Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix31.01.2017
ölçüsü0,83 Mb.
#7136
1   2   3   4   5   6   7   8   9

 

başqa bir şey olmadığı aşkar idi. Məmafih bu vüzuh bir 

çoxları üçün məşkuk idi. O anda iğfal olunanlar pək çoxdu. 

Məmafih bütün bu şərtlərə riayət edilməyəcəyini, haqq və istiqlalımızı 

tanımaq surətilə Anadolu imdadına gedəcək qüvvətə yollarımızın açıq 

bulunduğunu, fəqət, bizə sormadan sərhəddarlarımızı torpaqlara sərərək 

məmləkətimizə girən hər hankı bir qüvvəti dost deyil, düşmən kibi qarşılamaq 

lazım gəldiyini məclisin kəndi qərarı ilə deyil, yalnız düşmən süngüsü ilə haqqını 

axıra tərk edə biləcəyini bəyanla protesto edən olmuşsa da

58

, əksəriyyəti-məbusan 



hadisati-məluma təsir və  təhdidi altında saliffüzzikr şərait daxilində höküməti 

Azərbaycan Kommunist firqəsinə qapdırmaq məcburiyyətində qalmışdır (27 nisan 

1920). 

Nisanın 28-dən etibarən üç rəngli Azərbaycan bayrağı qismən Qızıl Sovet və 



qismi-əzəmi də Osmanlı bayrağına əvəz edilmişdi. 

Milis başında, yardım alayında,  şəhər komandanlığında və digər 

məsuliyyətli məqamlarda bulunan türk (Osmanlı) nam və imzası ilə  çıxan  əmri-

yovmilər, bəyannamə və elanlar gözə çarpıyordu. Öylə bir təsir hasil oluyordu ki, 

ixtilalı yapan təcavüzkar rus ordusu deyil, Osmanlı türkləridir. “Müsavat” 

höküməti devrilmiş, yerinə Türkiyə höküməti qurulmuşdur. Avtomobillərdə 

şəhərin müxtəlif səmtlərinə qoşan Osmanlı zabitanı  həqiqətən bu zəhabı  təqviyə 

 

44



edəcək bir mahiyyətdə idi. Daha ziyadəsi ixtilalın  əqəbində Türk komissarlığı 

namilə  təşəkkül edən müəssisə namına nəşr olunan bəyannamələrlə türk 

kommunistləri tərəfindən nəşr olunan “Yeni dünya” qəzetəsi

59

 bu “Əmri-xeyr”in 



kəndi təşəbbüsləri ilə vüqu bulduğunu yazdıqdan sonra “İngilisçi Müsavatı 

devirməklə iki məqsəd təqib edildiyini” izah ediyorlardı: 

 

1.

 



Azərbaycanın xilası. 

2.

 



Həyatı üçün mübariz bulunan Türkiyəyə ixtilalçı Rusiyanın müavinətini 

təmin. 


“Türk mürəxxəsliyi”nin bəyanına görə birinci məqsəd hasil olmuş, ikinci 

məqsədin hüsulu üçün də Xəlil paşa Moskvaya ezam edilmişdi

60

. Filhəqiqə iki gün 



əvvəl Xəlil paşa Bakıdan Moskvaya mütəvəccihən əzimət eyləmişdi.                                        

                                              *    *    * 

Azərbaycan zərb-məsələsidir: “Yalanın ömrü az olur”

61

. Bu “Əmri-xeyir” 



yalanının ömrü də bir həftə sürmədi. Rusiya Qızıl Ordusu yuxarıda məzkur şəraitin 

mürəkkəbi belə qurumadan, mayısın birində Bakıya girdi. Eyni zamanda, şəraiti-

məzkurə xaricində, dəmir yolu ilə Anadolu hüduduna doğru getməyərək, müxtəlif 

yollarla məmləkətin sövqülceyş nüqatını tutmağa başladı. 

Bakının Qızıl Ordu tərəfindən işğalından iki gün sonra Türk komandanlar 

rus yoldaşlarla əvəz edildi. Fəqət, iş bununla da qalmadı. “Əmri-xeyir”i təsid edən 

nə qədər Osmanlı zabiti varsa, həpsini ya həbs və yaxud qapı dişarı etdilər

62



Şəraitnamənin digər maddələri də eyni qəzaya uğradı. Ordunun zabitanını 

həbsə və kəndisini müxtəlif bəhanələrlə dağıtmağa başladılar. Əski rical və sabiq 

məbuslar birər-birər tovqif edildi. Bir qismi də  məmləkəti tərk eyləmək 

məcburiyyətində qaldı. Gözdə  nə  qədər münəvvər varsa, həpsi sıxı  tərəssüd və 

tovqif altına alındı. Şəhərin mötəbəranı və yüksək məmuriyyətində bulunan zəvat 

sokak süpürmək, çöplin və sairə təmizləmək kimi işlərdə cəbrən istixdam edildi. 

Hökümətin ən məsul mövqelərini rus, erməni, gürcü və türk olmayan əmələ 

ilə xaricdən gələn yabançılara verdilər. Qızıl Ordunun təşkilati-məxsusəsinə tabe 

“ÇK”lar təsis edildi. Müqabili-ixtilal təşkilat şəxslərə qarşı mücadilə edən bu qanlı 

müəssisə müdhiş bir surətdə edamlara başladı. Pankratov

63

 namlı bir cəlladın ismi 



hər kəsi titrədiyor, edam edilənlərin saya gəlməz listələri hər tərəfə dəhşətlər ilqa 

ediyordu. 

Artıq hər kəs aldandığını görüyordu. Bu xüsusda aldananlar yalnız Osmanlı 

müsafirlərimiz deyildi. Bolşeviklərdə bütün aləmi-İslamın müncisini görən və buna 

görə  də bütün qüvvətini kəndilərinə  təqdim edən “İttihad” firqəsinə bolşevik 

qəzetəsi “mucibi-ar bir müttəfiq” deyə

64

 müqabilə etdi. Müsavatçılardan bir qismi 



dəxi sol müsavatçı namilə vəziyyətə, bir dərəcə olsun, icrai-təsir etmək istədilərsə 

də kəndilərinə “İlanın ağına da, qarasına da lənət” dedilər. 

Bir ay əvvəl müsavatçı  və sair millətpərvəranın təxmin eylədikləri təhlükə 

bütün üryanlığı ilə zühur ediyordu. Rus bolşevikləri  əski Rusiya hüdudlarını 

tutuyorlardı. 

Ixtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir 

istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi. Türkiyəyə gediyor – deyə 

 

45



təhəmmül eylədiyi rus ordusunu məmləkətində  fəsad iqa etməklə bir davam 

görüncə, sevgili ordusunun, kəndisinə hər yürüşü ilə dünyalar qədər ruh və izzəti-

nəfs edən bu gənc  əsgərlərin mürəttəb bir surətdə dağıldığını, münəvvəranının 

kəndisi ilə münasibətdən mən edildiyini, sərvət və samanının yağmaya getdiyini, 

ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb 

xalq təhəmmül edəmədi. Üsyan etdi. 

Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz 

Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın 

şəhəri bu dəfə  də  kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə 

qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını  təslim etməmiş bulunan 

Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam 

etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə  gəldi. 

Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər 

süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə  kəsilən  əhali 

müdhiş bir qətli-ama məruz qaldı.  Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk 

edilmədən irz və namus buraxılmadı. 

Gəncə üsyanı ilə  bərabər Tərtər, Ağdam,  Şuşa qəsəbə  və  şəhərlərində 

bulunan Azərbaycan qitəati-əsgəriyyəsi dəxi  ətrafdakı  əhalinin üsyanına birər 

mərkəz və  məbdə  təşkil ediyordu. Tərtərdə  Qızıl Ordunun bir alayı  məhv edildi. 

Ağdam da kəza, olduqca mühüm tələfat verdilər. Qarabağ,  Şəki, Zaqatala, 

Lənkəran, Quba və sair yerlər dəxi bir kaç kərə üsyan etdi. Lənkəran qəzasındakı 

üsyanlar aylarla davam eylədi. Zaqatala və  Şəki üsyanları  pək qanlı bir surətdə 

basdırıldı. Biz burada az-çox mühüm bir miqyasda zühur edən üsyanları qeyd 

ediyoruz. Yoxsa üsyan edilməyən bir yer qalmamışdır. Xainanə bir surətdə 

endirilən zərbəyi-ani ilə qüvayi-təşkiliyyədən məhrum və qeyri-müntəzəm bir 

surətdə zühur edən bu hadisələr miyanında öylələri var ki, həqiqətən də birər 

dastani-həmasətdir.  

Azərbaycan Cümhuriyyətinin tarixini yazacaq müvərrix bu üsyanları tədqiq 

və  təfsilatı ilə,  əlbəttə, təhrir edəcəkdir. Bu üsyanların bihudə olduğunu və 

səlaməti-ümumiyyəyə  zərər gətirdiyini iddia edənlər var. Fəqət, bu üsyanlar dəxi 

olmasa idi, Azərbaycan xalqı bilməm hankı  vəqələrlə  kəndi namusunu müdafiə 

etmiş olduğunu isbat edəcəkdı?! 

Azərbaycanlı nasıl üsyan etmiyə idi ki, yunan qarşısına gediyor – deyə 

Vətəninə bir dost və müttəfiq kibi girən bir orduyu məmləkətdə qardaşı-qardaşına 

saldıran istilakar və zalım bir qüvvət olaraq görüyordu?! Gənc Azərbaycan əsgəri 

nasıl görə idi ki, zabitan və ümərasını heç bir səbəb olmadan həbslərə  tıxayor, 

beqeyri-həqq qurşuna diziyorlardı?! Vicdani-nas nasıl təhəmmül edə idi ki, 

namuskaranə xidmət etməkdən başqa günahı olmayan fədakar məmur və generallar 

qurşuna diziliyor, millətinə  mərbutiyyətlərindən başqa cinayətləri bulunmayan 

müəllimləri, mühərrirləri, münəvvər gəncləri, hətta müəlliməyi belə istisna 

etməyərək caniyanə bir surətdə məhv ediyorlardı?!... Xalqın səbri nasıl daşmıya idi 

ki, vaxtilə rus çarizmi tərəfindən türk üsərasına bir məqtəl təşkil edən Bakı 

limanındakı adları, bu dəfə türk dostluğu namına hərəkət edən xain bir qüvvət 

Azərbaycan gəncliyinin məzarı halına qoyuyordu

65



 



46

Azərbaycan xalqı nasıl tab və  təhəmmül göstərə idi ki, adət və  ənənatına 

müğayir bir üsuli-idarə təsisi ilə rus mujiki kəndisinə təsəllüt ediyor və tanımadığı, 

bilmədiyi  ədaniyi başına hakimi-mütləq kəsdiriyorlardı?!... Kəndi həyati-milliyyə 

və adəti-diniyyəsi ilə yaşayan bir müsəlman nasıl rəva görə idi ki, ailəsinə, hərimi-

ismətinə yabancılar giriyor, ismətli bir müsəlman ailəsinin bulunduğu otaq ilə 

qonşu – əksərən mədxəlləri də müştərək – daxili Rusiyanın bilməm hankı 

güşəsindən gəlmə bir Qızıl Ordu zabiti iqamət etdiriliyor, sənələrdən bəri təsis 

edən etiyadadi-milliyəyə kommunizm təşkilatı naminə  təsəvvürü qabil olmayan 

zərbələr endiriliyordu?!.. 

İştə, dost deyə məmləkətə girən bir qüvvətin bir aydan daha az bir təcrübə 

ilə  mənən və maddətən müdhiş bir qüvvəyə istila olunduğunu görüncə, bittəb 

uyquda ikən üstünə kabus çökən bir adam kibi, Azərbaycan xalqı yerindən kəmali-

vəhşətlə qalxmışdı. 

Artıq millət qiyam etmişdi. 

Namus və milliyyət müdafiəsi namına zühur edən bu qiyamı, üzünə ixtilal 

və hürriyyət maskası taxan rus qüvvəti Nerona rəhmət oxutdutracaq bir şiddət və 

zülmlə basdırıyor, hər tərəfdə  fəaliyyətə başlayan ÇK-lar gecə-gündüz qanlı 

işlərinə davam ediyorlardı. 

Vürudunun ilk günlərində  “İxtilalın qansız olduğuna” təəssüf edən bu 

xunxar qüvvət artıq cəlladlıq zövqünü tətmin üçün fürsət bulmuşdu. Yalnız üsyan 

zühur edən yerlərdə deyil, üsyan ilə  əlaqədar olmayan yerlərdə  dəxi qurşuna 

dizilənlərin hədd və hesabı yox idi. Gəncədə üsyan zühur edincə, Bakıda mövcud 

mövqufunun  əksəri öldürüldü. Şəhərlərdə, böyük qəsəbələrdə mövcud mötəbəran 

“milliyyətpərvərlik kökünü birdəfəlik kəsmək üçün” həmən sorğusuz və sualsız 

qurşuna dizildi. Bu qurbanların qismi-mühümmi zabit, mühərrir, müəllim, doktor, 

tələbə, məmur və sair bu kibi münəvvərandan idi. Azərbaycanın həqiqi diktatoru, 

cəlladbaşı Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi. ÇK 

məmurunun füzulluğu o dərəcəyi bulmuşdu ki, Azərbaycan komissarları  rəisi 

bulunan Nəriman Nərimanovun kəndisini belə tovqif eyləmişlərdi. 

Bu təqibat üzərinə Azərbaycan milliyyətpərvərliyi fikrindən ayrılamadıqları 

üçün bolşeviklikdən qaçan və  təkrar fürsət bulub da istiqlallarının iadəsi üçün 

mübarizəyə hazırlanan övladi-vətən  şimdi  İrana, Türkiyə  və bütün Avropa 

məmləkətlərinə iltica eyləmiş, müsaid bir zamanı bəkləyib duruyorlar. 

Yuxarıda məzkur üsyanları  və  əksəriyyən də  kəndiləri tərəfindən bilxassə 

uydurulan hərəkətləri bəhanə ilə bolşeviklərin Azərbaycan bilad və  qəsəbəsinə 

verdikləri təxribat Yunanıstanın Anadoluya verdiyi xərabədən aşağı qalmadığı kibi 

və  Gəncədə ehdas olunan faciədə  İzmir faciəsinin pək donunda deyildir. Bu 

hadisələrdə aclıq və  səfalət üzündən ölənlər müstəsna, yalnız təngil və  cəza 

dəstələri tərəfindən qətl olunanların miqdarı on min miqdarını mütləqən 

keçməkdədir. 

*  *  * 

“İxtilal”, höküməti Azərbaycan kommunist firqəsinə vermişdi. Bu hökümət 

qurnazca, kamilən müsəlman  əzadan təşəkkül etmişdi. Hökümət rəisi Nərimanov 

əskidən Azərbaycanca bir az məruf bir sima idisə  də, digər arkadaşları tamamilə 

 

47


törədi idilər. Həqiqətdə isə  əsl siyasət çevirən qüvvət Kommunist Firqəsinin 

Azərbaycan heyəti-mərkəziyyəsi katibi, Qızıl Ordu komandanlığı  və ÇK idi ki, 

bunlar tamamilə ruslarla sair əcnəbilərdən ibarət idi. 

Ilk günlər xalqın iğfalı üçün yapılan manevrlər yalnız böyük və  əsgəri 

məmuriyyətlərin Osmanlı türklərinə tovcihi ilə qalmadı. Məluma, Qızıl Ordu 

erməni üsyanını dəxi birdəfəlik bitirəcək, yolunu təmizləyərək Anadolu imdadına 

gedəcəkdi. Buna görə  də Qarabağda daha müqavimət göstərməkdə olan erməni 

asiləri üzərinə hücum edildi. Eyni zamanda, Gürcüstan dəxi təhdid edildi. Fəqət bu, 

zahirdə Azərbaycan siyasəti-milliyyəsini müdafiə etmək maskası, yalnız 

Ermənistanın bolşeviklər tərəfindən istila edilməsinə  qədər dağıldı. Ermənistanda 

dəxi bolşevik höküməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar 

ağzilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını mütəntən bir 

surətdə Ermənistana hədiyyə etdi. 

Gürcüstan ilə açılan müharibə  dəxi sülh ilə  nəticəpəzir oldu. Gürcüstanı 

təhdid edən Azərbaycan bolşevik höküməti yapdığı bu sülhdə “Müsavat” höküməti 

ilə Gürcüstan menşevik höküməti arasında  əvvəlcə mövcud bulunan etilafa görə 

qəti surətdə həlli hökmə həvalə olunacaq Borçalı ərazisini bilatərəddüd Gürcüstana 

tərk etdi və  əskidən Azərbaycan  ərazisindən olduğu Gürcüstanca təslim olunan 

Zaqatala  ərazisi üçün hökmə müraciət eyləmək formulunu qəbul eylədi. 

Azərbaycanın siyasi mənfəətləri naminə  hərbə başlayan hökümət, nəticədə 

məmləkət qitələrini hədiyyə etməklə sülh yapıyor, dəlil olmaq üzrə  əmələ üçün 

hüdud fərqi olmadığını irəli sürüyordu. Həm həqiqətən də Rusiya üçün bir qəzanın 

ermənidəmi, yoxsa türkdəmi qaldığının nə  əhəmiyyəti ola biliyordu!... Yetişir ki, 

bunlar həpsi Rusiyada olsun və ortadakı ixtilaflar həll edilsin. Bu həlldə qeyb edən 

müsəlman olursa, nə əla! 

Bolşevik siyasətinin qurnaz manevrlərindən birisi də ixtilalı mütəaqib Lenin 

tərəfindən Azərbaycanın istiqlalını mübəyyən bir teleqrafın nəşri ilə Azərbaycan 

höküməti və üsyan edən  əmələ  və köylüsü namına Qızıl Ordunun Azərbaycana 

dəvəti keyfiyyəti idi. Bu dəvət  əksəriyyən Çiçerin tərəfindən məqami-müdafiədə 

zikr olunaraq, öylə  təsir hasil etdiriliyor ki, Qızıl Ordu Azərbaycana 

azərbaycanlıların dəvətilə gəlmişdir. Halbuki dəvət edən də kəndiləri, icabət edən 

də kəndiləridir. 

Zahirdə böylə sözlərlə göz qapayan həriflər, batində Azərbaycan ixtilalından 

mətlub bulunan əsl məqsədləri təsviyə etmək üçün Şaxtaxtinski Behbud

66

 ilə 


Azərbaycan Cümhuriyyəti-milliyyəsi tarixi-süqutunun ən məsul faili bulunan 

Hacınski Məhəmməd Həsən Moskvaya getmişlərdi. Bunların Moskva səfərini xalq 

arzusu vəchlə  təvil ediyordu: “Getmişlər Leninə söyləsinlər ki, bu idarə 

Azərbaycana yaramaz!” Halbuki, onlar daha çox zaman təfsilatı hər kəsdən, hətta 

Azərbaycanlı kommunistlərdən belə qapalı saxlanan bir taqım müahidələr  əqdilə 

övdət eyləmişlərdi. Yalnız Şaxtaxtinski imzasını havi bulunan bu müahidələrə görə 

Azərbaycan ümuri-əsgəriyyə, xariciyyə, iqtisadiyyə  və iaşəsinin tənzimini 

tamamilə Rusiyaya veriyor, eyni zamanda, dəmir yolları ilə petrol müəssisatının 

idarəsini dəxi ona tərk ediyordu. Bu müahidələrə görə Azərbaycan iqtisadi 

məsələlərdə və hətta iaşəyə aid xüsuslarda Rusiyada nəşr olunan cümlə dekretləri 

 

48


eyni ilə Azərbaycana tətbiq etməli idi. Tedad etdiyimiz nəzarətlərin Azərbaycan 

komissarlar heyətində birər mürəxxəsi bulunacaq və bu mürəxxəslərin kəndi 

nəzarətlərinə aid məsaildə rəyləri bütün heyət əzasının rəyləri fövqündə olacaq idi. 

Halbuki Azərbaycanın Moskva hökümətinə heç bir növlə iştirakı yox idi. 

Azərbaycanın həqiqi sərvəti olan petrola gəlincə, bütün petrol Rusiyanın 

yədi-inhisarına alınıyor, bundan yalnız bir qismi, Azərbaycan daxilindəki sərfiyyat 

ilə Türkiyə  və  İran bazarına ixrac edilmək üzrə Azərbaycan hökümətinin kəndi 

idarəsinə buraxılıyordu. Bi miqdarın təyini dəxi Moskva baş məhruqat komitəsinin 

rizasilə  təyin olunacaqdı. Demək ki, Moskvanın iradəsi hasil olmadan müstəqil 

Azərbaycan köylüsü külbəsində yakacaq lampanın işığını istədiyi kibi 

qullanamazdı. Həm həqiqətən Bakı həbsxanasında bulunduğum zaman, qəzetlərdə 

Bakı ilə həmcivar qəzalardan birisində köylü üçün təsis olunan gecə məktəblərinin 

petrol olmadığından dolayı  məəttəl qaldığını oxumaqla heyran qalmışdım. Fəqət, 

nə yaparsan ki, eynini zirpərdeyi-xəfada saxladıqları bu müahidələri Bakıda çıxan 

kommunist mətbuatı və o sırada iniqad edən Azərbaycan sovetlər konqresində söz 

söyləyən həyasız xətiblər Azərbaycan istiqlalının təqviyəsi  şəklində  təfsir 

etmişlərdi. 

Məsələ yalnız məmləkətin mənabei-iqtisadiyyəsini əldə etməklə qalmıyordu. 

Az-çox baqi qalan Azərbaycan əsgəri dəxi dağıdılıyordu. Bir qisim qitəatı müqabil 

inqilabçı deyə dağıtmış, geridə qalan mövcudiyyəni də Azərbaycan ixtilalını 

mütəaqib bolşeviklər tərəfindən  İran üzərinə yapılan təcavüz səfərinə 

göndərmişlərdi. Bu surətdə bolşeviklər həm Azərbaycan ordusunu itlaf ediyor, həm 

də Rəşt ilə Ənzəlidə yapdıqları vəqayeni azərbaycanlı əlilə icra etmək surətilə bu 

iki dindaş millət arasında əbədi bir nifaq və uçurum açmaq istiyorlardı. 

Rəsmi bolşevik təvilatına baxılırsa, bütün bunlar bittəb Şərq inqilabı naminə, 

Şərq millətlərini xunxar Avropa kapitalistlərinin  əsarətindən qurtarmaq üçün 

yapılıyordu. Bu məqsədlə Türkiyə Kommunist Firqəsi, İran Kommunist firqəsi və 

sairə təşəkkül ediyor, xilaskar kommunizm fikrinin bu məmləkətlərdə tərvici üçün 

macəraçı adamlardan mütəşəkkil müxtəlif təşkilat vücuda gətiriliyordu. 

Yenə bu məqsədlə Bakıda Şərq millətləri konqresi təşkil olunuyordu. Fəqət, 

Şərq məsələlərini həll etmək üçün toplanan bu ictimadə  məsələləri vəz və  həll 

edənlər nədənsə  həp Qərb sosialistlərindən ibarət idi. Məsələn, Macarıstanda 

inqilabı qaib edən Belakon gəlib də Bakıda  Əfqanıstan,  İran və Türkiyədə  tətbiq 

olunacaq  ərazi məsələsini həll ediyordu. Hər nə  qədər bu konqreyə  iştirak edən 

türkiyəli mürəxxəslərdən bir qismi naminə söz söyləyən mərhum Bəhaəddin Şakir 

bəy “Şərqin xilası  şərqlilərin kəndi  əli ilə olmalıdır!” diyordusa da, bu xitab 

internasional gurultusu içində  təsirsiz bir surətdə qayb olub gediyordu. Nəriman 

Astarxana doğru göndərilən petrol yüklü gəmiləri top əndaxtları ilə yola salarkən, 

“Bu, tarixin qeyd edəmədiyi ilk vəqədir ki, petrol poslasız və hesabsız olaraq 

Rusiyaya gediyor” deyordu. Eyni zamanda, sovet höküməti ilə burjua 

hökümətlərinin fərqini anladırkən: “O hökümətlərin gəlir və  çıxar dəftəri var, 

fəqət, bizim gəlir dəftərimiz varsa da, çıxar dəftərimiz yoxdur” deyordu. İştə bu əsl 

sərvətini bilaəvəz israf və  məsarifini dəftərsiz bir surətdə yapan hökümət, 

Azərbaycan kimi dünyada misli yox zəngin bir mənabi-sərvətə malik olan 

 

49


məmləkəti öylə bir halə  gətirdi ki, kəndisindən pək çox fəqir olan Gürcustana 

nisbət belə etibarsız bir hala gəldi. Bakı petrol ocaqlarında çalışan müstəhsilləri 

kəndi qaimələri ilə doyuran bir hökümət hasilatını kamilən Rusiyaya verir də, 

müqabilində Moskva kağız parası olsa belə, bir şey almazsa, bittəb bazarı qiymət 

və etibarı yox qaimələrlə doldurur ki, nəticəsi iflasdan başqa bir şey deyildir. 

Qərib bir cilveyi-şüun deyilmi ki, başına qonmuş hesab bilməz bir hökümət 

sayəsində Bakının petrolu əhalisinin fəqrini mucib oluyor?!.. 

Bu qədər siyasi və iqtisadi xüsranlar nəticəsində heç olmazsa məmləkət 

irfanca olsun qazandımı?... Əcəba, bu mümkün ola bilərmidi? Siyasəti iqtisaddan, 

iqtisadı irfandan ayırmaq qabilmi? Bir məmləkətin iqtisadiyyatını  bərbad, 

siyasiyyatını alt-üst edən qüvvətdən irfan naminə emar gözləmək qabil olurmu? 

İbtida üç ay zərfində bütün Azərbaycanın türkcə oxur-yazar bir mərtəbəyə 

isal ediləcəyi elan olundu. Pəki, amma kitab yox, müəllim yox... Ticarət mənindən 

dolayı işsiz qalan bir az oxuma, yazma bilən bəzirganları həmən kurslara aldılar. 

İki-üç həftə zərfində müəllim oldu – deyə öyrətdikdən sonra kağız üzərində məbzul 

bir surətdə açılmış bulunan məktəblərə  təyin etdilər. Sözdə  hər növdən bir çox 

irfan müəssisələri təsis olundu. Hətta başqa məslək sahibi olub da kommunizm 

tətbiqatından dolayı  işsiz qalan bir çox həvəskarları istifadə surətilə köylü ilə 

əmələyə yalnız yazma və oxuma deyil, sənayeyi-nəfisədən də bir bəhrə vermək 

istədilər. Musiqi məktəbləri, rəsm məktəbləri, rəqs məktəbləri, bilməm nə 

məktəbləri açmaq, əmələyi hər cəhətlə kamil etmək istədilər. Xülasə istədilər, 

istədilər, həp istədilər. 

Fəqət, aylar deyil, illər keçdi. İdarələr hala rusca. Konqrelər hala rusca. Az-

çox intizamla davam edən məktəblər rusca. Üç həftədə müəllim olan bəzirganlar 

şimdi adam əqilli,  əlbəttə, müəllim deyil, bir sovet bəzirganı. Musiqi müəllimi 

yenə  kəndi yazıxanasında ehtikarla məşğul.  Əskidən mövcud məktəblər bir hali-

pərişanidə. Yeni iqtisadi siyasət mucibincə  Nərimanovun nəzəriyyəsinə  rəğmən 

sovet hökümətinin  şimdi qayət böyük çıxar dəftəri vardır ki, bunun maarifə aid 

cədvəli, cədvəllərin  ən kiçiyidir. Əcnəbi Darülfününlarına artıq tələbə 

göndərilmiyor. Yalnız “Müsavat” zamanında göndərilən tələbələri geri çağırmaq, 

siyasətən müvafiq görülməmişdir

67

. Türkiyədən gələn müəllim və müəllimələrsə 



tamamilə geri dönmüşlərdir. Çünki şəraiti-mövcudə içərisində çalışmayı mümkün 

görməmişlərdi. 

Mətbuat və  ədəbiyyatın halınımı soruyorsunuz? İştə sizə nümunə: “Füqəra 

füyuzatı” namilə yalnız iki nüsxə çıxarıla bilən “ədəbi” məcmuənin komissarların 

fotoqraflarını havi nüsxəsində rəsmlər altına yazılan mənzum sətirlərdən birisi sizə 

feyzi-inqilabın nə kibi şahkar yaratdığını iraə edər: 

 

Bax şu Qarazadə Əli Heydərə, 



Töhfeyi-Şirvana, mələk-mənzərə. 

Bəhri-Xəzər, xütteyi-Azərbaycan, 

Görməmiş ömründə belə hökmran! 

 

 



50

Həm həqiqətən də böylə heysiyyətsiz bir hökmranı Azərbaycan heç bir 

zaman görməmişdir. Bütün mənası ilə qüruni-vüstai bir dövr yaşarkən belə 

Azərbaycan xanlarından hankısına hər hankı  qəsidəxan bir şair mədhiyyə deyə, 

böylə bir “töhfə” gətirsəydi, onun nə yaman bir həcv olunduğunu fərq edərdi. 

Fəqət “mələk-mənzər” hərbiyyə komissarı bunun fərqində deyildir. 

İrfan və  ədəbiyyatda ruhi-milliyi tənmiyyə edəcək cərəyanlardanmı maraq 

ediyorsunuz? Şu qədər biliniz, türkçülüyün möhtərəm şairi Məhəmməd Əmin bəy 

əfəndinin asari-milliyyətpərvəranəsi kütübi-zəlalədən olmaq üzrə bütün 

kitabxanalardan teyy edilmişdir. 

Əgər sırf türk yazısı ilə  çıxan mətbuata türkcə  mətbuat deyilirsə,  şimdiki 

Azərbaycanda bu var. Yox, mətbuati-milliyyədən məqsəd yalnız yazının zahiri 

deyil, ruhu, mündəricatı  dəxi murad isə, o halda, bolşevik Azərbaycanında 

mətbuati-milliyyə yoxdur. Vəqtilə  ağ padşahdan bəhs edər durur “Türküstan 

vilayətinin qəzeti”



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin