bir müqabilədən sonra qardaş xilasına
can atan qəhrəman Məhmədcikin türk vəhdəti-tarixində altun hərflərlə qazılacaq
bir fədakarlığı ilə Azərbaycan qüvayi-milliyyəsi kəndi paytaxtına giriyor. Alti ay
tamam xuni-cigər yeyən əhaliyi-islamiyyəsinin üzü gülüyor. Qurban bayramı kimi
məsud bir gündə Bakı təkrar kəndi sahiblərinin əlinə keçiyor.
O zaman biz İstanbulda idik. Vəsəti Avropa dövlətlərinin iştirakı ilə
toplanacaq konfransa iştirak üçün digər Qafqasiya Cümhuriyyətləri ilə bərabər
Azərbaycan Cümhuriyyətini təmsil edən heyəti-müəxəssə rəyasətində
bulunuyorduq. O dövrün hərbiyyə naziri və baş komandan vəkili bulunan Ənvər
paşa həzrətləri telefon ediyorlardı:
- Əmin bəy, Bakı alındı!
Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil təsvir edəm. O təsiri
hala unutamıyorum.
Bundan bir kaç gün əvvəl Almaniya hökümətinin bir qərarını protesto
etmişdik. Almaniya dövləti bolşevik höküməti ilə Brest-Litovsk müahidəsinə zeyl
olaraq
33
yapdığı bir müahidə mucibincə Bakı vilayətinin ta Kür nəhrinə qədər
27
ruslara tərkinə riza göstərmiş, müqabilində kəndisinə petrol imtiyazını təmin
eyləmişdi. Ustadımız Əhməd bəyin təbiri vəchilə, bizi bir təngə qaza satmışdı. Bu
münasibətlə bizə müraciət edən qəzetəçilərə: “Bakısız Azərbaycan – başsız
bədəndir!” – demişdik. Qafası məşhur
gilyotin məngənəsində bulunan bir adamın
xilası nasıl bir həyati-novin isə, Bakının istirdadı dəxi o nisbətdə ecazkar bir vaqiə
idi. Həm həqiqətən də öylə idi. Sonra mənhus bir ixtilal nəticəsində məzarları
münsi qalan Anadolu Məhmədcikləri Bakıdakı şəhadətləri ilə türklüyə yeni bir
siyasi vücud əta ediyorlardı. Maddətən münsi, fəqət, mənən bütün qəlblərdə
mədfun bulunan bu qəhrəman şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan,
Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə
bir fədakar yatmasın?!...
Əvət, Azərbaycanın hər cəhətində şairin təsvir etdiyi “sarmaşıqlı bir məzar”
bulursunuz ki, “qızlar, gəlinlər” tərəfindən ziyarətgah halına qonulan bu məzar,
qardaş imdadına qoşan TÜRK məzarıdır.
V
MONDRUS MÜTARİKƏSİNİN QAFQASİYADAKI NƏTAYİCİ
Tarixin daha başqa cilvələri varmış.
Türkiyə, Mondrus mütarikəsini əqd etmək məcburiyyətində qaldı. Biz də
bəklədiyimiz konfransın iniqadını görmədən geri dönüyorduq. “Yürük vaporu”
şimaldan şiddətlə əsən müxalif bir ruzgara qarşı boğazdan çıxıyor, bizi Batuma
doğru götürüyordu. Təşrini-əvvəl sonlarına doğru Bakıda idik. Hənuz sevinən
simalarda dərin bir əndişə görünüyordu. Türk ordusunun gedəcəyi, ingilis
ordusunun gələcəyi xəbəri hər kəsi müztərib ediyordu.
Əcəba nə olacaq? İngilislərlə bərabər rus ordusu, erməni məfrəzələri dəxi
bərabər dönəcəklər, kim bilir əhalidən nə kimi intiqam alacaqlar?
Nuru paşadan Ənzəlidə bulunan müttəfiqin qüvayi-əsgəriyyə komandanı
general Tomson Mondrus mütarikənaməsi mucibincə bir həftəyə qədər Bakının,
bir aya qədər bütün Qafqasiyanın təxliyəsini tələb ediyordu. Nuru paşa, kəndisinin
Azərbaycan xidməti-əsgəriyyəsinə keçdiyini irəli sürərək, Bakıda qalmaq
təşəbbüsündə bulundusa da, faidə vermədi. Tomsonun ultimatumu qəti idi. Başqa
heç bir təvil və təsvirə imkan buraxmıyordu. O zaman məqami-sədarətdə bulunan
Tofiq paşanın bir teleqrafı gəlmişdi. Bu teleqrafda mütarikənin maddeyi-məxsusəsi
ehkamınca Osmanlı əsgərlərinin Azərbaycanı təxliyə etmələri zərurəti xəbər
veriliyordu. Ana vətəni müşkülata soxmaq istəməyən zabitan İstanbuldan gələn
əmrə təbəiyyət etmək qərarını tərcih ediyorlardı.
Bakının istirdadından sonra Şurayi-Milli təkrar toplanmışdı. 16 təşrini-sani
məmləkətin bəzi əqsamı ilə Şürayi-Millidə bulunmayan milli əqəliyyətlərə
dəxi
müməssillərini göndərmək üçün Şurayi-Milli yeni bir qanun vəz ediyordu. Bu
qanuna görə 120 məbusdan mütəşəkkil bir məclis toplanacaq, yeni təhəddüs edən
əhvala müvafiq müştərək bir hökümət təşkil edəcəkdi.
Unudulmayacaq ağır bir gün, təşrini-saninin 17-si. İngilis bandirəsi
ilə çar
Rusiyasının bayrağını hamil olan filo Bakı limanına yanaşıyordu. Bir az əvvəl
28
Bakıdan ricət edərək Ənzəlidə təhəşşüd edən bu qüvvətin Bakıda oturmaqda olan
Azərbaycan hökümətinə qarşı alacağı vəziyyət nə olacaqdı? – bəlli deyil.
Türk ordusu çəkilmiş, Azərbaycan qitəatı dəxi yox. Çünki gələn
komandanlıq Azərbaycan qitəatı deyə əsgər tanımıyor. Azərbaycan əsgəri naminə
müntəzəm bir qüvvət zatən yox kimi idi. Komandan Nuru paşanın o zaman Şurayi-
Milli rəisi sifətilə mənə yazdığı bir məktubdan anlaşıldığı vəchlə yekunu ancaq
1500 kişidən ibarət olan Azərbaycan əsgərinin toplu olaraq bir yerdə bulunmayıb
məmləkətin müxtəlif nöqtələrində durduğu anlaşılıyordu. Azərbaycan hökümətini
bu gün Bakıda təqviyə edən qüvvət yalnız 500 kişilik bir milis (polis) nəfərlərindən
ibarət idi. Fərzən, qüvvət olsa belə, Almaniyanın, Türkiyənin təslim olunduğu bir
qüvvətə qarşı Azərbaycanın hərb açması bittəb əqlə belə gəlməzdi. Binaənəleyh
məsələ yalnız diplomatik vəsilələrlə həll ediləcəkdi.
Üç gün əvvəl surəti-məxsusədə göndərilən heyətə
34
ingilis komandanının
son sözü bu olmuşdu ki: “Bizim bildiyimiz, Azərbaycan xalqının arayi-
ümumiyyəsindən doğma bir cümhuriyyət yoxdur. Yalnız türk komandanlığının
intriqası ilə təşəkkül etmiş bir hökümət var. Madam ki, siz bunun əksini iddia
ediyorsunuz, o halda gəlin, məhəllində tədqiq, ona görə də qərar veririz”.
Bu “qərara” mütəvəkkilanə intizar edən Azərbaycan höküməti ingilis
komandanlığına verdiyi notada müttəfiqlərin şu surətlə Azərbaycan torpağına
vürudunun Azərbaycan istiqlal və təmamiyyəti-mülkiyyəsini müxəll olmayacağı
ümidini dərmiyan ediyordu.
17 təşrini-sanidə iki Bakı vardı. Məhzun müsəlman Bakısı ilə məmnun
xristian Bakısı. Şəhər üzərində rus Biçeraxov qitəatına mənsub aeroplanlardan
bəyannamələr saçılıyor, bu bəyannamələrdə rus vətəndaşları Bakının təkrar ana
Vətənə iadəsi ilə təbrik olunuyorlardı.
“İxrac” bilahadisə icra edildi. Azərbaycan bayrağı ilə müzəyyən köprüyə
çıxan Tomsonu Xariçiyyə Naziri müavini salamladı. Müqabilində Tomson
kəndisini hərbi-ümuminin xitamı və sülhü iadə etmək üzrə bulunduğu ilə təbrik
etdi.
Iki gün sonra komandanlığın əhaliyi-islamiyyəni məyus edəcək bir
bəyannaməsi nəşr olunuyordu. Bu bəyannamədə Biçeraxov bəyannaməsində
olduğu kimi “qalib etilaf ordusunun məmləkətə dönmədən əvvəl zəfəri-müştərəkə
bunca xidmətləri dəyən fədakar rus xalqına ədai-dinşükran etmək vəzifələrindən
olduğu və bu vəzifənin iflası üçün Rusiyadan qoparılmış Qafqasiyanın düşməndən
təxliyyəsi üçün Ufada təşəkkül edən rus höküməti ilə biletilaf buraya gəlindiyi”
anladılıyordu.
Böylə bir bəyannamənin təsirinə, bir də ingilis ordusu ilə bərabər gəlmiş
Biçeraxov qitəatı erməni məfrəzələrinin şəhərdə ehdas etməkdə olduqları hadısələr
və əhaliyi-islamiyyəyə qarşı taqındıqları təhqiramiz hərəkətlər dəxi təsəvvür
ediliyorsa, o zaman nə kibi saatlar yaşanmaqda olduğu kəndi-kəndinə anlaşılır.
Türkcə yazılı lövhələrin qırıldığına, Azərbaycan bandirəsinin təhqirata məruz
qaldığına, boşuna tüfəng atılaraq müsəlmanların hər vasitə ilə təhqir və təcavüzə
məruz qaldıqlarına aid vaqeələr həmən önünə keçilməz bir fəsad törətmək üzrə idi.
29
Bakı böylə əndişnak günlər keçirməkdə ikən daha bir kaç gün kəndisi ilə
bərabər bulunan türk komandanlığını, Gəncə həzin bir təəssürlə təşyi ediyordu.
VI
MƏCLİSİ-MƏBUSAN VƏ İCRAATI
Böylə bir müşkül vəziyyət içərisində Azərbaycan Şurayi-Millisi hökümətin
əsaslarını təqviyə etməklə məşğul idi.
Kanuni-əvvəlin 17-sində Azərbaycan məclisi-məbusanı açılıyordu. Böyük
bir cəmiyyətin hüzuru ilə açılan məclisdə söylənən nitq xitamında Azərbaycan
bayrağına xitabən söylənən “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı
həyəcanlı və sürəkli alqışlarla qarşılanaraq yeni bir həyata giriliyordu.
Fəqət, nə vəxim və nə müzləm bir vəziyyət içərisində?!
Bir tərəfdən müttəfiq komandanlığın nüfuzilə qaim müsəlləh bir qüvvət ki,
Azərbaycan deyə bir mövcudiyyət tanımıyor. Dıgər tərəfdən də xalqın arzu və
iradəsindən qüvvət alan bir hökümət ki, müntəzəm bir əsgəri qüvvətə istinad
etmiyor. Müttəfiq komandanlıqla həmahəng bulunan rus təşkilatı ilə firəqi-
siyasiyyəsi olmaz dərəcədə şımarmış, son dərəcədə cəsarət almışlardı.
Azərbaycanlılara “Elan etdiyiniz istiqlaldan istinkaf ediniz də, sizin üçün şəfaət
edəlim!” – diyorlar və müvəqqətən təşkil edəcəkləri höküməti-məhəlliyədə
azərbaycanlılara binnisbə daha mühüm bir mövqe təmin edəcəkləri lütfünü də
ayrıca əlavə ediyorlardı. Erməni təşkilatının xüsumət və inadı isə daha bariz idi. Bu
qədər müşkülati-siyasiyyə müvacihəsində Azərbaycan ricali üçün müvazinəyi-qaib
etməyib də istiqlal əsası üzərində sabit qalmaq və bu babda mətanət göstərmək
həqiqətən də müşkül idi. Bu müşkülat müvacihəsində istiqamətlərini 360 dərəcədə
dəyişənlər vardı. Milliyyətpərvərliklərinə şübhə edilməyən bəzi zəvati-möhtərəm
belə hasil olan vəxaməti anlamaq üçün “istiqlaldan istinkaf” təklifini tədqiq etmək
zəfinə düşdülər. Bərəkət versin ki, hökümət başında duran Fətəli xan ilə Şurayi-
Milli əksəriyyətini təşkil edən Müsavat firqəsi rüəsası ilə sol cinah qrupları böylə
bir panikdən məhfuz qaldılar. “Ruslar, ermənilər məclisi-milli nizamnameyi-
əsasiyyəsinə görə hökümətdə iştirak edə biliyorlar. Bundan fəzlə şəraiti qətiyyən
qəbul edəməyiz” – dedilər, müvəffəq də oldular.
Məclisi-məbusan təşəkkülünü mütəaqib hökümət təşkili təkrar Fətəli xana
tövcih edildi. Fətəli xan kabinəsi təşəkkül edərək bəyannaməsini oxudu və
məcliscə etimad qazandı. Bunu mütəaqib düvəli-müttəfiqə komandanlığı namına
general Tomson 18 kanuni-əvvəl 1918 tarixilə nəşr eylədiyi bəyyannaməsində
“Fətəli xanın təhti-sədarətində koalision Azərbaycan höküməti təşəkkül etdiyindən
müttəfiqlər komandanlığının Azərbaycan daxilində yeganə məşru bir hökümət
olmaq üzrə bu höküməti tanıyacağını və ona məzahirəti-tammədə bulunacağını”
ümumə elan ediyordu. Komandanlığın ilk bəyyannaməsini müxəll olan bu ikinci
bəyyannaməsi Bakı mühitində böyük bir inqilabi-əfkara mucib oldu. O vəqtə qədər
komandanlığın mədihəxanı bulunan rus və erməni mətbuatı şimdi, bir gün əvvəl
30
təbcil etdikləri məqama şətm və küfrlər yağdırmağa başladılar. Azərbaycan
məqasidini müdafiə edən müsəlman mətbuatı isə bittəb, komandanlığın bu
hərəkətini təqdir və sitayişlərlə qeyd ediyordu.
Rus təşkilatları bu vəziyyətə yalnız qəzetə nəşriyyatı ilə müqabilə etməklə
iktifa etmədilər. Müttəfiq komandanlığı əleyhinə bir taqım tərtibati-inqilabiyyəyə
dəxi təvəssül etdilər. Bunun üzərinə ön ayaq olanlardan bir kaç adam tövqif edildi
və Ənzəliyə sürüldü. Bu vəqə üzərinə Bakıda bulunan rus və erməni əmələsi tətili-
işğal etdi. Elektrik mərkəzinin başlıca əmələsi xristian olduğundan bunların tətili-
işğalı ilə bütün həyat durmuş oluyordu. Bu hadisə müəssir oldu. Məhbuslar iadə
edildi. Əlavə olaraq mətbuatın kontrolu dəxi rus təşkilatının tələbi üzərinə
Azərbaycan hökümətinin səlahiyyəti xaricində tutuldu.
Digər bir vəqə üzərinə təkrar eyni təşkilat tərəfindən ikinci bir tətili-işğal
təşəbbüsü vaqe oldu. Bu təşəbbüs qismən də Azərbaycan höküməti əleyhinə tövcih
edilmişdi. Məqsəd, hökümətin zəfini isbatla müşkülat tövlid etməkdən ibarət idi.
Fəqət, bu dəfə müsəlman əmələsi “Müsavat” firqəsi tərəfindən lüzumi dərəcədə
təşkil edilmişdi. Müsəlman əmələ bu dəfə xristian əmələ ilə təşriki-məsaidə
bulunmadı. Vaqe olan tətili-işğal təklifini protesto etdi. Digər tərəfdən də hökümət
tədabiri-qətiyyə ilə elektrik mərkəzini işlədə bildi. Düşünülən zərbə boşa getmişdi.
Bu vəqədən sonra höküməti-milliyyənin siyasi vəziyyəti rəsanət peyda ediyordu.
Bu hadisənin nətayici-feliyyəsindən birisi polis müdiriyyətindəki əcnəbi
komissarlığının ilğası, digəri də mətbuat kontroluna aid haqqın təkrar hökümətə
iadəsi idi.
Hökümət bununla iktifa etmiyordu. Komandanlığa verdiyi notada
“səlahiyyəti-hüquqiyyəsi komandanlıqca tanınmış bir Azərbaycan Biçeraxov
ordusu ilə asayişi-ümumiyyəyi müxəll olmaqdan başqa bir faidəsi mütəsəvvir
bulunmayan erməni məfrəzəsinin Bakıda bulunmalarına bir səbəb olmadığını
bəyanla məzkur qitəati-əsgəriyyənin bir an əvvəl Azərbaycandan uzaqlaşmasını”
tələb eylədi. Bu nota üzərinə Biçeraxov alayı aldığı 48 saatlıq bir möhlət zərfində
Bakını tərkə məcbur olduğu kimi, erməni məfrəzələrinin inhilalı dəxi təqərrür etdi.
Ingilis komandanlığının ilk vürudunda gördüyü tədbirlərdən birisi də liman
idarəsi ilə müəssisati-maliyyə kontrolunu kəndi əlində bulundurması idi.
Azərbaycan hökümətinin təşəbbüsü ilə bu iki qeyd dəxi rəf edildi. Hökümətin
təşəkkülünü mütəaqib o zaman Versalda toplanacaq sülh konfransına
35
iştirak üçün
bir heyəti-mürəxxəsə təşkil edildi. O zaman müxtəlif qrupların təlifi-beyn və hətta
nazlanmalarına belə cümhuriyyətin yeganə qüvvətini təşkil edən cəbhəyi-milliyyə
vəhdəti naminə fövqəladə əhəmiyyət veriliyordu, bunun üçün də heyəti-mürəxxəsə
əzası hökümət tərəfindən deyil, bütün cərəyanları təmsil etmək üzrə felən məclisi-
məbusan tərəfindən intixab və rəsmən hökümət tərəfindən ezam edilmişdi
36
. Bu
heyət Azərbaycan mövcudiyyətini məmaliki-əcnəbiyyədə tanıtmaq, hüquqi-
milliyyə və istiqlalını müdafiə etmək və sülh konfransında kəndisini təmsil
eyləmək vəzifələri ilə səlahiyyətdar edilmiş idi.
Heyət, komandanlıq tərəfindən göstərilən təshilat üzərinə Azərbaycan
istiqlalını beynəlmiləl bir sahədə müdafiə etmək məqsədilə Bakıdan yola çıxdı.
31
Möhtərəm qare görüyor ki, ordusuz bir hökümət qurulmuşdur. Həm
həqiqətən də öylə idi. Vəqayeni nəql etdiyimiz bu dəmlərdə Bakıda Azərbaycan
ordusu bulunmuyordu. Çünki komandanlıq Mondrus mütarikənaməsini yalnız
Türkiyə ordusuna deyil, Azərbaycan qitəatına da təşmil ediyordu. Bunun üçün də
hərbiyyə naziri Səməd bəy
37
Bakıda deyil, əksəriyyən Gəncədə bulunuyor, ilk
Azərbaycan alayını təşkil etməklə məşğul bulunuyordu. Nəhayət, Gəncədə
təşəkkül edən bu alayın Bakıya vüruduna dəxi müvəffəqiyyət hasil oldu.
Höküməti-milliyyə zamanında Bakının yaşadığı ən səmimi sevinc günlərindən
birisi də bu idi.
İngilislərin Bakıya vürud etdikləri gün, nəşr etdikləri bəyannaməyə rus və
erməni təşkilatının cəsarət və füzulluqları zəmimə olduğunu görüncə ilk həmlədə
bütün tuzları təslim etmək istəyənlərin on gün sonra nə bihudə qorxuya düşdükləri
1919 sənəsi 5 nisanda (Azərbaycan ordusunun Bakıya vürud etdiyi gün) kəşf
edildi. Fərzən bütün Şurayi-Milli o qorxu ilə mütəhəssis oldu, ehtimal ki,
Azərbaycan Cümhuriyyəti heç təsis edilmədən məhv olub gedəcəkdi. Bittəb
ingilislərin bu hərəkəti azərbaycanlıların qara gözlərinə aşiq olduqlarından irəli
gəlmiyordu. Zatən eşqin bir siyasət amili olduğu dastani-zamanların ibtidailiyi ilə
bərabər, çoxdan əfsanəyə qarışıb getmişdir. Burada eşq deyil, siyasi və iqtisadi
mənfəətlər vardır. Bakı petrolunun müstəqil Qafqasiyalı bir hökümət əlində
bulunması və ələlümum Qafqasiyanın Rusiyadan ayrılması ingilislərin işinə
gəliyordu. Azərbaycan da bu keyfiyyətdən istifadə etməliydi. Höküməti-
milliyyənin diplomasi müvəffəqiyyətləri bununla izah olunuyordu.
Yenidən bir hökümət quracaq qədər əzim və məsuliyyətli bir iş qarşısında
qalan Azərbaycan münəvvəranının iqtiham eylədiyi müşkülatı tamamilə təqdir edə
bilmək üçün Azərbaycan qitəsinin digər Rusiyadan ayrılan qitələrə nisbətlə çarizm
tərəfindən nə kimi məhrumiyyətlərə məruz qaldığı zikr edilməzsə, qarelər əhvalı
kəmalilə təqdir edəməzlər.
Azərbaycan, məmaliki-islamiyyə ilə həmhüdud bir türk və müsəlman
vilayəti idi. Çarizm bu kibi vilayətlərini daima şübhə altında bulunduruyordu.
Hərbi-ümumidən əvvəl Qafqasiya valiyi-ümumisi vilayətin xristian əhalisindən
əmin ikən, müsəlmanlar arasında hərəkati-iftiraqcuyananın zəmin bulacağını
təxmin ediyordu. Çar höküməti hüdudda bulunan müsəlman vilayətlərini rüşdü
kəmalə erdirəcək təşəbbüsatdan bilxassə məhrum bulunduruyordu. Xidməti-
əsgəriyyə alınmamaqla zahirdə kəndisinə bir sühulət göstəriliyordu. Fəqət, batində
sədaqəti daima şübhə altında olan bu xalqa silah verilmək istənilmiyordu. Bu
vasitə ilə əsgərlik xassəsini unudacaq millət, hər bir ehtimala qarşı qeyri-müntəzəm
bir qüvvə təşkil etməklə, mütəsəvvir bulunan xətərin ehtimalı azalıyordu.
Qonşuları ermənilərlə gürcülər mükəlləfiyyəti-əsgəriyyədə bulunduqlarından
müdafiəyi-nəfs üçün əsgərliyin əsri üsulları ilə aşina bulunuyorlardı. Halbuki
müsəlmanlar təşkilati-əsgəriyyəcə xanlıqlar dövründəki üsuli-müdafiələrini belə
unutmuşlardı. Xristian generallar, miralaylar məbzul ikən, azərbaycanlı bulunan
zabitləri barmaqla saymaq qabildir. Zabitə məmuriyyətində bir qəza qaimməqamı
rütbəsini bulmaq azərbaycanlı bir müsəlman üçün nəvadirdən ədd olunuyordu.
32
Məhakimi-əde məmurlarına gəlincə, mütərcimlikdən yuxarı bir müsəlman məmura
təsadüf olunmazdı. Ordu təşkili xüsusunda Azərbaycan Rusiya ənqazı üzərində
təşəkkül edən cümhuriyyətlərin həpsindən qeyri-müsaid bir vəziyyətdə idi. Rusiya
türklərindən xidməti-əsgəriyyəyə alınanları yalnız Volqaboyundakı türklər idi.
Vəziyyəti-coğrafiyyələri etibarilə Rusiyadan ayrılmalarına ehtimal olunmadığından
bu vəzifəyə alınmışlardır. Türküstan ilə Qafqasiya müsəlmanlarından isə əsgər
alınmıyordu. Bu üzdən ordu təşkili azərbaycanlılar üçün pək müşkül bir iş
oluyordu. Fərzən, Rusiyadan ayrılmış Ermənistan və yaxud Gürcustan hökümətləri
nəşr eylədikləri bir əmrnamə ilə filan sənəsində rus ordusunda xidmət eyləmiş
nəfər və zabitanı silah altına dəvət edincə, on gün sonra yeni hökümətin ilk əsgəri
kadrosunu təşkil edən, hərbüzərb görmüş, barıt qoxumuş bir qüvvət vücuda
gəliyordu. Azərbaycan isə bundan məhrum idi. Məluma, ordunu ordu edən
zabitandır. Bu xüsusda dəxi Azərbaycan məhrumiyyəti-tammə içində idi. Rusiya
ordusunda xidmət eyləmiş zabitan pək məhdud idi. Təşkil olunan qitaət
azərbaycanlı deyil, sadə müsəlman alay komandanı bulmaqda sıxı müşkülat
çəkiliyordu. Baltik sahili hökümətlərindən-yanılmıyoramsa, Estoniya
Cümhuriyyəti bolşeviklərə qarşı yapdığı istiqlal müharibələrindən birində verdiyi
minə qədər tələfatdan yarısı zabitan idi. Bu zabitanın həpsi əskidən rus xidmətində
bulunub, əksəri ərkani-hərbdən nəşət etmiş estoniyalı zabitlər idi. Azərbaycan
Cümhuriyyəti isə 500 deyil, kəndi cinsindən 50 zabit belə bulmuyordu. Bunun
üçün də Azərbaycan ordusunda beynəlmiləl bir zabitan heyəti vardı. Ordunun
bütün siqləti kiçik zabitan öhdəsində idi ki, bunlar da ələləcələ, daha Nuru paşa
zamanında təsis olunan Gəncə məktəbi-hərbiyyəsindən yetişmə fədakar
Azərbaycan gəncləri idi. Bunlar, şübhəsiz, Vətən və millətpərvər idilər.
Müşkülat yalnız ordu təşkilatı ilə qalmıyordu. Hökümətin digər xüsusatını
idarə etmək üçün dəxi azərbaycanlılar kafi miqdarda mütəxəssis məmurlar
bulamıyorlardı. Çarizm kəndi hökümət makinasına müsəlman məmur almazdı. Bu
xüsusda qonşularımız gürcülərin mövqeyi daha müsaid idi. Vaxtilə Qafqasiyanın
əksər teleqraf, şemindofer və poçta kimi məmüriyyətlərində gürcülər çox istixdam
olunuyordu. Zabitə, ümuri-mülkiyyə, maliyyə və ədliyyə kimi xüsusatda
müsəlmanlar heç dərəcəsində idilər.
Ermənilərin kilsə məktəbləri, gürcülərin əsil zadəgan təşkilatına məxsus
məkatibi-milliyyələri sənələrdən bəri erməni və gürcü maarifini təmin etməkdə
ikən müsəlmanlara böylə bir imtiyaz verilmiyordu. Milli maarif yalnız xüsusi
məktəblərdə oxunan əski üsul, məscid “məktəbxana”larına münhəsir idi.
Bələdiyyələrdə dəxi müsəlman əhalisinin hüququ məhdud idi. Əksəriyyəti
müsəlmanlardan olan Bakı və Gəncə kimi şəhərlərdə bərmucibi-qanun bələdiyyə
əzasının nisfi
xristian olmaq zəruri idi.
Bütün bunlar yeni hükümət qurulduğu zaman, bittəb, mənfi təsirlərlə hiss
olunuyordu. Buna 1918 sənəsindəki kommunizm təcrübəsilə bərbad bir hala
gəlmiş qocaman Bakı petrol ocaqlarının təkrar hali-təbi`isinə gətirilməsi kimi
müşkülatı əlavə ediniz.
Çarizm zamanında vilayət mərkəzi-ümumiyyəsi Tiflis idi, Mavərayi-
Qafqasa aid bütün müəssisati-mərkəziyyə, əsgəri depo və çehavuzlar həp burada
33
idi. Mərkəzini Bakıda quran Azərbaycan höküməti bu müəssisatı yenidən yapmaq
məcburiyyətində idi. Bakı yalnız dünyanın ənzarını cəlb edən petrol mənbələrinə
malik deyildir, Kaspi dənizinin ən mühüm bir limanına da malikdir. Burası İran,
Türküstan və Rusiya ilə Avropanı rəbt edən mühüm bir ticarət mərkəzidir. İkinci
bir İstanbuldur. Bakı limanında vəqayei-ixtilaliyyədən dolayı, atili-dövran mühüm
bir ticarət filosu var idi. Bu filonu yarın üçün mühafizə etmək və onun üçün də
taifəsini barındırmaq, idarə etmək lazım idi.
Ortada bu qədər təşkilati-idari müşkülatı varkən Rusiya ictimai şüarları ilə
qızğın və hadd bir radəyə gəlmiş ərazi məsələsi, əmələ məsələsi kimi hər zaman
iştial edə biləcək və bir an əvvəl həllini istəyən əsaslı islahat məsələləri dəxi
mövcud idi. Bu qədər idari, ictimai, siyasi, əsgəri və iqtisadi məsaili-daxiliyyə ilə
bərabər, bir tərəfdən ermənilərlə münazifih olan hüdud məsələsi, digər tərəfdən də
Denikin ordusu kibi bir rus təhlükəsinin təhdidi altında bulunan Azərbaycan,
hökümət təşkilatına başlıyordu. Bu halda, Azərbaycan hökümətinin xalqın etimadı
və firqələrin ittihadından başqa bir zəhir və müavini yox idi.
* * *
Bundan sonra cərəyan edən vəqayenin əsbabını sərahətən anlaya bilmək
üçün məclisi-milliyyənin nə kimi firqələrdən təşəkkül edib də müxtəlif vəqayeə
qarşı nə kimi bir vəziyyət aldığını bər vəchi-ixtisar ərz etmək zərurətini hiss
ediyoruz.
Məclisi məbusan 85 məbusandan ibarət idi
38
. Bundan 10 erməni, 5 rus, 5-i
də müxtəlif millətlərdən olmaq üzrə 20-si qeyri-müslim olub, mütəbaqi 65 əza
kamilən islam və bir kaç zatdan maəda, təmamilə türk idi. Firqə etibarilə, məclis şu
surətlə inşiab ediyordu: “Müsavat” firqəsi – 27, Müsavata iltihaq edən bitərəf qrup
– 6, “İttihad” firqəsi – 11, Sosialist bloku – 10, Əhrar firqəsi – 7, Müstəqiləl-əfkar
– 3.
“Müsavat” firqəsi məfkurə etibarilə milliyyətpərvərlikdən doğma, türkçülük
məsləkinə qail bir firqədir. Daha müfəssəl ismi: Türk Ədəmi-Mərkəziyyət Müsavat
firqəsidir. Azərbaycan Çümhurriyyətinin ələmdarıdır. Bu şüarı ilk dəfə ortaya
atmaq və onu yalnız əcnəbilərə deyil, bir qism azərbaycanlılara qarşı dəxi müdafiə
etmək etibarilə Müsavat birinci Azərbaycan istiqlal firqəsidir. İctimai
nəzəriyyəsinə görə xalqçılıq məsləkinə sadiq, radikal – demokrat bir proqrama
malikdir. Heyəti-vükəla rəisi Nəsib bəy
39
bu firqənin müəssislərindən idi.
Bitərəf qrup – ali təhsil görmüş bir kaç münəvvəran ilə burjua sinfinə
mənsub zəvatdan ibarət olub, firqəyə girmədən qrup halında “Müsavat” firqəsi ilə
siyasəti-ümumiyyə üzərinə müttəhid bulunuyorlardı. Heyəti-vükəla rəisi mərhum
Fətəli xan bu qrupa mənsub idi.
“İttihad” firqəsi əvvəlcə “Rusiyada müsəlmanlıq” namilə təsis etmişdi.
Rəsmi məfkurəsi İttihadi-İslam idi. Firqənin rəyasətində Türkiyəcə məruf
Qarabəyov Qara bəy bulunuyordu.
Sosisalist bloku qismən sosial-demokrat (menşevik), qismən də xalqçı
sosialist məbuslarından təşəkkül ediyordu. Birincilərin rəisi Ağaməli oğlu
Səmədağa, liderləri Əbilov İbrahim bəy
40
,
ikincilərinki – Arslan bəy Səfikürdski
34
idi. Əhrar firqəsinin məfkurəsi dəxi türk xalqçılığı olub, proqram etibarilə
Müsavata yaxın idi. Rəisləri Arslan bəy Qardaşov idi.
Şu sətirlər və burada göstərilən parlaman ərqamı üzərinə bir az düşünülürsə,
əfkari-ümumiyyənin tövhidindən başqa bir qüvvətə istinad edəməyən Azərbaycan
hökümətinin istər-istəməz mütəmərkəz bir şəkildə təşəkkül edə biləcəyi aşkar olur.
Ilk təmərküz bir çox müşkilatdan sonra “İttihad” xaricdə qalmaq surətilə
bütün qrupların iştirakı ilə hasil olundu. “İttihad”ın ilk təmərküz xaricində qalması
bütün firqələrcə şayistə görülən Fətəli xana müariz bulunmasından irəli gəliyordu.
Ilk kabinə, firqələrin hökümət rəisinin şəxsinə və proqramına etimad etmək
surətilə təsis eyləmiş, hökümətə alınan nazirlər də firqə mənsubiyyəti və ədəd
nisbəti şərt edilməmişdi.
Bir kaç ay sonra firqələrin bu surətdə təmin eylədikləri etimadlarına rəxnə
gəlincə Fətəli xan kabinəsi bilistefa yerinə Yusifbəyli Nəsib bəy kabinəsi təşəkkül
etdi (14 nisan 1919).
İlk Fətəli xan kabinəsi firqə prinsipləri xaricində “İş adamlarından” təşəkkül
etmiş ikən Nəsib bəy kabinəsi “İttihad” firqəsi yenə xaricdə qalmaq şərtilə firqə
müməssillərindən təşəkkül etdi. Bu kabinə dəxi təbəddülə uğrayaraq 24 kanuni-
əvvəldə Nəsib bəy ikinci kabinəni təşkil eylədi. “İttihad” firqəsi ilə bərabər ilk
Fətəli xan kabinəsinin ərkanı da daxil olmuşlardı. Bu, Azərbaycan Cümhuriyyəti-
milliyyəsinin son kabinəsi idi.
Bütün bu kabinə təbəddülatında məclisi-məbusanın həm ədəd, həm şəxsləri
etibarilə daha qüvvətli bir mərkəz firqəsi olduğundan bütün siqlət “Müsavat”
firqəsi öhdəsində idi. Fəqət “Müsavat” mərkəzi yalnız kəndi ədədinə istinadla
mütəcanis bir hökümət yapmaq iqtidarında deyildi. Mütəmərkəz bir kabinə təşkil
edincə də idrak eylədiyi siyasəti istədiyi kimi tətbiq edəmiyordu. Üç dəfə təbəddül
edən bu kabinələrdə ədəd etibarilə müsavatçılar süls təşkil etdikləri halda,
hökümətlərə Müsavat höküməti və işlərinə Müsavat tətbiqatı denilmək bir etiyad
idi. Milliyyətpərvərlik və Azərbaycan naminə nə yapılıyorsa, onun xaricindəki ismi
“Müsavat işi” idi. Böylə bir şöhrət səbəbsiz deyildi. Azərbaycan fikri “Müsavat”
firqəsinin zadeyi-əfkarı idi. Onun üçün dəxi hər şey ona ətf olunuyordu.
Məbusandakı nisbi əksəriyyəti dəxi buna bir səbəb təşkil ediyordu.
Mərkəz vəziyyətində bulunan “Müsavat” firqəsi cümhuriyyətin ibtidayi-
təşkilində təhlükənin mürtəce Rusiyadan gələcəyi qənaətilə hökümət təşkil edərkən
sol cinahı təşkil edən Sosialist firqələrinə daha çox isinmiş və Denikin təhlükəsi
zühür edincə bu təmayülünün nə dərəcədə müsib olduğunu görmüşdür. Son
zamanlarda Rusiya təhlükəsi Denikin kisvəsindən bolşevik qiyafətinə girincə
sosialistlər təmərküzün ümidli istinadgahını təşkil etmək mahiyyətini qaib
Dostları ilə paylaş: |