatlarının əzələ daxilinə yeridilməsi kimyəvi dərman preparatlarının hansı
yeridilmə üsuluna aiddir:
A) sistem kimyəvi terapiya
B) lokal kimyəvi terapiya
C) regional kimyəvi terapiya
D) neoadyuvant kimyəvi terapiya
E) adyuvant kimyəvi terapiya
57. Kimyəvi dərman preparatlarının yüksək dozada tam təcrid edilmiş damara yeridilməsi kimyəvi
dərman preparatlarının hansı yeridilmə üsuluna aiddir:
A) regional kimyəvi terapiya
B) sistem kimyəvi terapiya
C) lokal kimyəvi terapiya
D) neoadyuvant kimyəvi terapiya
E) adyuvant kimyəvi terapiya
58. Kimyəvi dərman preparatlarının assit və ya plevrit olduqda seroz boşluqlara yeridilməsi kimyəvi
dərman preparatlarının hansı yeridilmə üsuluna aiddir:
A) lokal kimyəvi terapiya
B) sistem kimyəvi terapiya
C) regional kimyəvi terapiya
D) adyuvant kimyəvi terapiya
E) neoadyuvant kimyəvi terapiya
59. Kimyəvi dərman preparatlarının beyin qişaları zədələndikdə intratekal yeridilməsi kimyəvi
dərman preparatlarının hansı yeridilmə üsuluna aiddir:
A) lokal kimyəvi terapiya
B) sistem kimyəvi terapiya
C) regional kimyəvi terapiya
D) neoadyuvant kimyəvi terapiya
E) adyuvant kimyəvi terapiya
60. Kimyəvi dərman müalicəsinin cərrahi əməliyyatdan əvvəl aparılması necə adlanır:
A) neoadyuvant kimyəvi terapiya
B) adyuvant kimyəvi terapiya
C) regional kimyəvi terapiya
D) sistem kimyəvi terapiya
E) lokal kimyəvi terapiya
61. Kimyəvi dərman müalicəsinin radikal cərrahi əməliyyatdan sonra aparılması necə adlanır:
A) adyuvant kimyəvi terapiya
B) neoadyuvant kimyəvi terapiya
C) regional kimyəvi terapiya
D) sistem kimyəvi terapiya
E) lokal kimyəvi terapiya
62. Hansı nümunə “sitostatik+antidot” kombinasiyasına uyğundur:
A) Metotreksat+leykovorin
B) Sisplatin+karboplatin
C) Oksaliplatin+sisplatin
D) Paklitaksel+dosetaksel
E) Vinkristin+leykovorin
63. Kimyəvi dərman preparatlarının effektliyi ÜST şkalası üzrə qiymətləndirilirkən 4 həftədən az
olmayan müddətdə bütün zədələnmə ocaqlarının yox olması necə qiymətləndirilir:
A) tam effekt
B) hissəvi effekt
C) subklinik effekt
D) stabilizasiya
E) proqressivləşmə
64. Kimyəvi dərman preparatlarının effektliyi ÜST şkalası üzrə qiymətləndirilirkən yeni zədələnmə
ocaqları olmadan 25% dən çox olmamaqla böyümə necə qiymətləndirilir:
A) stabilizasiya
B) hissəvi effekt
C) tam effekt
D) subklinik effekt
E) proqressivləşmə
65. Kimyəvi dərman preparatlarının effektliyi ÜST şkalası üzrə qiymətləndirilirkən bir şiş ocağının
25%-dən çox böyüməsi necə qiymətləndirilir:
A) proqressivləşmə
B) stabilizasiya
C) hissəvi effekt
D) tam effekt
E) subklinik effekt
66. Kimyəvi dərman preparatlarının ən çox təsadüf edilən toksiki təsiri hansıdır:
A) hemopoezin pozulması
B) kardiotoksiki təsir
C) ağciyərə toksiki təsir
D) sümüklərin zədələnməsi
E) mədə-bağırsaq traktına toksiki təsir
67. Antrasiklinlərlə müalicə zamanı ən çox təsadüf edilən toksiki təsiri hansıdır:
A) kardiotoksiki təsir
B) hemopoezin pozulması
C) ağciyərə toksiki təsir
D) sümüklərin zədələnməsi
E) mədə-bağırsaq traktına toksiki təsir
68. Hansı kimyəvi dərman preparatlarının kardiotoksiki təsiri daha güclüdür:
A) antrasiklinlər
B) alkilləşdiricilər
C) platin preparatları
D) karbamid törəmələri
E) vinka preparatları
69. Hansı kimyəvi dərman preparatınlarına allergik reaksiyalar daha çox təsadüf edilir:
A) Taksanlar və L-asparginaza
B) Karboplatin və sisplatin
C) 5 ftorurasil və kapesitabin
D) Siklofosfan və ifosfamid
E) Vinkristin və vinblastin
70. Kimyəvi dərman müalicəsi zamanı kolonistimuledicilərin istifadəsinə göstəriş hansıdır:
A) neytropeniya
B) meqaloblastik anemiya
C) fol turşusu defisitli anemiya
D) leykositoz
E) trombositopeniya
71. Bisfosfonatlarla müalicəyə göstəriş nədir:
A) sümük metastazlarının olması
B) ağciyər metastazlarının olması
C) qaraciyər metastazlarının olması
D) peritoneal karsinomatozis
E) beyin metastazlarının olması
72. Dəri melanoması hansı hüceyrələrdən inkişaf edir:
A) melanoblastlardan
B) melanositlərdən
C) nevus hüceyrələrindən
D) həm melanositlərdən, həm də melanoblastlardan
E) həm nevus hüceyrələrindən, həm də melanoblastlardan
73. Dünyada melanoma ilə ən yüksək xəstələnmə göstəriciləri harada qeydə alınır:
A) Avstraliyada
B) Türkiyədə
C) Yaponiyada
D) Çində
E) Vyetnamda
74. Dəri melanomasına bədənin hansı nahiyyəsində daha çox təsadüf edilir:
A) aşağı ətraflarda
B) yuxarı ətraflarda
C) üz nahiyəsində
D) baş və boyun nahiyəsində
E) gövdədə
75. Melanoma zamanı dəri metastazlarının hansı forması ayırd edilir:
1) tromboflebitik forma;
2) satellit forma;
3) erizipeloid forma;
4) ödemli forma;
5) infiltrativ forma
A) 1, 2, 3
B) 2, 3, 4
C) 1, 3, 5
D) 1, 2, 5
E) 2, 4, 5
76. İnsan papilloması virusunun hansı tiplərinin dəri xərçənginin əmələ gəlməsində rolu var:
A) 16-cı və 18-ci
B) 6 -cı və 11-ci
C) 31-ci və 35-ci
D) 33-cü və 35-ci
E) 39-cu və 45-ci
77. Yastı hüceyrəli dəri xərçəngi ən çox hansı yolla metastaz verir:
A) limfogen
B) hematogen
C) implantasion
D) kontakt
E) limfoimplantasion
78. Dəri xərçənginin əmələ gəlməsinə səbəb olan əsas amillərə aid edilmir:
A) siqaretçəkmə
B) ultrabənövşəyi şüalar
C) peşə zərərləri
D) dəridə müxtəlif mənşəli çapıq toxuması
E) immunosupressiya
79. Dərinin obliqat xərçəngönü xəstəliyinə aid edilir:
A) piqmentli kserodermiya
B) keratoz
C) dəri buynuzu
D) radiasion dermatoz
E) qırmızı qurd eşənəyi
80. Dəri xərçənginin ən çox rast gəlindiyi nahiyə hansıdır:
A) baş-boyun nahiyəsi
B) yuxarı ətraflar
C) aşağı ətraflar
D) kürək nahiyəsi
E) gövdə nahiyəsi
81. Dəri xərçənginin diaqnostikasında hansı müayinə metodundan istifadə edilmir:
A) endoskopik
B) kliniki
C) sitoloji
D) histoloji
E) KT
82. Alt dodaq xərçənginin risk amillərinə hansı aid deyil:
A) yod çatışmazlığı
B) zərərli adətlər (siqaretçəkmə və s.)
C) travmalar
D) anadangəlmə praqmatizm
E) virus infeksiyası (herpes zoster)
83. Alt dodağın obliqat xərçəngönü xəstəliyinə aiddir:
A) Manqanotti xeyliti
B) leykoplagiya
C) keratoakantoma
D) papilloma
E) qırmızı qurd eşənəyinin və qırmızı yastı dəmirovun eroziv və hiperkeratotik formaları
Dostları ilə paylaş: |