Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ



Yüklə 0.67 Mb.
PDF просмотр
səhifə1/9
tarix31.01.2017
ölçüsü0.67 Mb.
  1   2   3   4   5   6   7   8   9

Məhəmməd Əmin Rəsulzadə

1

 

 

AZƏRBAYCAN CÜMHURİYYƏTİ 

 

 

 

Ön söz əvəzi 



 

(M.Ə.Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında) 

 

Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya 

inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı. 

 

*  *  *  

İnsanlara hüriyyət, millətlərə istiqlal! 

 

*  *  * 

Ah, Azərbaycan! Biz sənin haqqını  tələb etmək deyil, yalnız adını söyləmək 

üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! 

Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz 

qalırdıq. 

Biz, Azərbaycan torpaqlarını  qızdıran atəşi-müqəddəsi köksümüzdə 

bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, 

mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir 

millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı. 

 

*  *  * 

Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət! 

 

*  *  * 

Səfir bulundurmaya haqqı olmayan bir istiqlalı istəməyiz! 

 

*  *  * 

Bakı, Azərbaycan atəşkədəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də 

mənbəyi idi. 

*  *  * 

Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır. 

 

*  *  * 

Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, 

milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır. 

 

*  *  * 

 

1



Azərbaycan dövri-istiqlalına bolşeviklər “MÜSAVAT DÖVRÜ” deyirlər. 

Fəqət xalq bu dövrə AZƏRBAYCAN DÖVRÜ deyir. ...Xalqın düşüncəsində 

AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və  əməl  şəklində 

təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur. 

 

*  *  * 

Kommunizm nə yaparsa yapsın, Rusiya imperializmi hangi rəngə girirsə-

girsin,  meydanda bir həqiqət var: millətlər kəndilərini tanımışlar. 

 

Şərq millətlərinin xilas və nicatına aid şüarlar ilə bolşeviklər sözdə 

millətlərin hüququna, hürriyyətinə  və istiqlalına hörmətkardırlar. Işdə isə digər 

imperialistlərdən heç də fərqli deyildirlər. 

 

*  *  * 

Üsyan və qanla səri-kara  gələn bir qüvvət üsyan və qanla da gedəcək. Bu 

gün bu üsyanı yapan müntəzəm bir qüvvət yoxsa da yarın o qüvvət kommunizmin 

kəndi vücuda  gətirdiyi təşkilat hüceyrəsindən olsa da  doğacaqdır. 

 

*  *  * 

Kommunizm rejimi süqut etmək məcburiyyətindədir. 

 

*  *  * 

Dünya ingilabat və müharibələrində axan qanlar daima yeni məfkurələrin 

tövlidinə səbəb olmuş deyilmidir? 

*  *  *   

Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o 

da  istiqlal fikrinin 

rüsuxudur.

 

Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdası ilə yaşayan bir Azərbaycan 

gəncliyi vardır ki, Çekanın amansız edamlarına rəğmən  gecə-gündüz çalışıyor, ilk 

fürsət və imkanı  bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o 

zaman yanıq könlündə atəşin cizgilərlə  mənən mənquş

 

(nəqş) bulunan bayrağı 

maddətən yüksəldərək deyəcək. 

 

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! 

 

 



 

 

2



BİR MÜTALİƏ 

 

Əzizim,  Əmin arkadaş! “Azərbaycan Cümhuriyyəti” ünvanı ilə vücuda 



gətirdiyiniz əsər haqqında fikir və mütaliəmi soruyorsunuz... Cahan hərbinə qədər 

Azərbaycanın həyati-hərsiyyə  və ictimaiyyəsini yaxından-uzaqdan az-çox təqib 

edə bilmişdim. Fəqət hərb başladıqdan sonra buna layiq vəchlə davam bittəb 

mümkün olmadı. Iki qardaş türk şəhəri olan İstanbulla Bakı və ələlümum Türkiyə 

ilə Azərbaycan arasında sövqi-hadisat ilə peyda olan qalın sis pərdəsi bir şey 

görməyə, eşitməyə, duymağa mane oldu. Bu gün pərdə yavaş-yavaş qalxıyor. Siz 

də bu pərdəni qaldıranlardan biri olursunuz. Həqiqət

 

yekdigərə müariz tərəfləri 

dinləməklə meydana çıxarıla bilir. Ötədən bəri hökmləri vermək üçün Audiatur et 

altera pars” yəni “digər tərəflər də dinlənməli” qaydasına riayəti kəndimə bir 

vəzifə ittixaz etmiş olduğumdan  əsəriniz haqqında ancaq bu nöqteyi-nəzərdən 

bəyani-mütaliə edə bilərəm: Siz Azərbaycanın  ən böhranlı zamanlarında fəal bir 

mücahid sifətilə çalışdınız, bir çox mühüm vəqaye və hadisatı rəyüleyn yaxından 

gördünüz, müxtəlif cərəyanların içində bulundunuz və sərgüzəştlərlə mali bir həyat 

yaşadınız!.. Və zatən mövcud və müsəlləm olan elm və irfanınıza, əlbəttə, pək çox 

qiymətdar və müfid müşahidat və  məlumat  əlavə etdiniz və  şübhəsiz, bunları 

əsərinizdə qeyd və təsbitə çalışdınız. Lakin Siz Azərbaycanda bir tərəfi, bir firqəyi, 

bir firqəyi-siyasiyyəyi təmsil ediyorsunuz. Arzunuza rəğmən nə  dərəcədə bitərəf 

qala bilirsiniz, bunu şimdiki halda təyindən acizəm. Məmafih,  şübhə yoxdur ki, 

əsəriniz bir boşluğu dolduruyor: Türkiyə nəşriyyatının ən böyük qüsurlarından biri 

qonşu məmləkətlər, ələlxüsus həmcivar türk ölkələri haqqında

 

sədrə şəfa verəcək 



kafi məlumatı ehtiva etməməsidir. Bu cəhətlə əsəriniz, hadisatı vəlov vəhidülcanib 

bir zaviyəyi-röyətdən görüyor fərz edilsə belə, mətbuatımıza pək qiymətli bir 

hədiyyə olacaqdır. Çünki mövzu

 

vəziyyəti-iqtisadiyyə və siyasiyyəsi ilə aləmşümul 

bir  əhəmiyyəti haiz olan Bakının, Azərbaycanın və dolayısı ilə bütün Türklüyün 

müqəddəs və müəzzəz istiqlalı, istiqbalı məsələlərinə təmas ediyor. Bir xalqın, bir 

millətin asudə  və müsəmmər bir həyata, rifah və  səadətə nail ola bilməsi nasıl 

sünufi-ictimaiyyə beynində iqtisadi bir təsanüd və  ədalətin vücuduna vabəstə isə 

öylə  də aləmin, bütün bəşəriyyətin sülh və asayiş nemətlərindən mütənəim ola 

bilməsi beynəlmiləl münasibətdə  ədalət və insaf məfhumlarının hakim və cari 

olması ilə qabildir. Beynəlmiləl insaf və ədalətdən doğan sülhi-ümumiyi-aləm isə 

Azərbaycanın dəxi hürriyyət və istiqlalını istilzam edər. Ancaq bu istiqlalın 

mücahidləri, nigahbanları  qəvi və mütəqəyyiz olmalıdırlar!..  İzmir iqtisad 

konqresində “İqtisadi misaq” proqramında bir də “Kitab bayramı” ehdasından bəhs 

olunuyor. Ümid edirəm ki, “Azərbaycan Cümhuriyyəti” ilk “Kitab bayramı” 

ziyafətində ən dadlı, ən müğdi qidayi-ruhiyyələrindən biri olur və türk istiqlalının 

mücahidlərini, nigahbanlarını bəslər, təqviyyə edər və oyandırar! 

 

HÜSEYNZADƏ ƏLİ



2

 

 



 

 

3



MÜQƏDDİMƏ 

 

Şübhəsiz ki, Şərq pək dərin bir həyəcan içində bulunuyor. Hərbi-ümuminin 



sarsıtdığı bu aləm əsrlərdən bəri məluf olduğu ətalətdən silkinərək ciddi bir həyat 

əsəri göstəriyor. 

Bütün dünyayı rəşədar edən bu həmləyi-inqilab bittəb İslam millətlərini dəxi 

istila etdi. Milliyyət dövri-təşəkküllərini adlayan məmləkətlərdə  əvamili-

ictimaiyyəyi təhriklə ictimai inqilab məfkurəsini doğuran bu həmlə,  İslam 

məmləkətlərində digər bir inqilab məfkurəsi doğurdu: hakimiyyəti-milliyyə 

məfkurəsi. 

Anadolu türklüyünü əqilləri  şaşırdan tarixi bir möcüzə ehdasına



 

sövq edən 

məfkurəyi-istiqlal, bütün Şərq millətlərinin müqəddəs məfkurəsidir. 

Hakimiyyət və istiqlal məfkurəsi ilə aşılanan Şərq hərəkati-milliyyəsi hənuz 

sərmənzili-məqsudinə doğru rəhsipar oluyor. Gediləcək daha çox yol var. Xətər və 

məşəqqətlərlə dolu olan bu yolu sühulətlə gedə bilmək üçün həmrah bulunan 

şərqlilər yekdigərini bilmək zərurəti-qətiyyəsindədirlər. Aləmi-islam “Fətə`arafu” 

əmri-Quranisinə bilxassə bu zamanda riayət etmək zərurətindədir. 

Məqami-xilafəti haiz bulunan Türkiyə aləmi-İslamın ittihad mərkəzidir. 

Hakimiyyəti-milliyyə  əsası ilə  qurulan yeni Türkiyə - türk əqvamının ümid 

nöqtəsidir. Milli məfkurənin  şanlı  zəfərini təmsil edən böyük Türkiyə  Şərq 

millətlərinin əməl məşəlidir. 

Əvət! Türkiyə ilə  Şərq,  İslam və bilxassə Türk aləmi arasında mövcud 

rabitəyi-hissiyyə isbata möhtac bir qəziyyə deyildir. Fəqət bu rabitənin elmi bir 

təarüf üzərinə müstənəd olduğu məətəəssüf isbata pək möhtacdır.  Əsri-hazırın 

vasiteyi-təarüfi, məlum ki, mətbuatdır. Şərq mətbuatına müraciət edərsək, şərqliləri 

yekdigərini tanıdacaq mənbəyi-təarüf kaç kitab buluruz?!... 

Halbuki Avropada “Şərqiyyat” bəlli-başlı bir elmdir. Burada həyatını Şərqə 

həsr etmiş alimlərlə  bərabər  Şərqə aid nə  qədər kitablar, nə  qədər məcmuələr 

bulursunuz! Burada məsaili-Şərqiyyə ilə mütəvəğğil müəssisat



 

yalnız lisaniyyat, 

ətiqiyyə, tarix və  ədəbiyyat kimi məbahisi-elmiyyə ilə  məşğul olmayıb,  Şərqdə 

güzəran edən siyasi, ictimai, iqtisadi vəqaye və  cərəyanları  dəxi günü-günə  təqib 

və məmləkətlərini daima tənvir

 

edirlər.  

Biz şərqlilərin bu babdakı məlumatımız isə qırıq, dönük qəzetə həvadisi ilə 

mütərcəm məqalələrə inhisar ediyor. Biz biliyoruz ki, Əfqanıstan elani-istiqlal 

eyləmiş. Azərbaycan cümhuriyyət təsis etmiş, İran əcnəbi əsgərlərdən təmizlənmiş, 

İraq, Hicaz

3

 və Fələstin mandat təhtinə alınmış, Hindistanda bir hərəkati-milliyyə 



varmış, Misir davayi-istiqlal ediyormuş.  İştə bu qədər. Bundan fəzlə  məlumat 

edinmək üçün ciddi bir mərcə  və geniş  məlumatı haiz bir mənbə ararsaq, tək bir 

kitaba dəstrəs olacağımız pək müstəhildir. 

Bu hal “Təarufi” işkal edən  ən böyük nöqsanlardandır. Bu nöqsanın bütün 

Şərq millətlərinə  nə  dərəcədə isnad edildiyini cəsarətlə iddia edə bilməzsək də, 

İslam aləminə aid olan qismində israr edə biliyoruz. Bu nöqsan bilxassə aləmi-

İslamın mərkəzi və türk əqvamının ümidgahı bulunan Türkiyədə pək müəssirdir. 

 

4



Məsələn, mövzumuz Azərbaycan məsələsini alalım: təmas etdiyimiz 

əşxasdan bu məsələnin Türkiyə əfkari-ümumiyyəsincə nə dərəcədə möhtaci-tənvir 

olduğunu öyrəndik. Məsələn, Milli Azərbaycan ilə şimdiki Azərbaycan arasındakı 

fərqi bir çoxları idrak edəmiyorlar. Azərbaycanın müstəqil ikən get-gedə bütün 

hüququnun Rusiyaya nədən tərk edildiyini, azərbaycanlıların buna nə üçün razı 

olduqlarını soranlara rast gəldik. Bolşeviklərin Azərbaycana millət tərəfindən 

çağrılmış olduqlarına inananlar var. Bolşeviklərə qarşı  çıxarılan üsyanlar nasıl 

anlaşılmış, nasıl tələqqi edilmiş?!.. Bu da pək fəci bir hekayə. Bolşevik idarəsində 

bulunan Azərbaycanı məsud görənlər də yox deyil. Xülasə, cəhldən mütəvəllid bir 

çox sui-təfəhhümlər, yanlış  təsəvvürlər və bundan doğan iğbirar ki, iki qardaş 

millət arasında arzu olunmayan infial və darqınlığı mucib oluyor. 

Biz kəndi hesabımıza “Milli Azərbaycan nəşriyyatı” ünvani-ümumisi ilə 

nəşr edəcəyimiz bir silsileyi-rəsail ilə Azərbaycan  əhvalına aid mövzuları  tənvir 

etmək surətilə bu babdakı təarüf nöqsanını azaltmaya səy edəcəyiz. 

Azərbaycan Cümhuriyyəti aləmi-İslamda təşəkkül edən ilk cümhuriyyətdir. 

Bu Cümhuriyyət eyni zamanda bir türk hökümətidir; təbiri-digərlə kiçik 

Türkiyədir. 

Kiçik Türkiyə xalqı ilə Böyük Türkiyə xalqı arasındakı münasibət iki qardaş 

münasibəti qədər səmimiyanədir. Bu səmimiyyətin  ən canlı  dəlili “Sevr” 

müahidəsinin

4

 hökmi-edamı altında müztərr ikən belə, Türkiyə əfkari-ümumiyyəsi 



Azərbaycan istiqlalının “Etilaf” dövlətlərincə  təsdiqini kəndi məsərrəti kibi

 

təəyyüd eyləməsi idi. Vətənim, Azərbaycan xalqı  dəxi bolşevik istilası altında 

inləməkdə ikən Türkiyənin möcizeyi-zəfərini mənimsəməklə sevinmişdir. 

Keçirdiyimiz bu istilahə günlərində Osmanlı imperatorluğunun ünsüri-əslisini 

təşkil edən Anadolu türklüyü yeni bir höküməti-milliyyə  təsis ediyor. Bu 

hökümətin xarici siyasəti  Şərqdəki vəzifəsini hüsni-ifa etmək istərsə, qənaəti-

acizanəmizcə Azərbaycan Cümhuriyyətinin müqəddəratına laqeyd qalmaması icab 

edər. Bu nöqteyi-nəzərdən Azərbaycan məsələsi Türkiyə üçün ciddi düşünüləcək 

bir məsələdir.

 

Bir məsələyi ciddi düşünmək, o məsələyi iyicə tədqiq etmək və öyrənməklə 

qabil olur. Artıq beynəlmiləl bir şəkli haiz olan Azərbaycan məsələsi, eyni 

zamanda, Türkiyə üçün əhəmiyyəti-həyatiyyəyi haiz Qafqasiya məsələsinin də bir 

cüzidir.

 

Halbuki bu məsələdə dəxi Türkiyə nöqteyi-nəzərindən möhtaci-tənvir bir 

çox cəhətlər vardır. 

Biz bu xüsusdakı  nəşriyyatımıza ibtida “Azərbaycan Cümhuriyyətinin 

təşəkkülü və  şimdiki vəziyyəti”ni izahla başlamayı mürəccəh bulduq. Hərb və 

ixtilal günlərində cərəyan edən kaç sənəlik vüquat ilə, bu vüquata təqəddüm edən 

ədəbi və hərsi hadisələri bir vəchi-ixtisar təlxis etmək surətilə zati-məsələ haqqında 

ümumi bir fikir vermək cəhətini düşündük. Vəqaye və hadisatı  nəql edərkən 

vaqiələrin şəxslərindən ziyadə hadisələrin səbəblərinə əhəmiyyət verdik. 

Iləridə, tövfiq olursa, davam etdirəcəyimiz nəşriyyatın bir müqəddiməsini 

təşkil edən bu risaləmizlə möhtərəm Türkiyə qarelərində Azərbaycan məsələsi 

üzərinə ciddi bir təvəccöhi-nəzər cəlbinə müvəffəq olursaq, vəzifəmizi görmüş ədd 

edəriz. 

 

5



Nəticədə yazılarımızda  İstanbul  şiveyi-ədəbisindən təbaüd görülürsə, Azəri 

olduğumuz hesabı ilə möhtərəm qarelərimizdən qüsura baxmamalarını rica eyləriz. 

 

 

 



 

AZƏRBAYCAN XALQI 



 

Hərbi-ümumidən

5

 əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, şimali İranda 



vaqe Təbriz ilə  həvalisinə deyilirdi. Hərbdən və böyuk Rusiya ixtilalından sonra 

dillərdə dolaşan Azərbaycan salifüzzikr Azərbaycanın  Şimalında Cənubi-Şərqi 

Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır. 

Azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə  İslam, mədəniyyəti-

əsasiyyə etibarilə şərqlidirlər. 

Kəndi ləhceyi-məxsusəsilə Anadolu türkcəsinə yaxın bir şivə ilə qonuşan 

Azərbaycan türkü müxtəlif  şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif 

isimlər daşıyan böyük Türk ağacının bir dalıdır. 

Azəri türklərinin hal-hazırda oturduqları yerlər min əl-qədim türk xalqı ilə 

məskun idi. Gərək Bakı, Gəncə,  Şamaxı,  İrəvan ilə  Təbriz, Marağa,  Ərdəbil və 

sairə kibi vilayətlər və gərək Muğan, Arran, Qarabağ və Qaradağ kibi məmləkətlər 

daima türk elinin oturağı  və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər 

kəndilərində bir çox türk sülalərinin irili-ufaqlı hökümətlər qurduqlarını və illərlə 

səltənət sürdüklərini görmüşlərdir. 

İdil

6

  nəhrinin Quzğun dənizə



7

 töküldüyü yerində böyük bir səltənət quran 

Xəzər türkləri miladi 700 sənələrində Qalmık səhrası və Qumık sahili ilə aşağıya 

doğru enmiş, Muğan çölünə yayılmışlardır. Daha sonra onları digər türk axınları 

təqib eyləmiş, böyük Çingiz ilə Teymurun cəngavər köçəbələri Kür nəhri boyu ilə 

Araz nəhri hövzələrinin, Ceyhun ilə Seyhuna mümasil bulduqlarından kəndilərini 

oturaq etmişlərdir. Səlcuqilər zamanında buralar artıq qəti bir surətdə türk 

məmləkəti halına qoyulmuşdur. Səlcuqlardan sonra bu ərazi  əldən-ələ keçmiş, 

müxtəlif hökmdar sülalələri idarəsində qalmışdır. Fəqət yekdigərini təqib edən bu 

sülalələr dəxi əksəriyyən türk olub, böyükləri münqəriz olduqda yerlərini, kiçik də 

olsalar, yenə birər türk xanlığına tərk etmişlərdir. Bunlardan Azərbaycan 

Atabəyləri namı ilə elani-istiqlal edən Şəmsəddin Eldəniz sülaləsi 80 sənə hökümət 

sürmüşdür. Bu vaqiəyi-istiqlal 541 sənəsində  Gəncədə elan olunmuşdur. Bundan 

başqa, Qaraqoyunlu və  Ağqoyunlu türkmən sülalələri dəxi burada hökümət 

eyləmişlərdir. 

Bundan yüz sənə müqəddəm Rusiya çarizmi tərəfindən istiqlal və 

mövcudiyyətlərinə xatimə verilən Dərbənd, Quba, Lənkəran,  Şəki,  Şirvan, Bakı, 

Qarabağ, Gəncə,  İrəvan və Naxçıvan xanları  dəxi azərbaycanlı türk hökmdarları 

idi.  

Türklərin buradakı hökmranlıqları Hindistan, Ərəbistan,  İran və Misirdə 



olduğu kibi başqa cinsdən bir xalqa əsgəri bir sinif olaraq hökümət sürməkdən 

 

6



ibarət olmamışdır. Osmanlılardan başqa  əksər türk köçəbələri hökümət etdikləri 

xalqa təməssül etmişkən, Azərbaycan türkləri – kütlə etibarilə – milliyyətin rükni-

mühümmünü təşkil edən lisanlarını halilə ibqa etmişlərdir. 

1808 sənəsi ilə 1828 sənələri arasında, başda qəhrəmani-milli Cavad xanın

8

 

dastani bir müdafiəsi olmaq üzrə, müxtəlif səhifələrə girən mücadilə və müharibəsi 



nəticəsində Azərbaycan xanlıqları  kəndi mənliklərini haqqı ilə  dərk etmədən, 

kəndisini idrak etmiş milli bir sima göstərmədən, tamamilə  İran hərs və nüfuzi-

mənəvisi altında ikən – mövqelərini müasir bir ordu ilə  gələn rusun qüvvəti-

bazusuna tərk və  qəzaya təslim oluyorlarsa da, xalq kəndinə  məxsus  ədəbiyyatı, 

şairləri, aşıq və dərvişləri ilə hüzn və məsərrətini kəndi lisanı ilə tərənnüm ediyor 

və kəndi idrakı ilə bir vücud olduğunu sezdiriyordu. 

Əvət! Rəhləsi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağrıyanıq Kərəmə 

ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə çobanların ruha sinən 

türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını 

uydururkən çağırdıqları ninniləri – xəvasının düşüncəsilə – kəndisini  İranlı bilən 

bu xalqın müdhiş bir zəlalətdə olduğunu göstəriyor: 

– Xeyir, deyil, sən türksən! – diyordu. 

 

II 


 

ƏDƏBİ VƏ MİLLİ İNTİBAH 

 

Bu türklər Azərbaycanı ikiyə bölən Araz nəhrinin iki tərəfində sakin olub və 



qismən  İrana  şu və ya bu surətlə bağlı nimmüstəqil bir halda yaşadıqları zaman 

məhkum bir millət deyil, hakim olaraq yaşıyorlardır. Çünki əsrlərdən bəri  İranın 

hakim sinifini türklər təşkil ediyordu. 

Azərbaycan xalqı idarəcə gördüyü ağırlığı başqalarından deyil, öz cinsindən 

gördüyü üçün həqiqi məhkumiyyətini, mənəviyyatca başqa bir hərsin məhkumu 

olduğunu dərk etmiyordu. O get-gedə farslaşıyordu. Xəvas təhsilini farsca görüyor, 

fars tərbiyəsi alıyor, fars kibi düşünüyor və  kəndisinin doğrudan-doğruya iranlı 

olduğuna qane oluyordu. Xalqın həll və  əqdini  əlində bulunduran bu xəvas



 

kibi 


mənəviyyatına hakim olan üləma sinfi dəxi eyni ruhda, eyni tərbiyədə  və eyni 

zehniyyətdə idi. 

Fars  ədəbiyyatına Nizamilər, Xaqanilər, Məhsətilər kibi ustadlar bəxş edən 

bu torpaqda yetişən Azərbaycan xəvası  pək təbii idi ki, bir zaman Süleyman 

Qanuninin belə az qala qəbul elədiyi Sədi lisanı qarşısında  əriyib kəndiliyindən 

keçmiş, türk ilə türkcəyə xor baxmışlardı. 

İranın o parlaq və cahanbəha  ədəbiyyatı  və o ədəbiyyat sayəsində  tərbiyə 

bulan qüvvətli mənəviyyatı qarşısında təslim olub da təməssül edən türk xəvasının 

bittəb

 

əvam üzərinə də böyük təsiri olacaqdı, həm olmuşdu. Türkcə, əvam və köylü 

lisanı ədd olunmuş, lisani-rəsmi və ədəbi olmaq üzrə farsi təmim eyləmiş, nəticədə 

tühəf bir millət vücudə gəlmişdi: dili başqa, yazısı başqa bir millət! 

Mavərayi-Araz Azərbaycanının

9

 halı bu haldır. Orada hər kəs türkcə söylər, 



fəqət iş yazıya gəlincə farsi kəsilir.  

 

7



Xəvas düşdüyü bu yanlış girəvənin çıxılmaz bir yol olduğunu sezmədiyi 

halda  əvam, pək də laqeyd deyildi. Xalq qeyri-təbii olan bu hala ünsüri bir 

müqabilə yapıyordu. Türk xalqı  xəvasdan heç bir kimsənin  əhəmiyyət vermədiyi 

bu hala kəndi milliyyətindən isqat

 

edilməsinə qarşı qiyam etmişdir. Bu qiyamın 



qəhrəmanları xalq hissiyyati-şairanəsindən mülhəm və bu hissiyyata tərcüman olan 

aşıqlar idi.



 Laədri

 müəlliflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” 

və sair bu kibi dastanlar, ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında 

Azərbaycan türk kütləsinin qəlbinə öylə siniyor, öylə yerləşiyordu ki, onunla deyil 

farsın “Nuşafərini”, “Fərhad və  Şirini”, hətta Firdovsi ilə Hafizi belə  rəqabət 

edəməzdi. O, öz Firdovsisini, öz Hafizini, öz Sədisini, kəndindən doğma türk 

şairini və ruhundan xəbər verən Azərbaycan müğənnisini arıyordı. 

Bərəkət versin ki, xəvasının həpsi kəndisindən üz döndərməmişdi. Iştə bu 

doğduqları mühitə daha ziyadə  mərbut qalan Azərbaycan  şairləri xalqın zövqünü 

tətmin üçün türkcə şerlər yazmağa başladılar. Xalq ədəbiyyatı yanında bir də yazı 

ədəbiyyatı vücuda gəldi. 

Bu xüsusda yalnız Azərbaycanın deyil, bütün türklüyün dahi şairlərindən, 

azərbaycanlılarca Əbu şüəra künyəsini daşıyan Füzuli mərhumun dərin bir nüfuzu, 

böyük bir mürşidliyi vardır. 

Füzuli Azərbaycanda hər yerdən ziyadə  mərufdur. Azərbaycanın  ən çox 

oxuduğu və  ən çox sevdiyi şair Füzulidir. Azərbaycan  şeri son zamanlara qədər 

adətən Füzuliyi tənzirdən ibarət idi. Füzuli divanı  hər yerdən ziyadə  Təbrizdə 

basılmışdır. Hafiz divanı farslar üçün nə isə, Azərbaycan türkləri üçün də Füzuli 

divanı odur. 

“Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,  

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. 

Bəndə tovfiq olsa bu düşvarı asan eylərəm. 

Növbahar olğac dikəndən bərgi-gül izhar olur” 

 

– deyə türkcə yazmağa başlayan Füzuli, zamanında təsəvvür olunan “düşvarı” 



həqiqətən asan eyləmişdir. Füzuliyə böylə bir əzm təlqin edən zamanı, eyni 

zamanda, müasiri bulunan İran  şahını belə türkcə  şerlər yazmağa sövq 

eyləmişdir.

10

 Bu böyük şair və dahinin müvəffəqiyyəti ilə türkcə  şer yazmaq 



“sühuləti” kəşf edildikdən sonra Füzulini tənzir və  təqlid edənlər çoxaldı. 

Azərbaycan türk ədəbiyyatı müstəqil bir cərəyan aldı. 

Bu  ədəbiyyatın hankı xüsusiyyət və müvəffəqiyyətlərlə irəlilədiyini və  nə 

kibi  əsərlər vücuda gətirdiyini göstərmək kəndi başına müstəqil bir mövzu təşkil 

edir. Burada isə biz yalnız bu qədərini söyləmək istəriz ki, Azəri  ədəbiyyatının 

təkamülü tıbqı Füzulinin həyati-ədəbisinə  bənzər. Füzuli ilk öncə farsicə yazmış, 

sonra türkcəyə başlamış, türkcə yazarkən də ibtida Azərbaycan  şivəsi ilə yazmış. 

Bağdadın Osmanlılara keçidindən sonra Füzuli lisanı getdikcə osmanlılaşmış, Şərq 

şivəsindən təbaüdlə Qərb şivəsinə yaxınlaşmışdır. 

Azərbaycan ədəbiyyatı da böylədir: azərbaycanlılar ibtida farsicə yazmışlar, 

sonra sırf Azərbaycan  şiveyi-məhəlliyyəsi ilə yazan Füzuliməşrəb  şairləri ilə 

qocaman bir dövr davam eyləmişdir. Bu dövrdə əvvəl Qövsi, Nəbati, sonra Vaqif, 

 

8


Seyid Əzim, Ləli, Raci kibi şairlər yetişmişdir. Nəhayət, üçüncü dövr gəlmiş: Qərb 

həyat və  əfkarının təsirinə girən Azərbaycan  ədəbiyyatı Osmanlı türk 

ədəbiyyatından mülhəm, müasir ədəbi türkcə ilə yazmaya başlamışdır. Bir tərəfdən 

də Osmanlı  ədəbiyyatı  təsirində bulunan bu dövrün şairləri  Əbdülsəlimzadə 

Məhəmməd Hadi, Sabir, Hüseyn Cavid, Əhməd Cavad, Səhhət, Müznib və 

sairləridir. 

