Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ



Yüklə 0.67 Mb.

səhifə3/9
tarix31.01.2017
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

 

etdi: “Təyini-müqəddarat haqqı  hər kəsin deyil, ərbabi-

səyindir” – deyə ortaya yeni təfsirlər çıxdı. “Azərbaycan muxtariyyəti 

demokrasinin deyil, xanların, bəylərin, ağalarındır” – deyə iddia dəyişdi. Lenin 

mərkəzdə mövqeyini möhkəmləndirdikcə vilayətlərdəki “həvarisi” həmən birər 

mərkəziyyətçi və böyük rusiyaçı şəkil və simasını almaya başladılar. 

Türkistandakı  qətli-am, Daşkənd hadisati-xunini, Krım faciəsi, Kiyevdəki 

qanlı vüquat, Kazandakı dəhşət həp bu üzdən hasil oluyordu

22



Azərbaycan muxtariyyəti artıq siyasi bir proqram şəklində meydana 



atılmışdı. “Müsavat” firqəsi ilə Mavərayi-Qafqas milli komitəsi bu proqramı təqib 

ediyorlardı. Bolşevik firqəsinin mürəvvici-əfkarı bulunan “Bakinski raboçi” 

qəzetəsi (Bakı əmələsi) bizimlə yapdığı bir münaqişədə: “Azərbaycan muxtariyyəti 

türk burjuaziyasının muxtariyyətidir. Bu muxtariyyətə  nə Rusiya burjuaziyası, nə 

də Rusiya demokratisi razı olur. Azərbaycan muxtariyyətini istəyən müsavatçılar 

nəticədə xarabazar bulurlar” – diyordu. 

Qəribədir ki, “Müsavat” məfkurəsinə qarşı bu surətlə təhdidkar bir vəziyyət 

alan bolşevik hökümətinin Mavərayi-Qafqasiya müməssili Şaumyanın cibində rus 

işğal ordusundan təxliyə edilən Türkiyə  ərazisi üzərində erməni muxtariyyətinin 

elanına aid Lenin imzasilə mümzi bir dekret bulunuyordu

23

. Bu dekretlə Şaumyan 



“əsrlərdən bəri məzlum erməni millətinin bəklədiyi amali-milliyyəni qüvvədən felə 

çıxarmaq” üçün erməni müəssisə  və  təşkilatına yardım etməklə müvəzzəf idi. 

Şaumyandakı bu vəsiqənin təsiri elə olmalıdır ki, bir ay əvvəl Bakı bələdiyyəsində 

rus məclisi-müəssisanını dağıdan bolşeviklərə qarşı bombalar, metralyozlar saçan 

“Daşnaksutyun” firqəsi Bakı “Sovet”i ilə  sıxı bir rabitəyə  və  əsgəri bir ittifaqa 

girmiş oldu. Şaumyanın təhti-idarəsində bulunan “Bakı  əmələ  və  əsgər soveti” 

erməni alayları  və “Daşnaksutyun” firqəsinin müavinətini təmin ilə müsəlman 

təşkilatına qarşı  şədid bir xətti-hərəkət ittixaz eylədi. Gözləri önündə  sərbəstcə 

 

20


gəzən erməni alayı  nəfərlərini görən müsəlman xalqı, müsəlman alayının təşkili 

üçün Tiflisdən göndərilən zabitanın “sovet” zabitəsincə tövqif edildiyinə  şahid 

olunca, bittəb qələyana gəliyordu. Bu surətlə gündən-günə çoxalan yandırım 

(məvaddi-ehraqiyyə), nəhayət, bir fəsad qığılcımı ilə tutuşdu; və 1918 sənəsi 

martın 17-dən 21-nə qədər davam edən qanlı mart hadisələrinə səbəb oldu. 

Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı  əməliyyatı 

Bakıda da tətbiq ediyorlardı.  Əmələ  və füqəra hakimiyyəti naminə “Müsavat 

firqəsi ilə “Milli müsəlman şurasına” elani-hərb edən “Bakı Soveti” erməni alayları 

ilə biliştirak 10000-ə  qərib müsəlman qətl etdi. Qətl edilənlər miyanında  əksəri 

əmələ və füqəra sinfindən olmaq üzrə minlərcə qadın, çocuq və silah daşımalarına 

imkan bulunmayan ixtiyarlar vardı. 

Bakı türk milliyyətpərvərliyinin mərkəzi idi. Rus partiyası bulunan bolşevik 

firqəsi bu mərkəzi dağıtmaq istiyordu. Bu xüsusda o, Rusiyanın türklərə qarşı 

ənənəvi bir müttəfiqi olan erməniləri buluyordu. Həqiqətən mart hadisəsi əsnasında 

vüqu`ə  gələn qətl, bir sinif mübarizəsinə  qətiyyən bənzəmiyordu. Bu, hər hangı 

bitərəf bir müşahid nəzərində silahi-müdafiədən məhrum müsəlman xalqının 

amansız bir surətdə  təcziyəsindən başqa bir şey deyildir. Toplar, metralyozlar, 

erməni  əsgərinin yaylım atəşləri, aeroplanlar və limandakı  bəhriyyə topları  həp 

müsəlman məhləsinə tövcih edilmişdi. Müsəlman məhləsinin başına od 

yağdırılıyor, cəhənnəm püskürtülüyordu. 

Əcəba müsəlmanlığın, türk məhəlləsinin qəbahəti nə idi?  

Bu qəbahət rəsmən “Müsavat” firqəsi ilə “Milli komitəyə”  ətf olunuyordu. 

Halbuki bu iki müəssisənin şu fəsad önünü almaq üçün icra eylədiyi təşəbbüslər

ittixaz etdiyi tədbirlər vəsaiqi ilə müsəbbətdir. Fəqət bir millətə elani-xüsumət 

etmək bolşevikliyə yaxışmazdı. Bunun üçün də onlar “Müsavatı” bəhanə, 

“Komitə”ni müxatəb tutuyorlardı.



 

Fəqət nəticə?.. On min qədər müsəlman  əmələ  və füqərası  məqtul... “Təzə 

pir” məscidi-camenin minarələri mərmi ilə  dəlinmiş, milli təşkilata məxsus 

“İsmailiyyə” xalq yurdu ilə türk əfkari-ümumiyyəsinin mürəvvici-əfkarı bulunan 

“Açıq söz” idarəxanası və “Kaspi” mətbəəsi yaxılmışdı. Əhaliyi-islamiyyə sıxı bir 

tədhişə məruz qalmış, bir çox münəvvəran tövqif və həbs edilmişlərdi. 

Bu fəci hadisədən sonra Bakı tamamilə Sovet idarəsinə keçmiş, Mavərayi-

Qafqasiyadan ayrılmış, Tiflisə qarşı müxasim bir vəziyyət almışdı. Bakının bu 

süqutu üzərinə Mavərayi-Qafqas müsəlmanlarını  təmsil edən Mərkəzi Müsəlman 

Komitəsi də dağılmışdı. 

Bu hadisədən sonra bütün Mavərayi-Qafqas müsəlmanlarının

 

təvəccöhü 

Tiflisdə iniqad edən “Seym” məclisinə tövcih edildi. 

“Seym” məclisində bulunan müsəlman  əza məxsus bir fraksion təşkil 

etmişlərdi. Bu fraksion əvvəlcə  sırf məsaili-təşriiyyə ilə müvəzzəf ikən, bə’də 

müsəlmanlara aid bilcümlə məsələləri dəröhdə etmək zərurətində qaldı. “Seym”in 

müsəlman  əzasının

 

xidmət edəcəyi məhəllərdən uzaqda bulunması mövcud 

müşkülata bir qat daha əngəllər əlavə ediyordu. Bu sırada vüquat bir taqım faciələr 

ehdasilə  vəziyyəti daha ziyadə  vəximləşdiriyordu. Mavərayi-Qafqasın Cənubi-

Qərbində vüqu bulan qanlı hadisələr nəzər-diqqəti cəlb ediyordu. Əvvəlcə rus 

 

21



ordusu tərəfindən hərb zamanında işğal olunan türk ərazisi daxilində, sonra da 

Qars və  İrəvan vilatyətlərindəki müsəlmanların ermənilər tərəfindən qətli-ama 

məruz qaldıqlarına aid yekdigərindən daha dəhşətli xəbərlər alınıyordu. 

Bir tərəfdən Bakı  qətli-amı, digər tərəfdən də  İrəvan və Qars hailələrinə



 

məruz qalan Mavərayi-Qafqas müsəlmanlarının o günlərdə keçirdiyi faciələr 

haqqında bir az fikir hasil etdirmək üçün 15 nisan 1918 tarixli salifüzzikr 

“Müsəlman fraksionu” məzbətəsindən müstəxrəc sətirləri aşağıda qeyd ediyoruz: 

“Tiflisə  gələn rum mühacirləri Qars vilayətindəki müsəlmanların halını böylə 

təsvir ediyorlar: Türk ordusu qarşısından ricət edən erməni  əsgəri qitələri və 

müsəlləh erməni qaçqınları  rəhgüzarlarındakı müsəlman köylərini yer üzündən 

silərək hər bir şeyi atəş və qılıncdan keçiriyor və təsəvvürü naqabil bir dəhşət və 

fəlakətə düçar ediyorlar. “Qalib” erməni ordusu hərbi qənimətlər, yəni süngü 

ucuna taxılmış südəmər çocuqlarla keçdikləri yollar üzərində müsəlman qadınlarını 

çıplaq soyunduruyorlar... rumların rəvayatinə görə bu cəhənnəm  əzabını görmüş, 

çıldırmış qadın və çocuqların ürək parçalayan iniltilərini, ixtiyarların ümidsiz 

nalələrini dinləmək üçün mafövqəlbəşər bir əzaba malik olmalıdır. Səksən iki 

köydən fəzlə bir sancaq bu təsviri naqabil fəlakətə dücar olmuşdur”

24



Zəngin Qars vilayətinin, kapitan Movsesyan ilə general Areşovun iqa 



etdikləri dəhşət və vəhşətlər üzündən vaqe olan xarabisi 1915 sənəsi hərbi-ümumi 

zamanında rus kazakları tərəfindən yapılan faciəyi unutdurmuşdu. 

İrəvan vilayətindən gələn xəbərlər dəhşət etibarilə bundan əskik deyildir. 

“Seym” tərəfindən  İrəvan



 

hadisatını  təhqiq və  fəlakətzədələrə müavinət məqsədi 

ilə göndərilən heyəti-mürəxxəsə  rəisi-vəkili  İbrahim ağanın raportuna nəzərən 

İrəvan


 

vilayətində 211 müsəlman köyü xak ilə yeksan edilib, qaçqınların 

(mühacirlərin) ədədi yüz minə varıyordu. 

Bu hadisələrin təsadüfi deyil, müstəqil Ermənistan qitəsindən milli bir 

əksəriyyət qazanmaq üçün mürəttəb bir plan üzərinə icra olunduğu təxmin 

olunuyordu. 

Şu surətlə inkişaf edən vaqayenin önünə keçmək, vəsaili-icradan məhrum və 

əsgəri bir qüvvətə istinad etməyən müsəlman “Seym” fraksionunun imkanı 

xaricində idi. Yapılan təşəbbüslər, bittəb, hadisatın miqyası ilə qeyri-mütənasib, 

müvəqqət çarələrdən ibarət idi. 

 

 

IV 



QARDAŞ TÜRKİYƏNİN İMDADI 

 

Bolşeviklər Azərbaycan türklüyünün Rusiya ixtilali-kəbiri tərəfindən dəxi 



elan olunan “təyini-müqəddarat” haqqından istifadəyə qalxdığını, Bakı 

sokaklarında axıtdıqları qanlarda boğmaq, “İsmailiyyə” binasında yaxılan 

hürriyyət məşəlini o möhtəşəm binanın  ənqazi-vərəmadi altında söndürmək 

istədilər. 

Böylə müdhiş bir cinayəti-tarixiyyə vüqu bulduğu zaman milliyyət fikir və 

idealını  təmsil edən müsəlman məbuslar Tiflisdə idilər. O zaman Tiflisdə iniqad 

 

22


edən “Seym” məclisi-müştərəki bər vəchi-məzkur, bir tərəfdən çarizmidən təvarüs 

edən Qafqasiya cəbhəsinə aid məsailin həlli, digər tərəfdən də Rusiyadan 

əbədiyyən ayrılaraq elani-istiqlal etmək məsələsini tədqiq və müzakirə etməklə 

məşğul idi. 

Seymdəki müsəlman məbusların bütün hümmətləri gərək cəbhə  məsailinin 

müsəlləhanə bir surətdə  təsviyəsi, gərək Qafqasiya istiqlalının bir an əvvəl 

qüvvədən felə  çıxarılmasına mətuf idi. Çünki Rusiyadan ayrı, müstəqil bir 

Qafqasiya təsisi üçün bundan daha iyi bir fürsət gəlməyəcəyinə qane idilər. 

Müstəqil bir Qafqasiya, yalnız Qafqasiya  müsəlmanlarının deyil, daima rus təhdidi 

təhtində bulunan digər İslam məmləkətlərinin dəxi mənafeyi iqtizasından idi. Bakı 

faciəsi zatən müsəlmanların bu siyasi “cinayətkar” təmayüllərinə müqabil, 

bolşeviklər tərəfindən tərtib edilən bir cəza idi. 

Bittəb, Bakı Tiflisin müavinətini bəkliyordu. Yalnız Bakı deyil, bütün 

Azərbaycan azərbaycanlılarının iştirakı ilə  təşəkkül edən “Seym” məclisi ilə 

Mavərayi-Qafqas hökümətinin bu müavinətinə intizar ediyordu. Fəqət, heyhat! 

Azərbaycanlı “Seym” əzasının yüksək səda ilə bağırıb-çağırması Tiflis 

hökümətinin həqiqi sahibləri olan gürcü menşeviklərinə lüzumunca təsir edəmədi. 

Gürcüstan daxilindəki bolşevizmi min şiddət və  qəhrlərlə basdıran bu əfəndilər 

Bakıya qarşı quru elani-hərb belə etmək istəmədilər. Gəncə milli müsəlman 

komitəsinin təşkil etdiyi istixlas ordusuna milyonlarla fişəng, onlarla metralyoz və 

bir kaç top vəd edilsə də, bu vədlər haqqı ilə tutulmadı. Tiflis mətbuatı isə Bakının 

Azərbaycan “başı-pozuq” qüvvəti ilə istirdadına qarşı “vəqeyi-irticaiyyə” – deyə 

protesto etdi. Nəhayət, “türk təhlükəsi varkən bolşeviklərlə müxasim olamayız” – 

deyə aldıqları bu qərib vəziyyəti əcib izah etdilər. 

Bu sırada “Seym”dəki erməni qisminin xətt-hərəkətini izaha ehtiyac 

varmıdır?.. 

Müsəlmanların intiqamından, Tiflisin müavinətindən qorxan üsyankar Bakı 

bolşevikləri  əvvəlcə  tədaföi bir vəziyyət almışkən bu dəfə  cəsarət peyda edərək 

təərrüzə keçmişlər idi. Başda Amazasp, Avetisov kimi erməni fədailəri və Petrov 

kimi rus topçuları olduğu halda, Gəncəyə doğru yürüyən bu mütəcaviz qüvvətdən 

əvvəli-əmrdə  Şamaxı mütəzərrər oldu. Əski  Şirvanşahların bu qədim paytaxtı bir 

həmlədə atəşə verilib məşhur tarixi cameyə varıncaya qədər yaxıldı. Yalnız erməni 

məhəlləsi salamat buraxıldı. Biləxirə, müqabil təcavüz yapan Gəncə qüvayi-

müdafiəsinin  şəhərə girib-çıxması üzərinə salamat qalmış olan bu məhəllə  də 

yandı. Yanmayan yalnız iki kilsə qalıyordu. 

Şamaxının düçar olduğu təcavuzə  Lənkəran, Salyan, Quba, Nəvahi və 

Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsnasında 

yaxılan xanimanların, qıyılan irz və namusların, kəsilən qarı-qocaların, yağmaya 

gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir faciə təşkil edir. 

Təhlükə artıq Gəncəyə  gəlmişdi. Bir tərəfdən Gəncə  təhti-təhdiddə ikən

digər tərəfdən də Qarabağ erməniləri Bakı bolşevikləri ilə birləşmək üzrə bir plan 

tərtib ediyorlardı. Azərbaycanın atəş ilə qılıncdan keçirilməsi planı!  

Məluma, Şaumyanın qəzetəsi “muxtariyyət deyil, xarabazar alacaqsınız!” – 

diyordu. 

 

23


Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə 

qalmışdı. Gəncə, öhdəsinə düşən bu ağır vəzifəni təkbaşına davam etdirəməzdi. 

Müdafiə günləri uzandıqca rişteyi-ümur  əldən çıxıyor, bolşevik  əlinə keçməyən 

yerlərdə dəxi  şiddətli bir itaətsizlik və anarşi zühur ediyordu. 

Bu surətlə həyat təhdid edən bir təhlükəyə qarşı hakimiyyətini qəbul eyləmiş 

Tiflis hökümətindən laqeydlik görən Azərbaycan əfkari-ümumiyyəsində pək təbii 

olarag bir iman doğuyordu. Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir 

çarə vardı: 

-

 

Türkiyə! 



Ümidlər həp oraya mətuf idi. “O qardaş millət gələcək, bizi düşmən əlindən 

qurtaracaq!” Xalqın bundan başqa bir ümidi qalmamışdı. 

Halbuki məsələ bu qədər də  bəsit deyildi. Kəndisini Rusiyadan ayrı, felən 

müstəqil bir halda idarə etməkdə olan Mavərayi-Qafqas Türkiyə ilə sülh əqd etmək 

istədiyi halda məqsədinə daha müvəffəq olamıyordu. Türkiyə, Mavərayi-Qafqas 

höküməti naminə Trabzona

25

  gəlmiş, 1914 sənəsi hərbindən  əvvəlki Qafqasiya 



hüdudunun ibqasını istəyən heyəti-mürəxxəsəyə “Brest-Litovsk” 

müahidənaməsinin

26

 tamamilə qəbulunu təklif ediyordu. Bu təklifə görə Mavərayi-



Qafqas höküməti vaxtilə türklərdən təzminati-hərbiyyə müqabil olaraq alınan Qars, 

Ərdəhan və Batum əlviyəyi-ülsəsindən sərf-nəzər etməlidir. Bu vilayətləri bolşevik 

höküməti Brest-Litovsk müahidəsi ilə  tərk eyləmişdir. Vəziyyət bu səfhəyə 

dönülüncə Trabzon müzakiratı olduqca ciddiləşiyordu. Ermənilərlə gürcülər “hərb 

etmədən Türkiyəyə  təslim olmayız” – diyorlardı. Bir tərəfdən bolşevizm, digər 

tərəfdən də erməni və gürcü cəngculuğu arasında qalan müsəlmanlar pək müşkül 

bir mövqedə bulunuyorlardı. Məmafih  əhvalın ciddiyyətini dərk edən Trabzon 

heyəti-mürəxxəsəsi erməni, gürcü və türk əzasının ittihadi-arası ilə Türkiyə 

ultimatumunu qəbula qərar vermişkən “Seym” məclisi gürcü menşevikləri ilə 

erməni daşnaklarının əksəriyyətilə hərbə qərar vermişdi. 

Konfrans inqitaə  uğramış, hərb başlamış, heyəti-mürəxxəsə Tiflisə övdət 

etmişdi. Fəqət heyət Tiflisə  gəlincəyə  qədər hərb də adəta bitmiş, Batum süqut 

eyləmiş, Qars mühasirəyə alınmışdı. 

Artıq təhəmmül etmək mümkün deyildi. Hərb durmalı, sülh əqd olunmalı, 

Mavərayi-Qafqas istiqlalı  rəsmən elan edilməlidir. Yoxsa biz ayrılır, kəndi 

başımızın çarəsinə baxarız – deyə “Seym”dəki müsəlman əzası son çarəyə təvəssül 

etmişlərdi. 

Yanlış macəraya qapıldıqlarını və Mavərayi-Qafqas xalqının böylə bir hərbə 

qətiyyən mühəyya olmadığını  dərk edən gürcülər dəxi bundan başqa bir çarə 

qalmadığına qane oldular. Cəngcu Qekçikori hökümətini

27

 iskat edib yerinə sülhcu 



Çengeli

28

 kabinəsini gətirdilər. Batumda yeni müzakirat başladı. Çengeli 



Trabzondakı türk mütalibatının artmayacağına ümidvar ikən, həqiqət təsəvvür 

elədiyi kimi çıxmadı. Batum ilə Qarsda tökülən türk qanına  İstanbul höküməti 

xunbəha olaraq yeni bir taqım  ərazi tələb ediyordu. Axısxa, Axalkələk, 

Aleksandropol

29

, Sürməli və Naxçıvan qəzaları bu tələbi təşkil ediyordu. 



Mavərayi-Qafqas heyəti-mürəxxəsəsi ilə türk heyəti-mürəxxəsəsi Batumda 

məşğuli-müzakirə ikən, Nuru paşa

30

 ilə bərabər məiyyətində bulunan bir kaç zabit 



 

24


–  İran və Qarabağ  təriqilə  Gəncəyə varid olmuşlardı. O zaman müdhiş bir 

anarşiyaya məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə  təhdid olunan Gəncə 

Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi. Xalqın 

kəndisinə yapdığı istiqbal Gəncə tarixində görülməmişdir. 

Batum müzakiratı bir çox müşkülata məruz qalıyordu. Müzakirat 

uzanıyordu. Gürcülər artıq Mavərayi-Qafqas höküməti cüzində qalmayı  kəndi 

hesablarına zərərli görüyor, əl altından Almaniya ilə anlaşıyorlardı. Türkiyə ilə 

müttəfiqi Almaniya arasındakı ixtilaf gürcülərə böylə bir hərəkatın müfid olacağını 

təlqin ediyordu. Nəhayət, əmr vaqe oldu. Mayısın 26-sında Gürcüstan, Mavərayi-

Qafqasiyadan ayrı  kəndi başına müstəqil bir cümhuriyyət təşkil etdiyini elan 

eylədi. 

Gürcülərin Mavərayi-Qafqas federasyonundan çıxmaları üzərinə höküməti-

müttəhidə parçalanmış idi. Bunun üzərinə Seymdəki müsəlman əzası dəxi, gürcülər 

kimi kəndilərini Azərbaycan şurayi-millisi elan etdilər. Iki gün sonra, mayısın 28-

də  şurayi-milli Azərbaycanın istiqlalını elan və bu keyfiyyəti 30 mayıs tarixli 

təmimi ilə bütün dövlətlərə bildirdi

31

.  Şurayi-milli elani-istiqlal ilə  bərabər 



Azərbaycan hökümətini dəxi təşkil eylədi. Ilk hökümət, Tiflisdə Azərbaycan 

hərəkati-milliyyəsinin düşmənləri tərəfindən qətl edilən mərhum Fətəli xanın təhti-

rəyasətində təşəkkül etmişdi. 

Mavərayi-Qafqasiya hökümətinin inhilalı ilə Batumdakı heyəti-mürəxxəsə 

dəxi bittəb inhilal eyləmiş, onun müqabilində Azərbaycan, Gürcüstan və 

Ermənistan heyətləri münfəridən sülh müzakirəsini idamə etdirmişlərdir. Batumda 

4 haziranda dövləti-əliyyə namına ədliyyə naziri və birinci mürəxxəs Xəlil bəy ilə 

Şərq orduları komandanı  və ikinci mürəxxəs Vəhib paşa həzrətləri, Azərbaycan 

namına  Şurayi-Milli rəisi Rəsulzadə  Məhəmməd  Əmin və xariciyyə naziri 

Məhəmməd Həsən bəylər tərəfindən bir müxadinət  əhdnaməsi imza edildi. Bu 

müahidənin 4-cü maddəsinə binaən məmləkətin əmniyyət və asayişini iadə etmək 

üzrə Azərbaycan Cümhuriyyətinin Türkiyədən müavinəti-əsgəriyyə istəmək haqqı 

caiz idi. 

Azərbaycanın nə kimi müşkilata məruz qaldığını  və bu təhlükəli 

müşkülatdan çıxa bilmək üçün Türkiyənin müavinətinə möhtac olduğunu 

Azərbaycan müməssilləri Trabzon ilə Batumda türklərlə vaqe olan təmasları 

əsnasında gərək  şifahən və  gərək təhrirən anlatmışlardı. Bu kərə Azərbaycan 

Şurayi-Millisi naminə biz və Xariciyyə  Nəzarəti naminə  də  Məhəmməd Həsən 

bəy

32

 salifüzzikr müahidənin 4-cü maddəsinə istinadən Türkiyə hökümətinə 



müraciətlə qüvayi-imdadiyyə istədik. 

Bütün Azərbaycan xalqının çarçeşmlə  bəklədiyi ümidə  tərcüman olan bu 

müraciətimizə Türkiyə heyəti-mürəxxəsəsi həmən müvafiqət cavabını verdi. Fəqət 

Gürcüstan təriqi ilə  gələcək olan qüvayi-imdadiyyə, Almaniya hökümətinin 

göstərdiyi müşkülatdan dolayı istənildiyi bir sürətlə yetişəmiyordu.  Şərait və 

vəqayeyi-fövqəladə içərisində elani-istiqlal edən şurayi-milli Gəncəyə nəql etdi. 

Haziran ayının 16-sında  əqd eylədiyi tarixi cələsəsində  Şurayi-Milli Fətəli 

xanın ikinci kabinəsini təşkil və bütün ixtiyaratını məzkur hökümətə həvalə edərək, 

əhvali-fövqəladə  həsbilə  kəndisi tətili-müzakirat eylədi. Məclisin bu xüsusda 

 

25



ittixaz eylədiyi qərar bər vəchi-ati idi: “Azərbaycanın keçirməkdə olduğu 

müşkülati-daxiliyyə  və xariciyyəyi nəzəri-etibarə alaraq, Azərbaycan  Şurayi-

Millisi bütün hüquq və  səlahiyyətini Fətəli xan Xoyski təhti-rəyasətində  təşəkkül 

edən kabinəyə  həvalə  və  məzkur kabinəyi arayi-ümumiyyə üzərinə müstənəd 

bilatəxir məclisi-müəssisan dəvət oluncaya qədər Azərbaycan haqqı-hakimiyyətini 

kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müvəzzəf edir”. 

Azərbaycan Şurayi-Millisinin şu surətlə tətili o zaman Gəncədə hüsula gələn 

bir taqım siyasi mübarizələr nəticəsində hasil olmuşdu. Bu mübarizə  məmləkət 

üsul-idarəsinə aid demokrasi cərəyanlarla aristokrat zehniyyətlər arasında vüquə 

gəliyordu. Hər tərəfdən düşmən bir qüvvətlə mühat olan məmləkətdə bu kimi 

mübarizələri bir zamani-müvəqqət üçün bərtərəf etmək lüzumu vardı. Bu lüzum 

səlahiyyəti-vaseyi haiz bir hökümət təşəkkülü surətilə təmin edilə bilmişdi. 

Azərbaycan tarixi-təşəkkülündə  vəqaye-mühümmədən olan bu hadisə 

əsnasında  Şurayi-Millinin nə kimi hissiyyat ilə mütəhəssis olduğunu göstərmək 

üçün rəisi olmaq sifətilə söylədiyimiz ixtitam nitqini qismən buraya dərc ediyoruz: 

 “...Əvət, əfəndilər, Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə naqis də 

olsa, hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin  şu sürətlə meydandan 

çəkilmək məcburiyyətində qalması heç şübhəsiz, demokrasinin bir ricəti və 

qüvayi-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət ağ  və pak qüvvətlərə müqabil 

qara və napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən görülüncə ilk 

baxışda bizim halımız Ukraynanın halına pək bənziyor kimidir. Bu hallar bizdə 

Rusiya məqasidi-inqilabiyyəsinin iflasına dair bir əqidə hasil etdiriyor. Fəqət, 

əfəndilər! Zəvahirlə qalmıyalım, səthi düşünmiyəlim, pək də  məyus olmuyalım. 

Rusiya inqilabi-əzimi, hər nə deyirlərsə desinlər, qətiyyən iflas etmədi. Rusiyada 

inqilab nə yapacaqdır? Bu suala “Böyük Rusiya” fikri ilə  məsmum olan rus 

inqilabçıları nöqteyi-nəzərindən deyil, inqilabın kəndi təbiətini təhlil edərək cavab 

verməlidir. Böylə baxılırsa, Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum 

millətləri azad etməlidir. Məğdur siniflər, təqdir edəlim ki, istədiklərindən fəzləsini 

aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. Inqilab dünyanın altıda 

birini tutan böyük Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyyən deyildi. İfrata 

varan sinif hürriyyətləri əlbəttə ki, təqyid olunacaq və mötədil bir şəklə girəcəkdir. 

Çünki hürriyyətin bu şəkli heç şübhəsiz ki, hüriyyət deyil, bir afətdir. Fəqət, bu 

yolda yapılacaq ricət, əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun 

ötəsində deyil, bərisində tövqif edəcəkdir. Demək  əhval  əvvəlkinə nisbətlə  hər 

halda iyi olacaqdır.  

Əfəndilər! Bən sabiq Rusiya ərazisində güzəran etməkdə olan bu vəqayeyə 

böylə baxıyorum. Buna görə  də  hələ ümidlərimlə  bərabər yaşıyorum. Biliyorum, 

əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət 

nəzəriyyələrlə elan etdiyi əqanimi-hürriyyətdən son dərəcədə istifadə edəcəkdir. 

İştə müstəqil bir Azərbaycan: siyasətən kəsbi-hürriyyət və istiqlal edəcək 

Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-bəşərə aid düsturlar hər halda 

müstəbid Rusiya zamanından daha geniş, daha müsaid olacağına  şübhə etməm. 

Hətta, əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər 

və inqilabçı  təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim 

 

26


daxili hürriyyətlərimizə icrai-nüfuz edən və edəcəyi mütəsəvvir bulunan qüvvət 

yabançı bir qüvvət deyil, öz qüvvətimizdir (Alqışlar). Buradan istiqbal, böyük və 

şanlı bir millətin müxtəlif  şöbə  və budaqlarını tövhidə doğru gedəcəyi eyni 

məqsədimizdir (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə bilfərz qeyb etsək belə 

siyasətən qazanacaq, təlafiyi-mafat edəcəyiz. Halbuki, Ukrayna və ya Gürcüstan 

öylə deyildir. 

Əvət,  əfəndilər! Pək də naümid olmayalım. Tarixin, amali-milliyyəmiz 

nöqteyi-nəzərindən, müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət 

ələ keçdiyini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təsbitinə 

sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım...” 

Yuxarıda müqtəbəs qərarnamə üzərinə  Şurayi-Milli tərəfindən məmləkətin 

idarəsinə müvəkkil olan hökümət bir an əvvəl Bakını istirdad edəcəkdi. 

Nuru paşa məiyyətindəki ordunun müavinəti ilə az bir zaman içərisində Bakı 

vilayətindən maəda, bilcümlə Azərbaycanda əmniyyət tamam təmin edildi. Yalnız 

Bakı ilə həvalisi bolşeviklərin əlində idi. Bunlar ara-sıra xüruc yaparaq təcavüzdə 

belə bulunuyorlardı. 5-6 aylıq bir fürsətdən bilistifadə bolşeviklər olduqca mühüm 

bir müdafiə qüvvəti hazırlamışlardı. 

Xaricdən, Azərbaycan və Türkiyə qüvayi-milliyyəsi tərəfindən təzyiq olunan 

bolşevik-daşnaksutyun qüvvəti daxilən sarsılıyor, aralarına nifaq giriyordu. 

Biləxirə  məhsur bulunan Bakıda bolşevik diktaturasına qarşı bir ixtilal zühur və 

mövqei-iqtidar erməni alayları ilə Bakı limanındakı  bəhriyyələrə istinad edən 

ermənilərlə ruslardan mütəşəkkil bir “Direktuara” intigal ediyor. Bu “Direktuar” 

ingilisləri Bakıya dəvət ediyor. O zaman İranda bulunan ingilis komandanlığı vaqe 

olan bu dəvət üzərinə Bakıya  əsgər çıxarıyor. Vəziyyət bu şəklə girincə 

Türkiyədən yeni qüvvətlər cəlbinə lüzum görülüyor. Almanlar isə - yuxarıda zikr 

edildiyi vəchlə - Gürcüstan təriqi ilə Bakıya gedən Türkiyə qüvayi-imdadiyyəsini 

təvəqqüfə  uğratıyorlar. Bunun üzərinə Bakının istardadı da eylulun 15-nə  qədər 

gecikiyor. 

Nəhayət, qanlı bir müqatilə və ünud


: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə