Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix31.01.2017
ölçüsü0,83 Mb.
#7136
1   2   3   4   5   6   7   8   9

 

ediyordu. Bu halda mərkəzin istər-istəməz sağ tərəfə meyl etməsi zərurət hökmünü 

alıyordu. Mərkəzin bu təmayülü isə  nəticədə  “İttihad”ın da kabinəyə  iştirakını 

mucib olmuşdur. Yalnız bu xüsusdakı nəzəri ümid feliyata gəlincə başqa bir taqım 

əvamil təsiri ilə  məmulun xaricində bir nəticəyə vardığından Cümhuriyyətin 

süqutunu mucib saiqlərdən birisini təşkil eyləmişdir. 

Firqələr arasında mövcud təşəttüti-ara ilə bərabər, məclisi-məbusan, orduya 

aid təxsisat, Şimal təhlükəsinə qarşı Gürcüstan Cümhuriyyəti ilə əqd olunan tədafö 

 

35


müahideyi-əsgəriyyə, Denikin istilasına düçar olan Dağıstan Cümhuriyyətinin 

istixlas mücadiləsinə yardım,  əcanibə qarşı müdafiəyi-istiqlal üçün yapılan 

diplomasi təşəbbüsat kimi məsələlərdə ümumi bir cəbhə  vəhdəti göstərib, yalnız 

əmələ  hərəkatı ilə bolşevik təcavüzünə qarşı lazım gələn vəhdəti kəndisində 

bulamamışdı. 

-

 



Əcəba neyçün?... 

*  *  *   

Yuxarıdakı sualın cavabını qare, aşağıdakı füsulun qiraətindən sonra kəndi-

kəndinə alır. Biz isə şimdilik məclisi-milli hökümətinin 17 ay zərfindəki fəaliyyət 

və müvəffəqiyyətlərini xülasə edəlim: 

ƏVVƏLƏN: piyada, süvari, topçu, təyyarəçi, teleqrafçı kimi hər növ silah 

ənvaindən mütəşəkkil 17 min miqdarında

41

 bir ordu hazırlanmış, məktəbi-hərbiyyə 



təsis olunmuş, kiçik bir filo tərtib edilmişdi. SANİYƏN: Bütün Azərbaycan 

qitəsində əsgəri, mülki və zabitə təşkilatı vücudə gətirilmiş, məmləkətdə əmniyyət 

və asayiş təsis olunaraq rus asilərinin ziri-əsarətində bulunan Lənkəran qəzası ana 

Vətənə iadə edilmiş, türklərin Qafqasiyada bulunduqları zaman belə  təslim 

olmayan Qarabağ erməniləri ilə etilaf hüsula gələrək Azərbaycan höküməti 

kəndilərinə tanıtdırılmış, Bakıdan pək uzaqda bulunan Naxçıvanın Ermənistan 

hökümətinə qarşı mücadiləsi mənən, maddən, siyasətən təqviyə olunaraq, oraya 

vali göndərmək surətilə Azərbaycana mərbutiyəti idarətən dəxi təhti-təminə 

alınmışdır. SALİSƏN: mali və iqtisadi islahata şüru edilmiş, 1918 sənəsi mart 

qırğınından sonra hökümət edən bolşeviklər zamanında seyri-təbiisindən çıxaraq 

bərbad bir hala girən petrol mədənlərinin idarəsi yoluna qoyulmuş, ilğa olunan 

dövlət bankası yenidən Azərbaycan bankası namilə təsis edilmiş, köy istehsalatını 

təqviyə üçün köylülərə  məxsus ufaq kredi bankları güşad və  şəhərlərdə  dəxi 

əmanət sandıqları yenidən vücuda gətirilmişdi, RABEƏN: Azərbaycanlılardan 

ufaq məmurlar yetişdirmək üçün xüsusi müəssisələr, türk gənclərinə məxsus olmaq 

üzrə teleqraf, makina və  şimindofer məktəbləri açılmış  və  əvvəlcə heç yox ikən 

dəmiryol xədəməsinin yüzdə əllisini türklərdən yapa biləcək qədər müvəffəqiyyət 

göstərilmişdir. 

Maarifə gəlincə, məktəbləri  bir an əvvəl türkcələşdirmək üçün təsis olunan 

təlif və  tərcümə  əncüməni mərifətilə  məkatibi-ibtidaiyyə  və edadiyyəyə  məxsus 

dərs kitabları  təlif və  təb edilmiş, mövcud edadiyyələrdən bir qismi 

milliləşdirilmiş, məmləkətin müxtəlif yerlərində 7 darülmüəllimin və bir 

darülmüəllimat güşad edilmiş, Bakı darülfünunu təsis olunmuş, müxtəlif xüsusatda 

ali təhsil görmək üzrə hökümət hesabına yüzə  qərib tələbə müxtəlif Avropa 

mərkəzlərinə göndərilmiş, Türkiyədən  əlliyə  qərib müəllim və müəllimə  cəlb 

olunmuş, köylərdə ibtidai məarifin təmimi və  məarifi-ümumiyyənin tövsii üçün 

müvəqqət pedaqoji kursları təsis etmiş, milliləşdirilmiş və daha milliləşdirilməmiş 

olan məkatibi-edadiyyədə rus tarixi dərsinin yerinə ümumi türk tarixi vəz edilərək 

türkcənin bütün məktəblərdə tədrisi məcburiyyəti-qanuniyyə təhtinə alınmışdı. 

Türkcə lisan rəsmi elan olunaraq, ruscanın yalnız istihalə dövrünə  məxsus 

olmaq üzrə müvəqqət bir zaman üçün qullanılmasına müsaidə edilmişdi. 

 

36



Vilayətlərdə hakimiyyəti-milliyyə əsasını vəz etmək üzrə vilayət məclisləri 

təşkilinə aid layihəyi-qanuniyyə ehzar və məclisə tovdi edilmiş idi. Bu qanuna görə 

vilayətlər məhəlli işlərini bizzat kəndiləri röyət etmək həqqini haiz olub məmurini-

zabitəyi belə  kəndiləri təyin ediyorlardı. Eyni zamanda, mülkiyyət  əsasını ibqa 

etmək surətilə ərazi məsələsinin köylünü irza edəcək bir surətdə həllini mütəsəvvir 

bulunan layihəyi-qanuniyyə  dəxi məclisi-məbusan komisyonunun tədqiqinə  vəz 

edilmişdi

42

.  



Anarşi sənələrində müdhiş  xəsara uğrayan münaqilat və  vəsaiti-nəqliyyə 

yoluna qoyulub Gürcüstan ilə yapılan müqavilə üzərinə Bakı-Batum dəmir yolu 

müntəzəm surətdə  işliyor.  İxtilal  əsnasında pozulan Bakı-Batum petrol borusu 

əskisi kimi axıyor, Azərbaycan iqtisadiyyatı üzərində böyük təsiri olacaq Culfa-

Ələt dəmiryolu inşaatı davam edilərək Kür nəhri üzərində yapılan cəsim köprünün 

rəsmi-iftitahı bəkləniyordu

43

.  


O zaman Azərbaycanı  tədqiq üçün gələn müxtəlif Avropa və Amerika 

heyətlərinin Avropa qəzetləri ilə  nəşr etdikləri təsirat tədqiq olunacaq olursa 

Azərbaycan türklərinin az zamanda pək çox əsəri-həyat və emar göstərdiklərinə 

şəhadət etdikləri görülür. 

Hüquqi-siyasiyyə  və  əhliyyəti-vətəniyyədən məhrum, ümuri-höküməti 

idarəyə yaxın buraxılmayan məhkum bir Şərq millətinin ilk imkanda bütün 

müşkülata rəğmən, bu dərəcədə  mədəni bir üsuli-idarə qurmaq qabiliyyətini 

göstərdiyi bu istedad sayəsində idi ki, Azərbaycan Cümhuriyyəti düvəli-

müttəfiqənin və bütün dünyanın nəzər-diqqətini cəlb ilə beynəlmiləl bir həyata 

giriyordu. 12 kanuni-sani 1920 tarixində iniqad edən düvəli-müttəfiqə şurayi-alisi 

Azərbaycan Cümhiriyyətini bil-fel tanıdı

44

. Rusiya imperatorluğunun  ənqazı 



üzərində vücud bulan cümhuriyyətlər arasında Azərbaycan, Avropaca tanınmış 

yeganə bir İslam mövcudiyyəti idi. Bu yeni türk höküməti eyni zamanda, bütün 

aləmi-İslamda ilk dəfə təşəkkül etmiş bir cümhuriyyət idi. Türk aləmində və türk 

tarixində böyük bir vəqəyi-xeyir təşkil edən bu hadisəni yalnız bizzat əlaqədar olan 

Azərbaycan təsid etmiyordu. “Sevr” müahidəsinin zərbeyi-həlakı altında kəndi 

yaralarının acısı ilə sızlayan İstanbul türklüyü dəxi bu vəqəni mənimsəyərək təsid 

ediyordu. Türk ocağının darülfünun salonunda bu münasibətlə yapdığı ihtifal, 

qardaşlıq naminə ən səmimi təzahürlərə vasitə oluyordu

45



Bu vəqədən daha əvvəl 1919 sənəsi ağustosunda Azərbaycan Mondrus 



mütarikəsi mucibincə Qafqasiyaya gələn ingilis ordusu tərəfindən təxliyə 

edilmişdi. Bu vəqə münasibətilə hökümət rəisi Nəsib bəy məbusana: “Bu gündən 

etibarən tamamilə müstəqil bir hökümət halını iktisab etməklə, əfəndilər, sizi təbrik 

edirəm!” – deyə xitab ediyordu. 

Şu sürətlə təsis edilən Azərbaycan Cümhuriyyəti artıq beynəlmiləl bir həyat 

və münasibəti başlamışdı. Bütün qonşuları ilə hüsni-münasibət təsisi arzusunun 

son dərəcəsini təşkil ediyordu. 

Xristian qonşularından Gürcü Cümhuriyyəti ilə olan münasibəti çox dostanə 

idi. Bu iki cümhuriyyət arada mövcud ixtilaflı məsələlərin hökm vasitəsi ilə həllinə 

mütəqabilən müvafiqət eyləmiş, Rusiya təhlükəsini eyni dərəcədə hiss 

etdiklərindən Şimala qarşı tədaföi

 

bir müqaviləyi-əsgəriyyə belə əgd eyləmişlərdi. 

 

37


7-8 maddədən ibarət bulunan bu müqavilə 1920-ci ilin ibtidalarında imza edilmiş 

və  təsdiqi Azərbaycan məclisi-məbusanı ilə Gürcüstan məclisi-müəssisanında 

mütəqabil təzahürati-dostanəyi bir vəsilə təşkil eləmişdir. 

Bu müqaviləyə erməni hökümətinin dəxi vəzi-imza etməsi tərəfeyn aqidincə 

təklif olmüşsa da, məzkur hökümət bu təklifi qəbul etməmişdir. Məmafih erməni 

siyasilərinin bütün əksiklərinə  rəğmən Azərbaycan məclisi-məbusanı Ermənistan 

ilə mövcud olan məsailin də sülhən təsviyyəsini arzu eyliyordu. Bu məqsədlə o, 25 

nisan 1919 tarixində Tiflisdə iniqad edən Mavərayi-Qafqas konfransına iştirak 

eylədiyi kimi, 1920 tarixində  dəxi Bakıda Azərbaycan-Ermənistan konfransını 

dəvət eylədi. Bu konfransda Mavərayi-Qafqas Cümhuriyyətlərini xaricə qarşı 

müdafiə edə bilmək üçün Azərbaycan höküməti Mavərayi-Qafqas 

konfederasyonunu təklif eyliyordu. 

Azərbaycan paytaxtında digər şərəfli bir konfrans dəxi ictima eyləmişdi. Bu 

da Azərbaycan-İran konfransıdır. Bu konfransda İran ilə Azərbaycan 

Cümhuriyyətinin bilcümlə  məsaili-siyasiyyə, iqtisadiyyə  və ticariyyəsi tənzim 

edilmiş idi. Bu konfransda imza olunan müahidə mucibincə  İran höküməti 

cümhuriyyətin istiqlalını bilhüquq tanıyor, cümhuriyyət dəxi  İrana Avropa ilə 

münasibəti-ticariyyədə bulunmaq üçün tranzit haqqını veriyordu. Bu surətlə iki 

dindaş millət arasında qayət səmimi münasibət təsis ediliyordu. Tehranda 

Azərbaycan səfiri bulunduğu kimi Bakıda da İran səfiri bulunuyordu. Bu müahidə 

məclisi-məbusanın 1920 sənəsi mart cələsələrindən birində mütəntən bir surətdə 

təsdiqə iqtiran etməklə iki dost millət arasındakı vədadü-vəfaqi bir qat daha təzyid 

eyləmişdir. Məclisin son dərəcə əhəmiyyətlə tələqqi eylədiyi məsələlərdən birisi də 

Şimali Qafqasiya Cümhuriyyəti idi. Bu cümhuriyyət “Terski oblast”

46

 ilə Dağıstan 



ərazisini ehtiva ediyordu. Dağıstan çarizm zamanında idarətən Cənubi Qafqasiyaya 

tabe ikən Rusiya ixtilalı zamanında məclisi-müəssisan intixab nizamnaməsi 

mucibincə - dağlılardan bir qisminin mütalibəsi üzərinə  Şimali Qafqaz ilə bir 

məntəqəyə ayrıldı. Bu andan etibarən irəlidə  cərəyan edən həvadis Dağıstan 

müqəddaratını Mavərayi-Qafqasiyadan ayırdı. Qafqas vilayətləri ayrı-ayrı siyasi 

mövcudiyyətlərə inqisam edincə Dağıstan ilə Terski oblast Şimali Qafqas namilə 

bir cümhuriyyət təsis etdi. Müxtəlif  əqvamdan təşəkkül edən bu ərazi hökümət 

təşkilində bilxassə düçari-müşkülat oluyordu. Məzkur Cümhuriyyətin təsisi 

Azərbaycanın həyati mənafelərindən idi. Bilxassə Dərbənd kimi tarixi bir bəndəri 

(limanı) haiz olan Dağıstan rus əlindən qurtarmazsa, Azərbaycan kəndisini əmini-

zənn edəməzdi. Fəqət, kəndisi daha hali-təşəkküldə bulunan Azərbaycan Dağıstana 

yalnız maddi müavinətdə buluna biliyordu. Məclisi-məbusan  Şimali Qafqas 

hökümətinə 50000000 rublə

47

 iqraz etdi. Bu məbləği təxsis edərkən məclisi-



məbusan firqələri buna bir qərz kimi baxmayıb iki qardaş millətin mənafei-

müştərikələrinə sərf olunacaq zəruri bir təxsisat kimi baxıyorlardı. 

Azərbaycan bu məsələdə yalnız təxsisatı-nəqdi ilə qalmamışdır. Denikinə 

qarşı mübariz bulunan Dağıstana yardım üçün Nuru paşa təşkilatına

48

  hər növlə 



yardımda bulunmuşdur. Dağıstan hökümətinin Denikin intriqa və təcavüzü üzərinə 

inhilalı dağıstanlılar qədər Azərbaycanı  dəxi mütəəssir eyləmişdir. Dagıstanın 

Denikin istilasına məruz qalması  məclisi-məbusanda,  əfkari-ümumiyyədə qeyri-

 

38



qabili-təsəvvür, bir həyəcan doğurmuş və qardaş dağlıların istixlası üçün zaman və 

məkanın müsaidə eylədiyi tədabir ittixazinə təvəssül edilmişdir. 

Zamanın  əzim böhranları içində  çırpınan Acara, Qars və Araz boyundakı 

islamlar dəxi Azərbaycan Cümhuriyyətinə, onun maddi və  mənəvi müavinətinə 

rəbti-ümid ediyorlardı, Cümhuriyyətə  bəhri-Xəzərin qarşı  tərəfində bulunan 

türküstanlılardan dəxi mürəxxəslər gəlib istimdad və istianədə bulunuyorlardı. 

Olmadıq müşkilat içində bulunan cümhuriyyət,  əhvali-siyasıyyə  və  vəziyyəti-

mövcudənin müsaidə etdiyi bir vəchlə bütün bu müraciətləri nəzəri-diqqət və 

etinaya alaraq mümkün olan müavinəti icra ediyordu. Türküstan ilə münasibəti-

siyasiyyəyə girişmək üçün oraya konsulos sifətilə bir məmuri-məxsus dəxi 

göndərilmişdi. 

Azərbaycan Cümhuriyyəti kəndi mövcudiyyəti-siyasiyyəsini təminə  həsri-

ovqat eylədiyi zaman qətiyyən türk və müsəlman əfkari-ümumiyyəsinin məzhəri-

təvəccöhi olmaqla mənən qüvvətli olduğunu unutmuyordu. Bu təvəccöhə dəyər bir 

müəssisə ola bilməsi üçün nə mümkünsə onu icra etmək istiyor və ediyordu. 

Müstəqil Azərbaycan hökümətinin üsuli-idarəsi xalq cümhuriyyəti  əsasına 

mübtəni idi. Tam bir parlamantarizm və  məsuliyyəti-vükəla üsuluna riayət 

olunuyordu. Hürriyyəti-kəlam, mətbuat və ictimaat dəxi bülğənmabülğ  təmin 

edilmişdi. Bu xüsusda bəzi münəqqidlər bəlkə  həddindən ziyadə bir liberalizm 

göstərdiyini dəxi qeyd edərlər. 

Bir dövreyi-təşəkkül və  təəzzüvdə bulunan bu novzad siyasətin  şübhəsiz 

şayani-tənqid nöqsanları az deyildi. Bunların ən böyüyü bu kimi dövrlərə məxsus 

möhkəm bir idarənin, qəvi bir hökümətin haqqı ilə təsis ediləmədiyidir. Təşəttüti-

əfkarın tövhidi üçün tətbiq olunan iqna üsulu ilə bərabər, bir az daha icbar təriqinə 

gedilsəydi, ehtimal ki, nəticeyi-vüqüat başqa dürlü olurdu. 

Bunu da unutmayalım ki, Azərbaycan Cümhuriyyətinin fəlakəti, daxilindəki 

üsyanlardan ziyadə, xaricdən gələn təcavüzkar bir qüvvət üzərinə zühur eyləmişdir. 

Məqsədimiz müfəssəl bir təhlili-vəqaye olmadığından risaləmizin hövsələsinə sığar 

bir xülasə ilə iktifa ediyoruz. 

 

VII 



HADİSATİ-MÜHÜMMƏ ƏRƏFƏSİNDƏ 

 

Azərbaycan münasibəti-beynəlmiləliyyəyə  hənuz girmiş  və makinası yeni 



qurulmuş bir hökümət halında ikən qayət təhlükəli bir dövr keçiriyordu. 

Başı üzərində daimi bir təhdid surətində asılı duran Denikin qüvvəti  vardı. 

Əski Rusiyayı  təmsil edən bu qara qüvvət Azərbaycan Cümhuriyyətini dəfələrlə 

təhdid eyləmişdi. Vaxtilə Qızıl Moskvayı belə təhdid etməkdə olan bu qüvvət bir 

həmlədə Bakıya enmiyor və yaxud Kaspi dənizindəki donanması ilə Azərbaycan 

paytaxtını bombardman etmiyor idisə, məhzən düvəli-müttəfiqə ilə mərbut olduğu 

üçün buna cəsarət edəmiyordu. Düvəli-müttəfiqə  tərəfindən müavinəti-ciddiyəyə 

məzhər olan bu qüvvət ilə  Cənubi Qafqasiya cümhuriyyətləri arasında hər növ 

müsadimata meydan verməmək üçün Qara dənizdən Kaspi sahilinə  qədər bir 

 

39



“Xətti-fasil” təyin edilmiş, Denikin ordusunun bu xətt cənubuna enməsi siyasətən 

təmin olunmuşdu. 

Martın sonlarına doğru Denikin ordusu müdhiş bir süqut ilə inhilal ediyordu. 

O zaman Dağıstanı  təhti-işğalında bulundurmaqla Azərbaycan üzərində  əndişələr 

doğuran bu qüvvət (Şimali Qafqasiya ilə Dağıstanda) yerini Qızıl Orduya tərk 

ediyordu. 

Denikini təqib edən Bolşevik ordusu bütün millətlərin hüquq və 

hakimiyyəti-milliyyəsini sözdə elan və  təsdiq ediyorsa da, Denikindən daha az 

müzürr bir qüvvət olduğunu işdə isbat etməmişdi. Bolşeviklər bir tərəfdən qüvayi-

müsəlləhələri ilə Qafqasiya cümhuriyyətləri hüduduna yaxınlaşıyor, digər tərəfdən 

də Qafqasiya məmləkətləri daxilindəki firqə  təşkilatlarına qüvvət və  fəaliyyətləri 

ilə gərmi



 

veriyorlardı. Çiçerin

49

 Azərbaycan və Gürcüstan cümhuriyyətlərinə telsiz 



teleqrafla göndərdiyi notasında bu hökümətləri, ricət edən Denikin ordusunu 

tamamilə  məhv etmək üçün silah arkadaşlığına dəvət ediyordu. Bu nota, 

cümhuriyyətlərin istiqlalını tanımaq və müxadinət müahidəsi  əqdini istəməkdən 

ziyadə,  əhaliyi hökümət  əleyhinə  təhrikdən ibarət bir propağan hökmündə 

bulunuyordu. 

Azərbaycan Cümhuriyyəti (Gürcüstan kəza) kimsəyi kəndi ümuri-

daxiliyyəsinə müdaxilə etdirəmədiyi kibi, Rusiya ümuri-daxiliyyəsinə mütəəlliq 

Denikin ordusu təqibatına dəxi müdaxilə etmək arzusunda bulunmadığını qeyd ilə, 

aldığı notaya verdiyi cavabda, bolşevik Rusiyası ilə sülh və müxadinət təsisinə 

kəmali-məmnuniyyətlə mühəyya olduğunu bildiriyor və Azərbaycanın həqqi-

istiqlalını tanımaq səlahiyyəti-kamiləsini haiz Rusiya mürəxxəslərinin intixabını 

təklif ilə, Azərbaycan mürəxxəsləri ilə vaqe olacaq təlaqi məhəllinin dəxi təyinini 

istiyordu. Fəqət, Qızıl Xariciyyə naziri vəz olunan müəyyən məsailə sərih və qəti 

bir cavab verməkdən isə Azərbaycan ümuri-daxiliyyəsini tənqid edir, 

“İntibahnamə” qılıqlı notaları ilə əzham təşviş etməyi daha münasıb buluyordu. 

Bu notalar təati edildiyi sırada Denikin ordusunun bolşeviklərdən qaçan 

bəqiyyəsi, Kaspi filosu ilə  bərabər, Bakı limanına iltica ediyordu. Bir az əvvəl, 

1828 sənəsində münəqid “Türkmənçay” müahidəsinə istinadən, Azərbaycana 

müraciətlə Kaspi dənizində Rusiya bandirasından başqa bir bandiraya təhəmmül 

edəməcəyini söyləyən qüvvət  şimdi protesto etdiyi bayrağın sayəyi-əmanına 

sığınıyordu. Bu surətlə Denikin filo və ordusundan bir qismi hüquqi-beynəldüvəl 

məvaddincə silahını tərklə Azərbaycan hökümətinə iltica ediyordu. 

Denikin ordusunun şu surətlə inhilalı və Qafqasiya cümhuriyyətlərinə ilticası 

nəticəsində  şübhəsiz ki, Azərbaycan  ən müdhiş bir təhlukəyi adladıyordu. Fəqət, 

eyni zamanda da “atəşdən çıxıb alova düşüyordu”. 

Denikinin yerinə şimdi Lenin qüvvəti qaim olmuşdu. Bu da bir rus qüvvəti 

idi. Həm də bu qüvvət ötəki kibi deyil, ondan daha qorxunc bir qüvvət idi. Çünki 

ötəki qüvvətə bütün təbəqati-nas müariz və kəndisinə qarşı müdafi ikən, kimsədə 

onun düşmən bir qüvvət olduğuna  şübhə yox ikən, bu yeni öylə deyildi. Bunun 

iğfalkar  şüarları vardı. Bu, millətlərin hakimiyyətindən, istiqlalından,  Şərqin 

istixlasından bəhs ediyordu. Füqəraya cənnət vəd ediyordu. İmperialistlərə qarşı 

 

40



mübariz bulunan Türkiyəyə müavinət etmək üçün bir an əvvəl  əlini mübariz 

Anadolu əlinə verəcəyini vəd ediyordu. 

Bu sonki şüar bilxassə müəssir idi. Çünki Türkiyə  dərdi ilə yanan 

Azərbaycan qəlbinin həssas nöqtəsinə basıyordu. Bu şüar bilxassə bolşevikləri 

yalnız sözləri ilə tanıyan və kəndiləri ilə hesabları bulunmayan bəzi türk (Türkiyə 

mənasına) rical və zabıtanı üzərində pək böyük bir təsir icra ediyordu. 

Həm həqiqətən əhval nə mərkəzdə idi? 

İstanbulda misaqi-milliyi elan etmiş  məclisi-məbusan düvəli-mütəlifə 

komandanlığı  tərəfindən dağıdılmış, məbusandan mühüm bir qismi Maltaya 

göndərilmişdir. Türklüyün şanlı  qəhrəmanı Qazi Mustafa Kamal Paşa

50

 bir kaç 



sadiq yaranı

 

ilə  Ərzurum

51

  və Sivasın



52

 Hicra güşələrində, Anadolunun fədakar 

elində, bu günkü mühəyyirül-üqul bir zəfərlə tamamlanan hərəkati-milliyyəyi 

ehzar ediyordu. Bu hərəkatı, zühurunun ibtidasında boğmaq məqsədilə  hər növ 

silahi-müdafiədən təcrid edilmiş qüvayi-milliyyə üzərinə, minqeyri-həqq, düvəli-

müttəfiqə  tərəfindən kəndisinə  tərk olunan İzmirə  çıxan yunan ordusu, qeyri-

qabili-təsəvvür məzalimlə, Anadolunun bağrına doğru təcavüz ediyordu. Biri də 

dəxi ermənilər bütün Şərqi Anadoluyu təməllük etmək üzrə qüvayi-milliyyənin 

başı üzərindən Yunanıstana əl uzadıyorlardı.  

Böylə bir halda “Suya düşən ilana sarılır” fəhvasınca, Türkiyənin xilas və 

nicatına mətuf hərəkəti-milliyyə  zəmamdaranı dünya imperialistlərinə qarşı livai-

üsyan açmış bir vəziyyətdə bulunan Rusiya səmtinə baxıyor, oradan bir imdad 

ümid ediyorlardı. Rusiya ixtilalını idarə edənlər Türkiyənin bu təvəccöhündən və 

bu ehtiyacından pək qurnazca istifadə edəcəklərdi. Bu istifadə nəticəsində ən azı, 

əldən getmiş bulunan Qafqasiya, başda Bakı petrolları olmaq üzrə təkrar Rusiyaya 

iadə ediləcəkdi. 

Ortaya bir şüar atılıyordu: Bolşevik Rusiya kapitalın düşmənidir. Mübariz 

Türkiyə Avropa imperializmi ilə ölüm və dirim mübarizəsindədir. Ankara 

mübarizlərinə yardım etmək Moskvanın arzusudur. Bu yardımın təmini üçün 

Qafqasiyada bizə dost hökümətlər təsis eyləmək və bir an əvvəl Qızıl Orduyu 

Anadoluya sövq etməklə türklərə müavinət eyləmək lazımdır. 

İzmir fəlakətzadələri faidəsinə məmləkətin hər tərəfində ianələr toplamaqla 

məşğul və  qəzeələri ilə Türkiyənin matəmlərinə  iştirak edən Azərbaycan xalqı 

üzərində böylə bir propağanın nə kibi təsirlər icra edəcəyini və bu sürətlə nə kibi 

vəqaye ehzar olunacağını  təsəvvür ediniz. Bolşevik ağzından eşidilən bu sözlərə 

bir də, bu sözün başqa məqasidi-məxsusədən ibarət olmadığına qane görünən, 

Azərbaycanda müsafir və xidmətdə bulunan Türkiyəli zinüfüz qardaşlarımızın tövr 

və  hərəkətlərini  əlavə edərsəniz, o vaxt bolşevik lehində yapılacaq hər hanki bir 

ixtilalın nə cühülətlə vüquə gələ biləcəyini təqdir edərsiniz. 

Azərbaycan millətpərvərləri bolşeviklərin Rusiya daxilində qaldıqca  

qətiyyən müarizləri deyildilər.  İxtilalçı Rusiya ilə mübariz Türkiyə arasında hail 

olaraq Anadolu hərəkati-milliyyəsinə əngəl təşkil edən bir qüvvət dəxi deyildilər. 

Yalnız Azərbaycan Cümhuriyyətinin həqiqi istiqlalını tanımaq  şərtilə onlar 

bolşeviklər tərəfindən elan olunan şüarların səmimiyyətinə inana bilirdilər. Yoxsa 

 

41


“bütün  oyunun Xoca Nəsrəddinin yorğanı üstündə oynanacağına”  şübhələri yox 

idi. 


Bir tərəfdən türklüyün şanlı ələmdarını bütün Şərq tarixini digərgun edəcək 

əzim süqutdan qurtara biləcək təşəbbüsə mane olmamaq, digər tərəfdən də türklük 

aləminin bel kəmiyini təşkil edən növzad bir cümhuriyyəti kəndi əlilə qırmamaq – 

iştə iki böyük və  məsuliyyətli vəzifə!.. Bu iki vəzifəyi təlif etdirə bilmək üçün 

mütəcanis deyil, mütəmərkəz bir vəziyyətdə bulunan hökümət bu kibi xüsuslarda 

səri bir qərar alamayıb, həftələrlə davam edən bir böhrani-vükəla dövrəsinə girmiş 

oldu. 

*  *  * 


Hökümət hali-təzəbzüb və böhranda ikən Qarabağ hadisəsi zühur ediyor. 

Bayram gecəsi – Novruz bayramı – Şişə

53

 şəhərinin yaxınlığında vaqe “Xankəndi” 



deyilən  əsgəri qəsəbə bayrama məxsus bir zövq içində, zabitan məhfəli-əsgəridə 

gecəyi keçirməklə  məşğul.  Əsgərlər axşamdan bayram şənliklərinə  məşğul 

olduqdan sonra istirahətə dalmış, uyuyur. Bu əsnada ətraf köylərdə məskun erməni 

usatı bu gecəyi məxsus ehzar etdikləri süngülərlə mücəhhəz olduqları halda, gecə 

ikən bir basqın icra ediyorlar. Ansızın yapılan bu gecə basqını müdhiş bir plan 

üzərinə  tərtib edilmişdi. Bərəkət versin ki, mütəbəssir bulunan əsgərlər 

yataqlarından qalxaraq amansız düşmənlə  qırtlaq-qırtlağa gəliyor və  həmən 

komanda heyəti hadisədən xəbərdar olaraq basqın dəf olunuyor. 

Xankəndi üzərinə yapılan basqın ilə  bərabər, eyni saatda məşhur “Əsgəran 

keçidi” dəxi erməni usatı  tərəfindən işğal olunuyor. Əsgəranın tutulması ilə 

Qarabağın Bakı ilə olan xətti-müvasiləsi kəsiliyordu. Qarabağ valiyi-ümumisi 

hadisəni Bakıya bildiriyor, imdad istiyordu. Qışlanın ermənilər tərəfindən 

mühasirə edildiyini, imdad qüvvəti gəlməzsə süqutun mühəqqəq olacağını qüvvətli 

cümlələrlə ifadə ediyordu. Qışla süqut edərsə, bütün Qarabağın ermənilərin  əlinə 

keçməsi mühəqqəq ədd olunuyordu. 

Mövcud qüvayi-əsgəriyyənin  əvvəla bir qismi-mühümmü həmən  Əsgərana 

sövq olunuyor. Şiddətli bir müqavimətdən sonra ikinci hücumda Əsgəran keçidi 

düşməndən təthir və Xankəndi xilas oluyor. Ricət edən asilər daha yüksək dağlara 

çəkilərək müqavimətlərində israr ediyorlar. Asilər təqib olunuyor. Keşiş  kəndinə 

təhəssün edən ermənilər Azərbaycan əsgərləri tərəfindən əhatə ediliyor. 

Qarabağ  cəbhəsində hadisat bu surətlə inkişaf etməkdə ikən Ermənistan 

hüdudunda təhşidi-əsgəriyyə müşahidə olunuyor. Eyni zamanda, Qazax qəzasında 

da yeni bir cəbhə açılıyor. Burada da erməni qüvvəti ilə Azərbaycan qüvvətləri 

arasında müsadimələr başlıyor. 

Böylə ansızın və caniyanə bir surətdə vaqe olan hücum əhaliyi-İslamiyyəyi 

son dərəcədə  əğzab ilə  hər tərəfdə bir tağım hadisat zühuruna zəmin təşkil 

eyliyərək  Şamaxı,  Şəki və  Gəncə  qəzalarında erməni-müsəlman hadisati-xunin 

inkişaf ediyor. 

Böylə bir zamanda Dağıstanda kilitli qüvvətlərlə mütəhəşşid bolşeviklər 

zahirən pək müsəlləhanə bir sima göstərməklə, hadisata intizar edib duruyorlar. 

Eyni zamanda da bolşevik mürəxxəsi-tüccarisi Solovyov Bakıda Azərbaycan 

höküməti ilə petrol mübayiəsi məsələsinə aid xüsusatı müzakirə etməkdə idi. 

 

42


Qarabağ hadisatı üzərinə iniqad edən məclisi-məbusan cələsələrindən 

birisində bolşevik məbus Qarayev

54

 “Qarabağda zühur edən bu hadisə mötəliflərin 



bizi boğmaq üçün sarıdığı zəncirlərdən bir halqadır. Bu halqanı Azərbaycan kəndi 

qüvvətiylə parçalayamaz. Buraxınız,  Şərq millətlərinin hüququnu müdafiə edən 

Qızıl Ordu gəlsin də, Qarabağ üsyanını yatırsın. Daha sonra Anadoluya imdada 

getsin” diyordu. Qarayev bu sözləri söylərkən məbusanın müsafirlərə  məxsus 

lojasında duran türkiyəli qardaşlarımızdan məsul birisini görüyordum ki, ciddi 

təsdiq və təqdir əlamətləri göstəriyordu. 

Erməni üsyanından bir az əvvəl digər bir hadisə  dəxi zühur eyləmişdi. 

Azərbaycan Kommunist firqəsi namı ilə toplanan ixtilal komitələrinin, höküməti 

devirmək qəsdilə bir üsyan yapmaq niyyətində olduqları hökümətcə kəşf olunmuş, 

təqibata başlanmış, bu təşkilata mənsub zəvatın həmən kafəsi öyrənilmiş  və 

əvamili-mühümməsindən bir kaçı  təhti-tovqifə alınmışdı. Erməni üsyanı ilə bu 

təşkilat arasında sıxı bir münasibət olduğu dəxi Moskvaya gedən erməni sosial-

demokratlarından Piromov ilə Zaxaryanın Moskvada müntəşir rusca “Həyati-

miləl” qəzetəsində

55

 mündəric məruzələri ilə müsəbbətdir. 



 

VIII 


BOLŞEVİK İSTİLASI 

 

Həftələrlə davam edən böhrani-vükəla nəticəsində bütün firəqi-siyasiyyənin 



müvafiqətilə yeni kabinənin təşəkkülü Hacınski Məhəmməd Həsən bəyə  həvalə 

edilmişdi. Məhəmməd Həsən bəy bolşeviklərdən Azərbaycanın istiqlal və 

təmamiyyəti-mülkiyyəsinə aid təminati-mühümmə almaq üzrə mübariz Türkiyə ilə 

ixtilalçı Rusiya arasında hər iki tərəfə dost bir hökümət təşkil edəcəkdi. Bu 

məqsədlə daha yeni kabinənin təşəkkülünü bəkləmədən məxsusi bir heyəti-

mürəxxəsə  dəxi bolşeviklər nəzdinə ezam edilmişdi. Bu heyət Rusiyanın möhtac 

olduğu məvaddi-iqtisadiyyəyi təmin etmək surətilə bolşeviklərdən istiqlal və 

təmamiyyəti-mülkiyyə babında təminati-siyasiyyə almaq üzrə müahidəyə 

səlahiyyətdar idi. 

Vəziyyət böylə bir intizar halında ikən ansızın bolşevik  əsgərinin hüdudu 

təcavüz etdiyi xəbər alınıyor. Nisanın 26-da gecəynən vaqe olan bu hadisə 27-

sində sabahilən məhafili-siyasiyyədə  əyan olunca hər kəs heyrətlər içərisində 

məbhut qalıb şaşırıyor. Hüdudda bulunan əsgərlər, qüvayi-külliyyələri Qarabağ və 

Qazax cəbhələrində məşğul olduğundan 60 min miqdarında təcavüz edən düşmənə 

qarşı iki saat qədər müqavimət göstərdikdən sonra ricət etmək məcburiyyətində 

qalıyorlar. 

O gün axşama doğru  şəhərin mühafizəsinə  məxsus könüllü əhalidən təşkil 

olunan və zabitanı  sırf türklərdən təşəkkül edən “Yardım alayı”nın, yenə türk 

zabitan tərəfindən

56

 idarə olunan zirehli avtomobillərin və filoda xidmət edən  



Osmanlı zabitlərindən bir qisminin bolşevik lehində olduqları, daha təşəkkül 

etməmiş bulunan yeni kabinə ilə, istefası  qəbul edildiyi halda, ümuri-höküməti 

daha dur və təslim etməmiş bulunan əski kabinə arasında asılı duran hökümət və 

onunla bərabər məclisi-məbusan Azərbaycan Kommunist firqəsinin ultimatumu 

 

43


qarşısında bulundu. Bu ultimatum, hökümətin Azərbaycan Kommunist firqəsi 

Mərkəzi Komitəsinə təslimini tələb etməklə bərabər, Azərbaycan istiqlalının təhti-

əmniyyətdə bulunacağını  və hökümətin ruslara tərk edilməyəcəyini təmin 

ediyordu. Məclisi-məbusan tərəfindən bütün firqələrin müməssillərini came olmaq 

surətilə intixab olunan komission ilə Kommunist firqəsi mürəxxəsləri arasında 

təqərrür edən şəraitə görə: 

1. Rus ordusu Bakıya girmədən, dəmir yolu ilə doğru Anadolu imdadına 

gedəcək.  

2. Azərbaycan istiqlal və  təmamiyyəti-mülkiyyəsi hər növ təərrüz və 

qüyuddan məsun qalacaq. 

3. Azərbaycan ordusu olduğu kibi qalıb inhilal etdirilməyəcək. 

4. Azərbaycan firəqi-siyasiyyəsi-hürriyyət və  sərbəstilərini mühafizə 

edəcəkdi. 

5. Sabiq rical, əzayi-hökümət və məbusandan kimsə cürmi-siyasi ilə ittiham 

edilməyəcək. 

6. Kəmali-sərbəst ilə toplanacaq Azərbaycan  Şuraları hökümətin  şəkli-

idarəsini təyin qılacaq idi

57



Eyni zamanda, müsafirətən Bakıda bulunan Osmanlı türklərindən bir qisim 

məsul zəvatın ağzından işaə olunuyordu ki: “Gələn Qızıl Ordu komandanı Nicati 

bəy namında bir türkdür. Bu ordunun qitəatı miyanında türk üsərai-hərbindən 

mütəşəkkil alaylar var. Bir çox qitəat dəxi Volqaboyu türklərindən ibarətdir. Bu 

ordu həyat-məmat mübarizəsi içində bulunan Anadolunun müavinətinə qoşuyor. 

Bu qüvvətə qarşı göstəriləcək müqavimət Türkiyənin xilasını  əngəl edəcək bir 

vəqə ola bilər ki, böyük türklük və islamlıq nöqteyi-nəzərindən bir xəyanətdir”. 

Bütün bu şərtlərin ertəsi günü yırtılacağı mühəqqəq idi. Söylənən sözlərin 

dəxi birər siyasi xüd’ədən


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin