Müəssisenin əsas fondlarla təmin olunmasının təhlili



Yüklə 26 Kb.
tarix24.02.2023
ölçüsü26 Kb.
#85467
ref tehlil 007


AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSTETİ


Müəssisenin əsas fondlarla təmin olunmasının təhlili

Müəssisənin əsas fondlarla təmin olunmasını təhlil edərkən əvvəlcə müəssisənin əsas fondlarla kifayət qədər təmin olunub olunmamasını, onun dinamikasını , tərkibini , quruluşunu , texniki səviyyəsini , istehsalin və onun təşkili səviyyəsini öyrənmək lazımdır.


Sənaya müəssisələrinin əsas istehsal fondları istehsal və qeyri-istehsal sahəsinde istifadə olunma təyinatına görə esasən üç qrupa bölünür:
1. Sənaye istehsal təyinatlı əsas fondlar;
2. Başqa sahələrin əsas istehsal fondları;
3. Qeyri-istehsal təyinatlı əsas fondlar .
Bununla əlaqədar olaraq iqtisadi təhlilin əsas vəzifələrindən biri də bu qruplar üzrə əsas fondların dinamikası və onların sturukturunda əmələ gələn dəyişikliklərin dəyişməsini qiymətləndirməkdən ibarətdir . Əsas istehsal fondlarinin tərkibi və dinamikasinin təhlilində əsas məqsəd müəssisə üzrə cəmi istehsal fondlarini aktiv hissesi ilə passiv hissəsi arasindaki nisbəti , ayri-ayri qruplarin sturukturunun və hər bir qrupun xüsusi çəkisinin hesabat dövründə dəyişməsini müəyyən edib qiymətləndirməkdən ibaretdir.
Istehsal təyinatli əsas fondlarin aktiv hissəsinə texnoloji proseslərdə istifadə olunan ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, istehsal və təssərüfat inventarlari, çoxillik əkmələr aid edilir. Passiv hissəsinə isə binalar və qurğular daxil edilir . Əsas istehsal fondlarinin aktiv hissəsi məhsul istehsali prosesində bilavsitə məmulat istehsalina təsir göstərməklə istehsalin miqyaslarini təyin edir.Bilavasitə məhsulun istehsalinin keyfiyyətinə , həcminə təsir göstərməyən və aktiv əsas istehsal fondlarin normal işləməsinə kömək edən fondlar isə passiv fondlar adlanır . Əsas fondlarin sturukturunun təhlili aktiv və passiv əsas istehsal fondlarinin xüsusi çəkisini və onların hesabat dövrü ərzində dəyişilməsi istiqamətlərini təyin etməyə imkan verir.
Əsas fondlarin aktiv hissəsinin xüsusi çəkisinin yüksəlməsi müəssisənin texniki avadanlıqlarla təchiz olunması və istehsal gücünün və fondveriminin yükselmesi imkanlarinin artimasini xarakterizə edir. Texniki avadanliqlarla yaxşi techiz olunan hallarda belə, normal əmək şəraitinin olmamasi nəticə etibari ilə xəstəlik, zədələnmə və kadr axini hallarinin çoxalmasina , əmək məhsuldarliğinin aşaği düşməsinə səbəb olduğuna görə əsas fondlarin passiv hissəsinin də artirilmasi və sturukturunun yaxşilaşdirilmasi mühüm rol oynayir. Bununla belə onu da qeyd etmək lazimdir ki, müəssisənin digər sahələrinin də əsas istehsal fondlarina və qeyri-istehsal təyinatli əsas fondlarina malik olmasi məqsədə uyğun sayilir. Çünki həmin əsas fondlar müəssisə işçilərinə xidmət edən xidmet sferasinin genişlənməsinə , onlarin rifahinin yaxşilaşmasina səbəb olur. Bu da öz növbəsinə istehsalin effektivliyinin artmasina təsir edir.
Beleliklə, aparilan təhlilin neticələrindən aydin olur ki, müəssisdə yenidən qurma işləri gedir, deməli yaxin gələcəkdə müəssise aktiv və passiv əsas istehsal fondlari arasinda normal nisbət yaratmaqla məhsul buraxilişinin artilimasina və onun səmərəliliyinin yükseldilməsinə nail ola biləcək.
Yüklə 26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin