Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ



Yüklə 0.67 Mb.

səhifə9/9
tarix31.01.2017
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

 

HÖKÜMƏTİ – Zaqafqasiya Komissarlığı (15 noyabr 1917 – 10 fevral 1918) 

nəzərdə tutulur. Komissarlığa Y.P.Gegeçqori (1891-1954) rəhbərlik etmişdir. Onun qərarı ilə 

Türkiyə cəbhəsində döyüşlər dayandırılmış, 1917-ci il dekabrın 5-də Ərzincanda sülh müqaviləsi 

bağlanmışdır. Menşevik, eser, daşnaq və müsavatçılardan ibarət olan bu höküməti Antanta 

dövlətləri fəal müdafiə edirdi. Zaqafqasiya Komissarlığı Qafqazın Sovet Rusiyasından asılı 

olmayan müstəqil idarə formasını yaratmaq siyasəti yeridirdi. Zaqafqasiya Seymi (23 fevral – 26 

may 1918) bu ideyanı həyata keçirdi. 

28

 A.İ.ÇXENGELİ (1874-1959) – gürcü menşevik liderlərindən biri, V Dövlət Dumasının 



deputatı olmuşdur. 1917-ci il martın 16-dan noyabrın 15-dək Qafqazda Xüsusi İdarəetmə 

Komitəsinin üzvlərindən biri omuşdur. 1918-ci ildə Müvəqqəti Zaqafqasiya hökümətinin sədri, 

sonra isə Gürcüstan Cümhuriyyətinin Xarici işlər naziri vəzifələrində  işləmişdir. 1921-ci ildən 

Ağ mühacirdir. 

29

 ALEKSANDROPOL – Ermənistanın ərazisində şəhər. 1837-ci ilə qədər Gümrü, 1924-cü ildən 



sonra isə Leninakan adlanır. 

30

 NURU PAŞA – Türkiyə hərbi xadimi, qoşun komandanı. 1918-ci ilin iyun ayında Gəncəyə, 



sentyabr ayında isə Bakıya qardaş köməyinə  gəlmişdir. Nuru Paşanın yardımı sayəsində Bakı 

Sentrokaspi tör-töküntülərindən təmizlənmişdir. 

31

 “Azərbaycanın təşəkkülü” nam risaləyə müraciət olunmalı(M.Ə.Rəsulzadənin qeydi)  . 



32

 MƏHƏMMƏD HƏSƏN BƏY HACINSKİ (1875-1931) – Bakıda anadan olmuş, 1902-ci ildə 

Peterburq Texnoloji İnstitutunu bitirmişdir. “Hümmət” təşkilatının yatadıcılarından biridir. 

Müsavat firqəsinin 1-ci Qurultayında (26-31 oktyabr 1917) MK-nın üzvü seçilmişdir. 

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Fətəli xan Xoyski 1-ci və 2-ci kabinəsində 

Xarici işlər naziri təyin edilmişdir. 1918-ci ilin oktyabrın 6-da Maliyyə naziri olması ilə əlaqədar 

öz yerini Ə.M.Topçubaşova təhvil vermişdir. AXC dövründə M.H.Hacınski Dövlət müfəttişi, 

 

68



                                                                                                                                                             

Daxili işlər naziri vəzifələrində çalışmışdır. 1920-ci il aprelin 1-də H.Yusifbəylidən sonra yeni 

kabinəni təşkil etməyi M.H.Hacınskiyə  həvalə etdilər. Partiya və fraksiyalar arasında ümumi 

razılaşma yarada bilmədiyi üçün bu vəzifədən imtina etmişdir. O, Sovet dövründə xalq 

təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərmişdir. 

33

 Burada BREST-LİTOVSKİ müahidənaməsinə əlavə məxfi saziş nəzərdə tutulur. Almaniya ilə 



Sovet Rusiyası arasında bağlanmış gizli müqaviləyə əsasən Bakı şəhəri Rusiyaya verilməli idi. 

1918-ci ilin sentyabrında  İstanbulda olan Məhəmməd  Əmin Rəsulzadə Bakı haqqında gizli 

sövdələşmədən xəbər tutan kimi Almaniya və Rusiya hökümətlərinə etiraz notası göndərmişdir. 

Notada Bakı şəhərinin tarixi, hüquqi, coğrafi və iqtisadi yönümdə sırf Azərbaycan şəhəri olduğu 

göstərilmiş, millətlərin öz müqəddaratını  həll etmək prinsipindən yan keçərək Azərbaycan 

xalqının kürəyi arxasında onun taleyini gizli danışıqlar yolu ilə ondan xəbərsiz həll olunmasına 

kəskin etiraz edilmişdir. 

34

 Bu heyət Yusifbəyli Nəsib, Ağa oğlu Əhməd və Hacınski Mehdi bəylərdən ibarət idi. 



35

 VERSAL SÜLH KONFRANSI 1919-cu ilin iyununda Fransanın Versal sarayında keçirilmiş, 

Birinci dünya müharibəsinin başa çatdığını  rəsmən bəyan edən sənədlər qəbul etmişdir. 

Konfransın sənədlərində  ərazilər qalib dövlətlərin xeyrinə bölüşdürülmüş, Almaniyanın hərbi 

potensialı məhdudlaşdırılmışdı. 

36

 Heyəti-mürəxxisə bir rəis, üç əza, üç də müşavirdən ibarət idi. Rəis – məclisi-məbusan rəisi 



Topçubaşov Əli Mərdan bəy, əza: məclisi-məbusan əzasında Ağa oğlu Əhməd bəy, Şeyxülislam 

Əkbər ağa, Hacınski Məhəmməd Həsən bəy. Müşavirlərdən: məbusandan Seyid Mehdizadə Mir 

Yəqub bəy ilə  Məhərrəmzadə  Məhəmməd bəy və mühərririndən Hacıbəyli Ceyhun bəy idi. 

Bunlar miyanında yalnız birisi “Müsavat” firqəsinə  mənsub olub, digərləri məbusanın digər 

cərəyanlarını  təmsil ediyorlardı. Müsavatı  təmsil edən Məhəmməd Həsən Cümhuriyyətin 

süqutundan  əvvəl məmləkətə ovdət etmiş  və orada qalmışdır. Məhəmməd Həsən bəy bə’də 

firgəsinə ihanətlə bolşevik tərəfinə keçmiş, mürtəd olmuşdur (M.Ə.Rəsulzadənin qeydi)

37

  SƏMƏD BƏY MEHMANDAROV (1855-1931) – tanınmış general, görkəmli Azərbaycan 



sərkərdəsi idi. O, Rus-Yapon müharibəsində Port-Artur müdafiəsində iştirak etmiş, böyük döyüş 

yolu keçmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hərbi kadrlar yetişdirməklə 

məşğul olmuş, 1918-ci ilin dekabrından 1920-ci ilin aprel ayınadək AXC-nın hərbi naziri 

vəzifəsində işləmişdir. Həmin ilin may ayında həbs edilib, Bakı Çekasının zirzəmisinə salınaraq 

layiq olmadığı  əzab və  işgəncələrə  məruz qalmışdır. Avqustun əvvəllərində N.Nərimanovun 

köməkliyi ilə  həbsdən azad olunub, general Ə.Şıxlinski ilə birlikdə Moskvaya hərbi qərargaha 

işləməyə göndərilmişdir. 1921-ci ilin payızında Bakıya qayıdaraq ömrünün sonuna kimi burada 

işləmiş və yaşamışdır. 

38

 Rəsmən məbusan 120 əzadan təşəkkül etmək iqtiza ediyor idisə də, felən 85 əzayə malik idi 



(M.Ə.Rəsulzadənin qeydi)

39

 NƏSİB BƏY YUSİFBƏYLİ (1881-1920) - Azərbaycan xalqının görkəmli dövlət xadimi idi. 



Orta təhsilini Gəncə gimnaziyasında almış, Odessa universitetinin hüquq fakültəsində 

oxumuşdur. N.Yusifbəyli bir müddət Baxçasarayda yaşamış, burada çap olunan “Tərcüman” 

qəzetində  məqalələr dərc etdirmişdir. 1917-ci ilin mart ayında Gəncədə Müsavat partiyasını 

yaratmış və ona rəhbərlik etmişdir. N.Yusifbəyli 1918-ci ilin əvvəllərində Zaqafqasiya Seyminin 

üzvü və Zaqafqasiya Cümhuriyyətinin maarif naziri olmuşdur. Azərbaycan Cümhuriyyəti 

qurulduqdan sonra Fətəli xan Xoyski kabinələrində maarif naziri, eyni zamanda maliyyə və dini 

etiqad naziri vəzifələrini də yerinə yetirmişdir. 1919-cu ilin martından 1920-ci il aprelin 1-nə 

qədər Vükəla Heyətinin (Nazirlər Şurasının) sədri işləmişdir. 

40

 Bunlar istiladan sonra dönüb irtidadla bolşevik olmuşlar (M.Ə.Rəsulzadənin qeydi)  . 



41

 Azərbaycan ordusu iki piyada firqəsi ilə bir süvari firqədən ibarət idi. Hər piyada firqə 

metralyozları ilə  bərabər, 3 alaydan və 2 də topçu alayından ibarət idi. Süvari firqəsi isə 

metralyozları ilə bərabər, 3 alaydan və 1 də süvari topçu alayından təşkil ediliyordu. 

Birinci piyada firqəsi: 1 – Cavanşir, 2 – Zaqatala, 3 – Gəncə alaylarından təşkil olub, ikinci 

piyada firqəsi: 4 – Quba, 5 – Bakı, 6 – Şamaxı alaylarından ibarət idi. Üçüncü firqənin ibtidasını 

 

69


                                                                                                                                                             

təşkil etmək üzrə 7-ci Lənkəran alayı  təşəkkül etmişdi. Hər alayın mövcudi 2 min süngüdən 

ibarət olub, bir firqənin mövcudu 6 min miqdarında idi. Süvari firqəsi – 1-ci Tatar, 2-ci Qarabağ 

və 3-cü Şəki alaylarından ibarət idi. Piyada və süvari firqələrdən müstəqil olaraq iki Obus bölüyü 

dəxi mövcud idi. Bunlara 6 ədəd zirehli avtomobil ilə bir kaç dənə  də zirehli qatar zəmimə 

olunuyordu. Azərbaycan ordusunda 600-ə qədər zabit vardı ki, bunlardan yalnız 60-ı ərkani-hərb 

kadrosundan yetişə idi. Mövcud zabitanın, mətndə izah edildiyi vəchlə, yalnız yüzdə  əllisi 

azərbaycanlı idi (M.Ə.Rəsulzadənin qeydi)

42

 “Müsavat” firqəsi tərəfindən təqdim olunan bu proje xüsusi əllərdə olan böyük ərazini həcz 



etdikdən sonra topraqsız köylü arasında bilaəvəz təqsim eyləmək  əsasına müstənəd idi. Fəqət 

köylüyə veriləcək, yaxud mülkiyyəti-siğirəyə riayətlə  kəndisində buraxılacaq  ərazi üzərində 

mülk sahibinin haqqı-mülkiyyəti tanınıyordu. Köylü malik olduğu ərazinin səthində istədiyi kimi 

təsərrüf edə biliyordu. Yalnız  ərazi təhtində bulunan dəfain və  mədəniyyət üzərində xüsusi 

mülkiyyət haqqı tanınmayıb, haqqı-mülkiyyət tamamilə dövlətə veriliyor idi. Ərazi təhtindəki 

maddinin surəti-istifadəsinə aid xüsusat isə layihəyi-məzkurəcə ayrıca tədvin olunacaq qanuni-

məxsusilə tövzih edəcəkdi (M.Ə.Rəsulzadənin qeydi)

43

 Bu yolun inşaası ilə Bakı bilavasitə və ən qısa bir xəttlə Təbrizə vasil oluyor  



(M.Ə.Rəsulzadənin qeydi)

44

 Bolşevik istilası vaqe olmuya idi. Gürcüstan Cümhuriyyəti ilə bərabər, Spada*  təşəkkül edən 



konfransda (22 kanuni-sani 1921) Azərbaycan Cümhuriyyəti dəxi bil-hüquq tanınacaqdı ki, bu 

hadisə istiladan 2 həftə sonra vaqe oluyordu (M.Ə.Rəsulzadənin qeydi). (*SPA KONFRANSI 

1920-ci il iyulun 5-16-da Belçikanın Spa şəhərində keçirilmişdir. Bu konfransa Antanta 

dövlətlərinin (B.Britaniya, Fransa, İtaliya, Yaponiya, Portuqaliya, Belçika) Ali Şurasının növbəti 

iclası da demək olar. M.Ə.Rəsulzadə Spa konfransında Azərbaycan Cümhuriyyətinin rəsmən 

daha geniş dairələr tərəfindən tanınacağına ümid bəsləyirdi). 

45

 Şayani-əsəfdir ki, o zaman İstanbul müməssili bulunan zat fəzlə bir əsəri-ehtiyat göstərməklə 



bu təzahürata qarşı laqeyd görünmək zərurətinə qail olmuşdur. 

46

 TERSKİ OBLAST  Şimali Qafqazın dağlı xalqlarını (çeçen, inquş, kabardin, bolqar) özündə 



birləşdirərək 1917-ci il dekabrın 1 (14)-də yaradılmışdı. Mərkəzi Vladikavkaz – indiki 

Orcenekidze şəhəri idi. 

47

 Azərbaycan qaiməsi ilə tədiyyə edilən bu istiqrazın qiyməti-əsliyyəsi haqqında səhih bir fikir 



əldə edə bilmək üçün söyləməliyiz ki, o zaman bir ingilis funtu – 20 rubləyə müqabil idi. Bu 

surətlə istiqraz məzkur iki buçuq milyon funt edir. 1919 sənəsinə  məxsus Azərbaycan büdcəsi 

məsarifi-aidiyyəsinin 415 milyon rublə hesab edildiyini nəzərə alıyorsaq, Dağıstan hökümətinə 

edilən iqrazın dövlət büdcəsinin 1/8-ni təşkil eylədiyini görürüz (M.Ə.Rəsulzadənin qeydi)

48

 O zaman millətçi olaraq Azərbaycanda bulunan Nuru paşanın komandasında Dağıstanı 



Denikin istilasına qarşı mübarizəsində təyid üçün Azərbaycan hökümətinin ittila` və müvafiqətilə 

bir təşkilati-məxsusə vücuda gətirilmişdi (M.Ə.Rəsulzadənin qeydi) . 

49

 ÇİÇERİN GEORGİ VASİLYEVİÇ (1872-1936) – sovet dövlət xadimi, diplomat. 1896-cı ildə 



Peterburq universitetini bitirmiş, 1905-ci ildən partiyanın üzvüdür. 1906-cı ildə menşeviklərin 

tərəfinə keçmişdir. 1918-ci ildə Xarici İşlər komissarının müavini təyin edilmiş, Brest-Litovski 

müahidənaməsini imzalamışdır. Həmin il mayın 30-dan RSFSR, 1923-30-cu illərdə isə SSRİ 

Xarici  İşlər komissarı  vəzifəsində  işləmişdir. Genuya (1922) və Lozanna (1922-23) 

konfranslarında Sovet nümayəndə heyətinə rəhbərlik etmişdir. 

50

 QAZİ MUSTAFA KAMAL PAŞA ATATÜRK (1881-1938) Türkiyə dövlət, hərbi və siyasi 



xadimidir. O, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923-38) idi. Atatürk İtaliya-

Türkiyə (1911-12) və  İkinci Balkan (1913) müharibələrində  iştirak etmiş, 1916-cı ildə general 

rütbəsinə  və paşa adına layiq görülmüşdür. 1919-cu ildə Anadoluda başlayan və “kamalçılar 

hərəkatı” adlanan anti-imperialist milli-azadlıq mübarizəsinə rəhbərlik etmişdir. Atatürk Türkiyə 

ilə Sovet Rusiyası arasında dostluq əlaqələrinin genişləndirilməsinə çalışmışdır. 

 

70



                                                                                                                                                             

51

  ƏRZURUM – Türkiyənin  şimali-şərqində  şəhər. Milli-azadlıq hərəkatının gedişində (1918-



1923) Atatürkün sədrliyi ilə “Hüquqların müdafiəsi” Cəmiyyətlərinin 1-ci konqresi 23 iyul – 6 

avqust 1910-cu ildə Ərzurumda keçirilmişdir. 

52

 SİVAS – Türkiyədə şəhər. Milli-azadlıq hərəkatı dövründə, 1919-cu ilin sentyabrında Sivasda 



“Hüquqların müdafiəsi” cəmiyyətlərinin birləşmiş Ümumtürkiyə konqresi keçirilmişdir. 

53

 KİTABDA Şuşa şəhərinin adı Şişə şəklində də getmişdir. Biz adın bu şəkildə yazılışını təhrif 



hesab etmirik. 

54

 Qarayev Sosialist blokunun listəsi ilə məbusana daxil olmuşdu. Sonra bolşevik olmuş, bədə 



rus istilasını mütəaqib bir kaç gün üçün kəndisinə Azərbaycan hərbiyyə-bəhriyyə komissarı 

denilmişdir (M.Ə.Rəsulzadənin qeydi) . 

55

 “HƏYATİ-MİLƏL” (“Жизнь национальностей”) – həftəlik ictimai-siyasi qəzet. Xalq Milli 



İşlər komissarlığının orqanı idi və Moskvada rus dilində 1918-ci il noyabrın 9-dan 1922-ci il 

fevralın 6-dək çap olunmuşdur. 1922-ci ilin fevralından eyni adlı jurnala çevrilmiş və 1924-cü 

ilin yanvarınadək nəşr edilmişdir. 

56

 Buradakı “türk”dən məqsəd Osmanlı türkü deməkdir (M.Ə.Rəsulzadənin qeydi)



57

 Məbusan komisyonu bu şəraiti “Müsavat” müməssilinin rəyi əleyhində əksəriyyətlə qəbul 

eyləmişdir (M.Ə.Rəsulzadənin qeydi)

58

 Bu nitqi-etiraz “Müsavat” firqəsi namına, lider sifətilə müəllif tərəfindən söylənmişdir 



(M.Ə.Rəsulzadənin qeydi)

59

 “YENİ DÜNYA” QƏZETƏSİ – 1919-cu ilin dekabrından 1920-ci ilin yanvarınadək 59 



nömrəsi çıxmış, nəşri müvəqqəti dayanmışdı. 60-cı nömrəsi 24 aprel 1920-ci ildə işıq üzü gördü. 

“Yeni dünya” qəzeti sovet dövründə Azərbaycan K(b)PMK-nın və Bakı  şəhər partiya 

komitəsinin orqanı idi. İctimai, siyasi, iqtisadi məsələlərdən bəhs edən materialları öz 

səhifələrində işıqlandırırdı. 

60

 O zaman müəllif Bakıda məxfi bulunuyordu. Nami-müstəarla “Yeni dünya” qəzetəsinə bir 



məktub yazdı. Bu məktubda “Azərbaycanda vaqeyi-xeyir” kibi zənn edən  əhalidə, son 

nüsxənizdə mündəric bir fəqərə  pək mühüm əndişəyi mucib üçün Moskvaya əzimət etdiyini 

yazıyorsunuz. Halbuki, azərbaycanlılar hadisəyi-məluməyi, Türkiyə namına təmin olunmuş bir 

faidəyi-mühümmə şərtilə şayani-qəbul  görə bilmişlərdi. Şimdi yazdığınızdan anlaşılıyor ki, bu 

faidə hala təmin edilmiş deyildir. Fərzən, bu mənfəət paşanın Moskvaya vürudundan sonra da 

təmin edilməzsə, o zaman siz türklər bizə nisbət qardaş qatili mövqeyində qalmazmısınız?” deyə 

istehza olunuyordu. Bu məktub dərc edilmədi. Yalnız bir kaç ay sonra Lahıc dağlarında  əlimə 

keçən “Yeni dünya” nüsxələrindən birində bu məktub sahibinin türk komissarlığına gəlib də 

bizzat cavab alması tövsiyə olunuyordu (M.Ə.Rəsulzadənin qeydi)

61

 Anadolu şivəsindəki “Yalançının mumu yatsıya qədər yanar” zərb-məsəlinə müqabil 



(M.Ə.Rəsulzadənin qeydi)

62

 Bu siyasət bilxassə Mustafa Sübhinin Bakıya vürudundan sonra kəsbi-şiddət eyləmişdi 



(M.Ə.Rəsulzadənin qeydi)

63

 V.A.Pankratov – XI Qızıl ordunun Siyasi şöbəsinin rəisiydi. 



64

 Bakıda müntəşir “Kommunist” qəzetəsinin 1920 sənəsi mayıs kolleksionuna müraciət 



(M.Ə.Rəsulzadənin qeydi)

65

 Bolşeviklər tərəfindən qurşuna düzülənlərdən bir listəsi bu risalənin sonuna zəmimə ediliyor 



(M.Ə.Rəsulzadənin qeydi)

66

 BEHBUD AĞA  ŞAXTAXTİNSKİ (1881-1924) Azərbaycanda Sovet hakimiyyətinin 



qurulması uğrunda mübariz, diplomat idi. 

1917-1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı XKS fövqəladə komissiyasının 

üzvü, “Hümmət” təşkilatı MK-nın sədri olmuşdur. Azərbaycanda 1920-ci il aprel hadisəsindən 

sonra Ədliyyə komissarı, eyni zamanda, Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi 

idi. B.Şaxtaxtinski 1920-ci ilin iyul-sentyabr aylarında Moskvada V.İ.Leninə Azərbaycan, 

bununla  əlaqədar Qafqaz, Türkiyə  və  İrandakı  vəziyyət barədə  ətraflı  məruzə  təqdim etmişdir. 

 

71


                                                                                                                                                             

RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni V.İ.Lenin və 

B.Şaxtaxtinski imzalamışdır (1920, 30 sentyabr). 

B.Şaxtaxtinski Azərbaycan SSR-in Türkiyədə  səlahiyyətli nümayəndəsi və Sovet-Türkiyə 

danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1921-24-cü illərdə Naxçıvan 

MSSR İnqilab Komitəsinin XKS-in sədri, Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrində 

çalışmışdır. 

67

 Bunlardan hüquq və ictimaiyyətlə məşğul olan 12 tələbə geri çağrılmışdır. 



68

 OREXİLAŞVİLİ  İVAN (MAMİYA DMİTRİYEVİÇ (1881-1937) – Sovet dövlət və partiya 

xadimi, 1903-cü ildən partiyanın üzvü idi. Peterburq Hərbi Tibb Akademiyasını (1908) bitirmiş, 

həkim işləmişdir. 1917-ci ilin dekabrından Vladikavkaz sovetinin sədri, Qafqaz Ölkə 

Komitəsinin üzvü seçilmişdir. O, 1920-21-ci illərdə Gürcüstan K(b)PMK və İnqilab komitəsinin 

sədri, 1921-25-ci illərdə isə Gürcüstan K(b)PMK katibi, XKS sədrinin müavini, ZSFSR XKS 

sədri, SSRİ XKS sədrinin müavini vəzifələrində işləmişdir. 

69

  İ.Q.MİDİVANİ (1877-1937) – 1903-cü ildən partiyanın üzvüdür. Qafqazda inqilabi iş 



aparmışdır. Xarici hərbi müdaxilə  və  vətəndaş müharibəsi dövründə  Qızıl Ordu sıralarında 

vuruşmuşdur. 1920-21-ci illərdə PK (b) P Qafqaz bürosunun üzvü, 1911-ci il iyun ayından 

Gürcüstanın İnqilab Komitəsinin sədri olmuşdur. P.Q.Midivani Genuya və Lozanna beynəlxalq 

konfranslarının nümayəndəsi olmuş, SSRİ MİK sədr müavini vəzifəsində çalışmışdır. 

70

 ORCONİKİDZE QRİQORİ KONSTANTİNOVİÇ (1886-1937) sovet dövlət və partiya 



xadimi, mübariz leninçi idi. O, 1907-ci ildə Bakıya gizli işə göndərilmiş, Bakı komitəsinin 

tapşırığı ilə bir qrup bolşeviklə Cənubi Azərbaycan milli-azadlıq hərəkatına (1905-1911) köməyə 

getmişdir. 1918-1920-ci illərdə  əksinqilaba qarşı mübarizə aparmış XI Qızıl Ordunun 

rəhbərlərindən biri olmuşdur. Azərbaycan, Ermənistan və Gürcüstanda Sovet hakimiyyətinin 

qurulmasında Zaqafqaziya, sonra Şimali Qafqaz ölkə partiya komitələrinin 1-ci katibi (1922-26) 

olmuşdur. Q.K.Orconikidze 1-ci ümumbakı partiya konfransında (1920, may), Şərq xalqlarının 

1-ci qurultayında (1920, sentyabr) iştirak etmişdir. 

71

 MYASNİKOV ALEKSANDR FYODOROVİÇ (əsl familiyası Miyasnikyan, təxəllüsü – 



Martuni) (1886-1925) – Sovet dövlət və partiya xadimi, yazıçı idi. O, 1919-cu ildə  əvvəl 

Belorusiya MİK-in, sonra isə K(b)PMK bürosunun sədri olmuş, Ermənistan SSR XKS sədri və 

Xalq hərbi işlər bürosunun sədri olmuşdur. Ermənistan SSR XKS sədri və Xalq hərbi işlər 

komissarı (1921). SCFSR İttifaq Sovetinin sədri (1922), sonra PK(b)P Zaqafqaziya Ölkə 

komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 

72

 MOLOTOV VYAÇESLAV MIXAYLOVIÇ (1890-1986) Sovet partiya və dövlət xadimi, 



1906-cı ildən partiyanın üzvü idi. 1920-ci ildə Ukrayna K(b)PMK katibi, 1921-30-cu illərdə 

ÜİK(b)PMK katibi, 1930-41-ci illərdə SSRİ XKS sədri olmuş  və digər vəzifələrdə  işləmişdir. 

1962-ci ildə Sovet İKP sıralarından xaric edilmiş  və  təqaüdə göndərilmişdir. 1984-cü ildə 

partiyaya bərpa olunmuşdur. 

73

 MAXARADZE FİLİPP-İYESEYEVİÇ (1868-1941) Sovet dövlət və partiya xadimi, 



ədəbiyyatşünas idi. 1903-cü ildən partiyanın üzvüdür. 1913-cü ildə Bakıya gəlmiş, “Çveni skaro” 

(“Bizim bulaq”) qəzetində redaktor işləmişdir. Bakıda Zaqafqaziya partiya təşkilatının 

konfransında (1919, may), Şərq xalqlarının 1-ci qurultayında (1920, sentyabr) iştirak etmişdir. 

1920-ci ilin mayında Gürcüstan KP müvəqqəti MK-nın sədri seçilmişdir. 1921-ci ildən 

Gürcüstan  İnqilab Komitəsinin, 1922-ci ildən Gürcüstan SSR MİK-in, sonra ZSFSR Dövlət 

komitəsinin Gürcüstan SSR XKS-in və ZSFSR XKS-in sədri olmuşdur. A.S.Puşkin, M.Qorki 

haqqında monoqrafiyalar yazmışdır. 

74

 L.B.KAMENYEV (ROZENFELD) (1883-1936) – Kommunist partiyasının və Sovet 



dövlətinin görkəmli xadimi, 1901-ci ildən partiyanın üzvü, RADF (b)P VI qurultayında MK 

üzvü seçilmişdir. 1917-ci ildə Oktyabr silahlı üsyanının  əleyhinə  çıxmışdır. 1918-ci ildə 

Mossovetin sədri, 1922-ci ildən XKS-in sədri, 1922-ci ildən XKS-in sədr müavini olmuşdur. 

75

 Ermənistan Cümhuriyyəti bolşeviklər tərəfindən istila edildikdə, Azərbaycan bolşevik 



hökümətinin rəisi Nəriman Nərimanov Naxçıvan qəzasını Ermənistana hədiyyə etmişdi. Vaxtilə 

 

72



                                                                                                                                                             

ingilislərlə amerikalılar da Naxçıvanı ermənilərə tabe görmək istəmiş, bu xüsusda təşəbbüs 

eyləmiş, fəqət müvəffəq olmamışlardı. İki sənədən ziyadə əlində silah olaraq Ermənistana ilhaq 

əleyhinə cəladətlə hərb edən naxçıvanlılar bu dəfə də isra etdilər. Nərimanın bəxşişi quru sözdən 

ibarət olub qaldı. Ermənistan Cümhuriyyəti Naxçıvan “hədiyyə”sini təslim almaq üçün iyicə qan 

tökməli idi. Naxçıvanlılar isə hər tərəfə müraciət edərək, Ermənistana tabe olmaq istəmədiklərini 

bildiriyorlardı. Bu məsələ Türk heyəti-mürəxxəsəsinin dəxi nəzər-diqqətini cəlb eyləmişdi. Buna 

görədir ki, müahidə salis bir hökümətə  tərk edilməmək  şərtilə Naxçıvan qəzasını mümtaz bir 

vilayət şəklində Azərbaycan himayəsinə vermişdir (M.Ə.Rəsulzadənin qeydi) . 

76

 Bu təminat ilə Mavərayi-Qafqas cümhuriyyətlərinin təkrar Rusiyaya ilhaqı haqqındakı Rusiya 



təzyiqinin nə dərəcədə qabili-təlif olduğunu qarelər kəndiləri təqdir eyləsinlər (M.Ə.Rəsulzadənin 

qeydi)

77

 Biz, yalnız başlıca müəssisatı-ictimaiyyə, siyasiyyə  və iqtisadiyyənin ruslar əlində olduğunu 



göstərdik. Məmurini-dövlətin  ələl-əksər kimlərdən ibarət olduğu haqqında daha vase bir fikir 

vermək üçün əlimizdə bulunan türkcə “Kommunist” qəzetəsinin rəsmi qismində  təsadüf 

elədiyimiz imzalardan bir qismini buraya nəql ediyoruz. Bir kaç nüsxədən iqtibas eylədiyimiz bu 

imzalar qareinə müəyyən bir fikir verər zənnindəyiz. Azərneft xalq maarif şöbə müdiri – Barçov, 

Azərneft rəis müavini – Barinov, Elektrik stasion müdiri – Sizov, Oktyabr komisyonu rəisi – 

Çaykin, Oktyabr tamaşalar komisyon rəisi – Edilson, Bakı  şurası  rəisi – Krılov, Bakı  şurası 

katibi – Palaşkov, Seyri-səfain müdiri-ümumisi – Larionov, Təsərrüfati-ictimaiyyə müdiri – 

Paroşin, Ərzaq vergisi müvəkkili – Bukreyev, Bakı qəzası hərbiyyə komissarı – Anefski, hərbi 

rəhbər – Sıçkov, Səfərbərlik şöbə müdiri – Seyçikov, Suğurta şöbəsi rəisi – İtkin, Şəhər səhiyyə 

müdiri – Eyştat, Daxiliyyə komissar müavini – Siveridov, İnzibat dairəsi müdiri – Biryukov, 

Xüsusi Qafqas ordusu komandanı – Yeqoryev, Siyasi maarif müdiri müavini – Tartakov, Müsai 

şöbə müdiri – Şaxetov v. i.a. ...  (M.Ə.Rəsulzadənin qeydi) 

78

 Bu sətirlər Əbilov bəyin vəfatından əvvəl yazılmışdır (M.Ə.Rəsulzadənin qeydi)



79

  İddiamızı  rəsmi vəsiqəyə istinad etdirmək üçün Rusiya Mərkəzi  İcra komitəsinin 31 təşrini-

sani 1921 tarixli və 73 nömrəli məzbutəsini buraya qeyd ediyoruz: “Müzakirə edildi: 

Azərbaycana neft məhsulatı verilmək məsələsi. Məsələyi vəz etmişdir: Rusiya kommunist firqəsi 

heyəti-mərkəziyyəsi. Qərar verildi ki: 1. Baş  məhruqat komitəsinə Mavərayi-Qafqas dəmir 

yolları ilə Azərbaycan ehtiyacat sənayesinə lazım olan petrolun üsuli-dairəsində verilməsi təklif 

olunsun. 2. Bundan başqa, Baş  məhruqat komitəsi Azərbaycan Komissarlar heyəti ixtiyarına 3 

milyon put xam neft, 2 milyon qaz yağı, 1,5 milyon put mazut, 0,5 milyon put qətran və 100 min 

put benzin buraxılmalıdır. 3. Petrol məhsulatının Azərbaycan hökümətinə  ətası 1 təşrini-sani 

1922 tarixinə  qədər icra olunaraq, hər halda bütün petrol istehsalatının yüzdə 15-dən fəzləsini 

təşkil etməməlidir. 4. Bu miqdar 1921-1922 proqramı mucibincə  təxmin olunan istehsal 

miqdarına nisbətli təyin olunmuşdur.  İstehsal işbu təxmindən fəzlə olduğu təqdirdə 

Azərbaycanın hissəsi dəxi təzayüd edəcəkdir. 5. Azərbaycan höküməti hissəsinə düşən neft 

məhsulatını Mavərayi-Qafqasdan başqa daxili Rusiya bazarında satmaq istərsə, bu xüsusda 

mərkəzin müsaideyi-məxsusəsini istehsal etmək zərurətindədir.  Əsli ilə mütabiqdir. Rusiya 

Mərkəzi İcra heyəti katibi: Yenukidze”. 

Bu qərar azərbaycanlıların pək şiddətli müraciət və istidaları nəticəsində vüqu bulmuşdu. Bu 

tarixə qədər Mavərayi-Qafqas dəmir yolları, tühəf deyilmi, məhruqat füqdanından dolayı düçari-

müşkilat oluyordu. Bolşevik qəzetlərinin yazdığına görə Bakı vilayətindəki köylülər bir fund 

(süls hüqqə) qaz yağına 3 fund tərə yağı veriyorlardı. Kür nəhri sahilində bulunan 180-ə qədər su 

borusu makinaları petrol yoxluğu üzündən məəttəl qalıyor və bu cəhətlə  ərazi ziyarət 

ediləmiyordu. Bir çox sənə  şədid mübarizədən sonra yuxarıdakı lütfə nail olan Azərbaycan 

höküməti bir az sonra bu lütfün 5-ci maddəsində mündəric bulnan istidayi-məxsusi istehsal 

etmək üçün dəxi az abrı tökməmişdir. 

Qızıl Ordunun ehtiyacatını təmin üçün bolşevik hökümətincə fəxri “şef” üsulu edilməkdədir. 

Hər alayın kəndinə məxsus bir şefi vardır. Bu şeflər ələl-ümum Sovet müəssisatı ilə şuralarından 

ibarət oluyor. Şeflər alayın təltifi və  təhvini-ehtiyacı üçün müxtəlif vasitələrlə ianədə bulunur, 

 

73



                                                                                                                                                             

hədiyyələr təqdim edirlər. Azərbaycan müəssisati-məhəlliyyəsi dəxi kəndisini istila edən Rusiya 

Qızıl Ordusunun müxtəlif alaylarına “şef” bulunmaq şərəfini haizdirlər. Bittəb Azərbaycan 

komissarlığının bu şərəfi, onsuz da yağma edilən Azərbaycan xəzinəsini soymaqla təmin 

olunuyor (M.Ə.Rəsulzadənin qeydi). 

80

 Təmamiyyəti-mülkiyyə təbiri ilə Nəriman Ermənistana hədiyyə etdiyi Naxçıvana təlmih 



ediyorsa, yanılıyor. Çünki rus bolşevikləri zahirdə nərimanların idarəsinə tərk etdikləri əraziyi 

belə əski çarizmdən daha qəddar və münid bur surətdə ruslaşdırmaqdadırlar. Aldığımız 

məlumata görə, Bakı ilə Salyan arasında yeni yapılan “İliç” limanının yeganə məqsədi Müğan 

səhrasını rus təhti-zadəganı ilə iskandan ibarətdir. Bu münbit səhralarda çarizm dəxi müntəzəm 

bir surətdə rus mühacirlərini iskan ediyordu .  

Söyləndiyinə nəzərən, bolşeviklər buraya bir milyona qərib mühacir iskanı qərar üçün qərar 

vermişlərdir (M.Ə.Rəsulzadənin qeydi)

81

 LLOYD CORC ( 1863-1945) ingilis siyasi və dövlət xadimi, Liberallar partiyasının lideri 



olmuşdur. 1916-cı ilin sonundan 1922-ci ilədək B.Britaniyada koalisiya hökümətinin Baş naziri 

olmuşdur. O, Paris konfransının (1919-20) təşkilatçılarından və Versal sülh müqaviləsinin (1919) 

müəlliflərindəndir. L.Corc Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini müdafiə etmiş, ona 

hərtərəfli yardım göstərməyin tərəfdarı olmuşdur. O, Gürcüstan Cümhuriyyətini də müdafiə 

etməklə xalqların azadlığına və suverenliyinə haqq qazandırır, hegemonçuluq siyasətinin 

əleyhinə  çıxırdı. B.Britaniyanın özündə  də hegemonçuluğa meyl gücləndiyi üçün onun 

tərəfdarları azalmış və L.Corc istefaya çıxmışdır. 

82

 KLEMANSO JORJ BENJAMEN (1841-1929) fransız siyasi və dövlət xadimi idi. 1871-ci ildə 



Paris Kommunası günlərində kommunarlarla versallıları “barışdırmağa” çalışırdı. İki dəfə (1906-

09, 1917-20) Fransa Nazirlər Şurasının sədri (2-ci dəfə də müdafiə naziri) olmuşdur. Paris sülh 

konfransının sədri (1919-20), Versal sülh müqaviləsinin (1919) müəlliflərindən biridir. 1920-ci 

ildə prezident seçkilərində məğlub olduqdan sonra siyasi həyatdan uzaqlaşmışdır. 

83

 Bolşeviklər təsisi-hakimiyyət eylədikləri yeni məmləkətlərdə “Qrabnedelya” namilə məşhur 



bir talan həftəsi tərtib ediyorlardı (M.Ə.Rəsulzadənin qeydi)

84

 İxtilaldan sonrakı federasyon qəsd olunuyor (M.Ə.Rəsulzadənin qeydi)



85

 Azərbaycan bayrağındakı mavi rəng – türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng də - 

təcəddüd və inqilab rəmzi olmaq həsbilə əsriliyi tərmiz edər ki, möhtərəm Ziya Gök Alp bəyin 

“Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm” – düsturunu ifadə etmiş 

olur (M.Ə.Rəsulzadənin qeydi)

 

 



 

 

 



 

74

: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə