1
N
0
M
0
mərhələli xərçəngi aşkar edilmişdir.
Cərrahın taktikası:
A) soltərəfli hemikolektomiya
B) sağtərəfli hemikolektomiya
C) Hartman əməliyyatı
D) s-varı bağırsağın rezeksiyası
E) Miles əməliyyatı
159. Yoğun bağırsaq xərçənginin epidemiologiyası baxımından aşağıdakılardan hansı doğrudur:
A) yoğun bağırsaq xərçənginin rastgəlmə tezliyi yaş artdıqca artır
B) yoğun bağırsaq xərçəngi kişilərdə qadınlara nisbətən az rast gəlinir, yaş artdıqca rastgəlmə tezliyi azalır
C) yoğun bağırsaq xərçəngi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir, yaş artdıqca rastgəlmə tezliyi
azalır
D) yoğun bağırsaq xərçəngi hər iki cinsin nümayəndələri arasında eyni tezliklə rast gəlinir, yaş artdıqca
rastgəlmə tezliyi azalır
E) yoğun bağırsaq xərçənginin rastgəlmə tezliyində yaş və cins baxımından heç bir fərq yoxdur
160. Kolorektal xərçəng səbəbindən asılı olmayaraq ən çox hansı xərçəngönü xəstəlikdən inkişaf edir:
A) adenomatoz poliplərdən
B) qeyri-spesifik xoralı kolitdən
C) Kron xəstəliyindən
D) Peutz-Yeghers sindromundan
E) xroniki kolitdən
161. Lynch sindromu hansı genin anadangəlmə mutasiyası nəticəsində inkişaf edir:
A) MMR gen ailəsinin
B) APC geninin
C) P53 geninin
D) K-ras geninin
E) CDH geninin
162. Ailəvi adenomatoz polipoz sindromu hansı genin anadangəlmə mutasiyası nəticəsində inkişaf edir:
A) APC geninin
B) MMR gen ailəsinin
C) P53 geninin
D) K-ras geninin
E) CDH geninin
163. Ailəvi adenomatoz polipoz sindromu nə ilə səciyyələnir:
A) yoğun bağırsaqda autosom-domunant yolla irsən ötürülən çoxsaylı adenomatoz poliplərin olması ilə
B) yoğun bağırsağın autosom-domunant yolla irsən ötürülən adenomatoz polipozu, yumşaq toxuma və sümük
şişləri ilə
C) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir
sisteminin şişi ilə
D) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın autosom-dominant yolla natamam irsi
ötürülmə potensialına malik hamartomatoz polipozu və mukokutaneoz piqmentasiya ilə
E) mədə-bağırsaq traktının çoxsaylı retension polipləri ilə
164. Gardner sindromu nə ilə səciyyələnir:
A) yoğun bağırsağın autosom-domunant yolla irsən ötürülən adenomatoz polipozu, yumşaq toxuma və
sümük şişləri ilə
B) yoğun bağırsaqda autosom-domunant yolla irsən ötürülən çoxsaylı adenomatoz poliplərin olması ilə
C) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir
sisteminin şişi ilə
D) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın bağırsağın hamartomatoz polipozu və
mukokutaneoz piqmentasiya ilə
E) mədə-bağırsaq traktının çoxsaylı retension polipləri ilə
165. Turcot sindromu nə ilə səciyyələnir:
A) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir
sisteminin şişi ilə
B) yoğun bağırsağın autosom-domunant yolla irsən ötürülən adenomatoz polipozu, yumşaq toxuma və sümük
şişləri ilə
C) yoğun bağırsaqda autosom-domunant yolla irsən ötürülən çoxsaylı adenomatoz poliplərin olması ilə
D) mədə-bağırsaq traktının çoxsaylı retension polipləri ilə
E) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın bağırsağın hamartomatoz polipozu və
mukokutaneoz piqmentasiya ilə
166. Peutz-Yeghers sindromu nə ilə səciyyələnir:
A) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın bağırsağın hamartomatoz polipozu və
mukokutaneoz piqmentasiya ilə
B) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir
sisteminin şişi ilə
C) yoğun bağırsağın autosom-domunant yolla irsən ötürülən adenomatoz polipozu, yumşaq toxuma və sümük
