Üçüncü səbəb. Erməni ünsürləri həmişə başqa xalqlara
qarşı həsəd aparmış və onlara paxıllıq etmişlər. Paxıllıq isə
sağalmaz xəstəlikdir. Bu xəstəlik erməni ünsürünün
iliyindədir. Onu sağaltmaq mümkün deyildir. Ermənilər
tülküdən də bicdirlər. Tülkünün qurduğu kələkdən baş açmaq
mümkün olmadığı kimi, erməninin də kələyindən dünya xalqları
hələ də baş aça bilmir…
***
Mən ömrümün 56 ilini doğma ġuĢada keçirmiĢəm.
Boya, başa bu şəhərdə çatmışam. Həyatımda əldə etdiyim bütün
uğurlar ġUġANIN adı ilə bağlıdır. Mənim mənsub olduğum
şəcərə Qarabağ xanlığının tarixi ilə bağlıdır. Mənim ata-baba
nəslim ġuĢada DaĢçılar adı ilə məĢhurdur. ġəhərin hasar və
bürclərinin, küçələrin daĢ döĢəmələrində, Rastabazarların,
bazar və karvansarayların və digər tikintilərdə onların
əməyi xüsusilə böyükdür. Bunlar yaşlı şuşalıların xatirəsində
dərin iz qoymuşlar. Mən, bununla fəxr edirəm.
Evimiz Çuxur məhəllədə yerləĢir. GeniĢ və yaraĢıqlı
həyətimiz var idi. Həyətimizdə tut, alma, armud, alça,
gavalı, heyva, gilənar və müxtəlif bəzək ağacları var idi.
Ailədə doqquz uĢaq olmuĢuq, altı qardaĢ və üç bacı.
Hamımız zəhmətlə boya-başa çatmışıq. Altımız ali təhsilli, ikisi
orta ixtisas və bir nəfəri isə orta təhsillidir.
Atam Hüseynov Rza ƏĢrəf oğlu və anam Hüseynova
66
Əziz Məhəmməd qızı bizim bütün qayğılarımızı çəkmiş,
sağlam, ədəbli, yüksək əxlaqi keyfiyyətlərə yiyələnməyimizə
həmişə ciddi fikir verərdilər. Bunun dəyərli nəticələri bizi
xoşbəxt həyata qovuşdurmuşdur.
Şuşa, onun təbii gözəlliyi, mehriban və qayğıkeş
insanları mənim yadımdan çıxmaz.
Orta məktəbdə və ali məktəbdə oxuduğum illər,
xatirimdə dərin iz buraxmışdı. Boş vaxtlarımı çox sevdiyim
yerlərdə - Məhəmmədhəsən ağanın imarətinin divarları
qarşısında yerləşən, hündür və təbii qaya olan Leyli Qayasının
üstündə, Qırxpilləkan ərazisində, Cıdır düzündə, Ġbrahim
xanın kəmənd imarətində, Əli kahasında və baĢqa tarixi
yerlərdə keçirərdim.
Ən çox sevdiyim istirahət yeri Leyli qayası idi.
Günortadan sonra, ġuĢanın səmasını öz ağuşuna alan qara və
ağ buludları yarıb açıq səmaya çıxan dağ qartallarının
çıxardığı əzəmətli səslər mənə xüsusi ilham verərdi. Hüseyn
Arif demiĢkən:
«Yarıb buludları dinəndə qartal,
Bu səsə bərabər bir səs harda var».
Şuşanın təbii gözəlliyini heç bir bədii sözlə təsvir etmək
qeyri-mümkündür. Şəhərin üzərində ağ və qara buludlardan
ibarət, elə mənzərə həkk olunurdu ki, heç bir rəssam fırçası bu
mənzərəni yarada bilməzdi. Şuşanın özündə və onun ətraf
ərazilərini qarış-qarış gəzmişəm. Topxana və Çaxmaq
meĢələri, Böyük və Kiçik Kurs dağlarını gəzib dolaĢmıĢam.
