ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir



Yüklə 2.82 Kb.

səhifə1/14
tarix03.02.2017
ölçüsü2.82 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14

YUNĠS  HÜSEYNOV  
 
 
 
 
ġuĢa  təkcə  ĢuĢalılar  üçün  yox,  bütün  
azərbaycanlılar  üçün,  vətənini,  millətini 
sevən  hər  bir  vətəndaĢımız  üçün  əziz  bir 
Ģəhərdir,  əziz  bir  torpaqdır,  əziz  bir 
qaladır, əziz bir abidədir 
Ulu Öndər 
HEYDƏR ƏLĠYEV 
 
 
 
 
 
 
 
ġUġA ġƏHƏRĠNĠN 
TARĠXĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2013 

Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin xatirəsinə 
həsr edirəm. 
 
Redaktor:                 V.X.QULĠYEV,  
“Şuşa” nəşriyyatının redaktoru 
 
Rəyçilər:  
 
Z.H.BAYRAMLI,  
tarix üzrə elmlər doktoru 
 
D.M.ƏZĠMLĠ, 
tarix üzrə fəlsəfə doktoru 
 
X.S.QASIMOV, 
tarix üzrə fəlsəfə doktoru 
 
 
HÜSEYNOV Yunis Rza oğlu, t.ü.f.d.: - ġUġA ġƏHƏRĠNĠN 
TARĠXĠ. Bakı: - “Şuşa” nəşriyyatı, 2013, 156 s. 
 
H-05(2013) 
 
Əsərdə  Qarabağ  xanlığının  üçüncü  paytaxtı  olan ŞUŞA  – 
Pənahabad  qalasının  salınma  tarixi,  siyasi,  iqtisadi,  sosial 
inkişafı,  xarici  işğalçılara  qarşı  mübarizə  tarixi,  görkəmli 
şəxsiyyətləri,  erməni  işğalının  nəticələri  və  bir  sıra  digər 
məsələlər öz əksini tapmışdır.  
Bunlarla  yanaşı  monoqrafiyada  ŞUŞANIN  mədəni 
inkişaf tarixinə də geniş yer verilmişdir.  
 
)
013
(
011
051
)
041
(
051


L
H
    
 
Müəllif tərəfindən hədiyyə  
©Y.R.HÜSEYNOV, 2013  

 
 

ġUġA ġƏHƏRĠNĠN ERMƏNĠSTAN SĠLAHLI 
QÜVVƏLƏRĠ TƏRƏFĠNDƏN ĠġĞALININ ĠYĠRMĠNCĠ 
ĠLDÖNÜMÜ HAQQINDA 
AZƏRBAYCAN RESPUBLĠKASI PREZĠDENTĠNĠN 
S Ə R Ə N C A M I  
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən 
biridir.  Təbii  gözəllikləri  ilə  seçilən  bu  şəhər  milli  me-
marlığımızın  və  orta  əsrlər  şəhərsalma  sənətinin  qiymətli 
abidəsidir.  Milli-mənəvi  dəyərlərimizi  və  musiqi  ənənələ-
rimizi  daim  yaşadan  Şuşa  mühüm  iqtisadi,  siyasi  və  mədəni 
əhəmiyyətə  malik  şəhər  kimi  təşəkkül  tapanadək  zəngin  yol 
keçmiş,  Qarabağ  xanlığının  mərkəzi  olmaqla  xalqımızın 
həyatında  özünəməxsus  rol  oynamışdır.  Qasım  bəy  Zakir, 
Xurşudbanu Natəvan,  Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzi-
rov,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Yusif  Vəzir  Çəmən-
zəminli,  Firudin  bəy  Köçərli,  Əhməd  bəy  Ağaoğlu  və  digər 
görkəmli  şəxsiyyətləri  ilə  tarixə  düşən  bu  şəhər  dünyada 
Azərbaycan muğamının beşiyi olaraq tanınır. 
1977-ci  ildə  Ümummilli  liderimiz  Heydər  Əliyevin 
təĢəbbüsü  ilə  «ġuĢa  Ģəhərinin  tarixi  hissəsini  tarix-
memarlıq  qoruğu  elan  etmək  haqqında»  qərar  qəbul 
edilmişdir.  Həmin  vaxtdan  Şuşada  quruculuq  işləri  geniş 
vüsət  almiş,  mədəniyyətimizin  və  incəsənətimizin  böyük 
simalarından 
Üzeyir 
bəy 
Hacıbəylinin, 
Xurşudbanu 
Natəvanın  və  Bülbülün  ev-muzeyləri  təşkil  olunmuş, 
görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır. 
1991-ci  il  oktyabrın  18-də  öz  dövlət  müstəqilliyinin 
bərpası  haqqında  müvafiq  sənədlər  qəbul  edən  Azərbaycan 
Respublikası 
Dağlıq 
Qarabağ 
münaqişəsi 
nəticəsində 
Ermənistanın aqressiv etnik təmizləmə siyasəti  ilə üz-üzə qaldı. 
Dərin  siyasi,  iqtisadi,  sosial  böhran  keçirən  və  Dağlıq 
Qarabağda  yaranmış  gərgin  vəziyyətdən  çıxış  yolu  axtaran 

 
 

ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-
strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü 
özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların 
qəhrəmancasına 
döyüşmələrinə 
və 
layiqli 
müqavimət 
göstərmələrinə  baxmayaraq,  təpədən  dırnağadək  silahlanmış 
Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini 
işğal etdi. 
Şuşanın  müdafiəsi  uğrunda  aparılan  döyüşlərdə  195 
nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir 
düşdü  və  girov  götürüldü.  Erməni  vandalları  işğal  vaxtı 
minlərlə  eksponatın  olduğu  muzeyləri  talan  etdilər,  yüzlərlə 
tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri 
təhqirlərə  məruz  qoydular,  çox  sayda  nadir  əlyazma 
nümunələrini  məhv  etdilər,  təhsil  və  səhiyyə  ocaqlarını 
xarabazara döndərdilər. 
Şuşanın  süqutunun  iyirminci  ildönümü  ərəfəsində 
şəhərin  müdafiəsi  zamanı  şahid  olmuş  soydaşlarımızın 
xatirəsini  bir  daha  dərin  hüznlə  yad  edir,  Azərbaycan 
Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci 
bəndini rəhbər tutaraq qərara alıram: 
 
1.  Azərbaycan  Respublikasının  ərazisində  və  ölkəmizin 
hüdudlarından  kənarda  Şuşa  şəhərinin  Ermənistan  silahlı 
qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar 
müvafiq anma mərasimləri keçirilsin. 
 
2.Azərbaycan 
Respublikası 
Prezidentinin 
Administrasiyası  Şuşa  şəhərinin  Ermənistan  silahlı  qüvvələri 
tərəfindən  işğalının  iyirminci  ildönümü  ilə  bağlı  tədbirlər 
planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin. 
ĠLHAM ƏLĠYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı Ģəhəri, 9 aprel 2012-ci il
 

 
 

ġUġANIN TƏBĠĠ MƏNZƏRƏSĠNĠN QISA TƏSVĠRĠ 
 
«Qarabağ… ġuĢada zəngin bir saray, 
Açılır qapısı, örtülür lay-lay
Onun divarları al-əlvan naxıĢ, 
Əsrdən-əsrə yadigar qalmıĢ…» 
 
                                  Səməd VURĞUN 
 
 
Uca dağlar başında  əzəmətli  bir şəhər var. Həmin şəhər 
yazda  və  yayda  yaşıllığa,  payızda  və  qışda  isə  dumana  və  qara 
bürünür.  Bu  mənim  ata-baba  yurdum  olan  ġuĢa-Pənahabad 
Ģəhəridir.  
PƏNAHABAD  qalası  Qarabağın  Sarıcalı  oymağından 
olan  Pənah  xan  Cavanşirin  göstərişi  və  şəxsən  iştirakı  ilə 
tikildiyinə  görə  banisinin  şərəfinə  Pənahabad və  ya Şişə (ġuĢa
adlandırılmışdır.  Pənahabad  möhtəĢəm  Qarabağ  xanlığının 
üçüncü paytaxt Ģəhəridir.  
Yerli  şuşalılar  dumanlı  havada  şəhərin  hər  hansı  bir 
yerindən  şimala,  şimal-şərqə  və  şimal  –qərbə  tamaşa  edərkən 
belə  gözəl  mənzərədən  feyziyab  olardılar.  Dumanlı  havada 
Pənahabad böyük okeanlarda coşqun dalğalarla vuruşan gəmiyə 
bənzəyirdi.  Şimal-şərq  tərəfdəki  əzəmətli  uca  dağlar  özünün 
kənar  çıxıntısı  və  bürcləri  ilə  tac  qoymuş  əfsanəvi  nəhəngləri 
xatırladır.  
Cənub-şərq  tərəfdən  Şuşanı  hər  iki  tərəfdən  hündürlüyü 
250-300  sajendən  (1  sajen  3  arĢına,  bir  arĢın  isə 
Azərbaycanda  təqribən  75  sm-ə  bərabər  idi  -  Y.H.)  və  eni 
100  sajenə  qədər  olan  sıldırım  qayalı  dərə  əhatə  edir.  Həmin 
dərənin  üstündə  gözəl  bir  bürc  var.  Bürcdən  aşağıda  qayaya 
bitişmiş bir qəsr var; orada olan təbii kahadan soyuq suyu olan 
bulaq axır.  
Cıdır  düzünün  Üç  mıx  adlanan  ərazisindən  DaĢaltı 
çayının sol sahilində içərisində tarixin sirlərini özündə qoruyub 

 
 

saxlayan  nəhəng  ġuĢa  kahası  yerləşir.  Bu  kaha  qaya  boyu, 
şəhərin altından keçən yeraltı yolla, o biri tayda, qalanın yuxarı 
qapısının  aşağı  tərəfində  başqa  bir  ucsuz-bucaqsız  kaha  ilə 
birləşir. 
Pənahabadın  cənub  tərəfindən,  əzəmətli  Kirs  dağından 
şəhərə  nəzər  saldıqda,  ətəklərində  yerləşən  bu  qala  şəhərin 
alınmaz  qaya  ilə  şəhərin  yarımdairəvi  mənzərəsi  duman 
arasından, püskürməkdə olan təbii vulkanı xatırladır [1, 172].  
Pənahabadın  4  fəslinin  özünəməxsus  gözəlliyi  var. 
Yazda  və  yayda  şəhər  və  onun  ətrafı  əfsanəvi  cənnəti 
xatırladır.  Müxtəlif  ağacların  ətir  iyi  saçan  çiçəkləri,  quşların 
şən  nəğmələri,  yağan  yağışların  laylaları,  yağışdan  sonra 
havanın  insana  verdiyi  mənəvi  və  fiziki  gümrahlıq,  şəhərin 
səması  üzərində  uçan  qartalın  təkrarolunmaz  səsi,  yazın 
müjdəçisi  olan  qaranquşların  şən  və  həzin  civiltisi,  şəhərin 
üzərində  yaranan  göy  qurşağının  yaratdığı  təbii  mənzərə 
şəhərimizin təbi məhsulu idi.  
Şuşada  yağışdan  sonra  küçələr  xüsusi  mənzərə  alırdı. 
Belə  ki,  bütün  küçələr  parlaq  don  geyinirdi.  Daşlar  sanki  ağ 
xalat  geyərdi.  Küçələrə  döşənmiş  daşlar  gecələr  işıq  saçırdı. 
Palçıq    nə  olduğunu  yaşlı  şuşalılar  bilməzdi.  Şəhərimizin 
mərkəzi  küçəsi,  sağ  və  sol  tərəfdən  göçə  ağacları  ilə  əhatə 
olunmuşdur. Yaz və yay aylarında həmin küçə xüsusi gözəlliyə 
qərq  olardı.  Ağaclar  çiçək  açarkən  göçə  ağacının  əvəzolunmaz 
iyi  şuşalılara  və  istirahətə  gələn  qonaqlara  xüsusi  ləzzət  və 
əhval-ruhiyyə bəxş edərdi. Payız və qış fəsilləri Şuşanın əvəzsiz 
bəzəyi idi.  
Pənah xanın və onun oğlu İbrahimxəlil xanın və Qarabağ 
xanlığının  varlı  adamları  tərəfindən  tikilən  memarlıq  abidələri, 
saraylar,  qəsrlər,  məscidlər,  digər  dini  abidələr,  bürclər  Şuşada 
tarixin  unudulmaz  yadigarıdır.  Ayrı-ayrı  insanlara  məxsus  olan 
şəxsi evlərin xüsusi yaraşığı var idi.  
Bir  sözlə  Ulu  yaradan  qala  şəhər  –  ġuĢaya  təbiətin 
bütün  nemətlərini  –  gözəl  təbiəti,  saf  havanı,  təmiz  suyu, 
əzəmətli  dağları,  zəngin  meşələri,  dərələri,  ormanları  və  bir 

 
 

sözlə saf və təmiz nə varsa hamısını bəxş etmişdir.  
Ulu  müdriklərimiz  çox  gözəl  deyiblər:  -  «Torpağın 
müqəddəsliyi,  onun  yetiĢdirdiyi  barında,  bərəkətindədir. 
Barın  təamı  qüvvətli,  yararlı  olanda,  ondan  dadıb-
tamsınanlar  da  güclü,  qüvvətli,  namuslu,  qeyrətli,  istedadlı 
və  müdrik  olurlar.  Belə  müdriklər,  istedadlar  o  torpağın 
baĢını  ucaldır,  Ģöhrətini  el-obalarda,  dünya  miqyasında 
yayır-yaĢadır və müqəddəsləĢdirirlər» [2, 58]. 
Şuşa  elm,  mədəniyyət,  ədəbiyyat  və  incəsənət  mərkəzi 
kimi görkəmli şəxsiyyətlərin müqəddəs vətəni olmuşdur. 

 
 

PƏNAHABAD-ġUġA QALA–ġƏHƏRĠNĠN  
SALINMASI TARĠXĠNDƏN 
 
Pənahabad-Şuşa  qala-şəhəri  Azərbaycanın  ən  qədim 
ərazilərindən biri olan Qarabağ ərazisində tikilmişdir. Ən qədim 
insanın  yaşayış  məskənləri  də  bu  ərazidə  aşkar  edilmişdir. 
Azərbaycan  Respublikasının  Qarabağ  bölgəsinin  cənub-şərq 
yamaclarının  ucqar  nöqtəsində  yerləşən  Azıx  mağarası  buna 
parlaq  misaldır.  Tağlar  mağarası  da  Qarabağın  ən  qədim  insan 
məskənlərindən biridir. 
Bütün  tarixi  dövrlərdə  Qarabağın  ərazisində  türkdilli 
tayfalar  yaşamışlar.  Qarabağın  Füzuli  rayonunun  ərazisində 
yerləşən  Azıx  mağarasında  arxeoloji  qazıntılar  zamanı  burada 
əldə  edilmiş  maddi  və  mənəvi  abidələr  sübut  edir  ki,  mağara 
sakinləri  əmək  alətləri  düzəltmək  və  onlardan  istifadə  etmək 
vərdişlərinə  yiyələnə  bilmişlər.  Bu  barədə  çoxlu  misallar 
göstərmək  olar.  Müəllifin  öz  qarşısına  qoyduğu  əsas  vəzifə  – 
Pənahabad Ģəhər qalasının salınma tarixidir.  
Azərbaycanın  şimalında  yaranan  xanlıqlardan  biri  də 
Qarabağ  xanlığı  idi.  Qarabağ  xanlığı  İran  şahı  Nadirin 
öldürülməsindən  sonra  –  1747-ci  ildə,  CavanĢirlər  tayfasının 
baĢçısı  olan  Pənahəli  xan  tərəfindən  yaradılmıĢdır. Qarabağ 
xanlığı İran hökmranlığı ilə gərgin mübarizə şəraitində yaranmış 
və siyasi-iqtisadi cəhətdən möhkəmlənmişdir.  
Pənahəli  xanın  böyük  qardaşı  Fəzləli  bəy  Nadir  şahın 
sarayında  keşik  ağacı  məmuru  idi.  O,  qardaşı  Pənahəli  bəylə 
birlikdə, I Nadir şah Qarabağda ordusuna əsgər topladığı zaman, 
hər  iki  qardaşı  əsgər  kimi  özü  ilə  götürmüşdür.  Qarabağlıların 
Nadir  şah  tərəfindən  Xorasana  sürgün  edilmələrinə  qarşı  etiraz 
əlaməti olaraq Fəzləli bəy ona qarşı müxalifətdə idi. Ona görə də 
saray məmurları onu şahın nəzərindən sala bildilər. Nadir şahın 
göstərişi ilə Fəzləli bəy edam olundu. Şahın əmri ilə Pənah bəy 
böyük  qardaşının  yerinə  eşik  ağası  təyin  olundu.  İşgüzar  və 
qoçaq  bir  insan  olan  Pənah  bəy  hiss  edirdi  ki,  Nadir  şah  ona 
düşmən münasibət bəsləyir, bunu o, şahın qorxunc baxışlarından 

 
 

hiss edirdi [3, 32].  
Mənbələrdə  deyildiyi  kimi  Nadir  şah  tərəfindən  qətlə 
yetirilən  böyük  qardaşının  əhvalatından  sonra  Pənah  bəy  onun 
yanında  qala  bilməzdi.  Ona  görə  də  Pənah  bəy  saraydan 
qaçmağı qət etdi. Nadir şah Xorasanda olduğu zaman Pənah bəy 
bir neçə nəfər yaxın adamı ilə Nadir şahın sarayından qaçdı. Bu 
hadisə 1738-ci ildə baĢ vermiĢdir [4, 110]. 
Nadir şah tərəfindən təqib olunan Pənahəli xan Qarabağ 
dağları,  Şəki  və  Qəbələdə  yaşayırdı.  Çox  keçmir  ki,  15  yaĢlı 
oğlu Ġbrahimxəlil ağa da atasının ardınca Qarabağa gəlir [5, 
25]. 
Elə yeri gəlmişkən Nadir şahın öldürülməsi haqqında bir 
qədər məlumat vermək yerinə düşərdi.  
Nadir şah cavanlıqda təhsil almamışdı. Şah II Təhmasib 
tərəfindən qoşuna fərmandeh (baĢ komandir) təyin olunduqdan 
sonra,  o,  dərk  edirdi  ki,  oxumağa  və  yazmağa  ehtiyacı  vardır. 
Ancaq  müsafirətlər  (səfərlər)  və  müharibələr  ona  imkan 
vermirdi ki, savad ala bilsin. Nəhayət, Mirzə Mehdi Esterabadi 
adlanan, çox istedadlı bir nəfər onun xidmətinə girdi. O, Nadirin 
savad  almasında  böyük  işlər  gördü.  Nadir  şah  olduqca  qəzəbli 
və  kinli  şəxsiyyət  idi.  Uşaqlarına,  qan  qohumlarına  və 
başqalarına qarşı dözümsüz idi. Nadir şah böyük oğlu Rzaqulu 
Mirzənin  gözlərinə  alovda  qızardılmış  mil  çəkdirərək  kor 
etmişdir.  
Nadir  şahın  ətrafında  olanlara  qarşı  amansız  cəza 
verdirməsi, ona qarşı sui-qəsdin hazırlanmasına gətirib çıxartdı.  
Nadir  şaha  qarşı  sui-qəsdə,  şahın  qardaşı  oğlu  Əliqulu 
Mirzə  başçılıq  edirdi.  Sui-qəsdə  Saleh  bəy  Əfşar,  Məhəmməd 
bəy  Qacar  Şirvani,  Musa  bəy  Əfşar,  Qoçu  bəy  Əfşar  Urumi 
daxil  idilər.  Qoçu  bəy  Əfşar  Urumi  Nadir  şahın  xüsusi 
gözətçilərinin  rəisi  idi.  O,  Nadir  şahın  tayfasından  idi.  Bundan 
başqa Musa bəy və Saleh bəy də Əfşar tayfasından idilər. Nadirə 
qarşı  sui-qəsd  1160-cı  il  hicri-qəməri  ilinin  cəmadiul  sani 
ayının  14-də  həyata  keçirildi  (Miladi  tarixi  ilə  1747-ci  il  – 
Y.H.). Nadir şaha Xabuşan yaylağında ilk qılınc zərbəsini Saleh 

 
 
10 
bəy Əfşar endirmişdir. İran tarixində heç vaxt şah öz tayfasının 
nümayəndəsi  tərəfindən  öldürülməmişdir.  Nadirə  ikinci  qılınc 
zərbəsini  Qoçu  bəy  vurmuşdur.  Ölməkdə  olan  şahın  başını  isə 
Musa bəy Əfşarın nökəri kəsmişdir [6, 20, 32, 36, 39]. 
Bu hadisədən sonra Pənahəli bəy azad fəaliyyətə başladı. 
Qarabağın  Cavanşir,  Kəbirli,  Otuziki  və  başqa  ellər  Nadir  şah 
tərəfindən  Xorasana  sürgün  edilmişdi.  Onlar  elliklə  sürgündən 
vətənə  qayıtmağa  başladılar.  Pənahəli  bəy  onları  mehribanlıqla 
qarşılayıb,  yaşamaları  üçün  lazım  olan  bütün  şəraiti  yaratdı  [3, 
32-33]. 
Sürgündən  qayıdan  elləri  qarşılamaq  üçün  Pənah  bəy, 
yaxın  adamları ilə bərabər  İraq və Azərbaycan sərhədinə qədər 
getdi.  Onu  salamat  görən,  nökər  və  köməkçilərinin  çoxluğunu 
müşahidə  edən  bütün  el  əhli  və  qohum-əqrəbası  sevindi  və 
Pənah bəylə birlikdə Qarabağ torpağına daxil oldular. Hər kəs öz 
əvvəlki  yurduna  gəlib  yerləşdi.  Var-yoxdan  çıxmış,  qarət 
edilmiş həmin adamlara, hər cür yardım göstərildi. Pənahəli bəy 
igid cavanları ətrafına toplayaraq dövlət qurdu [4, 111]. 
Beləliklə  də  Nadir  şahın  qanlı  qətlindən  sonra  1747-ci 
ildə  bütün atributlara malik olan,  Qarabağ  xanlığı  yarandı
Pənah bəy xan elan olundu.  
Qarabağ  xanlığı  müstəqil  dövlət  elan  edildikdən  sonra, 
Pənah  xanın  qarşısında  duran  ən  mühüm  vəzifə  onu  siyasi, 
iqtisadi  və  sosial  cəhətdən  möhkəmləndirməkdən  ibarət  idi. 
Əgər  Təbriz,  Ərdəbil,  Gəncə,  Şamaxı,  Bakı,  Naxçıvan,  Şəki, 
Dərbənd  xanlıqlarının  siyasi  mərkəzləri  var  idisə,  Qarabağ 
xanlığının belə Ģəhər mərkəzi yox idi. Ona görə də Pənah xan, 
yeni  yaranmış xanlıq üçün  siyasi  mərkəz  Ģəhəri  də  yaratmalı 
idi.  O,  yaxşı  bilirdi  ki,  siyasi-iqtisadi  mərkəz  şəhəri  olmadan 
xanlığı qoruyub saxlamaq mümkün deyildir.  
Qarabağ  tarixçisi  Mirzə  Camal  bəy  CavanĢir 
Qarabaği yazır:  
«MəĢvərətdən  sonra  indiki  Kəbirli  mahalı  içərisində 
olan  BAYAT  qalasının  binası  qoyuldu.  Qısa  bir  zamanda 
möhkəm  hasar  tikildi  və  xəndək  qazıldı,  bazar,  hamam  və 

 
 
11 
məscid  tikildi.  Xan  bütün  ailəsini,  qohumlarının  və  el 
böyüklərinin  əhl-əyyalını  oraya  topladı.  Ətrafda  olan 
camaat,  hətta  Pənah  xanın  tərəqqisini,  onun  rəftar  və 
məhəbbətini  eĢidən  Təbriz  və  Ərdəbil  vilayətlərinin  bir  çox 
əhalisi  və  sənətkarları  öz  ailələri  ilə  birlikdə  gəlib  Bayat 
qalasında yerləĢdilər. Bayat qalası müsəlman tarixi ilə 1161-
ci ildə, xristian tarixi ilə 1745-ci ildə  (hicri 1161-ci il, miladi 
1748-ci ilə bərabərdir) tikilmiĢdir [4, 111-112].  
Qarabağ  xanı  Pənah  xanın  siyasi  hakimiyyət  tarixi,  heç 
bir kənar fərman olmadan 1747-ci ildən baĢlayır
Mənbələr  də  göstərilir  ki,  1748-ci  ildə  Bayat  qalası 
tikildikdən  sonra  Pənah  xanın  siyasi  hakimiyyət  tarixi,  heç  də 
bir kənar fərman olmadan 1747-ci ildən başlayır. 
Bayat  qalası  tikildikdən  sonra  Pənah  xanın  şöhrəti  hər 
tərəfə  yayıldı.  Qala  möhkəmləndirilir,  əhalisi  isə  artırdı.  Bunu 
hiss  edən  Şirvan  və  Şəki  hakimləri  müqavilə  bağlayıb,  Pənah 
xanı  aradan  götürmək  məqsədilə  çoxsaylı  qoşunla  Bayat 
qalasına hücum etdilər.  
Pənah xan igid adamları ilə birlikdə düşmən qoşunlarına 
ağır zərbə vurur, onları qalaya yaxınlaşmağa qoymurdular. Şəki 
və Şirvan xanları heç bir iş görə bilmədilər və məyus halda geri 
qayıtdılar. Şəki xanı Hacı Çələbi yolda öz adamlarına demişdir: 
«Pənah xan bir xan idi. Biz gəldik, onunla dava etdik 
və  bir iĢ  də görə  bilmədik. Biz indi  onu Ģah edib qayıdırıq» 
[4, 112]. 
Göründüyü kimi Hacı Çələbi Pənah xanı, xan kimi rəsmi 
surətdə tanıdığını etiraf edir.  
1748-ci  il  Bayat  müharibəsindən  sonra  Pənah  xan 
daxili  asayişi  möhkəmləndirmək  məqsədilə  alban  xristian 
məliklərini  özünə  tabe  etdirməyə  başladı.  Bir  müddət 
müqavimət  göstərdikdən  sonra  Xəmsə  alban  xristian  məlikləri 
itaət etməyə məcbur oldular.  
Bayat  müharibəsi  göstərdi  ki,  Bayat  qalası  qala  kimi 
uzun müddət düşmən hücumuna davam gətirə bilməz. Ona görə 
də Pənah xanın başçılığı ilə çağırılan müşavirədə, yeni qala bina 