şişləri ilə
D) yoğun bağırsaqda autosom-domunant yolla irsən ötürülən çoxsaylı adenomatoz poliplərin olması ilə
E) mədə-bağırsaq traktının çoxsaylı retension polipləri ilə
167. Lynch sindromu nə ilə səciyyələnir:
A) yoğun bağırsaqda MMR geninin anadangəlmə mutasiyasının səbəb olduğu irsi-qeyri polipoz kolorektal
xərçəngin inkişafı ilə
B) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın bağırsağın hamartomatoz polipozu və
mukokutaneoz piqmentasiya ilə
C) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir
sisteminin şişi ilə
D) yoğun bağırsağın autosom-domunant yolla irsən ötürülən adenomatoz polipozu, yumşaq toxuma və
sümük şişləri ilə
E) yoğun bağırsaqda autosom-domunant yolla irsən ötürülən çoxsaylı adenomatoz poliplərin olması ilə
168. Yoğun bağırsaq zamanı periton səthində olan metastazlar – peritoneal karsinomatoz hansı
mexanizmlə inkişaf edir:
A) implantasion
B) hematogen
C) limfogen
D) kontakt
E) intramural
169. S-vari bağırsağın mənfəzini sirkulyar daraltmış, əzələ qişasına sirayət etmiş xərçəng T
kateqoriyasının hansı qiyməti ilə qiymətləndirilir:
A) T
2
B) T
is
C) T
1
D) T
3
E) T
4
170. Yoğun bağırsaq xərçənginin TNM təsnifatında T
X
nəyi səciyyələndirir:
A) ilkin ocağın qiymətləndirilə bilməməsini
B) şişin bazal membranı keçməməsini
C) şişin selikaltı qatda məhdudlaşmasını
D) şişin selikli qişa hüdudunda məhdudlaşmasını
E) birincili şişin aşkar edilə bilməməsini
171. Düz bağırsaq xərçəngi zamanı neoadyuvant radioterapiyaya dair aşağıdakılardan hansı
doğrudur:
A) neoadyuvant radioterapiya düz bağırsaq xərçəngində effektivdir və lokal residiv tezliyini azaldır
B) neoadyuvant radioterapiya düz bağırsaq xərçənginin effektiv deyildir və aparılması tövsiyə edilmir
C) düz bağırsaq xərçəngi zamanı neoadyuvant radioterapiya yalnız cavan xəstələrdə tətbiq edilməlidir
D) neoadyuvant radioterapiya düz bağırsağın yalnız yuxarı ampulyar hissənin xərçəngi zamanı tətbiq edilir
E) düz bağırsaq xərçəngi zamanı neoadyuvant radioterapiya yalnız yaşlı xəstələrdə tətbiq edilməlidir
172. Endokrin orqanları arasında ən çox şiş rast gəlinən orqan hansıdır:
A) qalxanabənzər vəzi
B) timus vəzi
C) hipofiz vəzi
D) mədəaltı vəzi
E) böyrəküstü vəzi
173. Qalxanabənzər vəzi xərçənginin bütün bədxassəli şişləri orta hesabla neçə faizini təşkil edir:
A) 2%-ə qədər
B) 5%-ə qədər
C) 7%-ə qədər
D) 9%-ə qədər
E) 11%-ə qədər
174. Qalxanabənzər vəzi xərçəngi ilə ən yüksək xəstələnmə səviyyəsi hansı yaşlarda müşahidə edilir:
A) 40-60
B) 20-30
C) 30-40
D) 70-80
E) 60-70
175. Qalxanabənzər vəzi xərçənginin risk amillərinə aid deyil:
A) ultrabənövşəyi şüalar
B) ionizəedici radiasiya
C) genetik meyillik
D) alimentar yod çatışmazlığı
E) hormonal amil
176. Qalxanabənzər vəzin şişönü xəstəliklərinə aid deyil:
A) teratoma
B) düyünlü ur
C) xroniki tireoidit
D) qalxanvari vəzin adenoması
E) toksiki ur
177. Qalxanabənzər vəzin “C” hüceyrələrində hansı şiş inkişaf edir:
A) medullyar xərçəng
B) follikulyar adenokarsinoma
C) papillyar adenokarsinoma
D) anaplastik (differensiasiya olunmayan) xərçəng
E) yastıhüceyrəli xərçəng
178. Qalxanabənzər vəzin papillyar və follikulyar xərçəngi hansı hüceyrələrdən inkişaf edir:
A) A və B hüceyrələrindən
B) C hüceyrələrindən
C) maliqnizasiya olunmayan epitel hüceyrələrdən
D) epitelial hüceyrələrdən
E) qeyri-epitelial hüceyrələrdən
179. Qalxanabənzər vəzi xərçənginin hansı histoloji formaları daha çox təsadüf edilir:
A) papillyar
B) follikulyar adenokarsinoma
C) anaplastik xərçəng
D) medullyar xərçəng
E) yastıhüceyrəli xərçəng
180. Qalxanabənzər vəzin anaplastik xərçəngi T
1
N
0
M
1
hansı mərhələyə müvafiqdir:
A) IV
c
mərhələ
B) IV
a
mərhələ
C) I mərhələ
D) II mərhələ
E) III mərhələ
181. Qalxanabənzər vəzin hansı xərçəngi aqressiv gedişə malikdir:
A) anaplastik xərçəng
B) papillyar xərçəng
C) follikulyar xərçəng
D) medullyar xərçəng
E) yastıhüceyrəli xərçəng
182. Qalxanabənzər vəzin hansı xərçəngi ən ləng gedişə malikdir:
A) papillyar xərçəng
B) follikulyar xərçəng
C) medullyar xərçəng
D) anaplastik xərçəng
E) yastıhüceyrəli xərçəng
183. Qalxanabənzər vəzin “gizli” xərçəngi özünü nə ilə göstərir:
A) boyun limfa düyünündə və ya uzaq orqanlarda olan metastazlarla
B) qalxanabənzər vəzidə olan törəmə ilə
C) xəstəliyin sürətli və infiltrativ inkişafı ilə
D) Sippl sindromu (diareya) ilə
E) digər endokrin orqanların (böyrəküstü vəzi, qalxanabənzər ətraf vəzi) şişləri ilə birgə
184. Qalxanabənzər vəzi xərçənginin diaqnostikasında istifadə olunan əsas diaqnostika metodlarına
aid deyildir:
A) endoskopik
B) USM
C) radionuklid
D) radioloji (KT, MRT, PET)
E) şişin iynə ilə aspirasion biopsiyası (İİAB)
185. Qan zərdabında kalsitoninin təyini qalxanabənzər vəzin hansı xərçəngində biokimyəvi marker
hesab olunur:
A) medullyar xərçəng
B) papillyar xərçəng
C) follikulyar xərçəng
D) yastıhüceyrəli xərçəng
E) anaplastik xərçəng
186. Yüksək differensiasiyalı qalxanabənzər vəzi xərçənginin (papillyar və follikulyar) əsas müalicə
metodu hansıdır:
A) cərrahi
B) şüa
C) kimyəvi
D) kombinəolunmuş
E) kompleks
187. Tireoidektomiya əməliyyatından sonra qalxanabənzər vəzi xərçənginin onkomarkeri hansıdır:
A) tireoqlobulin
B) T
3
C) T
4
D) TSH
E) kalsitonin
188. Qalxanabənzər vəzin regionar metastazlarının əsas müalicə metodu hansıdır:
A) cərrahi (boyun disseksiyası)
B) şüa
C) kimyəvi
D) hormonal
E) immunoloji
189. Qida borusu xərçəngi aşağıdakı toxumadan inkişaf edir:
A) epitelial toxumadan
B) əzələ toxumasından
C) adventisiyadan
D) damarlardan
E) limfoid toxumadan
190. Qida borusu xərçənginin əsas etioloji faktorları:
A) siqaret çəkmə və spirtli içkilərdən çox istifadə etmə
B) meyvə dietası
C) döş qəfəsinin travması
D) süd məhsullarından çox istifadə etmə
E) stress və psixotravma
191. Qida borusu obliqat xərçəngönü xəstəlikləri aşağıdakılardır:
A) Barret qida borusu
B) xroniki ezofagit
C) virus ezofagiti
D) göbəlk ezofagiti
E) qida borusu divertikulu
192. Barret qida borusu xarakterizə olunur:
A) qida borusunun selikli qişasının bağırsaq metaplaziyası ilə
B) qida borusu selikli qişanın hiperkeratozu
C) qida borusunun eritroplagiyası
D) qida borusunun leykoplagiyası
E) qida borusunun papilloması
193. Qida borusu xərçənginin əsas histoloji forması aşağıdakıdır:
A) buynuzlaşmayan yasti hüceyrəli xərçəng
B) adenokarsinoma
C) sarkoma
D) xırda hüceyrəli xərçəng
E) keçid hüceyrəli xərçəng
194. Qida borusu adenokarsinoması ən çox rast gəlinir:
A) qida borusunun aşağı
1
/
3
hissəsində
B) orta
1
/
3
hissəsində
C) yuxari
1
/
3
hissəsində
D) qida borusunun boyun hissəsində
E) qida borusunun boyun və yuxarı
1
/
3
hissəsində
195. Xroniki ezofaqit:
A) qida borusunun fakultativ xərçəngönü xəstəliyidir
B) obliqant xərçəngönü xəstəliyidir
C) qida borusunun xoşxassəli şişidir
D) qida borusunun qeyri – epitelial şişlərinə aiddir.
E) qida borusunun adventisiyasının iltihabı xəstəliyidir
196. Qida borusu xərçəngi əsas aşağıdakı yolla metastaz verir:
A) limfogen və hematogen yolla
B) implantasion yolla
C) perinevral yolla
D) kontakt yolla
E) perivaskulyar yolla
197. Qida borusu xərçəngi əsas hematogen yol ilə metastaz verir:
A) qaraciyərə və ağciyərə
B) divar araliğinin limfa vəzilərinə
C) sol körpücüküstü limfa düyünlərinə
D) yumurtaliqlara
E) göbəyə
198. Qida borusunun yuxarı 1/3 hissəsinin xərçəngi ən çox metastaz verir:
A) boyun limfa vəzilərinə, sol körpücüküstü limfa düyünlərinə, divararalığı limfa vəzilərinə
B) paraortal və peritonarxası limfa vəzilərinə
C) yumurtalıqlara
D) mədəyə
E) perikarda
199. Qida borusu xərçənginin əsas simptomları:
A) disfaqiya, döş qəfəsində ağrılar, hipersalivasiya
B) qıcqırma və regurgitasiya
C) qan hayxırma və öskürək
D) baş ağrıları və yuxarı ətrafların paresteziyası
E) epiqastral nahiyədə ağrılar və sarılıq
200. Qida borusu xərçənginin ən informativ müayinə metodu:
A) fibroezofaqoqastroskopiya biopsia ilə
B) kompyuter tomoqrafiyası
C) ultrasəs müaynəsi
D) kontrast rentgenoloji müayinə
E) PET
201. Qida borusu xərçənginin qida borusunun təbəqələrnə invaziya dərəcəsini təyin etmək üçün ən
əsaslı müayinə aşağıdakıdır:
A) endoskopik ultrasonoqrafiya
B) fibroqastroezofaqoskopiya
C) PET
D) kompyuter tomoqrafiya
E) mediastinoskopiya
202. Qida borusu xərçənginin qonşu orqanlara sirayət etmə dərəcəsini təyin etmək üçün ən informativ
müayinə üsulu aşağıdakıdır:
A) döş qəfəsinin kompyuter tomoqrafiyası
B) kontrast rentgenoloji müayinə
C) ultrasəs müayinəsi
D) palpasiya və perkussiya
E) bronxoskopiya
203. Qida borusunun radikal müalicə metodu aşağıdakıdır:
A) cərrahi müalicə
B) şüa müalicəsi
C) kimyəvi terapiya
D) targent terapiya
E) hormonal müalicə
204. Qida borusu xərçəngində əsas cərrahi əməliyyatın həcmi:
A) qida borusunun rezeksiyası ezofaqoqastroplastika ilə
B) qida borusunun kənari rezeksiyası
C) ezofaqoqastroanastomoz
D) qatrostoma
E) qida borusunun bujlanması
205. Qida borusu xərçəngində aparılan radikal əməliyyatlar hansılardır:
A) qida borusunun rezeksiyası və ekstirpasiyası
B) qastrektomiya və pulmonektomiya
C) Hartman əməliyyatı
D) ezofaqostomiya
E) qastrostomiya
206. Qida borusu xərçəngi zamanı aparılmayan əməliyyat:
A) Kenyu-Mails əməliyyatı
B) Qarlok əməliyyatı
C) Lyuis əməliyyatı
D) qida borusunun ekstirpasiyası
E) Qavrilyu əməliyyatı
207. Qida borusunun boyun hissəsinin xərçəngində əsas tətbiq olunur.
A) şüa müalicəsi
B) cərrahiyə müalicə
C) kimyəvi terapiya
D) hormonal terapiya
E) targent terapiya
208. Qida borusu xərcəngində şüa terapiyasının əsas rejimləri aşagidakılardır:
A) BOD 2 Qr, ÜOD 60 Qr
B) BOD 10 Qr, ÜOD 200 Qr
C) BOD 1 Qr, ÜOD 10 Qr
D) BOD 70 Qr, ÜOD 50 Qr
E) BOD 5 Qr, ÜOD 100 Qr
209. Qida borusu xərcəngində genişlənmiş əməliyyatlar aşağıdakılardır:
A) regional metastazvermə zonaların sistemli limfadisseksiyası
B) Osava-Garlok əməliyyəti
C) qida borusunun ekstirpasiyası
D) Lyuis əməliyyatı
E) ezafaqostomiya
210. Qida borusunun III mərhələdə olan xərçəngi zamanı radikal müalicədən sonra 5 illik yaşama
göstəriciləri:
A) 10%
B) 98%
C) 70%
D) 85%
E) 50%
211. Qida borusu xərcənginin birincili profilaktikasına daxildir:
A) siqaretcəkmənin və spirtli işkilərin sui istifadəsinə qarşı mübarizənin aparılması, qida mədəniyyəti
B) şişönu xəstəliklərin müalicəsi
C) skrininq + dispanserizasiya
D) Barret qida borusunun müalicəsi
E) flyuoroqrafiya
212. Mədə xərçənginin epidemiologiyası baxımından aşağıdakılardan hansı doğrudur:
A) mədə xərçəngi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir, yaş artdıqca rastgəlmə tezliyi artır
B) mədə xərçəngi kişilərdə qadınlara nisbətən az rast gəlinir, yaş artdıqca rastgəlmə tezliyi artır
C) mədə xərçəngi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir, yaş artdıqca rastgəlmə tezliyi azalır
D) mədə xərçəngi hər iki cinsin nümayəndələri arasında eyni tezliklə rast gəlinir, yaş artdıqca rastgəlmə
tezliyi artır
E) mədə xərçənginin rastgəlmə tezliyində yaş və cins baxımından heç bir fərq yoxdur
213. Mədə xərçənginin əmələ gəlməsində aşağıdakılardan hansı irsi gen mutasiyalarının rolu təsdiq
edilməmişdir:
A) BRCA2 gen mutasiyası
B) CDH gen mutasiyası
C) APC gen mutasıyası
D) MMR gen mutasiyası
E) P53 gen mutasıyası
214. Aşağıdakılardan hansı xəstəlik mədənin xərçəngönü xəstəlik kimi təsdiq edilməmişdir:
A) kəskin hiperasid qastrit
B) xroniki atrofik qastrit
C) mədənin proksimal şöbələrinin xorası
D) mədənin adenomatoz polipi
E) Menetriye xəstəliyi
215. Mədə xərçəngi ən çox mədənin hansı şöbəsindən inkişaf edir:
A) piloroantral hissədə
B) böyük əyrilikdə
C) mədənin dibində
D) mədənin ön divarında
E) mədənin arxa divarında
216. Mədə xərçənginin ən çox rast gəlinən histoloji variantı hansıdır:
A) adenokarsinoma
B) yastı hüceyrəli xərçəng
C) differensiasiya edməmiş xərçəng
D) adenoskvamoz xərçəng
E) qaşlı üzük hüceyrəli xərçəng
217. Mədə xərçənginin hematogen metastazı ən çox hansı orqanda inkişaf edir:
A) qaraciyərdə
B) sümüklərdə
C) yumurtaliqda
D) böyrəküstü vəzidə
E) göbəkdə
218. Mədə xərçənginin yumurtalığa metastazı necə adlanır:
A) Krukenberq metastazı
B) Virxov metastazı
C) Şnitsler metastazı
D) Blummer metastazı
E) Troisier metastazı
219. Mədə xərçəngi zamanı periton səthində olan metastazlar – peritoneal karsinomatoz hansı
mexanizmlə inkişaf edir:
A) implantasion
B) hematogen
C) limfogen
D) kontakt
E) intramural
220. Mədənin antral hissəsindən inkişaf etmiş 30 mm ölçüdə əzələ qişasına sirayət etmiş xərçəng T
kateqoriyasının hansı qiyməti ilə qiymətləndirilir:
A) T
2
B) T
is
C) T
1
D) T
3
E) T
4
221. Mədə xərçənginin TNM təsnifatında T
is
nəyi səciyyələndirir:
A) şişin bazal membranı keçməməsini
B) şişin selikaltı qatda məhdudlaşmasını
C) şişin selikli qişa hüdudunda məhdudlaşmasını
D) şişin əzələ qişasına keçmədiyini
E) birincili şişin aşkar edilə bilməməsini
222. 62 yaşlı qadın xəstədə şikayətləri əsasında qastroskopiya aparılmış və mədənin distal və orta üçdə
bir hissələrini tamamən zədələyən infiltrativ xərçəng aşkar edilmişdir. Qastroskopiya zamanı
götürülmiş bioptatın patohistoloji müayinəsində zəif diferensiasiya etmiş adenokarsinoma təsdiq
edilmişdir. Xəstədə digər adekvat müayinələr aparıldıqdan sonra (müayinələr əsasında uzaq
orqanlarda metastaz aşkar edilməmişdir) qastrektomiya, genişləndirilmiş limfodisseksiya əməliyyatı
aparılmışdır. Rezektatın patohistoloji müayinəsində xərçəngin əzələ qişasına sirayət etdiyi və 8 limfa
düyünündə metastaz aşkar edilmişdir. Son klinik diaqnozda xərçəngin TNM üzrə mərhələsi necə
yazılacaqdır:
A) T
2
N
2
M
0
B) T
1
N
2
M
0
C) T
2
N
1
M
0
D) T
3
N
1
M
1
E) T
2
N
2
M
1
223. Seroz qişaya infiltrasiya etmiş mədə xərçəngi T kateqoriyasının hansı qiyməti ilə təsvir edilir:
A) T
3
B) T
4
C) T
2
D) T
1
E) T
is
224. Mədənin hansı şöbəsinin xərçəngi zamanı lokal klinik əlamətlər daha gecikmiş dövrlərdə və daha
zəif təzahür edir:
A) mədə cisminin və dibinin xərçəngi zamanı
B) mədənin antral hissəsinin xərçəngi zamanı
C) mədənin kardial və subkardial hissələrinin xərçəngi zamanı
D) mədənin antral hissəsinin və böyük əyriliyinin xərçəngi zamanı
E) mədənin prepilorik hissəsinin xərçəngi zamanı
225. İnstrumental müayinələr arasında mədə xərçənginin aşkar edilməsi baxımından ən informativi
hansıdır:
A) qastroskopiya
B) həzm traktının kontrast rentgenoloji müayinəsi
C) ultrasəs müayinəsi
D) kompüter tomoqrafiya
E) nüvə-maqnit tomoqrafiyası
226. Mədə xərçənginin rezektabelliyinin preoperativ dövrdə qiymətləndirməsində aşağıdakı
müayinələrdən ən dəqiqi hansıdır:
A) kompüter-tomoqrafiya, yaxud maqnit-rezonans tomoqrafiya
B) ultrasəs müayinəsi
C) rentgenoloji müayinə
D) bioptatın patohistoloji müayinəsi
E) qastroskopiya
227. Mədənin kardial hissəsinin xərçənginə görə aşağıdakı radikal cərrahi əməliyyatlardan hansı
aparılır:
A) qastrektomiya, yaxud mədənin proksimal rezeksiyası
B) mədənin distal subtotal rezeksiyası
C) ezofagogastrektomiya
D) mədənin pazvari rezeksiyası
E) splenektomiya ilə birlikdə qastrektomiya
Dostları ilə paylaş: |