1938-ci ildə alpinistlər V.Ġ.Leninin büstünü Böyük Kirs
dağının zirvəsində, qayanı oyaraq, orada yerləĢdirmiĢlər.
Şuşa ətrafında yerləşən meşələrdə zoğal, cır armud,
alma, böyürtkən, göcə, fıstıq və baĢqa qiymətli ağaclar var
idi. Meşələrimiz heyvanlar aləmi ilə də zəngin idi. Zəngin
meşələrin və çoxlu dağların olması, təbii yem ehtiyatlarının
bolluğu burada heyvan və quşların yaşamasına hərtərəfli şərait
yaradır. Meşədə və dağlarda Qafqaz maralının, sığının,
67
cüyürün, dağkeçisinin, ayının, canavarın, vəhĢi qabanın,
çaqqalın, tülkünün, dovĢanın yaşamasına əlverişli şərait
yaradır. Bunlardan əlavə Şuşa ərazisində kəklik, bülbül,
bildirçin, dağlarda isə dağ qartalı, qızılquĢ da yaĢayırdı. Bir
sözlə Şuşanın flora və faunası olduqca müxtəlif və zəngin idi.
Şuşanın hər daşı bir tarix idi. Təbiət sanki bu müqəddəs
şəhərə ana laylası oxuyurdu. Təbii ponarama olan Şuşa, özü
kimi mərd, cəsur insanlar məskəni idi. Şəhərin sakinləri
mehriban və qonaqpərvər idi.
Milli bayramımız xüsusilə əzəmətli və yaddaqalan idi.
Bahar mərasimləri yüksək səviyyədə keçirilərdi. Şuşalılar bu
mərasimə ilin son çərşənbəsinə 40 gün qalmış hazırlıq görməyə
başlayardılar.
Şuşanın bütün məhəllələrində, həyət və evlərdə təmizlik
işləri aparılır və bu işdə sakinlər bir-birinə köməklik
göstərirdilər. Novruz bayramı milli vətəndaşlıq hüququ aldıqdan
sonra, şuşalılar bu sahədə qədim ənənələri yüksək səviyyədə icra
edirdilər.
Şuşada Novruz mərasimləri «kosa-kosa» adı ilə
başlayırdı. Hər bir məhəllədə bu mərasimi yüksək səviyyədə
bilən, insanları özünə cəlb edən cavanlar icra edirdilər. Keçəl və
Kosa rolunda da məharətli cavanlar çıxış edirdilər. Onların hər
ikisi oynadıqları rollara uyğun geyimlər geyərdilər. Keçəl və
Kosa məhəllələri gəzir, uşaqlarla əylənir və onlara bayram
hədiyyələri verirdilər.
Novruzun əsas atributlarından biri və əsası «Səməni»
göyərtmək idi. Şuşalılar səməniyə dərdlərə əlac edən məlhəm
kimi baxırdılar. Şuşanın bütün evlərində səməni göyərdilirdi.
Bayram axşamı qapıpusma da xüsusi yer tuturdu. Ona görə
də həmin axşam, hər bir ailə xoş sözlər danışır, qapıpusmaya
gələni xoş əhval-ruhiyyə ilə geri qayıtmasına şərait yaradırdılar.
ġuĢanın hər məhəlləsində Novruz tonqalı xüsusi yer
tuturdu. Tonqallar üçün təbii bitkilərin qurumuş qalıqlarından,
xüsusilə qanqallardan istifadə olunardı. Məhəllə cavanları bu
sahədə yarışa girərdilər. Tonqallar yandıqca adama elə gəlirdi ki,
68
onların üzərinə barıt tökülmüĢdü. Bu mərasimdə başqa
məhəllələrin nümayəndələri də iştirak edərdilər.
Daha qədim dövrlərlə səsləşən, tonqal üzərindən
tullanmaq da şən əhval-ruhiyyə yaradırdı.
Məhəllə uşaqları torba atmaq üçün evləri əvvəlcədən
müəyyən edərdilər. Şər işləri olan evlərə torba atmazdılar. Yaxın
adamları və qonşular onlara bayram sovqatı aparardılar. Onlara
mənəvi dayaq olardılar.
Novruz axĢamı «Ġsak-Musak», yəni el arasında
deyildiyi kimi GecəquĢunun oxuması insanlara, xüsusi ovqat
bəxş edirdi. Ustad Seyid Məhəmmədhüseyn ġəhriyarın dediyi
kimi:
Bayram idi, gecəquĢu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs torbasın bir “qapıdan” salırdı,
Ay nə gözəl qaydadı torba atmaq,
Bəy torbasına bayramlığı bağlamaq.
Torba istədim mən də evdə ağladım,
Bir torba alıb tez belimə bağladım,
Qulamgilə qaĢdım, torba salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Bayramda yumurta boyamaq, yumurta döyüşdürmək də
adət idi. Bu işlə məşğul olanlar, yumurtaların möhkəmliyinə
xüsusi fikir verərdilər. Sağlam toyuqların yumurtalarının əldə
olunması dəb idi.
Bayram axşamı ailə üzvləri mütləq bir yerdə olmalı və
bayram süfrəsinin ətrafında əyləşməli idilər. İl təzələnəndə,
səhər tezdən təmiz axar su başında uşaqların çilləsi kəsilərdi.
Uşaqların sol və sağ əllərinin baş barmaqlarını qırmızı iplə bir-
birinə bağlayırdı. Çillə kəsən yaşlı qadın dua oxuyar, sonra ipləri
kəsər, uşaqlara su içirdər və onlara xeyir-dua verərdi. Çillə
69
kəsilən çeşmələr təmiz və saf sulu idi.
Qonşular çalışırdılar ki, hamının Novruz süfrəsi zəngin
və bol olsun.
Şuşada bayram günləri olduqca şən və təmtəraqlı
keçərdi. Mənim Şuşa günlərim belə idi. Mən dağam, dumanlı
zirvəyəm, Şuşadır Vətənim, çünki şərəfdir, şöhrətdir zirvə dağ
üçün. Şuşa mənim son yuvam, son binəmdir. Ömrümün son
çağlarında əyilərəm ona, əyilər torpağa gün batmaq üçün.
ġUġA! Bu ad nə qədər əziz, doğma, munis və sevimli bir
ad, nə qədər dilnəvaz və mehriban bir ana – VƏTƏNDĠR. Şuşa
o qədər gözəl bir məkandır ki, onun adı qarşısında diz çökərək
xakipayini hörmətlə öpmək mənim ən müqəddəs vəzifəm olub.
Bu şəhərin uğrunda hər bir varlıqdan, candan, maldan, həyatdan
və sairədən keçmək, al-qanlara bulanmaq, məhv olmaq mənim
üçün ən müqəddəs bir səadət və şərəfli bir haldır [9, 311].
70
ƏDƏBĠYYAT
1.
Əhməd bəy Cavanşir.Qarabağ xanlığının 1747-1805-ci illər
siyasi vəziyyətinə dair. Qarabağnamələr. I kitab. Bakı.,
1989.
2.
M.H.Həkimov. Xalqımızın deyimləri və duyumları. Bakı.,
1988, 384 s.
3.
Mirzə Adıgözəl bəy. Qarabağnamə. Qarabağnamələr. I kitab.
Bakı., 1989.
4.
Mirzə Camal bəy Cavanşir Qarabaği. Qarabağ tarixi.
Qarabağnamələr. I kitab. Bakı., 1989.
5.
Yaqub Mahmudov. Kərim Şükürov. Qarabağ. Real tarix.
Faktlar. Sənədlər. Bakı., 2009, 144 s.
6.
Jan Kevr. Xacə şah. (Tarixi roman). II kitab, B.1994, 220 s.
7.
Mirzə Yusif Qarabaği. Tarixi-Safi. Qarabağnamələr. II kitab.
Bakı. 1991.
8.
Rzaqulu bəy Mirzə Camal oğlu. Pənah xan və İbrahim xanın
Qarabağda hakimiyyətləri və o zamanın hadisələri.
Qarabağnamələr. II kitab. Bakı., 1991.
9.
Həsən İxfa Əlizadə. Şuşa şəhərin tarixi. Qarabağnamələr. II
kitab, Bakı., 1991.
10.
Həsənəli Qaradaği. Qarabağ vilayətinin qədim və cədid
keyfiyyət övzaları. Qarabağnamlər. II kitab, Bakı., 1991.
11.
M.İ.Mustafayev. Qarabağ xanlığının iqtisadiyyatı. Berlin,
1949.
12.
Qarabağnamələr. I kitvab, Bakı., 1989
13.
Y.Mahmudov., C.Mustafayev. Şuşa-Pənahabad. Bakı., 2012,
152 s.
14.
M.Baharlı. Əhvalati-Qarabağ. Qarabağnamələr. II kitab.
Bakı., 1991.
15.
Əminə Pakrəvan. Abbas Mirzə və Azərbaycan. Bakı., 2010.
16.
F.M.Əliyev Şimali Azərbaycan şəhərləri. Bakı., 1960.
17.
AKAK. T.V, II c., Tiflis, 1875.
18.
Y.R.Hüseynov. Qarabağ tarixi mənbələrdə. Bakı., 2012.
19.
Н.Н.Шавров. Новая угроза русскому делу в Закавзазье.
71
Баку., 1990.
20.
ASE. X c., 1987.
21.
Ə.A.Ağayev. 150 yaşlı Şuşa məktəbi. B., 1982.
22.
Y.R.Hüseynov.
Şuşa
Azərbaycan
mədəniyyətinin
mərkəzidir. Şuşa qəzeti, 15 dekabr, №23, 2010.
23.
F.B.Köçərli. Azərbaycan ədəbiyyatı. II cilddə. I cild, Bakı.,
1978.
24.
ASE. II c., Bakı, 1978.
25.
ASE. IV c. Bakı, 1980.
26.
Y.R.Hüseynov. Qarabağ xanının yeganə övladı. Şuşa qəzeti,
15 iyun, №11, 2012-ci il.
27.
ASE, I c., Bakı, 1976.
28.
ASE. VII c., Bakı., 1983.
29.
ASE. V c., Bakı., 1981.
30.
В.Виноградов. Узеир Гаджибеков и Азербайджанская
музыка. М., 1938.
31.
S.Vurğun. Xurşudbanu Natəvan. «Pravda» qəzeti, 1940, 23
may.
32.
F.M.Şuşinski. Şuşa kitabı, Bakı., Gənclik. 1998, 428 s.
33.
Y.V.Çəmənzəminli. Bir gəncin dəftəri. Əsərləri, üç cilddə,
III c., Bakı., 2005.
34.
V.X.Quliyev. İbrahimxəlil xan Cavanşir. «Şuşa» qəzeti, 30
aprel, №8, 2012.
Yunis HÜSEYNOV,
tarix üzrə fəlsəfə doktoru
TƏVAZÖKARLIQ VƏ BĠLĠK
(«Qabusnamə»nin altıncı fəslinin motivləri əsasında
işlənilmişdir)
Belə bir el məsəli var: «Ləyaqət əql və ədəbdədir, əsil-
nəsəbdə deyil». Böyüklük və ucalıq mərifət və bilikdədir,
haralı və kimlərdən olmaqda deyil. Biliyi və kamil sənəti
olmayan adamlar gövdəli olarlar, kölgəli olmazlar. Belələri
nə baĢqalarına, nə də özlərinə xeyir verməzlər. Çox haqlı
olaraq onları Ərəbistan çöllərində bitən tikanlı bitki
kollarına bənzədirlər.
Həyatda ən şərəfli və uca ad ona deyirlər ki, onu öz
əməlin və istedadınla qazanasan, şöhrət tapıb, şaxələnəsən. Onda
el arasında insanın hörməti və nüfuzu özünün həqiqi qiymətini
və dəyərini tapar.
İnsan ləyaqətinin ən yüksək dəyəri sözdür. İnsan Yer
üzünün əşrəfidir. İnsan bütün canlıların şərəflisidir. Məhz ona
görə insan bir çox xüsusiyyətlərinə görə digər canlılardan
fərqlənir. Həmin xüsusiyyətlər təfəkkür, hafizə, təxəyyül,
təsəvvür və danışıqdır. Bu beş daxili xüsusiyyətlə yanaşı, beş
xarici xüsusiyyəti - eşitmə, görmə, qoxubilmə, toxunma və
dadbilmə xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Bütün bu
xüsusiyyətlərə malik olan insan onu əhatə edən aləm üzərində
özünün hökmranlığını təmin edə bilmişdir.
Hər bir adam dilini gözəl danışığa və yaxşı şeylər
söyləməyə öyrətməlidir. Ona görə ki, dilə nə öyrətmisən, nəyə
adət etdirmisənsə, həmişə onu da deyəcək. «Söz ağlın
çeĢməsidir», «Söz insanın görən gözü, vuran əli, döyünən
ürəyidir», «Sözü müdrik olanın özü də müdrik olar», «Sözü
demək asandır, arxasında durmaq çətin» və sair kəlamlar
tarixin sınaqlarından keçərək günümüzə gəlib-çıxmıĢdır.
73
Deməli,
söz sirlər xəzinəsinin açarıdır. Ulu
babalarımız bütün dövrlərdə yaĢayıĢ tərzləri, inam və
etiqadları, hünər və qeyrətləri, alp-ərlikləri, yadelli
düĢmənlərə qənim kəsilmələri, sözün iĢləmək məqamında
gah hədəfə dartılmıĢ ox-yay, gah sivrilmiĢ kəsərli Misri
qılınc, gah qalxan, gah nizami ordunu döyüĢə səsləyən zəfər
himni, gah da qədirbilən nəsillərin yaddaĢına nəsihətlər
vasitəsilə həkk etdirmiĢlər.
Söz mənalı və yığcam olmalıdır. Müdriklərimiz çox
gözəl demiĢlər: «Çox danıĢmaq gümüĢdürsə, az danıĢmaq
qızıldır», «Az danıĢ ki, sözünün qədri bilinsin».
Böyük Nizami deyir:
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
Xalq arasında da sözün təsiri haqqında olduqca
tutarlı duyumlar daha çoxdur. Məsələn, «Yersiz söz baĢ
ağrıdar», «Dilini iĢə salmazdan əvvəl baĢını iĢə sal», «Dil
baĢa bəladır», «Söz yıxmayan evi fələk də yıxmaz», «Söz
ağlın cövhəridir» və sair atalar sözünün qabağında nə
demək
olar? Sözün böyüklüyü onun yerli-yerində
deyilməsidir, sözü ağızdan çiy çıxarmazlar, haqq söz heç
vaxt ləkə götürməz, cavan gözlə, qoca sözlə tanınar. Yalan
haqq və ədalətə düĢmən, yaltaqlıq və qorxaqlıq əlamətidir.
Bunlar sözün dəyərini aĢağı salır, adamı cılızlaĢdırır.
Füzuli də Nizami kimi sözə yüksək qiymət verir. O
yazır:
Sözdür gühəri-xəzaneyi dil,
Ġzharı sifati-zatə qabil.
Can sözdür əgər bilirsə insan,
Sözdür ki, deyirlər özgədir can.
Sözün dəyərlərindən biri də onun ictimai xarakter
daĢımasıdır. Sözün qədir-qiyməti Azərbaycan yazıçılarının,
Ģairlərinin yaradıcılığında, xalqımızın əsatirlərində, əfsanə-
74
lərində, bayatılarında, nağıllarında, lətifələrində, dastan-
larında, atalar sözlərində və məsəllərində özünün dəyərini
tapmıĢdır. Bütün bunlar xalqımızın mənəvi süfrəsidir.
Yuxarıda deyilənlər haqqında məqalədə ətraflı söhbət
açmaq, onların mənəvi dərinliklərinə varmaq imkan
xaricindədir. Həmin problemlərin hamısı ayrı-ayrı əsərlərə
möhtacdır.
«Qabusnamə»də deyilir ki, «Dili xoĢ olanın havadarı
çox olar». Əsərin qəhrəmanı oğluna nəsihət edir ki, nə
sənətin sahibi olursan ol, ancaq sözü yerində de, yerində
deyilməyən söz heç bir xeyir verməz. Camaat arasında heç
kəsə nəsihət etmə, ona görə ki, belə hərəkət məzəmmətə
bərabərdir.
Təvazökarlıq
insanın
bəzəyi
və
ləyaqətidir.
Təvazökarlıq
sadəlikdir, belə adamlar lovğalıqdan,
təkəbbürlükdən, özü haqqında cılız, mənasız, insana
yaraĢmayan ləyaqətsizlikdən uzaq olanlardır. Ġctimaiyyət
içərisində, rəsmi yerlərdə, mənasız və qeyri-humanist
fikirlər söyləmək, həm «Ģəxs»in özünə, həm də milli
sərvətimiz olan sözə xələl gətirir. Belə addımlar ictimai
qınaqdan kənarda qaldıqlarına görə öz hərəkət və
davranıĢlarını bir qədər də artırırlar. Respublikamızda
demokratiyanın və söz azadlığının bərqərar olmasından heç
kəs sui-istifadə etməməlidir, buna hər hansı bir ünsürün də
hüququ yoxdur.
Keykavus oğlu GilanĢaha məsləhət görür ki,
bilmədiklərini öyrənməyə çalıĢ, bildiklərinlə öyünmə.
Bunların sənə hər zaman xeyri dəyər. XoĢxasiyyət ol. Ata
oğula deyir: Sokrat demiĢdir: «Bilikdən daha zəngin xəzinə,
pis xasiyyətdən daha rəzil düĢmən ola bilməz, bilikdən daha
böyük izzət, həyatdan daha qəĢəng zinət ola bilməz».
Göründüyü kimi, ata oğula biliyə yiyələnməyin yollarını
məsləhət görür, hər an yeni biliklərə yiyələnməyi vacib sayır.
Hətta biliyi nadanlardan da öyrənməyi mümkün sayır.
Makedoniyalı Ġsgəndərin kəlamını ata oğluna misal
75
gətirir: «Mən xeyri yalnız dostlardan deyil, düĢmənlərdən də
götürürəm. Məndən kiçik bir xəta baĢ verdikdə dostlar
dostluq xatirinə onu ört-basdır edirlər ki, mən bilməyim,
düĢmənlər isə əksinə, düĢmənçilik üzündən açıb deyirlər,
mən də ondan xəbərdar olub, həmin pis iĢi bir daha təkrar
etmirəm. Deməli, mən bu xeyri dostdan yox, düĢməndən
görürəm...»
Elm və bilik öyrənmək hamıya vacibdir. Elmli və kamil
sənətə malik olan hər kəs bununla öyünməməlidir. El arasında
belə hal yaxşı qarşılanmaz. Ağac çox bar gətirdikdə başını aşağı
əyər. Bu isə ucalıqdır.
İnsanın yüksək əxlaqi keyfiyyətlərindən biri də onun
həyalı olmasıdır. Bu isə imandan doğur. Nadan adamla oturub-
durmaq sənin də nadanlığına işarədir. Müdrik, xeyirxah
adamlarla əlaqə saxla, onlardan ən yaxşı işləri öyrənməkdən
həzz al. Atanın oğluna arzu etdiyi bunlar idi. Ata deyir: «Oğul,
cəhd et ki, səni xalq tərifləsin, cahillər tərifləməsinlər».
Həyalı və ləyaqətli o kəslərdir ki, hər yerdə özlərini ləyaqətlə
aparır, yersiz hərəkətlərə yol vermirlər.
Ata oğluna belə bir hekayət danıĢır: «Qədim yunan
filosofu Əflatun Ģəhərin (Afinanın) adlı-sanlı adamları ilə bir
yerdə oturub, söhbət edir... Bir nəfər ona yaxınlaĢaraq
deyir: «Ey filosof, bu gün bir nəfər səni tərifləyərək deyirdi:
«Əflatun (Platon) çox böyük filosofdur, indiyə kimi onun
kimisi nə olub, nə də olacaq». «Filosof bu sözü eĢidən kimi
baĢını aĢağı salıb, ağlamağa baĢlayır». Bunu görən həmin
adam deyir: «Ey filosof, mən sənə nə ağır bir söz dedim ki,
halın belə pozuldu?» Filosof Əflatun deyir: «Ey xacə, Ģəxsən
sən mənə elə ağır bir söz demədin, lakin bundan daha ağır
müsibət olarmı ki, nadanın biri məni tərifləsin, mənim
gördüyüm iĢ ona xoĢ gəlsin? Bilsəydim nə nadanlıq etmiĢəm
ki, onun təbiətinə yaxın olmuĢ, xoĢuna gəlmiĢ və məni
tərifləmiĢdir, tövbə edib, o iĢdən əl çəkərdim. Halımın
pozulması ondadır ki, mən hələ də nadanam, çünki
nadanların təriflədikləri adamlar yalnız nadanlar olar».
76
Bilik elmli olmaq deməkdir. Bunu isə oxumaqla,
təcrübə ilə əldə etmək olar. Bilik ən böyük sərvət
mənbəyidir. Buna sahib olanlar dünyanın ən xoĢbəxt
insanlarıdır. Ən kamil, mənəviyyatlı insan odur ki,
bilmədiklərini dərk edə bilsin.
Mənəvi kamilliyə yiyələnən insan sözgəzdirən,
sözgüləĢdirən olmaz, buna divanəlik deyirlər. Deyirlər ki,
sənin haqqında pis danıĢanı bu xəbəri sənə gətirəndən tez
bağıĢla. Ona görə ki, sən bilməlisən ki, xəbər gətirən sənin
haqqında ona nə deyibsə, o da səni pisləyib.
Kamil adam həyatdan dərs almağı bacarmalıdır. Bu
qəbildən olanlar başqalarının qədrini bilir, başqaları da onun
qədrini bilir. İstedadı olmayandan sənə dost ola bilməz, belələri
söz gəzdirən, ara vuran olar.
Çox təəssüflər olsun ki, həyatda hələ də mənəvi cəhətdən
şikəst olanlarla qarşılaşırıq. Belələri nəinki başqalarının, hətta
özlərinin də qədrini bilmirlər. Onlar cəmiyyətin tör-töküntülü
ünsürləridir. Qoy onlar arxaya baxıb, xəcalət təri töksünlər.
O adam həyatda xoşbəxtdir ki, elinin, obasının qədrini
bilir, bütün varlığı ilə vətəninə, xalqına bağlıdır. Bacardığı qədər
onlara xidmət edir. Belə insanlar ürəklərdə özünə əbədi yurd
salır və sevilir.
Təvazökar və bilikli insanlar böyük bağın meyvəsidir,
Dostları ilə paylaş: |