Chinese Folklore: Dragon Dance



Yüklə 1,75 Mb.
tarix19.05.2023
ölçüsü1,75 Mb.
#117123
Çində etika

ÇİNDƏ ETİKA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI


HAZIRLADI: İBRAHİMLİ ŞƏHLA

Qədim Çinin tarixi, fəlsəfəsi haqqında olan kitablarda əxlaq problemlərinə toxunulsa da, etik təlimlərə həsr olunmuş xüsusi əsərlər mövcud deyil. Ved kimi dini-fəlsəfi mənbəyi olan Qədim Hind fəlsəfəsindən fərqli olaraq, Çində etika ilə əlaqədar belə dini-mifoloji mənbə yox idi. «Dəyişikliklər kitabı» – «İ tzin» fəlsəfə üçün yeganə istinad mənbəyi oldu ki, bu da əsasən falçılıqdan bəhs edən mətnlərdən ibarət idi. Əsas ideya – təbiətdə baş verən daimi dəyişikliklərdir. Təbiət və cəmiyyətdə «yan» və «in» kimi əksliklər (işıq – qaranlıq, bərk – yumşaq, kişi – qadın, uğurlu – uğursuz) mövcuddur.


ÇİNDƏ ETİKA MƏKTƏBLƏRİ
DAOSİZM
MOİZM
KONFUTSİÇİLİK
MATERİALİST ETİKA
QANUNÇULAR

Daosizm

Banisi Lao-tzı (e.ə. VI–V əsrlər) olan bu cərəyanın etik görüşlərində insanlar arasındakı münasibət, əsl əxlaqla qondarma əxlaq arasındakı fərq, təmənnasız və eqoist xarakterli davranış və s.-dən danışılır.

Konfutsiçilik

Bu cərəyan 3 adamın adı ilə bağlıdır: Kun-tzı, yəni Konfutsi (e.ə.552-478) təlimin banisi olub, onun əsas müddəalarını «Lun-yuy» – «Kəlmələr və söhbətlər» əsərində şərh edib; Man-tzı (e.ə.372-289) – təlimi sistemləşdirib; Syun-tzı (e.ə.313-238) Man-tzı iləəks mövqedə dayanırdı. Konfutsi təliminin əsas anlayışı və etik qanunu – adətən insanpərvərlik kimi tərcümə edilən «jen»dir. «Lun-yuy»da bu anlayışın rəngarəng interpretasiyaları verilir. Jen həm də cəmiyyətdə və ailədə insanlar arasındakı münasibətləri müəyyən edən əxlaq prinsipidir. Jenlə bağlı olan syao – valideynlərə və böyüklərə hörmət; li – mərasim, ritual; tzyun-tzı isəəxlaq nümunəsi olan sadiq, ədalətli, nəzakətli ər deməkdir.

Moizm

Mo-tzı (Mo Di, e.ə.470-400) Konfutsinin etik-siyasi konsepsiyası ilə rəqabət aparır və hətta e.ə. IV– III əsrlərdə onu üstələyirdi. Şər – konkretdir, onun daşıyıcısı isə varlılardır. Moizm banisi Mo tszı (Mo Di) olan etik-siyasi təlimdir. O, e.ə. 486-cı ildə anadan olmuş və 90 il yaşamışdır. Mo təlimi üçün ümumi sevgiyə çağırış, bütün münaqişələri sülh vasitələrlə həll etməyi tələb etmək və s. səciyyəvidir.

Qanunçular (Fa-tzyun)

Bu məktəb «leqistlər» və ya «fa» da adlandırılır. Ölkənin idarə olunması konfutsiçilərin dediyi kimi mərasimlər, ənənələr, rituallarla deyil, qanunlar əsasında olmalıdır. Qanun imperatordan da yüksəkdə dayanır. Qanun qarşısında hamı bərabərdir. Cəmiyyətin həyatı üçün əxlaq yox, qanunlar əsas idi.

Materialist etika (Yan Çju və Van Çun)

Yan Çjuya görə əgər fəzilətlər xoşbəxtliyə, sakit və sevincli həyata xidmət etmirsə, onda nəinki neytral deyil, hətta ziyandır. Van Çun hesab edir ki, xeyirxah adamlar öz təbiətlərinə görə belədirlər. Pis adamları isə tərbiyə etmək və yaxşılıq etməyə həvəsləndirmək olar. İnsanın fəaliyyətdə olması onu həm əxlaqlı, həm də əxlaqsız edə bilər. Van Çun konfutsiçilik və Qədim Çin dinlərini tənqid edir, səma, ruhlar və qurbanvermə haqqında dini təlimlərdən imtina edirdi. Yan Çjuya görə əgər fəzilətlər xoşbəxtliyə, sakit və sevincli həyata xidmət etmirsə, onda nəinki neytral deyil, hətta ziyandır. Van Çun hesab edir ki, xeyirxah adamlar öz təbiətlərinə görə belədirlər. Pis adamları isə tərbiyə etmək və yaxşılıq etməyə həvəsləndirmək olar. İnsanın fəaliyyətdə olması onu həm əxlaqlı, həm dəəxlaqsız edə bilər. Van Çun konfutsiçilik və Qədim Çin dinlərini tənqid edir, səma, ruhlar və qurbanvermə haqqında dini təlimlərdən imtina edirdi.


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin