ġuĢanın hər bir qarıĢ yeri müqəddəs və Ģəfalı idi. Həqiqətən
24
də:
ġuĢa bir qaladır,
Torpağı Kərbəladır.
Dövrün etibarlı mənbələri olan «Qarabağnamələr»də
Pənah xanın və İbrahimxəlil xanın hakimiyyətləri dövründə
tikilən bina və imarətlər haqqında da məlumat verilir. Bu barədə
Mirzə Camal bəy CavanĢir Qarabağinin, Mir Mehdi
Xəzaninin, Baharlının, Əhməd bəy CavanĢirin salnamələ-
rində ətraflı məlumat vardır.
Mirzə Camal Cavanşir Qarabaği yazır:
Mərhum Pənah xanın tikdirdiyi bina və imarətlər
aşağıdakılardır:
Birinci - Bayat qalasıdır ki, orada biĢmiĢ kərpicdən
hasar, bazar, hamam və imarətlər tikdirmiĢdir. Ġndi
xarabadır, yalnız xırda-para qalıqları görünür.
Ġkinci - ġahbulağı qalasıdır. Burada bulaq baĢında
daĢ və əhənglə məscid, hamam tikilmiĢ, Ģəhər və bazar
salınmıĢdır.
Üçüncü – ġuĢa qalasının sabiq divarı və indi qoĢunun
taxıl anbarı olan bina.
Mərhum Ġbarhim xandan qalmıĢ bina və imarətlər:
Birinci – müsəlman tarixi ilə 1182 (1768-69)-ci ildə
tikilmiĢ böyük camaat məscididir. Bu məscid köhnəldikdən
sonra onu möhtərəm qızı, rəhmətlik Gövhər Ağa təmir edib
əvvəlkindən daha gözəl Ģəkilə salmıĢdır.
Ġkinci – ġuĢa qalasının hasar divarıdır ki, müsəlman
tarixi ilə 1198 (1783-84)-ci ildə binası qoyulmuĢ və üç il
ərzində tikilib qurtarmıĢdır. Ġndi dövlət məmurları divarı
yenidən tikdirmiĢlər və xanın tikdirdiyindən yalnız bəzi
yerdə əsər görünür.
Üçüncüsü – Əsgəranın hər iki qalasıdır ki, müsəlman
tarixi ilə 1203 (1788-1789)-cü ildə ġuĢa qalasının üç
ağaclığında Qarqar çayının keçdiyi iki dağın arasında
tikdirmiĢdir. Müharibə zamanı bu qalalarda azacıq qoĢun
olsa düĢmən oradan keçib ġuĢa qalasına gedə bilməz.
25
Dördüncü – Dağ-daĢ arasında olan Xəzinə dərəsinin
imarət və otaqlarıdır ki, mağaranın içərisində daĢ və əhənglə
tikilmiĢdir. Oranın yalnız bircə yolu vardır.
BeĢinci – ġuĢa qalasının bir ağaclığında olan Xan
bağının tikintiləridir.
Altıncı - Ağdam bağının hasarı, mərhum Pənah xanla
baĢqa övladlarının qəbirləri üstündə tikilmiĢ uca günbəzlər
və o yerlərin arxlardır [4, 143].
Mirzə Camal bəy Cavanşir Qarabağinin oğlu Rzaqulu
bəy Mirzə Camal oğlu da öz salnaməsində atasının məlumat-
larını təkrar edir. Lakin Baharlı Əsgəran qalasının inĢa
edilməsini Pənah xanın, Əhməd bəy CavanĢir isə Mehrəli
bəyin adı ilə bağlayır.
Hər-halda Mirzə Camal bəy Cavanşir Qarabağinin
verdiyi tarixi məlumat, tarixi həqiqətə daha uyğundur. Əlbəttə,
Pənah xan Əsgəran qalasını və digər müdafiə qurğularını
tikdirməyi yaxşı dərk edirdi. Bu həmin dövrdə baş verən siyasi
hadisələrlə sıx bağlı idi. Lakin onun başına gətirilən hadisələr
buna imkan vermədi.