 
 
12 
olunması qərara alındı.  
Beləliklə  də  ġahbulağı  adı  ilə  məĢhur  olan  Tərnəküt 
qalasının  tikintisinə  baĢlanıldı. Şahbulaq qalası tikilib  qurtar-
dıqdan sonra (1751-1752-ci illər) hamı yeni qalaya köçürüldü.  
İranda  baş  verən  siyasi  hadisələr  Qarabağ  xanlığı  üçün 
təhlükə  törədirdi.  Mərkəzi  hakimiyyəti  ələ  keçirmək  üçün 
müxtəlif  qüvvələr  mübarizə  aparırdılar.  Bu  qüvvələr  içərisində 
Məhəmmədhəsən xan Qacar, Fətəli xan ƏfĢar və Kərim xan 
Zənd xüsusilə fərqlənirdilər.  
Göründüyü  kimi  bu  qüvvələrin  hər  hansı  biri  Qarabağ 
xanlığına  hücum  etsəydi  Şahbulağı  qalası  onların  qarşısında 
davam  gətirə  bilməzdi.  Pənah  xanın  göstərişi  ilə  yenidən 
ruhanilərin  və  saray  məmurlarının  geniş  müşavirəsi  çağırıldı. 
Müşavirədə  qərara  alındı  ki:  «…  Bizimlə  Əliqulu  xan  və 
Sərdar Əmir Aslanın arasında sülh, ittifaq və dostluq əlaqəsi 
davam  etməkdə  idi…  Belə  bir  münasibət  və  dostluq  əlaqəsi 
bizimlə Məhəmmədhəsən xan arasında ola bilsin ki, olmasın. 
Ətraf xanlarından da bir o qədər xatircəm deyilik. Onların 
Məhəmmədhəsən  xanı  üzərimizə  təhrik  edərək,  onunla 
birlikdə  bizə  qarĢı  çıxacaqları  ehtimalı  vardır.  Belə  bir 
vəziyyətdə  Qarabağın  elləri,  adlı-sanlı  adamları  QızılbaĢ 
qoĢununun  ayağı  altında  paymal  olar,  biz  isə  ġahbulağı 
qalasında  elə  bir  qüvvətli  düĢmənin  və  ətraf  xanların 
qarĢısında  müqavimət  göstərə  bilməyib  bütünlükdə 
qırılarıq…  Biz  gərək  dağların  içində,  möhkəm  və  keçilməz 
yerdə  elə  bir  əbədi  və  sarsılmaz  qala  tikək  ki,  onu  güclü 
düĢmən  belə  mühasirə  edə  bilməsin.  Qalanın  bir  tərəfi 
dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla 
əlaqəmiz bir an belə kəsilməməlidir [4, 115]. 
Müşavirədən  sonra  Pənah  xanın  göstərişi  ilə  bir  neçə 
adam  ətraf  yerləri  xeyli  gəzdikdən  sonra  üç  tərəfi  təbii 
istehkamlarla, hündür qayalarla əhatə olunmuş bir əraziyə gəlib 
çıxdılar.  Bu  ərazi  qədim  türk  ellərinin  yaşayış  məskəni  olan 
Pənahabad  qalasının  salınacağı  ərazi  idi.  Bələdçilər  xana  ərazi 
haqqında  ətraflı  məlumat  verdikdən  sonra,  o,  həmin  əraziyə 

 
 
13 
gəldi  və  oranı  bəyəndi.  Ərazidə  iki-üç  bulaqdan  başqa  su 
mənbəyi  yox  idi.  Xanın  göstərişi  ilə  bir  neçə  quyu  qazıldı, 
müəyyən edildi ki, ərazidə su quyuları qazmaq olar. Bunu eşidən 
Pənah xan çox sevindi.  



  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə