BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Sosial-siyasi
elmlər seriyası
2014
PSİXOLOGİYA
UOT 159.9:316.37
YENİYETMƏLƏRDƏ ZƏRƏRLİ MADDƏLƏRƏ ALUDƏÇİLİYİN
PS
İXOTERAPİYASI, PSİXOKORREKSİYASI
VƏ PSİXOPROFİLAKTİKASI
E.İ.ŞƏFİYEVA
Bakı Dövlət Universiteti
shafiyeva@mail.ru
Məqalədə yeniyetmələrdə alkoqolizm, narkomanoya və toksikomaniyanın psixoterapi-
yası, psixoprofilaktikasının əsasları açıqlanmışdır. Burada şəxsiyyət keyfiyyətlərinin psixokor-
reksiyasının xüsusiyyətləri, zərərli maddə qəbul edən yeniyetmələrdə fərdi və qrup psixotera-
piyası vasitəsilə işin özəl cəhətləri araşdırılmışdır.
Aç
ar sözlər: asılılıq, asılı şəxsin psixokorreksiyası, fərdi psixoterapiyası, qrup psixote-
rapiyası, psixorofilaktika, narkotik maddələr, yeniyetmə-alkoqolik (narkoman, taksikoman),
psixoprofilaktika proqramı
Müasir dövrdə cəmiyyəti narahat edən və aktuallığı ilə diqqəti çəkən
problemlərdən biri də insanların sağlamlığında silinməz izlər qoyan, vaxtsız
ölüm, ruhi və somatik xəstəliklər yaradan, doğulan bir çox uşaqların xəstəliklə-
rinin səbəblərini təşkil edən narkomaniya, alkoqolizm və toksikomaniyadır.
Xüs
usilə böhran yaş dövründə olan uşaqların bu tipli zərərli maddələrdən
istifadəsi onların həyatını puç edərək psixi və fiziki asılılıq vəziyyətini yaradır.
Ona görə də, hazırda yeniyetmələrin böhran yaş dövründə tez-tez rast gəlinən
psixi və davranış pozuntuları, onların psixokorreksiyası, psixoprofilaktikası
məsələsi xüsusi əhəmiyyət kəsb edir. Yeniyetmələrlə psixoloji işin təşkili və
aparılması texnikasını psixoloqlarla yanaşı, həkim və müəllimlər də bilməlidir.
Bunun üçün hazırladığımız öyrədici proqram əsasında həkim və müəllimlərlə
apardığımız treninqlər zamanı istifadə etdiyimiz sosial-psixoloji, klinik-
psixoloji metodlar, valideynlər üçün xüsusi tövsiyələr əhəmiyyətli və vacibdir.
Psixoloji işi elə qurduq ki, yeniyetmələrin psixi sağlamlığının diaqnostikası,
korreksiyası, həmçinin profilaktikası və proqnoz işini aparmaqda psixoloqlara,
99
həkimlərə və müəllimlərə kömək etsin. Ona görə də, psixoloji işin əsas vəzifəsi
fiziki və psixi inkişaf mərhələsini yaşayan yeniyetmələrə pis vərdişlərin
orqanizmə nə dərəcədə zərərli olduğunu anlatmaq, onları bu aludəçilikdən
uzaq
laşdırmaq, bu yola düşənlərə yardım göstərmək idi.
Narkomaniya tədricən artan miqdarda narkotik maddələrdən daimi is-
tifadəyə aludəçilik və nəticədə onlardan ciddi psixi və fiziki asılılığa düşməklə
səciyyələnən xəstəlikdir. Narkotikdən istifadə etmənin təhrikedici motiv-
lərindən ən əsası – narkotik maddə qəbulu zamanı yaşanan xoş hissləri təkrar
duymaq arzusudur:
Yeniyetmələri narkotik, yaxud toksiki maddələr qəbul etməyə sövq edən
səbəblər:
– maraq;
–
həmyaşıdlarının dilə tutmaları;
– narkotik
maddələrin zərərli nəticələrini başa düşməmək;
–
kimisə təqlid etmə;
–
həzz almaq cəhdi;
–
asudə vaxtdan səmərəli istifadə edə bilməmək;
– yalan
romantika, “sirli” bir şeyə qoşulmaq istəyi;
–
sağlam maraqların və həyat məqsədinin olmaması;
–
gündəlik problemlərdən uzaqlaşmaq istəyi;
–
valideynlərin məşğul olması və nəticədə uşaqlara az diqqət yetirilməsi.
Ümumilikdə, yeniyetmələr üçün təqdim etdiyimiz psixoloji işin məqsədi
çoxşaxəli olub, aşağıdakılardan ibarətdir:
−
narkomanlığa və digər zərərli vərdişlərə aludə olmamış, lakin belə
ehtimalı olan yeniyetmələrin risk qruplarını üzə çıxarmaq;
−
ailələrin sosial-iqtisadi vəziyyətinin aşağı düşməsi nəticəsində yeni-
yetmələrdə addiktiv davranışın artması, cinsi tərbiyə işinin lazımi
səviyyədə aparılmaması, son zamanların bəlasına çevrilən QİÇS
xəstəliyi haqda informasiyanın məhdudluğu ilə əlaqədar treninq
zamanı bu problemin işıqlandırılması vacibdir.
−
elmi cəhətdən əsaslandırılmış, praktikada özünü doğruldan qabaqla-
yıcı tədbirlərlə yeniyetmələri bu işdən cəkindirmək;
−
təhrikedici vəziyyətlərə, stresə, əlacsız vəziyyətə düşən, münaqişəli
situasiyada yaşayan, həmyaşıdlarının təsirinə məruz qalan yeniyet-
mələrdə sui-qəsd hallarının artması ilə əlaqədar profilaktik işin ön
plana keçməsinə tələbatın artmasını göstərmək.
Bu yönümdə aparılan profilaktik iş prinsiplərinin işlənib hazırlanması
zamanı keçid yaş dövrünün psixofiziloji özəlliklərini (yeniyetmələrin xüsusi
fizioloji, psixoloji və hüquqi vəziyyəti) mütləq nəzərə almaq lazımdır.
Əlverişsiz ekoloji şərait, getdikcə artan informasiya axını, təhsilin çətin-
ləşməsi və s. emosional streslər yeniyetmənin kamilləşməmiş psixikasının uy-
ğunlaşma imkanlarının məhdudlaşmasına və əsəb-psixi fəaliyyətinin pozul-
100
masına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, orqanizm yeniyetməlik
dövründə xeyli dəyişikliklərə uğrayır ki, bunlar da bioloji, sosial və psixoloji
inkişafa əhəmiyyətli dərəcədə təsir göstərir.
İlk növbədə yeniyetməlik yaş dövründə bioloji baxımdan bədəndə ikinci
cinsi əlamətlər inkişaf edir. Bu dövrdə yeniyetmənin düşüncə tərzi dəyişir,
sosial baxımdan inkişaf əsasən iki istiqamətdə - a) valideyn himayəsindən azad
olmaq və b) öz yaşıdları ilə yeni münasibətlər qurmaqla gedir.
Bu dövrdə özünüdərkin inkişafı davam edir - etik və əxlaqi kateqoriyalar,
özünəməxsus psixoloji cəhətlər və sərbəstlik, öz yaşıdları ilə qruplaşmaq və s.
kimi reaksiya
lar formalaşmağa başlayır. Yeniyetmələrin belə qruplaşma reak-
siyasını profilaktik məqsədlə “yeniyetmə-yeniyetmə” qarşılıqlı müsbət təsiri
kimi istifadə etmək olar. Bu uşaqlarla psixoloji iş zamanı aktiv dərketmə
üsullarından (müxtəlif əyani vasitələr, oyunlar, kiçik qruplarda iş, simulyant
davranışlı oyunlarla zərərli maddələrin mənfi təsirini təlqin etmək) istifadə
etmək lazımdır.
Uşaq və yeniyetmələrdə yaş özəlliklərini, psixi proseslərin inkişaf
qanunauyğunluqlarını nəzərə alaraq, onlarla aparılan məsləhətin forması,
maarifləndirmə, korreksiya və profilaktik iş xüsusi uyğunlaşdırılmış, milli-
etnik və regional inkişaf tələblərinə cavab verən səviyyədə aparılmalıdır.
Təlim prosesində məruzə və ya mühazirə tipli verilən informasiya bu
yaşda olan uşaqlar tərəfindən çətin mənimsənilir. Bu isə məruzə zamanı yeni-
yetmənin passiv olub, ancaq dinləmə imkanları ilə izah olunur. Audio-vizual və
əyani vasitələrlə verilən informasiya daha yaxşı dərk olunur. Çünki bu zaman
bir neçə analizator sistem bu informasiyanın qavranılıb, dərk olunmasında
iştirak edir.
Təlim zamanı həmçinin iştirakçılarda qulaq asmaq, ümumiləşdirmək,
çıxış yolu tapmaq, vərdişlər aşılamaq, tam sağaltmaq, keyfiyyətli xidmət
göstərmək kimi əlamətlər tərbiyə olunur.
Yeniyetmələrlə diaqnostik iş dedikdə, klinik söhbət, psixoloji müşahidə,
müəyyən psixoloji testlər əsasında psixi sağlamlıq səviyyəsinin və risk
qrupl
arının aşkar edilməsi nəzərdə tutulur. Bu isə yeniyetmələrə göstərilən
tibbi və tibbi-psixoloji xidmətin əsasını təşkil edir.
Korreksiya işi dedikdə üzə çıxan müəyyən dərəcəli əyintilərin, pozun-
tuların psixoterapevtik metodlarla (rollu oyunlarla, problem situsiyalarda alter-
nativ davranış təlqin etməklə və s. üsullarla), treninqlərlə aradan qaldırılması
nəzərdə tutulur.
Profilaktik iş çərçivəsində mütəxəssis maarifləndirmə və sağlam həyat
tərzini təbliğ etmə sahəsində fəaliyyətini yeniyetmələr üçün davam etdirmə-
lidir. Yeniyetmələr üçün nəzərdə tutulan belə treninqlər 30-40 dəqiqə ərzində
aparılmalıdır. Bu zaman treninqdə yeniyetmə çətin həyat şəraitini duyur, ondan
azad olmanın çətinlik səviyyəsini öz çiyinlərində hiss edir, pis vərdişlərə alu-
dəçilikdən uzaqlaşıb cəmiyyətdə qəbul olunmuş norma və qaydalar çərçivə-
sində fəaliyyətin vacibliyini əyani görür.
101
Yeniyetmələrlə psixoprofilaktik və psixodiaqnostik işin təşkilini təkmil-
ləşdirmək, həmçinin asudə vaxtlarını səmərəli keçirərək maariflənmə işinə cəlb
etmək məqsədilə gənclərin xüsusi psixoloji qurumunun (məsələn, «dostluq
klubu» və ya «dostluq klinikası» adı altında) yaradılması məqsədəuyğundur.
Bu qurumun işi müəyyən prinsiplər əsasında olmalıdır:
-
yeniyetmələrin sağlamlığına təsir edən endogen və ekzogen amillərlə
bağlı maarifləndirmə işi təşkil etməlidir;
-
xüsusi qurumlar yeniyetmə və gənclərə profilaktik, məsləhət, yardım,
korreksiya və bərpaedici xidmətlər göstərməlidir (məsələn, «yeni-
yetmə klubu», «dostluq klinikası» adlı qurumlar yaratmaq);
-
ra
sional qidalanma, fiziki hazırlıq, əmək gigiyenası, addiktiv davra-
nışdan çəkindirmə, psixoloji yardım şəklində stresslərin aradan qal-
dırılması, autotreninqlərin təşkili, ailədə və məktəbdə qarşılıqlı müna-
sibətlərin tənzimlənməsi, intellektin və şəxsiyyətin formalaşması,
maraq klublarında problemlərin həlli yollarının axtarılması, tibbi
psixoloji diaqnostika, təhlükəsiz və sağlam həyat tərzi vasitəsilə
gələcək nəslin tərbiyəsinə yüksək səviyyədə nail olunmalıdır.
Zərərli maddələrdən sui-istifadə edən yeniyetmələrlə aparılan psixotera-
piya, psixokorreksiya və psixoprofilaktika işinin ümumi səciyyəsindən öncə
onların adətən qəbul etdiyi bu maddələrin təsnifatına baxaq. İstənilən narkotik
maddə potensial zəhər olub, əlilliyə və ya ölümə səbəb ola bilər. İlk zərərli
mad
dələr daha asan əldə olunan və tez-tez qəbul edilənlər olub, belə təsnif
edilir:
•
Alkoqol
•
Marixuana
•
İnqalyantlar
•
Sakit
ləşdiricilər
•
Oyadıcılar
•
Ağrıkəsicilər
•
Hallüsinogenlər
Yeniyet
mələrlə iş zamanı ilk dörd növ maddələrə diqqət etmək məslə-
hətdir (alkoqol, marixuana, inqalyantlar, sakitləşdirici maddələr).
İş zamanı bu maddələr haqqında informasiya yeniyetməni qorxutma,
mühafizə və ya hər hansı statistik rəqəmləri göstərmək kimi verilməməlidir.
Sadəcə olaraq, narkotikin orqanizmə, mənfi təsiri, şüurun dəyişməsi, insanlar
arasında qarşılıqlı münasibətlərin pozulması və ümumi həyat şəraitinə pis təsiri
kimi göst
ərilməlidir.
Yeniyetməlik dövründə uşaqlar artıq öz gələcək həyatlarını mücərrəd
şəkildə planlaşdırırlar. Daha mürəkkəb ideyalar formalaşır. Beləliklə, gələcək
haqqında ideyalar formalaşır və düz yol tapmaq vərdişinin vacibliyini anlayır-
lar. Bu
narkomanlığın profilaktikasında mühüm yer tutur.
102
Zərərli maddələrə alüdəçiliyə qarşı profilaktik proqram hazırlanmalıdır
və burada işlədilən materiallara aşağıdakılar aid edilməlidir:
1.
Bu
maddələrdən istifadənin əleyhinə əhval-ruhiyyəni gücləndirmək
məqsədi daşıyan aydın məlumatlar.
2.
Onlardan ist
ifadə edənlərin aqibəti haqqında aydın məlumat.
3.
Narkotik
maddə və tütünün vərdiş yaratmasını əks etdirən infor-
masiya.
4.
Reklamçıların öz məhsullarını satmaq üçün insanlara təsir etmək
məqsədilə istifadə etdikləri üsullar haqqında əhalinin maariflən-
dirilməsi.
5.
Müasir
və elmi cəhətdən əsaslandırılmış məlumat.
6.
Yeniyet
mələrin yaşına, maraqlarına və ehtiyaclarına uyğun infor-
masiya. Profilaktika
məqsədilə məlumatlar yeniyetmələrə aludəçilik-
dən əvvəl təqdim edilməli və öyrədilməlidir.
7.
Verilən məlumatlar müəyyən ənənələri əks etdirməlidir.
İlk növbədə yeniyetmələrlə işləməyi bacarmaq lazımdır. Yeniyetmələrlə
bağlı aparılan bu işin məqsədi onun fəaliyyət istiqamətlərini müəyyən
etməkdir. Bura daxildir:
1. Spirtli
içkilərdən, narkotiklərdən və digər bihuşedici maddələrdən is-
tifadədən irəli gələn zərərin gigiyenik və əxlaqi aspektlərinin yeniyet-
mələrə nümayişi və açıqlanması. İçki içməmək vərdişlərinin hazırlan-
ması və möhkəmləndirilməsi.
2.
Yuxarıda qeyd edilən maddələrin qəbulu vərdişinin yaranma
səbəblərinin aydınlaşdırılması, alkoqolizm, narkomaniya və toksiko-
maniyanın bir xəstəlik kimi mahiyyətinin, onların meydana gəlmə-
sinin
açılması.
Alkoqolizm, narkomaniya
və toksikomaniyanın mənəvi etik və psi-
xomatik
nəticələrinin səciyyəsi.
Yeniyet
mələrlə iş həm qrup tərkibində (qrup psixoterapiyası), həm də
fərdi (fərdi psixoterapiya) aparılmalıdır.
Qrup psixote
rapiyası üsulu ilə aparılan iş
Qrup t
ərkibinə 6-10 yeniyetmə daxil etməklə psixoterapiyanı aparmaq
məqsədəuyğundur. Psixoterapiya seansında yeniyetmələrə öz fikrini demək
imkanı verilməlidir və bu zaman söhbətlər məhdudlaşdırılmır. Aparılan söhbə-
tin ümumi tonu mülayim
olmalıdır. Yeniyetməni dinləmək, fasilədən istifadə
edərək söhbətin gedişini istiqamətləndirmək vacibdir. Söhbətlər diskussiya xa-
rakteri
daşımalıdır və onların gedişində aşağıdakı məsələlər müzakirə edil-
məlidir:
- yeniyet
məlik dövrünün psixofizioloji özəllikləri;
- alkoqol
və narkotiklərin tək-tək hallarda və dəfələrlə qəbulunun
orqanizmə mənfi təsiri;
- alkoqol
və narkotiklərin sistematik qəbulunun orqanizmə mənfi təsiri;
103
- alkoqol, narkot
iklər və təhsil;
- alkoqol, narkot
iklər və ailə;
- alkoqol, narkot
iklər və asudə vaxt.
Diskussiya üçün model
şəklində “güzgü prinsipi”ndən istifadə oluna
bilər. Bu prinsip ondan ibarətdir ki, yeniyetmələrə alkoqolizm, yaxud narko-
maniya problemi olan
xəstələrdən birinin xəstəlik tarixçəsi danışılır və qrup
üzvlərinə bir sıra məsələlərə dair – hərəkətlərin qiymətləndirilməsi, situasiya-
dan
özünəməxsus çıxış yolunun təklif edilməsi və s. öz fikirlərini bildirmək
t
əklif olunur.
Sonra
hər birinə (növbə ilə) analoji yolla öz tərcümeyi-halını danışmaq,
çətinlikləri ilə bölüşmək təklif olunur, digərləri isə (növbə ilə) analoji
situasiyada
nə cür hərəkət etmələri haqqında öz fikirlərini bildirirlər. Növbəti
qrup
məşğələlər yeniyetmələri düşündürən, o cümlədən “qadağan olunmuş”
mövzular
ətrafında diskussiyalar şəklində aparılır.
Məsələn, mövcud alkoqol əleyhinə və narkomaniya əleyhinə qanunların
əhəmiyyəti, alkoqolizm, narkomaniya və toksikomaniyanın yayılma səbəbləri,
onların qarşısının alınmasının mümkün yolları, eləcə də valideynlərlə müna-
sibət, gələcək perspektivlər müzakirə edilir.
Qrup
psixoterapiyası zamanı “rollu oyunlar” metodundan istifadə olunur.
Bu zaman qrup
üzvləri gələcəkdə rastlaşacaqları situasiyaları oynayırlar.
Onlardan
hər biri bu və ya digər situasiyada mövcud olan rolları aralarında
bölüşdürərək oynayıb, müxtəlif davranış reaksiyaları nümayiş etdirirlər. Sonra
qrup
həmin situasiyanın müzakirəsinə keçir. Bu yolla keçmişdə birlikdə sui-
ist
ifadə ilə məşğul olduqları tanışları, ata və ana, təhsil, yaxud iş yoldaşları ilə
görüşlərində dialoqlarını improvizasiya edərək oynaya bilərlər. Belə psixote-
rapiya
seansı nəticəsində hər bir qrup üzvü bu və ya digər situasiyada düzgün
davranış reaksiyalarını görə bilirlər.
Yeniyetmələrlə aparılan fərdi psixoterapiyanın xüsusiyyətləri
Yeniyet
mələrlə alkoqolizm və narkomaniya əleyhinə aparılan profilaktik
iş spirtli içkilərə, narkotiklərə mənfi münasibətin, bu maddələrin qəbuluna
qarşı yönəlmiş motivasiyanın yaradılmasından ibarət olmalıdır. Bu məqsədlə
yeniyet
mələri bir neçə qrupa ayırmaq məqsədəuyğundur.
1. Alkoqolizm
və narkomaniyaya neqativ münasibətli yeniyetmələr;
2. Alkoqol
və narkotik maddələrə qeyri-müəyyən münasibətli yeni-
yet
mələr;
3. Spirtli
içkilər və digər bihuşedici maddələrin qəbulu situasiyasına
pozitiv
münasibətli yeniyetmələr;
4. Alkoqolizm
və narkomaniyaya passiv aludə olan yeniyetmələr;
5. Alkoqol
və bəzi bihuşedici maddələrdən istifadəyə pozitiv müna-
sibətli yeniyetmələr;
6. Alkoqol
və narkotik maddələrdən təsadüfi (epizodik) istifadə edən
yeniyet
mələr.
104
Bu qrupların hər birini səciyyələndirək:
1. Psixot
erapiyanın əsas vəzifəsi birinci qrupa aid olan yeniyetmələrdə
içki
içməməklə bağlı vərdişləri daha da möhkəmləndirmək və dərin-
ləşdirməkdir. Alkoqolizm və narkomaniyanın neqativ nəticələri
haqqında faktlar dəqiq və inandırıcı şəkildə şərh olunmalıdır. Bu za-
man yeniyet
mələrin anatomiya, fiziologiya və digər məktəb proqramı
fənləri üzrə bilikləri nəzərə alınmalıdır. Mövcud sosial pozitiv tələbat
daha da
gücləndirilməlidir, (təhsilə, ixtisasa yiyələnməyə və idmana
yönəltmə) və onların alkoqol və narkotik maddə istifadəsi ilə bir
araya
sığmaması haqqında rəy formalaşdırmaq.
2.
İkinci qrupda – psixoterapiya və korreksiya prosesində spirtli içki-
lərdən istifadə situasiyasına, ümumiyyətlə içki içən adama nifrət me-
xanizmi
yaradılmalı və möhkəmləndirilməlidir, narkotik maddələrin
hətta bir dəfə qəbul edilməsinin neqativ nəticələrinə diqqət yönəldil-
məlidir. Bu zaman alkoqol və narkotik maddələrin zərəri haqqında
birt
ərəfli formal müddəalardan uzaq durmaq lazımdır. Belə ki, təcrü-
bə göstərir ki, yeniyetmələr özlərinin psixoloji özəllikləri hesabına bu
cür
informasiyanı özünə aid edə bilmir və qəbul etmir. Ona görə də,
müəyyən müddət sonra yadından çıxarır. Nəzərə almaq lazımdır ki,
bu yeniyet
mələrdə alkoqol və bəzi narkotik maddələrdən istifadə
mərasiminə pozitiv münasibət əksər halda içki içən kampaniyanın
(
şən, ətrafdakıların yüksək əhval-ruhiyyəsi, təntənəli bayram şəraiti
və s.) spesifik mikromühiti ilə, yeniyetmənin ətrafında onun üçün
subyektiv
əhəmiyyətli pronarkoman, narkotik maddə qəbulunun
neqativ
nəticələrini anlamayan şəxslərin olması ilə şərtlənir. Bu
korreksiya tipli t
əsirin nəticəsində spirtli içkilərin qəbulunun formala-
rına, narkotiklərdən istifadənin neqativ nəticələrinin açıqlanmasına və
ona
münasibət yaradılmasına diqqət edilir.
3. Bu qrupda olan yeniyet
mələrə izah edilməlidir ki, spirtli içkilər və
digər bihuşedici maddələrin hətta, minimal miqdarı belə yeniyetmə-
nin
zəif psixikasına məhvedici təsir göstərir, patoloji asılılıq yaranma-
sına gətirib çıxarır. Yeniyetməyə alkoqolun qəbulu mərasiminin səhv
davranış olduğunu anlatmaq lazımdır. Həmçinin alkoqola pozitiv
münasibət mexanizminin ya ünsiyyətin, ya da alkoqol və bihuşedici
maddələrin eyforik təsiri ilə möhkəmlənməsi açıqlanmalıdır. Psixo-
terapiya
zamanı təsir alkoqol və narkotiksiz davranış formalarına
pozitiv
münasibətin möhkəmləndirilməsinə yönəldilməlidir. Çox va-
cibdir ki, yeniyet
mənin yaxın ətrafında olanların da davranış və
rəftarında alkoqola mənfi və tənqidi münasibət olsun.
4. Bu qrupda psixoterapiya
zamanı təsir, ilk növbədə, davranışın al-
koqolsuz
formalarına neqativ münasibətin hazırlanmasına, “kampa-
niya xati
rinə” narkotik maddələrin qəbuluna yönəldilməlidir. Nəzərə
almaq
lazımdır ki, alkoqol, yaxud bihuşedici maddələrin istifadəsi
105
zamanı bu subyektlərin çoxunda psixi (əhval-ruhiyyənin aşağı düş-
məsi, hipersomniya, psixi diskomfort və s.) və somatik (ürək dö-
yüntüsü,
baş ağrısı, dispeptik pozuntu və s.) sağlamlığın müxtəlif
əlavə təzahürlərinə rast gəlinir. Korreksiya zamanı yeniyetmədə
alkoqol
və narkotik maddələrdən istifadənin sağlamlıqda mənfi iz
qoy
ması, yəni beyin və daxili orqanların toksiki zədələnmələrini
doğurması, bu maddələrə təhlükəli aludəçiliyə gətirib çıxarması kimi
fikirləri qabartmaq vacibdir. Əksər hallarda bu qrupa aid yeniyet-
mələrə təlqin, konformluq kimi cəhətlər xasdır və onlar ətrafdakılarla
əlaqə yaratmaqda çətinlik çəkirlər. Alkoqol və narkotik maddələrinin
ist
ifadəsi nəticəsində həmyaşıdları qrupu ilə münasibət onlar üçün
özünəməxsus “katalizator” şəklində çıxış edir. Korreksiya işi dav-
ranışın adekvat formalarının yaradılmasına, kommunikasiya məkanı-
nın qurulmasına, pozitiv sosial yönümün stimullaşdırılmasına köklən-
məlidir. Öz davranışına və yaxın ətrafındakı həmyaşıdlarının davranı-
şına adekvat münasibətin formalaşması daha çox vacibdir.
5. Bu qrupda korreksiya
işinin əsas vəzifəsi yeniyetmələrdə içki içmə-
mək təyinatını hazırlamaq, dərinləşdirmək və möhkəmləndirməklə
sağlam həyat tərzinə istiqamətləndirməkdir. Bu işin özünəməxsus
öz
əllikləri olsa da əvvəlki qruplarda aparılan korreksiya işinin ele-
ment
lərini də öz tərkibinə daxil edir. Ümumilikdə, bu onunla bağlıdır
ki,
beşinci qrupa aid yeniyetmələrdə alkoqol və narkotik maddələrə
pozitiv
yanaşma kimi, onlardan istifadəyə də belə münasibət vardır.
Psixoterapiya
və korreksiya işi aşağıdakı vəzifələrə yönəlməlidir:
– alkoqol
və narkotik maddələrdən istifadəyə sövq edən tipik
sit
uasiyaların təhlili;
–
müəyyən şəraitdə özündə içkinin qəbulu “arzusunun” dərəcəsinin
müəyyənləşdirilməsi;
–
əsas etibarilə ünsiyyətin alkoqolsuz, narkotiksiz forma və qayda-
larının hazırlanması;
Burada içki
qəbulu “istəyi”nin yaranmasına sövq edən spesifik situasi-
yaların özəlliklərini müzakirə etmək məqsədəuyğundur. Bütün cəhdlər alkoqol
və narkotik asılılığı müşayiət edən anozoqnoziyanın (anlamama, özündə
alkoqol
və digər bihuşedici maddələrə aludəçiliyi qiymətləndirməmə) qarşısı-
nın alınmasına yönəlməlidir. Bu zaman birbaşa mənəvi tənbehedici qiymətlərə
yol
vermək olmaz. Psixokorreksiya işi yeniyetmələrin həmyaşıdlarının referent
qrupu
ilə birləşmə meylini nəzərə almaqla vasitəli aparılmalıdır. Vasitəli yolla
addiktiv
davranışa meylli ideala çevrilmiş tanışlar ifşa edilməlidir. Alkoqol və
narkot
iklərə düzgün (mənfi) münasibət yaradılmalıdır.
6. Bu yeniyet
mələrlə aparılan psixokorreksiya işinin strukturu ilə beşinci
qrup
üzvləri arasında aparılan işdə eynilik vardır. Lakin burada rassional (oyun,
diskussiya psixot
erapiyası, suqqestiv metodlar) təsirdən istifadə etmək daha
məqsədəuyğundur.
106
Yeniyetmələrlə aparılan psixoloji iş paralel şəkildə üç istiqamətdə
aparılmalıdır:
–
özünə, öz davranışına, ətrafdakılara münasibətə dair şəxsi mövqenin
axt
arılması və hazırlanması;
–
dəyərlərin qiymətləndirilməsi, bihuşedici maddələrin istifadəsindən
t
əhsil, iş, digər sosial pozitiv yönəliş və tələblərə keçmənin bütün mümkün
üsulların, fəaliyyət göstərən adekvat mövqenin axtarışı;
–
korreksiya zamanı konstruktiv şəxsi keyfiyyətlərin – iş qabiliyyəti,
düzgün
özünüqiymətləndirmə, streslərə psixoloji davamlılığın formalaşması və
möhkəmlənməsi aparılır. Yeniyetmələrlə söhbət zamanı bihuşedici maddələrə,
pozitiv
münasibətə gətirib çıxaran daha tipik situasiya və vəziyyətlərin
yaradılması, bu cür situasiyanın öhdəsindən gəlməyin qaydalarını yaratmaq
məqsədəuyğundur.
Yeniyet
mənin öz vəziyyətini dərk etdikdən sonra onun “sosial rol”unun
və şəxsi mövqeyinin düzgün başa düşməsi yollarını hazırlamaq lazımdır.
Gələcəkdə qaydaların korreksiyası zamanı möhkəm, düzgün özünüqiymətlən-
dirmə, alkoqol və narkotik maddələrin qəbulundan imtina ilə bağlı ətraf mühitə
münasibətdə xüsusi mövqe fomalaşdırmaq tövsiyə edilir.
Psixoterapiya
və psixokorreksiya zamanı yeniyetmələrin səciyyəvi
xarakter
xüsusiyyətlərinin rolu
Psixoterapiya
və psixokorreksiya işi yeniyetmələrin zərərli maddələrdən
sui-
istifadəsinə qarşı vərdişlərin formalaşması məqsədi daşıdığından bu zaman
onların səciyyəvi xarakter əlamətlərini də nəzərə almaq vacibdir.
Fəal yeniyetmə – Ünsiyyətə qeyri-seçici olduğundan adətən onunla əla-
qə yaratmaq heç bir çətinlik doğurmur. Əgər lap əvvəldən o, özünə qarşı xoş
münasibət hiss edirsə, bu əlaqəni yaratmaq daha asan olur. Söhbət zamanı
onunla
münasibətdə rəsmiyyətdən uzaq olmaq lazımdır. Əgər bu yeniyetmə
psixoloqda müst
əqillik, azad şəxsiyyət görürsə, ona daha tez inanır və öyrəşir.
Bu yeniyet
mənin addiktiv davranışdan uzaqlaşdırmanın perspektivli yolla-
rından biri həyatın onun üçün az məlum, yaxud yeni məlum tərəflərinə onda
marağın oyadılmasıdır. Ən yaxşı yol onunla ünsiyyət zamanı mümkün yaxın
perspekt
ivlərə istinad etməkdir.
Emosional qeyri-sabit yeniyet
mə – Əgər elə ilk əlaqədən özünə qarşı
hüsn-
rəğbət hiss edərsə o, psixoterapiyanın aparılması üçün daha əlverişli
obyekt ola
bilər. O, bunu qorumağa çalışacaq və gələcəkdə öz təşəbbüsü ilə
məsləhət, kömək üçün müraciət edəcək. Bu yeniyetməyə əlverişsiz şəraitdə
həyatın işıqlı tərəflərini tapmağı öyrətmək lazımdır. Emosional bağlılıq onun
üçün daha vacibdir
və onu addiktiv davranışdan saxlamağa qabildir.
Nümayişetdirici davranişli yeniyetmə – Əgər o, öz şəxsiyyətinə qarşı
maraq hiss
edərsə, onunla əlaqə yaratmaq asandır. Lakin onda olan şəxsiyyətin
pozitiv t
ərəfini, qabiliyyət və real nailiyyətlərini rəğbətləndirmək lazımdır.
Çalışmaq lazmdır ki, yeniyetmə nümayiş etdirdiyi mənfi tərəflərini özü görsün.
107
Bunun
qarşısının alınması üçün, başqaları haqqında söhbətləri gücləndirmək
t
əklif olunur.
Tez t
əsirlənən yeniyetmə – Bu yeniyetmə ilə söhbət tələsmədən aparıl-
malıdır. Əvvəl müzakirəyə onun müsbət keyfiyyətləri – səliqəliliyi, nizam-
intizama
məhəbbəti, ehtiyatlılığı qoyulur. Hətta addiktiv davranış zamanı
yeniyet
mədə bu keyfiyyətlər əvvəlki kimi qalır. Sonra nəzakətli şəkildə onun
şəxsiyyətinin mənfi keyfiyyətlərinin və davranışının pozulmalarının müza-
kirəsinə keçilir. Əgər yeniyetmə ilə etibarlı əlaqə yaranarsa, o, özünü səbirsiz,
əsəbi, qaşqabaqlı-darıxdırıcı tutmağa meylliliyini etiraf edir. Misallarla gös-
t
ərmək lazımdır ki, xarakterin bu cizgiləri hansı zərəri vura bilər. Çalışmaq
lazımdır ki, o, özünü əsəbləşdirici situasiyalardan uzaqlaşmağa, sevdiyi məş-
ğuliyyət və əyləncələrdə təsəlli axtarmağa öyrətsin, pis əhval-ruhiyyəni
bihuşedici maddələrlə öldürməyə çalışmasın.
Özünə qapali yeniyetmə – Bu yeniyetmə ilə əlaqə yaratmaq çox
çətindir. Söhbət zamanı soyuqluğun aradan qalxması əlaməti – yeniyetmə
müst
əqil danışmağa başlayan zamandır. Onun dedikləri gözlənilməz və qeyri-
adi ola
bilər, lakin onu dayandırmaq lazım deyil. Onun üçün əyləncə olan
hobbi,
bə’zən qeyri-adidir, lakin addiktiv davranışa mane olan böyük amil ola
bilər ki, bunu da korreksiya zamanı nəzərə almaq lazımdır.
Qeyri-sabit yeniyet
mə – Bu tip yeniyetmə ilə fərdi söhbətlər adətən az
effektlidir.
Söhbət prosesində onlar biganə yanaşdıqları istənilən mülahizələrlə
razılaşa bilər. Yalnız ciddi töhmətlərin real təhlükəsi onu sui-istifadədən
saxlaya
bilər. Ona görə bu yeniyetmə narkotiklər siyahısına daxil olan, sui-
ist
ifadəsi zərərli hesab edilən bihuşedici maddələrdən qaça bilir. Korreksiya
t
ədbirləri keçirilən zaman yeniyetmənin diqqətini bu məsələlər üzərində
cəmləmək lazımdır.
Bütün xarakter t
ipləri ilə söhbətlərin məqsədi yeniyetmələri bihuşedici
maddələrin qəbulu ilə gələcəklərinin perspektivsizliyini anlamasıdır. Bu zaman
vurğunu şəxsiyyətin pozitiv tərəflərinə – əyləncə, bağlılıq, sosial-pozitiv
cəhdlərə istinad etmək lazımdır. Yeniyetmələrə bihuşedici maddələrdən sui-
ist
ifadənin təhlükəli çətinlikləri haqqında məlumat verilməlidir (xroniki psixoz,
impotensiya,
bəzi toksikomaniyalarda kəmağıllılıq təhlükəsi, inyeksiya zamanı
QİÇS-ə yoluxma təhlükəsi və s.).
Yeniyetmələrlə aparılan psixoprofilaktika işinə valideynlərin və
müəllimlərin hazırlanması
Yeniyet
mələrin valideynlərinin onlar arasında keçirilən alkoqolizm və
narkomaniya
əleyhinə işə qoşulması eyni zamanda onların öz arasında pro-
filaktik
iş formasıdır. Valideynlərlə iş ilkin və giriş söhbəti ilə başlayır. Belə
söhbət yeniyetmənin fiziki və psixi inkişaf tarixçəsinin aydınlaşması məqsədini
daşıyır. Valideynlərlə yaradılmış əlaqə zamanı və etibarın müəyyən həddində
evdəki vəziyyət, ailə münasibətinin özəllikləri aşkarlanır. Alkoqol və narkotik
maddələrdən istifadəyə meylli yeniyetmələrə təsirin daha effektli olması üçün
108
ailə psixoterapiyası prosesinə daha çox sayda ailə üzvlərinin qoşulması arzu
olunur. «Valideyn – yeniyet
mə» münasibətində qarşılıqlı davranış çox va-
cibdir.
Valideynlər tərəfindən yeniyetmənin həyəcanının səbəb və məqsədinin
başa düşülməməsi onlar arasında etibarlı münasibətlərin olmamasına gətirib
çıxarır. Bu daha çox yeniyetməlik dövründə özünü büruzə verir və özünün
ifadə tələbatı daha çox aktual olur. Yeniyetmənin davranışını müəyyən edən
aparıcı yönəlişlərdən biri valideynlərdən emansipasiya tendensiyasıdır. Vali-
deynlərə izah etmək lazımdır ki, bu dövrdə yeniyetmənin ailə ilə kifayət qədər
möhkəm əlaqəsinin olmaması, valideynlərin onları başa düşməməsi və onlara
arxa,
kömək olmaması yeniyetmənin davranışının sosial normalar çərçivə-
sindən kənara çıxmasına səbəb olur.
Toksiki
maddələrdən sui-istifadəyə meyillilik yeniyetmələrin valideynləri
ilə psixokorreksiya işində mühüm an olub, onların aparılmasına təkanverici
qüvvədir. Yeniyetmə haqqında valideynin fikrini aydıınlaşdırmaq, yeniyetməyə
real xas olan, o
cümlədən valileynlər tərəfindən ona aid edilən davranış və
əlamətləri ayırmaq lazımdır. Valideynlərlə söhbət zamanı yeniyetmələrin bu və
ya
digər müsbət xüsusiyyətlərini vurğulamaq məsləhət görülür.
Valideyn-yeniyet
mə qarşılıqlı münasibətinin emosional aspekti onların
yeniyetməni qəbul etməməsi kimi özünü büruzə verə bilər. Belə hallarda əsas
diqqət yeniyetmənin müəyyən keyfiyyət və xüsusiyyətlərinin, valideynləri
narahat
edən adət və meyllərini dəyişməsinə ayrılmalıdır. Bu yalnız yeniyetmə
ilə valideyn arasında müəyyən əlaqə və etibar olan zaman mümkündür ki, nə-
ticədə uşağın müəyyən xüsusiyyətləri aydın olacaq. Tərbiyə prosesinin eqo-
sentrik ist
iqamətli vəziyyətində, uşağa “mən” anlayışını, valideynlərə isə yeni-
yet
mələrin təhsil, yaxud əmək kollektivində rastlaşdıqları çətinlikləri xatır-
latmaq
məsləhət görülür. Valideynlərə göstərilir ki, yeniyetmələrin aid olduq-
ları kollektivdə özlərinə qarşı xüsusi, xoş münasibətin olması ümidi əsas-
sızdırsa, onda qarşılıqlı münasibətlərin qurulması və özünü realizə etmək
im
kanları mürəkkəbləşə bilər. Hər bir yeniyetməyə eləcə də hər bir ailə üzvünə
yanaşma dəqiq və fərdi olmalıdır. Bununla belə, valideyn davranışının növbəti
t
iplərini ayırmaq olar.
1. Yeniyet
mə bütün ailənin diqqət mərkəzində olur, onun ehtiyac və
arzularını tam şəkildə yerinə yetirməyə çalışır. Lakin elə bununla da tərbiyəvi
t
əsir prosesi bitir. Belə vəziyyət azməsuliyyətli ailələr üçün səciyyəvidir. Bu
valideynlərlə işləyərkən onlara evdə ailə üzvlərinə münasibətdə öz vəzifələrinə
məsuliyyət hissini yüksəltmək tövsiyə olunur. Sonra onların öz hərəkətlərinə,
t
əhsil və işlərinə cavabdehlik hissi yüksəlir.
2. Validyen-yeniyet
mə arasında avtonom qarşılıqlı münasibət zamanı
özbaşınalıq müşahidə olunur. Yeniyetmə özbaşına qalır, valideyn onunla ma-
raqlanmır, ona nəzarət etmir. Belə valideynlərlə fərdi işdə yeniyetmələrin im-
kanlarına, qabiliyyətinə, şəxsiyyətinə marağın yüksəldilməsi məqsədəuy-
ğundur. Valideynlər şəxsiyyətin özünü müəyyənetmə probleminin həlli zamanı
109
yeniyet
mənin yaşadığı çətinlikləri ona göstərməli, tələbatlarının məsləhətçi və
böyüklərin köməyilə ödəniləcəyinə inanmalıdır.
Bütün
valideynlərə yeniyetməlik dövrünün psixofizioloji özəllikləri haq-
qında məlumat verilir, addiktiv davranışa şərait yaradan amillər aşkarlanır, al-
koqolizm, narkomaniya v
ə toksikomaniyanın ilk klinik təzahürləri haqqında
danışılır. Ailə üzvləri arasında emosional mənəvi soyuqluq, konfliktin yüksək
səviyyəsi, tərbiyənin anomal formaları (hipoqayğı, hiperqayğı, hiperproteksiya
və s.) yeniyetmənin şəxsiyyətinin formalaşmasına mane olan, motiv və tələ-
bat
ların formalaşmasında anomaliyalara gətirib çıxaran hallar onlara çatdırılır.
Qeyd et
mək lazımdır ki, uşaq və yeniyetmələrin yanında alkoqol qəbulu
prosesi onlara neqativ t
əsir göstərir. Nəticədə onlarda davranışın məqbul sosial
forması kimi alkoqol qəbuluna müsbət münasibət yaranmasına şərait yaranır.
Həmçinin aydın olur ki, yeniyetməlik dövründə alkoqolizm və narkomaniya
qorxulu xarakter
daşıyır, yeniyetmələrin şəxsiyyətinin tez tənəzzülünə gətirib
çıxarır. Valideynlərə yeniyetmələrin yaradıcılıq qabiliyyətlərini və ağıllı
məşğuliyyətlərini situmallaşdırmaq məsləhət görülür.
Addiktiv
davranışa meylli yeniyetmələrin valideynləri ilə psixoterapiya
və psixokorreksiya işi xüsusi diqqətəlayiqdir. Yeniyetmələrin çatışmazlıqları
haq
qında valideynlərin xəbərdar olmasında ehtiyatlı olmaq lazımdır. Onlara
maksimum
qayğı və diqqət göstərməli, heç bir halda kobud töhmət və tənbeh
ölçülərindən istifadə etməməlidirlər. Valideynlərlə birlikdə ailədə qarşılıqlı
münasibətlərin bütün sistemini təhlil etmək və qiymətləndirmək, yeniyetmə
haqqında valideynlərdə adekvat təəssürat yaratmaq, onlarla real qarşılıqlı
münasibəti düzgün qiymətləndirmək lazımdır.
Yeniyet
mələrin oxuduğu tədris müəssisəsinin müəllimlərinin alkoqolizm
və narkomaniya əleyhinə aparılan psixoprofilaktik işə qoşulması zamanı daha
yüksək nəticələr əldə olunur. Bu məqsədlə müəllimlər arasında yeniyetməlik
dövrünün psixofizioloji öz
əllikləri haqqında məlumat, inkişaf etməkdə olan
orqanizmə alkoqol və narkotik maddələrin psixofarmakoloji təsiri, addiktiv
davranışın formalaşması, yeniyetmələrdə alkoqolizm və narkomaniyanın ilkin
yaranma
əlamətləri haqqında məzmunlu, izahlı dərslər aparılması məqsə-
dəuyğundur.
Məşğələlərin planlaşdırılıması və keçirilməsi zamanı onları regionun
yeniyet
mələrdə addiktiv davranışın formalaşmasına təsir göstərən etnomədəni
öz
əllikləri ilə tanış etmək lazımdır. Müəllim hər bir şagirdə fərdi münasibət
bəsləməlidir. Belə ki, əgər yeniyetmədə özünüqiymətləndirmə aşağı düşərsə,
özünə inamsızlıq yaranarsa, ailədə gərgin psixoloji vəziyyət meydana gələrsə
yeniyet
mənin təhsildəki müvəffəqiyyətləri rəğbətlə deyilməli, adekvat özünü-
qiymətləndirmənin inkişafı stimullaşdırılmalı, onun şəxsiyyətinin müsbət
t
ərəfləri vurğulanmalıdır.
Özünüqiymətləndirməsi zəif yeniyetmələrə daha diqqətlə, fərdi yanaş-
maq, həvəsləndirmək, nailiyyətlərini xüsusi vurğulamaq lazımdır. Bu cür peda-
qoji
yanaşma əksər hallarda müxtəlif növ emosional – psixoloji gərginliyin,
110
məktəb dezadaptasiyasının yaranmasının və addiktiv davranışın formalaşma-
sının qarşısının alınmasında böyük rol oynayır. Müəllimlərin uğursuz ailələrin
aşkar edilməsi işinə fəal qoşulmaası, yeniyetmələrə yüksək qayğı ayırması və
yeri
gəldikdə isə, psixoloqların onlara müvafiq məsləhətlər verməsı vacibdir.
ƏDƏBİYYAT
1.
Şəfiyeva E.İ. Anomal inkişafın psixologiyası. Bakı: ADPU, 2012, 400 s.
2.
Почему подростки начинают выпивать и употреблять наркотики
http: //
www.narkohelp.ru
3.
Психология подросткового и юношеского возраста. 12-е изд. Спб: Питер, 2011.
ПСИХОТЕРАПИЯ, ПСИХОКОРРЕКЦИЯ И ПСИХОПРОФИЛАКТИКА
ЗАВИСИМОСТИ ПОДРОСТКОВ ОТ ВРЕДНЫХ ВЕЩЕСТВ
Э.И.ШАФИЕВА
РЕЗЮМЕ
В статье определены основы психотерапии, психокоррекции и психопрофилакти-
ки подростковой наркомании, алкоголизма и токсикомании. Далее в статье раскрывается
особенности психокоррекции личностных качеств, групповой и индивидуальной психо-
логической работы с подростками злоупотребляющими вредные вещества.
Ключевые слова: психотерапия зависимости от наркотических веществ, психо-
профилактика зависимости от вредных веществ у подростков, психокоррекция личности
подростка-алкоголика (наркомана, токсикомана), психопрофилактическая программа
злоупотреблений вредными веществами.
PSYCHOTHERAPY, PSYCHO-CORRECTION AND PSYCHOPROPHYLAXIS
OF THE TEENAGE ADDICTION TO HARMFUL SUBSTANCES
E.I.SHAFIYEVA
SUMMARY
The article defines the basis of the psychotherapy, psycho-correction and psycho-
prophylaxis of teenage drug addiction, alcoholism and substance abuse. Later, the article dis-
closes the features of psychological correction of personal qualities, group and individual psy-
chological work with teens abusing harmful substances
Key words: psychotherapy of drug addiction, psychoprophylaxis of adolescent addic-
tion to harmful substances, psychological correction of the personality of a teenage alcoholic
(addict), psychoprophylactic program of abuse of harmful substances
111
Document Outline
Dostları ilə paylaş: |