Bir həqiqəti də nəzərə almaq lazımdır ki, XVIII əsrin
sonlarında və XIX əsrin əvvəllərində Şuşa-Pənahabadda və
bütövlükdə Qarabağ xanlığının siyasi-ictimai həyatında baş
verən hadisələrin canlı şahidi Mirzə Camal bəy CavanĢir
Qarabaği idi. Bundan əlavə M.P.Vaqifin öldürülməsindən
sonra o, Qarabağ xanlığının vəziri olmuĢdur. Deməli, Mirzə
Camal bəy xanlığın daxili və xarici həyatında fəal iştirak
etmişdir. Mehdiqulu xan dövründə də xanlığın vəziri
olmuşdur. Bu vəzifədə xanlıq Rusiya imperiyası tərəfindən ləğv
edilənə qədər – 1822-ci ilə kimi qalmıĢdır. Bütün bunları
nəzərə alaraq deyə bilərik ki, o, ġuĢa-(bundan sonra ġuĢa
yazılacaq) Qarabağ xanlığı haqqında bizə daha çox və dəqiq
tarixi məlumatlar verə bilərdi və vermişdir.
Şuşa dəfələrlə xarici hücumlara məruz qalmış və bu
sahədə öz qalib sözün demişdir.
26
ġUġA XARĠCĠ MÜDAXĠLƏYƏ QARġI MÜBARĠZƏDƏ
Şuşa qalasının şanlı və qəhrəmanlıq tarixi XVIII əsrin
ikinci yarısı ilə bağlıdır. « Qarabağnamələr»də bu barədə ətraflı
məlumatlar verilir. Məhəmmədhəsən xan Qacar, Fətəli xan
ƏfĢar və Ağa Məhəmməd xan Qacar kimi tarixi sərkərdələr
Şuşa qalasının divarları altında məğlub olmuşlar. Lakin Ağa
Məhəmməd şah Qacar Şuşa qalasına ikinci dəfə – 1797-ci ilin
iyun ayında hücumu zamanı qalanı ələ keçirə bilmiĢdir. Bu
isə onun faciəli qətlinə səbəb olmuşdur. Şuşa qalasının möhkəm
qala divarları və müdafiə qurğuları düşmən hücumlarının dəf
olunmasında mühüm rol oynamışdır.
«Qarabağnamələr»də və dövrün digər tarixi qaynaq və
mənbələrində deyildiyi kimi Nadir Ģahın sui-qəsd nəticəsində
öldürülməsindən sonra, Ġranda mərkəzi hakimiyyət uğrunda
mübarizə gücləndi. Bu mübarizədə Qacarlar sülaləsinin
nümayəndəsi Məhəmmədhəsən xan əsas rəqibləri olan Fətəli
xan ƏfĢar və Kərim xan Zənd üzərində müvəqqəti qələbədən
sonra, şimaldakı Azərbaycan torpaqlarını da ələ keçirmək
qərarına gəldi. Bəzi tarixi salnamələrdə deyilir ki, o, Qarabağ
xanlığı üzərinə hücuma hazırlaşarkən, Azərbaycanın bir sıra
xanlıqlarını da öz tərəfinə çəkmək istədisə də, buna nail ola
bilmədi.
Mirzə Adıgözəl bəy yazırdı:
«Ağa Məhəmməd Ģahın atası Məhəmmədhəsən xan
Qacar Ġraq, Azərbaycan və Mazandaran hüdudlarında
istiqlaliyyət qazandı… ġuĢa Ģəhərini almaq məqsədilə saysız-
hesabsız qoĢunla qalaya hücum etdi [3, 39-40].
Məhəmmədhəsən
xan
Qacarın
Şuşa
qalasına
hücumundan bəhs edən Mirzə Camal bəy CavanĢir Qarabaği
qeyd edir ki, «Qalanın tikiliĢindən bir il keçdikdən sonra
Ağa Məhəmməd Ģah Qacarın atası Məhəmməd xan Qacar
Ġraq və Azərbaycan qoĢunu ilə ġuĢa qalasını almaq və Pənah
xanı özünə tabe etmək məqsədilə Arazdan keçib qalanın
dörd ağaclığında çadırlar qurdurdu» [4, 116].
27
Burada bir məsələyə münasibət bildirmək yerinə düşərdi.
Bəzi tarixçilər Məhəmmədhəsən xan Qacarın hücumunu 1751-ci
ilə, bəziləri isə 1757-ci ilə aid edirlər. Hətta deyilir ki, 1752-ci
ildə qalada Pənahabad adı ilə bir misqal dəyərində gümüĢ
pul da sikkə olunurdu. «Sikkənin bir tərəfində Pənahabad, o
biri tərəfində isə «La ilahə illəllah və Məhəmmədun
Rəsulillah» sözləri yazılmıĢdı [7,18]. Əgər Şuşa qalasının inşa
olunduğu tarixləri nəzərə alsaq, nə isə qaranlıq mənzərənin
şahidi olarıq…
İranın daxilində baş verən siyasi hadisələrlə əlaqədar
olaraq Məhəmmədhəsən xan Şuşanın mühasirəsindən əl çəkərək
geri qayıdır. Bu zaman Kərim xan Zənd qoşun toplayıb İraqı və
Mazandaranı tutmuşdur. Məhəmmədhəsən xan Qacar Kərim xan
Zəndin zərərləşdirilməsi üçün fars torpaqlarına doğru hərəkət
etdi. Lakin yolda o, yaxın adamları tərəfindən qətlə yetirildi.
Şuşa qalası ikinci dəfə Nadir şah Əfşarın sərkərdə-
lərindən biri olan Fətəli xan ƏfĢarın hücumuna məruz qaldı.
Fətəli xan Əfşar Urmiyanın hakimi idi. O, Qaradağ,
Mağara, Urmiya və Təbrizi ələ keçirərək Qarabağ xanlığını
özünə tabe etmək üçün Şuşaya doğru hərəkət etdi. O, Pənah
xanın yanına mahir elçilər göndərib, onu itaətə və ittifaqa dəvət
etdi.
«Lakin Pənah xan belə sərdarlara itaət etməyi haqlı
olaraq, özü üçün əskiklik və ar bilib, elçiləri kobud
cavablarla geri qaytardı» [4, 117].
Fətəli xanın qoşunu ilə Pənah xanın qoşunu arasında
gərgin mübarizə 6 aya qədər davam etdi. Bu müddət ərzində
Fətəli xan heç bir uğur qazana bilmədi, onun vəziyyəti gündən-
günə çətinləşirdi. Pənah xan və Qara Murtuza bəyin döyüşçüləri
düşmənə ağır zərbələr endirirdilər. Döyüşlərdə Fətəli xan
Əfşarın 2 minə qədər döyüşçüsü öldürüldü, yaralandı və əsir
düşdü» [4, 117 ].
Müharibə partizan müharibəsi xarakteri aldı [1, 162].
Dövrün mənbələrində göstərilir ki, Fətəli xan Əfşar Şuşa
qalasını ala bilməyəcəyini hiss edib, hiyləyə əl atır. Qış fəsli
28
yaxınlaşırdı, soyuqlar başlanmışdı. Düşmənin canlı qüvvəsinin
itkiləri gündən-günə artmaqda davam edirdi, ərzaq ehtiyatı
tükənirdi. Fətəli xan sülh və barışıq təklif edib, Pənah xanın
yanına mahir elçilər göndərib belə bir yalan vədə verdi:
«Əgər Pənah xan qoĢunumdan aldığı əsirləri geri
qaytarsa, mənimlə dostluq və ittifaq etsə, qızımın kəbinini
onun böyük oğlu Ġbrahimxəlil ağaya kəsdirəcəyəm. Beləliklə
də biz əbədi qohum və dost olacağıq. Bir Ģərtlə ki,
Ġbrahimxəlil ağanı mənim yanıma göndərsin. O, isə orduda
Ģirni içilib, kəbin kəsildikdən və iki-üç gün burada qonaq
qaldıqdan sonra geri qayıtsın» [4, 118].
Pənah xan Fətəli xanın hiyləsinə və yalan vədlərinə
inanaraq, özünün gələcək varisini düşmən düşərgəsinə göndərir.
Onunla birlikdə bir neçə kəndxudanı da Fətəli xanın yanına
getməsini təşkil edir. Görünür, Qarabağ xanının ətrafında olan
məsləhətçiləri də Əfşar xanının hiyləsini əvvəlcədən hiss edə
bilməmişlər. Ola bilsin ki, Fətəli xanın öz adamlarından və
övladlarından bir neçəsini Pənah xanın yanına, Şuşa qalasına
göndərməsi, saray məmurlarında ona qarşı inam yaratmışdı.
Lakin Fətəli xan öz məkrli niyyətlərinə nail olduqdan sonra,
verdiyi sözə naxələf çıxaraq, İbrahim ağanı və onunla birlikdə
onun düşərgəsinə gələn kəndxudaları əsir edərək, heç bir yerdə
dayanmadan Urmiya qalasına apardı.
Yuxarıda dediyimiz kimi Fətəli xan Şuşa ətrafında gedən
döyüşlərdə xeyli canlı qüvvə itirmişdir. Bu onun məğlubiyyətini
və acizliyini sübut edir. Fətəli xan Şuşanı silah gücü ilə
almasının mümkün olmamasını dərk edərək, Pənah xanı yalan
vədlərlə aldatmasını təəccüblə qəbul etmək olar…
İbrahim xan və onun vəziri M.P.Vaqif Şuşa qalasının
möhkəmləndirilməsi işini bir an da olsun təxirə salmır, qala
divarlarını, bürcləri və müdafiə qurğularının yenidən inşasını
davam etdirirdilər. XVIII əsrin 70-80-cı illərində Şuşa qalası,
sözün əsl mənasında alınmaz qala şəhərinə çevrilmişdir. XVIII
əsrin 90-cı illərində Qarabağ xanlığına –Şuşa qalasına edilən
basqınların uğurla dəf edilməsi, qalanın yüksək səviyyədə
29
möhkəmləndirilməsini əyani surətdə sübut edir.
Fətəli xan özünün layiqli cəzasını aldı. Kərim xan
Zəndin və Pənah xanın birləşmiş qüvvələri onu məğlub edərək
İranda hakimiyyəti ələ keçirməsinə imkan vermədilər. Lakin
Pənah xan ikinci dəfə də aldanıldı. Kərim xan Fətəli xanı aradan
götürdükdən sonra, özünün ən qorxulu və bacarıqlı rəqibi olan
Pənah xanı «qonaq» adı ilə ġiraza apardı.
Mirzə Camal bəy CavanĢir Qarabaği göstərir ki,
Kərim xan Urmiyada həbsdə olan Ġbrahimxəlil ağanı
zindandan buraxdırıb öz yanına çağırdı, ona at, qılınc, xələt
və Qarabağ xanlığı və hakimiyyəti fərmanını verib, hörmət
və təmtəraqla Qarabağa yola saldı. Pənah xana qarĢı olan
məhəbbətinə görə ona lütf və mehribanlıq göstərib dedi: -
«Mənə qarĢı göstərdiyin sədaqətli köməyin əvəzini çıxmaq
üçün bir neçə müddət mənim yanımda qalmağını xahiĢ
edirəm». Onu özü ilə bərabər ġiraza apardı [4, 19-20].
Bu Pənah xanın siyasi fəaliyyətinin və hakimiyyətinin
sonu demək idi. O, 1763-cü ildə ġirazda dünyasını dəyiĢdi.
Özünün vəsiyyətinə görə cənazəsi böyük hörmətlə Qarabağa
gətirildi. Pənah xan Ağdamda özünün mülkü olan və
hazırda Ġmarət adı ilə məĢhur olan yerdə torpağa
tapĢırılmıĢdır.
Pənah xan Azərbaycan tarixində görkəmli dövlət xadimi,
məğrur sərkərdə kimi şərəfli yer tutur.
Şuşa qalası XVIII əsrin ikinci dövründə də xarici
işğallara qarşı mübarizə aparmışdır. Bu tarixi dövr Ġbrahim
xanın (1759-1806-cı illər) hakimiyyəti dövrünü əhatə edir.
İbrahim xan alban xristian məliklərinin müqavimətini qırıb,
onları özünə tabe etdirdi. Xanlıqda böyük quruculuq işləri
apardı. Xanlıqda bu dövrdə iqtisadi, sosial və mədəni inkişaf
yüksək mərhələyə çatmışdır.
Kərim xan Zəndin vəfatından (1779-cu il) sonra Ġranda
hakimiyyəti Azərbaycan türklərinin Qacarlar tayfasından
olan Ağa Məhəmməd xan ələ keçirə bildi. O, Səfəvilər
imperiyasının sərhədlərini bərpa etməyi qarĢısına məqsəd
30
qoyaraq, bir çox yerləri, o cümlədən də Cənubi Qafqazı və
Qarabağ xanlığını da öz dövlətinin ərazisinə qatmağı qət
etdi. Şuşa qalası bununla da qorxulu və güclü hücumlar
qarşısında qaldı. Bütün Azərbaycan xanları öz dövlət
müstəqilliklərini qoruyub saxlamaq məqsədi ilə yollar aramağa
məcbur oldular.
Mənbələrdə göstərildiyi kimi Cənubi Qafqaz hakimləri
və o cümlədən də Azərbaycan xanları, Ağa Məhəmməd xan
Qacar tərəfindən ola biləcək hücumların qarşısını almaq üçün
birləşməyə səy göstərirdilər. Bu siyasi məsələdə, Qarabağ xanı
İbrahim xan xüsusi rol oynayırdı. Onun xahişi ilə qohumu,
Ümmə xan öz silahlı qüvvələrinin bir hissəsini ġuĢa qalasına
göndərmişdir.
Bir sıra Azərbaycan xanları - Ġrəvan, Lənkəran, Xoy və
Urmiya xanları da Ağa Məhəmməd xan Qacara qarşı
birləşməkdə İbrahim xanla müttəfiq idilər.
Bu dövrdə baş verən siyasi hadisələrin canlı şahidi olan
«Qarabağ Tarixi» əsərinin müəllifi Mirzə Camal bəy
CavanĢir Qarabaği yazırdı:
«Tiflis valisi...» Ġrakli xan, Ġrəvan hakimi Məhəmməd
xan və TalıĢ hakimi Mir Mustafa xan, Ağa Məhəmməd
xanın itaətini qəbul etməyəcəkləri və bir-birinə kömək edib,
müttəfiq olacaqları haqqında Ġbrahim xanla and içmiĢdilər
[4, 122].
Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycan xanlıq-
larını müxtəlif yollarla özünə tabe etmək istəyirdi. Onun
məqsədi bu işdə dinc və qeyri dinc yolların seçilməsi idi.
Ağa Məhəmməd şah Qacar Azərbaycanın Şimal
xanlıqlarını könüllü surətdə özünə tabe etmək cəhdini 1793-cü
ildə göstərdi. Lakin Azərbaycan xanlıqlarının çoxu onunla
danışıqlara razı olmadılar. Onlar Ağa Məhəmməd xan Qacarın
məqsədini əvvəlcədən hiss etmişdilər. Bilirdilər ki, Qacar xanı
onların varlığına tezliklə son qoyacaqdır. İbrahim xan, nəinki
Ağa Məhəmməd xan Qacarın nümayəndəsi ilə danışığa razılıq
verdi, hətta, onu hökmdar kimi tanımaqdan imtina etdi. Bu
31
Qacar xanının qəzəbinə səbəb oldu. O, vaxt itirmədən Şuşa
qalasını ələ keçirmək üçün Qarabağa hücum haqqında göstəriş
verdi. Qacar xanı çoxlu qoşunla Şuşa qalasının üzərinə yürüş
edib, qalanın bir ağaclığında hərbi düşərgə saldı.
«Deyirlər ki, Qacar xanı bu müharibəyə altmıĢ min
piyada və süvari, iyirmi beĢ topla gəlmiĢdi» [6, 129].
Qacar xanı Şuşa qalasını 33 gün mühasirədə saxladı.
Mühasirə zamanı ona məlum oldu ki, qalada su mənbələri onun
daxilindədir. Quyular və kəhrizlər müntəzəm olaraq əvvəlki
kimi müdafiəçiləri və əhalini bol su ilə təmin edirdi. Toplardan
atılan atəşlər qala divarlarına təsir etmirdi. İbrahim xan öz
əsgərləri ilə birlikdə hərdən qaladan çıxıb, qızılbaşlara zərbələr
endirirdi. Mühasirənin uzanması, Qacar xanını olduqca narahat
edirdi. Məhz ona görə də İbrahim xanla dil tapmağa çalışırdı. Bu
iş də Qacar xanının sarayında məmur olan, vaxtilə İbrahim xanla
dostluq edən Pirqulu xan öz xidmətini təklif etdi. Ağa
Məhəmməd xan Pirqulu xana icazə verdi ki, İbrahim xanla
istədiyi kimi danışıb məsələni yoluna qoysun.
Pirqulu xan İbrahim xanla Şuşa qalasında görüşdülər.
İbrahim xan köhnə dostunu olduqca mehribanlıqla qarşıladı.
Söhbət əsnasında o, dostuna bildirdi ki, mən Ağa Məhəmməd
xandan qorxmuram və Şuşa qalasına onu buraxmaq istəmirəm.
Əgər mən döyüş meydanında öldürülməyimi bilsəm də,
sağlığımda Ağa Məhəmməd xanı qalaya buraxmağa imkan
vermərəm. Mən bunu özümə sığışdıra bilmərəm. Bu mənim
nəslimə layiq iş deyil. Bu söhbətdən sonra Pirqulu xan bilirdi ki,
sənin igidliyinə və cəsarətinə inanıram. Bilirəm ki, ölümdən
qorxan deyilsən. Lakin qalanın əhalisini də fikirləşmək lazımdır.
Gərək düşünəsən ki, günahsız xalqı Ağa Məhəmməd xanın
qəzəbinə düçar etməyəsən.
Nəhayət Pirqulu xan İbrahim xanı razı sala bildi ki,
müqaviməti dayandırmaq üçün şəhər əhalisi ilə söhbət et, onları
inandır ki, bizi dəhşətli faciə gözləyir. Onları Kirman hadisələri
ilə tanış et. Qacar xanı Kirmanda əhalinin başına müsibətlər
açmışdı. Onun əsgərləri Kirmanda vəhşiliklər törətmiş, çoxlu
32
adam öldürmüş, qarətlər törətmiş, sağ qalan bütün kişilərin
gözlərini çıxartdırıb kor etdirmişdir. Mən bunların canlı
şahidiyəm.
Jan Gevr qeyd edir ki, Ġbrahim xan Ģəhərin
ruhaniləri ilə danıĢdıqdan sonra, onlar razılaĢdılar ki,
vəziyyətin ağır olması barədə Ģəhər əhalisinə məlumat
versinlər. Qala ruhaniləri İbrahim xanın bu fədakarlığına
yüksək qiymət verərək, onu Kərbəla Ģəhidlərinin göstərdikləri
fədakarlıqla müqayisə etdilər.
Jan Gevr sözünə davam edərək yazır: “ġuĢa
ruhaniləri camaata dedilər ki, əgər Kərbala Ģahidləri din
yolunda canlarını fəda etdilərsə, Ġbrahimxəlil xan sizin
canınızın, malınızın və namusunuzun yolunda fədakarlıq
edir. Bu hünərvər adam qərara gəlib ki, hamının gözü
qarĢısında Ağa Məhəmməd xan Qacara itaət izhar etsin ki,
onun qəzəbini bu Ģəhərin camaatının baĢı üzərindən
uzaqlaĢdırsın. O, bunların hamısını siz ĢuĢalıların xatirinə
edir. 1795-ci ilin Məhərrəm ayında Ġbrahim xanın məktubu
Ağa Məhəmməd xan Qacara çatır. Ġbrahim xan ağ kəfən
geyərək qala hasarı üzərinə qalxır və hasarın xaricində
dayanan Ağa Məhəmməd xana müraciət edir və onun
itaətində olacağını bəyan edir” [6, 135]
Bu fikirlər son zamanlar Təbrizdə və Tehranda yazılan
tarixi əsərlərdə də səslənir.
Bu müraciətdən sonra Ağa Məhəmməd xan Şuşa
qalasının mühasirəsindən əl çəkir və Tiflis üzərinə yürüş edir.
Ağa Məhəmməd xan 1796-cı ildə Ģah elan edildi.
Ağa Məhəmməd şah Qacar Qarabağı, o cümlədən də
Şuşa qalasını bir an da olsun yaddan çıxarmır və onlara sahib
olmaq arzusu ilə yaşayırdı. 1795-ci il birinci hücum zamanı
Qacar şahı kənardan da olsa Şuşaya baxıb ona heyran olmuşdu.
Qacar şahı Şuşanı uca dağ başında oturan qartala bənzədirdi.
Qalanın əzəməti nəinki Ağa Məhəmməd şahı, onun qoşununu və
sərkərdələrini də heyrətə salmışdı. O, nəyin bahasına olursa-
olsun Şuşa qalasını ələ keçirmək qərarından əl çəkməyəcəyini
33
qət etmişdi.
«Ağa Məhəmməd Ģah Qacar ġuĢanın əzəməti və
gözəlliyi qarĢısında heyran qalmıĢdı. ġuĢa o zaman Qacar
imperiyasının baĢ kəndi olan Tehrandan daha böyük və
Ģəhər mədəniyyəti baxımından daha çox inkiĢaf etmiĢdir.
Bütün ordu mənsubları da dağların qoynunda və
ormanlıqda yerləĢən bu Ģəhərin gözəlliyinə heyran
olmuĢdular [15, 17].
Ağa Məhəmməd şah Qacar Tiflisi qana qərq etdikdən
sonra, yenidən Qarabağ xanlığına hücum etmək və Şuşa qalasını
ələ keçirmək qərarına gəldi. O, ikinci dəfə Şuşa qalasına hücuma
daha yaxşı hazırlaşmışdı. 1797-ci ilin yayında Qacar şahı Arpa
çayı ilə Arazın qovuşduğu yerə gəldi və orada hərbi düşərgə
saldı.
Ağa Məhəmməd şah Qacar 1795-ci il sentyabrın 12-də
Tiflisi ələ keçirdikdən sonra yeni qələbələrə inamı daha da
artmışdır.
Ağa Məhəmməd Ģah Qacar 1797-ci ilin baharında
Qarabağ xanlığına hərbi yürüĢ etdi. Qarabağ xanı İbrahim
xan hiss edirdi ki, düşmən bu dəfə çox güclüdür. Qacar
ordusuna qarşı aparılan hərbi əməliyyatlar İbrahim xanın
nəzərdə tutduğu nəticələri vermədi. Bununla belə, Ağa
Məhəmməd şah Qacar da başa düşürdü ki, İbrahim xanı aradan
götürmək o qədər asan olmayacaq. Ağa Məhəmməd Ģah Qacar
Qarabağa ikinci dəfə hücum edən zaman diyarda üç yüz min
əhali yaĢayırdı» [6, 165].
Qarabağ xanlığında əhali müxtəlif sənət növləri ilə
məşğul idi. İqtisadi inkişaf Şuşanın hərtərəfli şöhrət
qazanmasına təsir göstərmişdir. Qarabağ əhalisi qonaqpərvər,
mərd və döyüşkən idilər. Şuşa da, o cümlədən də Qarabağ
xanlığının digər yaşayış yerlərində hər il iki bayram olduqca
yüksək səviyyədə keçirilirdi. Bunlar Novruz bayramı və
Həzrəti Məhəmməd peyğəmbərin mövlud günü bayramı idi.
Novruz bayramı o dövrdə on üç gün qeyd olunurdu. Kərbəla
Dostları ilə paylaş: |