Şimali Azərbaycan, Rus təhti-idarəsinə keçdikdən sonra siyasi hüququnu 

kamilən itirmiş, məhkumiyyətin acısını  təmamilə dadmışdı.  Əvvəlki zamanda o, 

gördüyü hərs məhkumiyyətini müştərək bir din və müştərək mədəniyyət təsiri ilə 

sezmiyordu. Çünki o zaman milliyyəti – sözün bu günkü mənası ilə – daha müdrək 

deyildi. Getdikcə farslaşan Azərbaycan türkü bu dəfə ruslaşdırma siyasətinə məruz 

qalıyordu. Təbii idi ki, bu hal xalqın həssas əsəblərinə toxunuyor, müdafiəyi-nəfs 

hisslərini dərindən qıcıqlandırıyordu. Bunun üçün də xalq kəndisini düşünməyə 

məcbur idi. 

Çarizm, Azərbaycanı ruslaşdırmaq üçün iki cəbhədən gəliyordu: bir tərəfdən 

xalqın hissiyyati-diniyyəsini idarə edən üləma və mollaları kəndi kontroluna tabe 

tutur, digər tərəfdən də milli tərbiyəyə meydan verməyərək xalqı rus məktəblərində 

(uşkol) oxumağa icbar ediyordu. Birinci məqsədin təmini üçün şiə  və sünnilərə 

məxsus olmaq üzrə ayrı-ayrı iki idarəyi-ruhaniyyə  təsis eyləmiş, bütün molla və 

əfəndiləri bu idarə vasitəsilə  kəndisinə tabe birər məmur kibi qullanmışdı. Ikinci 

məqsədi təmin üçün də müəyyən ruslaşdırma proqramı ilə  uşkollar (məktəblər) 

təsis edilmişdi. 

Xalqda nə bu məmurluğu qəbul edən mollalara etimad, nə  də  məzkur 

uşkollardan çıxan bəyzadələrə etibar vardı. Hökümət tərəfindən təyin olunan 

mollalara “dəftər mollası”,

11

 rus uşkolundan oxuyan gənclərə də “rus balası” deyən 



xalq kəndi hissi-fitrisilə sezdiyi ruslaşdırma siyasətinə bildiyi kibi müqabilə 

etmişdir. O, dəftər mollasına öz “axund”unu, hökümət uşkoluna kəndi 

“məktəbxanə”sini qarşı qoymuşdu. 

Hər nə  qədər xalqın möhkəm tutduğu “axund” ilə “məktəbxana” tamamilə 

kəndisinin deyil, Iran nüfuzunun müəssisələri olsa da, ruhuna yabançı bulunan 

rusluğa qarşı bu müəssisələr daha milli, daha doğma idi. Buna görə  də o, 

“axund”un hürriyyəti və “məktəbxana”nın istiqlalı üçün yapdığı mübarizədə  pək 

haqlı  və bu mübarizə  dəxi pək məqul idi. Çünki o, siyasətən məğlub olmuşsa da 

mənən bərbad olmaq istəmirdi. 

Fəqət xəvas yenə yanılmışdı. Vaxtilə Firdovsinin romantizmi, Sədinin dərin 

hikməti, Hafizin dadlı  qəzəlləri qarşısında bayılan “mirzə” bu dəfə  də 

Lermontovun dağlarda uçan ruhu, Puşkinin su kibi axan nitqi, Tolstoyun məsihanə 

fəlsəfəsinə vurulmuş bir “uçitel” idi

12

.



  

Sənələr keçdi, bir tərəfdə “mirzə”, digər tərəfdə “uçitel” durdu. Bunlar bir 

çox zaman anlaşmadılar. Farslaşmış mirzə kibi ruslaşmış uçitel dəxi xalqın hədsən 

duyduğu mətləbi bir çox zaman dərk edəmədi. Nəhayət, bir çox kəcvaclardan 

keçildi. Məktəb və  mədrəsələrə qarşı üsulsuz mübarizələrdən sonra “uçitel” 

məqsədi anladı, bildi ki, Sədini də, Tolstoyu da türk xalqına öyrətmək, türkü 

onlarla aşina etmək həm lüzumlu, həm faydalıdır. Fəqət bununla bərabər, türkü 

 

9



kəndi Sədisindən, kəndi Tolstoyundan məhrum etmək olmaz. Sədini, Tolstoyu və 

sair dünya məşahiri-ədibini anlamaq üçün kəndi Füzulilərini, Nəbatilərini – nə 

qədər kiçik də görünsələr, Seyidlərini, Sabirlərini, Cavidlərini, Cavadlarını 

öyrənməlidirlər. 

Bu zəmində rus məktəbi vasitəsilə  mədəniyyəti-hazirəyi az-çox dərk etmiş 

ürəfa ilə xalq arasında yekdigərini anlamaq dövrü başladı. 

Bundan 50-60 sənə əvvəl müasir Azərbaycan ədəbiyyatının binası quruldu. 

Şərq mədəniyyəti ilə mükəmməl surətdə mücəhhəz və rusca vasitəsilə  də  Qərb 

mədəniyyətinin  əsasatı ilə  aşina bulunan Mirzə  Fətəli Axundzadə ilə başlayan 

teatro  ədəbiyyatı, Nəcəf bəy Vəzirov,  Əbdürrəhim Haqverdiyev, Sultan Məcid 

Qənizadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kibi mühərrirlər 

tərəfindən tənzir və idamə edildi. Mirzə  Fətəlinin komediyaları türk aləmində 

yazılmış ilk komediyalardır. Münəqqidlərcə  “Şərq Molyeri” ləqəbini qazanan 

Mirzə  Fətəlinin məcmuəyi-asari ruscaya, almancaya, ingiliscəyə, qismən də 

fransızcaya tərcümə edilmişdir. 

Teatrodan bəhs edincə, Azərbaycan musiqisindən bəhs etməmək qabil 

deyildir. Teatro sənəti Azərbaycanda olduğu kibi İslam aləminin heç bir tərəfində 

irəliləməmişdir. Burada türkcə opera, operetta təsis edilmişdir. Ilk Azərbaycan 

bəstəkarı Üzeyir bəy tərəfindən güftəsi Füzulinin olmaq üzrə “Leyli və Məcnun” 

operası bəstələnmiş, bundan başqa “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah Abbas və 

Xurşudbanu” kibi digər operalarla, “Arşın mal alan” kibi operettalar dəxi butun 

Qafqasiyada, İranda, qismən də Türkiyədə məşhurdur. “Arşın mal alan” operettası 

İstanbul səhnələrində amaturlar tərəfindən göstərildiyi kibi, ermənicə, gürcücə və 

ruscaya dəxi tərcümə edilmiş  və teatro mövsümlərində  dəfələrlə  təkrar 

olunmuşdur. 

Teatro yazılarını mütəaqib qəzetə  təsisinə başlanmış, 1875 sənəsində 

mərhum Məlikzadə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetəsi təsis olunmuş, 

bundan sonra Ünsizadələr tərəfindən təsis olunan “Ziyayi-Qafqas” ilə “Kəşkül” 

qəzetələri çıxmışdır. Birincisi 1877 sənəsi rus-türk müharibəsi zamanındakı 

nəşriyyatından dolayı hökümət tərəfindən qapadılmış, ikincilər də bir kaç nüsxə 

çıxdıqdan sonra kəndiliklərindən təvəqqüfə uğramışlardır (1880 və 1891). 

1905 tarixinə qədər Azərbaycan ədəbiyyat və mətbuatı müntəzəmən təsis və 

tərəqqi edəməmişdir. Yalnız 1903 və 1904 sənələrində Tiflisdə intişar edən “Şərqi-

Rus” qəzetəsi bu uzun sükut dövrünü bitirmişdir.  Şahtaxtınski Məhəmməd ağa 

tərəfindən təsis olunan bu qəzetə bir sənə davam etdikdən sonra Bakıya nəql 

eyləmiş  və burada qapanmışdır. Fəqət Rusiya inqilabi-səğirini təşkil edən 1905 

sənəsi, Rusiya türkləri üçün milli inkişaf dövrünün ibtidasını  təşkil eyləmişdir. 

Müəssisati-ictimaiyyə ilə hürriyyəti-mətbuat nöqteyi-nəzərindən bir parça 

müsaidat ilə  nəticəpəzir olan bu inqilabdan bilistifadə bütün Rusiya türklərində 

olduğu kibi Azərbaycan türklərində  də sürətli bir hərəkəti-milliyyə başladı. Bu 

hərəkət bir tərəfdən milli mətbuat təsisi, digər tərəfdən də milli məktəb və ümuri-

diniyyənin millətin kəndisi tərəfindən müntəxəb əşxas və müəssisat vasitəsilə idarə 

edilməsi davasından ibarət idi. 

 

10



Bakı bu hərəkəti-milliyyənin mərkəzi idi. 1914 sənəsi hərbi-ümumisinin 

ibtidasında Bakıda türkcə iki yovmi qəzetə (“İqbal” və “Sədayi-həqq”) nəşr 

olunurdu. Müsəlmanların hüququnu müdafiə  məqsədilə bir də rusca “Kaspi” 

qəzetəsi çıxıyordu. Bundan başqa, bir kaç ədəd də türk mətbəəsi mövcud 

bulunuyordu. Bu qəzetlər 1905-ci sənəsində möhtərəm Ağaoğlu  Əhməd bəylə 

Hüseynzadə  Əli bəy tərəfindən təsis olunan “Həyat” və  “İrşad” qəzetələrinin 

başladıqları mücadiləyi-milliyyəyi davam etdiriyorlardı. Hərbi-ümumi  əsnasında 

təsis edilən “Açıq söz”

13

 qəzetəsi dəxi bu davayı müdafiə ediyordu. “Açıq söz” ilk 



dəfə olaraq o vaxta qədər Qafqasiya müsəlmanı və yaxud tatarı deyilən xalqın türk 

olduğunu sərahət və israrla meydana qoymuş  və bu xüsusda hərb sansoru ilə 

mübarizə etmək zərurətində qalmışdı. Mətbuati-yovmiyədən başqa bir kaç həftəlik 

ədəbi, siyasi və  məzah qəzetləri dəxi nəşr olunurdu ki, bunlar miyanında


  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə