Məhəmməd Əmin Rəsulzadə 1 azərbaycan cümhuriYYƏTİ



Yüklə 0.67 Mb.

səhifə7/9
tarix31.01.2017
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

 

namlı missioner Astraumov tərəfindən nəşr olunan türkcə bir 

qəzetə ilə Qızıl Lenin mənaqibindən və kommunist firqəsi nəzəriyyatından başqa 

bir  şey bilməyən Azərbaycan kommunist türk mətbuatı arasında bir fərq 

görəmiyorum. Bu mətbuatın digər türk mətbuatı ilə müştərək bir şeyi varsa, o da 

yazısındakı  ərəb hərfləridir. Fəqət, bolşeviklər bu fərqi də ortadan qaldırıyorlar. 

Azərbaycan höküməti-hazirəsi latın hürufatının tətbiqinə aid qərar almış  və buna 

təşəbbüs eyləmişdir. Bu təşəbbüs tamamilə  tətbiq olunarsa, o zaman Azərbaycan 

ilə digər türk mətbuatı arasında nə batinən bir münasibət qalacaq, nə də zahirən bir 

müşahibət! 

 

*  *  * 


Azərbaycanlılar, dəmindən bəri saydığım məhrumiyyətlərdən, kəbinə 

varılamayacaq qədər böyük fəlakətlərdən daha acı bir xüsrana uğradılar. Məruz 

olduqları  təcavüz və istila nəticəsində ilticaya məcbur qaldıqları Türkiyədə, bu 

qardaş  məmləkətdə bolşeviklərin propaqandası, bu propaqandaya inanan və 

aldananların təbliğat və intişaratı sayəsində öylə acı hallara müsadif oldular ki, 

imansız və xünxar bir düşməndən qaçdıqlarını kimsəyə anlatamadılar. Biləks, 

burada bir məlcə ararkən daima kəndilərini təbrəə etmək, məğduriyyətlərini soyuq 

bir mühitə qarşı isbat eyləmək zərurətində qaldılar. 

Siyasət iqtizasınca ixtilalçı Rusiya ilə anlaşmaq zərurətində qalan Türkiyə, 

Azərbaycanda güzəran edən həvadisin künh və mahiyyətini daha əmin vasitələrdən 

öyrənincəyə  qədər öylə  təsəvvür ediyor ki, Gəncədə vüqua gələn üsyan, ingilis 

siyasətinə alət olan zəvat tərəfdən təhiyyə edilmişdir. Bu fikir, məəttəəssüf,  ən 

böyük məqamlara varıncaya qədər icrayi-təsir etmişdi. 

Azərbaycan höküməti-milliyyəsinin fəcaətli fəlakətdən daha acıqlısı bu idi 

ki, milliyyətpərvərlər Türkiyəyə garşı vəfasızlıqla ittiham olunuyordu. Ehtimal ki, 

bəziləri hala bu qənaətlərində baqidirlər. 

Iştə ən çəkilməz faciə bu faciədir! 

Vəfasızlığın  ən böyük dəlili olmaq üzrə Azərbaycanın müşkül və möhtac 

günündə Anadoluya qarşı laqeyd qaldığı, laqeyd deyil, hətta düşmənlərinə təmayül 

etdiyi sərd olunuyor. Əgər bolşeviklər və  ələlümum ruslardan qorxaraq işi daha 

 

51


əmin bir qazığa bağlamadan azərbaycanlıların Antantaya qarşı elani-xüsumət 

etmədiyi bu “təmayül”ə  dəlil  ədd edilirsə, zənn edərəm ki, bu qədər vəqayei-

faciəyi nəql etdikdən sonra, artıq kimsə Azərbaycanı, bu xüsusda Türkiyəyə qarşı 

vəfasızlıqla ittiham edəməz! Digər xüsusatda dəxi Azərbaycanın Türkiyə 

müqəddaratına laqeyd qalmadığını, zamanı  gəlirsə, vasaiqi ilə isbat etmək 

mümkündür. 

Azərbaycan fikir və əməlini doğuran cərəyani-milli türk ədəbiyyatının təhti-

təsirində bulunan bir mətbuatın zadeyi-təlqinatı ikən, məclisi-məbusanda, ingilislər 

daha Bakıda ikən, məbusanın  ən məsul firqəsi naminə  “Əvət, türkləri biz dəvət 

etdik, onlar bizi xilas üçün gəldilər. Bu xilaskarlara paytaxtımızın ta göbəyində 

abidələr tikmək vəzifəmizdəndir!” deməkdən çəkinməyən,  İzmir faciəsi üzərinə 

məmləkətin hər tərəfində  təzahürati-milliyyələr icra edən, hökümət firqəsi 

“Müsavat”ın vasiteyi-nəşri-əfkarı  “İstiqlal” məcmuəsində  və hökümətin rəsmi 

qəzetəsi “Azərbaycan”da mütarikəyi mütəaqib təhəddüs edən qaranlıq günlərdə 

Türkiyənin ölməz bir qüvvət olduğunu yazan və Osmanlı imperatorluğu çökdüsə, 

yerində Türk höküməti təsis etdi – ümidi ilə təsəlli bulan, ingilis həbsxanasından 

qaçan möhtərəm millətçiləri istəyənlərə “Müsafir bulundurmaya haqqı olmayan bir 

istiqlalı istəməyiz” – cavabilə müqabilə edən, Bakı istirdadında  şəhid düşən türk 

əsgərlərinin məzarı üstündə ehtifalati-əzimə ilə abideyi-şükran rəkz etdirən bir 

mühit, nasıl olur da vəfasızlıqla ittiham olunur?!... 

Azərbaycan  zəmami-idarəsini  əllərinə almaq zərurətində bulunan 

milliyyətpərvərlərin öhdələrinə düşən məsuliyyət həqiqətən də əlim idi. Qərib bir 

təcəlliyi-tale deyilmi ki, rus firqələri nəzərində, erməni mətbuatında, gürcü 

məhafilində türkçülüklə  bəllənən və Türkiyəçiliklə ittiham olunan bu zəvat eyni 

zamanda dəxi Türkiyəyə qarşı bivəfalıqla ittiham olunurlar?!... 

Azərbaycanlılar üçün məmləkətlərinin düçari-fəlakət olmasından, iki qardaş 

millət arasında təhəddüt edən suyi-təfəhhüm daha acıdır, daha fəcidir. Fəqət, 

mədari-təsəlli olan bir şey varsa, o da bu suyi-təfəhhüm təvəllüdü bir taqım əşxasın 

hərəkətindən doğduğu kibi, icra etdiyi təsirin də yalnız müəyyən  əşxas üzərində 

hakim olması ilə  məhdud qalacağı  qənaətidir. Yoxsa, türklüyünü anlamış 

Azərbaycan ilə türklük üçün qan tökən, can verən Anadolu arasındakı qardaşlıq 

bağını nə tarixin şimdiki Türk-Rus müxadinəti kimi təsadüfi vəqə epizodları, nə də 

bir taqım əşxasın siyasi xətaları çözəməz! 

 

IX 



ŞİMDİKİ VƏZİYYƏT 

 

“İxtilalı” mütəaqib Azərbaycan istiqlalını  təmin edər kibi görünən Rusiya 



bolşevikləri 29 təşrini-sani 1920 tarixində Ermənistan Cümhuriyyətini, 25 şübat 

1911 tarixində  də Gürcüstan Cümhuriyyətini istila etdikdən sonra Mavərayi-

Qafqasiyadakı üç cümhuriyyətin tövhidi üçün bir taqım təşəbbüsata qalxmışdılar. 

14 təşrini-sani 1921 tarixində Mavərayi-Qafqas federasyonu rəsmən təşəkkül 

etdi. Fəqət, iş bununla da qalmadı. 10 təşrini-sani 1922 tarixində Moskvada iniqad 

edən konqre Rusiya sovetlərinin ittifaqı, cəmahiri-müctəmeə təsis etdiklərini elan 

 

52


eylədi.  Şu surətdə felən çoxdan qaib etdiyi istiqlalını, Azərbaycan bu dəfə  də 

rəsmən qaib ediyordu. Şimdiki  şəkli ilə Azərbaycan Cümhuriyyəti cüzi məhəlli-

muxtariyyətdən başqa bir şey deyildir. 

Qafqasiyanın  şu surətlə yenidən Moskva mərkəzinə  rəbt olunması  nə 

Gürcüstanın, nə də Azərbaycanın arzuyi-ümumisi üzərinə vaqe oluyor. Arzu və ya 

əfkari-ümumiyyə ilə bolşevik idarəsinin bir dəfə işi yoxdur. Hürriyyəti-mətbuat və 

sərbəstiyi-ictimaat olmayan bir yerdə  və öylə bir yerdə ki, əhalinin qismi-

mühümmü  əhliyyət haqqından məhrumdur,  əfkari-ümumiyyədən bəhs etmək, 

əlbəttə, gülünc olur. Fəqət, bolşevik nöqteyi-nəzərindən mövcud olan əfkari-

ümumiyyə (məhəldəki kommunistlərin rəyi) belə bu ittifaqın  əleyhinədir. Rusiya 

Federasyonu Kommunist Firqəsi Mərkəzi Komitəsinin qərarı  və Leninin amiranə 

teleqrafları ilə  təşəkkül etmişdir. Bu xüsusda Tiflis gürcüləri ilə Moskva rusları 

arasında təati edilən gizli teleqraflar bilxassə calibi-diqqətdir. 

Gürcü Kommunist firqəsi heyəti-mərkəziyyəsi 15 iyul 1922 tarixli 

cələsəsində Moskvadan gələn bir təklifi tədqiq ediyordu. Bu təklif Rusiya 

Kommunist firqəsi heyəti-mərkəziyyəsi baş katibi Stalinin “tez”lərinə binaən tərtib 

edilmiş idi. Bu tezlərə görə Mavərayi-Qafqas cümhuriyyətləri hər növ şüuni-

istiqlaldan imtina edərək müttəhid bir federasyon vücuda gətirməli, eyni zamanda, 

bu federasyon dəxi Rusiya, Ukrayna və sair muxtar Sovet cümhuriyyətləri ilə 

birlikdə Sovet cəmahiri-müttəfiqəsini təşkil etməlidir. Gürcü kommunistləri 

müzakirədən sonra bu təklifi  şayani-qəbul gördüklərinə  və Qafqasiya 

cümhuriyyətlərinin  şüuni-istiqlalından məhrum buraxılmaq sırasının daha hülul 

etmiş olmadığına aid bir qərar çıxardılar. Bu qərar 19 rəyi-müvafiqə qarşı 6 rəyi- 

müxalif qazandı. Gürcü komitəsi bu xüsusdakı  rəyini Moskvaya bildirdi. 17 

təşrini-əvvəl 1922 tarixində Moskvadan böylə bir cavab alındı: “Yoldaş 

Oraxelaşviliyə!

68

 Gürcü mərkəzi komitəsinin birləşmək üçün daha sıra 



gəlmədiyinə və istiqlalın ibqası lüzumuna aid olan mülahizəsini heyəti-mərkəziyyə 

ictimai- ümumisi ittifaqi-arailə  rədd etdi. Gürcüstan mürəxxəsi bulunan 

Midivani

69

, bu xüsusdakı  vəhdəti-fikriyyəyi gördüyündən gürcü komitəsinin 



təklifindən imtina etmək məcburiyyətində qaldı.  İctimai-ümumi Stalin, 

Orjenikidze

70

, Myasnikov



71

 və Molotov

72

 yoldaşlardan təşəkkül edən komisyonun 



Mavərayi-Qafqas federasyonunun ibqası  və eyni zamanda, Rusiya, Ukrayna, 

Belorusiya ilə birlikdə “Sosialist cəmahiri-müttəfiqəsi” təşkili lüzumuna aid 

qərarını bilatəhrif qəbul eylədi. Qərarın mətni yoldaş Orjenikidzeyə göndəriliyor. 

Rus kommunist firqəsi heyəti-mərkəziyyəsi işbu qərarın kəmali-məmnuniyyət və 

həyacanla tələqqi ediləcəyinə şübhə etməz. Nömrə 7643 (xəfi) R.K. F.M.H. katibi 

Stalin”. 

Fəqət, bu teleqrafi-mürsəlin son sətirdəki ümidinə  rəğmən Tiflisdə 

məmnuniyyətbəxş bir həyəcan deyil, yəsavər bir hissi-infial oyandırıyordu. Bu 

hissi-infialı gürcü kommunistlərinin bir qismi xətti-müstəqim ilə həmən Moskvaya 

bildiriyor: Rusiya imperializmindən lisani-şəkva ilə bəhs ediyorlardı. Bu şikayətin 

Moskvayı nə dərəcədə iğzab etdiyini aşağıdakı teleqraflardan anlıyoruz: “Moskva 

3 təşrini-əvvəl Çinçadze və Maxaradze

73

 yoldaşlara. Kopyasını  mərkəzi-ümumi 



əzası Orjenikidze və Mavərayi-Qafqas komitəsi katibi Oraxelaşviliyə verməli. 

 

53



Sizin velikorus milliyyətpərvərliyinə qarşı  çıxışınız, gürcü milliyyətpərvərliyini 

iltizam etdirəməzdi. Siz bilməliydiniz ki, ictimai-ümuminin Mavərayi-Qafqasın da 

Rusiya ittihadına düxulu haqqındakı qərarı eyni ilə tətbiq etməli idiniz. Bu qərarı 

əgər istərsə yalnız ictimai-ümumi kəndisi nəqz edə bilər. Göndərdiyiniz 

məxtərənin üslubu firqə adabını  ələnən ixlal ediyor. Bu xüsusdakı  təfrəfüruşluğa 

intiha 


ekayə edən bir teleqraf ki, 21 təşrini-əvvəl tarixilə Moskvadan 

çəkilm


 ilə 

kəşidə


standa hal böylə olursa, 

Azərb


flisdə təmsil 

edən M


illətlərinin 

istiqla


diki  şəkli-idarəsi tədqiq olunursa, hökümətin zahiri ilə 

batini 


ə

verilməsinə tövsiyə ediriz. İmzalar Kamenyev

74

, Buxarin”. 



Təfrə füruşluqlarından və  sərkeşlərindən bəhs olunan Çinçadze ilə 

Maxaradze Gürcüstanın saç ağartmış pək əski sosialistlərindəndilər. Onların ələnən 

Moskva imperializminə qarşı çıxışları Leninin kəndisini belə iğzab ediyordu. İştə 

bu qəzəbi h

işdir. 

“Gürcü mərkəzi komitəsi əzasından Çinçadze və Kavtaradzeyə: Çinçadze və 



digərləri imzasilə göndərilib də  mərkəzi-ümumi katiblərindən birisi vasitəsilə 

deyil, nədənsə, Buxarin tərəfindən mənə təslim olunan müzakirənin müğayiri-ədəb 

bulunan mündəricatına heyrət etdim. Mənim bilavasitə  və Midivaninin iştirak 

etdiyimiz ictimai ümumi qərarından sonra hər ixtilafın bərtərəf edilmiş olduğuna 

qane idim. Orjenikidzeyə qarşı istemal olunan tüfuatı tamamilə təqbih eylərəm və 

kəndisi ilə aranızda vaqe olan hadisənin mühakiməsini müvafiq ədəbi bir tərzdə 

mərkəzi-ümumi kitabətinə vermənizi müsirranə təklif eylərəm. Xətti-müstəqim

 etdiyiniz ərzi-hal dəxi məzkur kitabətə verilmişdir. Lenin, nömrə 7994”. 

Bolşevikliyin məzalimini binnisbə az görən Gürcü

aycanın nə kibi hallar keçirdiyi təsəvvür oluna bilir. 

Bu hala qarşı Türkiyə  məətəəssüf seyirçi vəziyyətdə qalıyor. Cərəyani-

vüquat üzərinə bir nüfuz və təsiri olamıyor. Bir gün əvvəl Türkiyəni Ti

uxtar bəy bir gün sonra Moskvaya getmək zərurətində qalıyor. 

Türkiyə bolşevik Rusiyası ilə – bizim bildiyimiz – iki müahidə ilə 

mərbutdur: biri Moskva müahidəsi ki, 1921 sənəsində imzalanmışdır, digəri də 

Mavərayi-Qafqas cümhuriyyətləri ilə əqd olunan Qars müahidəsi ki, 11 iyul 1922 

tarixində imzalanmışdır. Birinci müahidə ilə Türkiyə mürəxxəsləri Qafqasiya 

cümhuriyyətlərinin mövcudiyyətini təsbit etdirməklə  bərabər, Azərbaycan 

kommunistləri tərəfindən Ermənistan şuralarına hədiyyə olunan Naxçıvan vilayəti 

mümtaz bir vilayət ünvanilə  və salis bir hökümətə  hədiyyə edilməmək  şərtilə 

Azərbaycan təhti-himayəsinə verilmiş

75

  və bir də  tərəfin aktın  Şərq m



llarına ehtiram edəcəklərini mütəqabilən təyid eyləmişlərdi

76



Azərbaycanın  şim

bundan ibarətdir: 

Zahirdə məmləkət bir komissarlar heyəti ilə bir də icra komitəsi tərəfindən 

idarə olunuyor. İcra komitəsi bütün Azərbaycan  əmələ  və köylüləri tərəfindən 

toplanan Şuralar (Sovetlər) konqresində intixab olunyor. Bu komitə isə komissarlar 

heyətini intixab edər. Komitə bir heyəti-müraqibə ikən, hey t bir qüvveyi-

icraiyyədir. Fəqət, bolşevik üsul-idarəsində  təfriqi-qəva  əsası mövcud 

olmadığından qüvveyi-icraiyyə, eyni zamanda, səlahiyyəti-təşriyyəyi dəxi haizdir. 

Qəvaninin (dekretlərin)  əksəri zatən komissarlar heyəti tərəfindən nəşr olunur. 

Bütün Azərbaycan  Şuralar konqresi yalnız sənədə bir dəfə toplanır. Sovet 

 

54


qəvanini-əsasiyyəsinə görə  Şuralar köylü ilə  əmələ mürəxxəslərindən təşəkkül 

edirsə də, əmələnin haqq rəyi köylüyə nisbətlə faiqdir. Bir əmələ rəyinin qiyməti-

təşriyyəsi bir köylü rəyinin qat-qat fövqündədir. Yüz əmələ bir mürəxxis verdikdə 

min köylü bir mürəxxis çıxara bilir. Şəhərlərdəki  əmələ qisminin əksəriyyən 

ruslardan təşəkkül eylədiyi nəzəri-etinaya alınıyorsa, bunun Azərbaycan həyati-

siyasiy


r rus dururdu. Demək, 

Azərb


 daxil olduğu halda) rus ərkani-

hərbin


bir müəssisədir. Başında rus 

məmu


ı

ətən birər diktatorlardır. Azərbaycan diktatoru 

isə Ki

amilə rus 



hərsin

siyayı təmsil edəcək. O biri gün də mühəqqəq heç 

bir şey

yəsində nə kibi kombinezonlara (təhəvvülata) müncərr olacağı anlaşılır. 



Hökümətin əmrləri üzərinə ən böyük təsir icra edən müəssisəyi-ictimaiyyə, 

Bakı  əmələlərinin  şurasıdır. Bu şura,  əmələ, bəhriyyə tayfası,  əsgər və köylü 

mürəxxəslərindən təşəkkül edər. Bakıda bulunan əmələnin, bəhriyyə tayfasının və 

rus işğal ordusu nəfərlərinin əksəriyyətindən təşəkkül edən bu müəssisə, adətən, bir 

rus müəssisəsidir. Bu müəssisənin başında Krılov namında bi

aycan əfkari-ümumiyyəsini təmsil edən zat bir rusdur. 

Azərbaycan qüvayi-əsgəriyyəsi namına cəmən 3000-4000 qədər bir qüvvət 

var ki, bu da məmləkətin müxtəlif mərkəzlərində pərakəndə bir halda bulunuyor. 

Rus qüvvəyi-işğaliyyəsi isə bir kaç firqəyə malik mühüm bir yekun təşkil 

etməkdədir. Əsgəri idarə (Azərbaycan qüvası dəxi

ə tabedir. Komanda heyəti də ruslardandır.  

Azərbaycan iqtisadiyyatına hakim olan petrol ocaqları “Neftkom” deyilən 

bir müəssisə tərəfindən idarə olunuyor. Bu müəssisə hökümət içində hökümətdir. 

Tamamilə muxtar və doğrudan-doğruya Rusiyaya tabe 

rlarından Serebrovski nam nda bir rus duruyor.  

Kommunist idarələrinin  şəkli yalnız zahiri pərdələrdən ibarətdir. Bu 

pərdələrin arxasında icrayi-hökümət edən qüvvət daima və mütləqən firqə 

qüvvətidir. Azərbaycanın icra komitəsi ilə komissarlar heyətini idarə edən qüvvət 

əsla dəxi bu qüvvətdir - Azərbaycan Kommunist Firqəsinin mərkəzi heyətidir. Bu 

mərkəz  əvamirini Moskva mərkəzi-ümumisindən alır. Mərkəzlərdə katibi-

ümumilər var. Katibi-ümumilər ad

rov namında bir rusdur

77



Həqiqətdə qüvayi-iqtisadiyyə,  əsgəriyyə,  əfkari-ümumiyyə  və heyəti-



icraiyyəsi birər rus əlində bulunan bu dövlətin yalnız komissarlar heyəti-

rəyasətində bulunan Musabəyov ilə icra komitəsi rəyasətində bulunan Səməd 

Ağası türkdürlər ki, ikisi də türkcə adlarını belə yazmaqdan aciz, tam

ə məğlub və milliyyət nöqteyi-nəzərindən pək şübhəli adamlardır. 

Xaricə qarşı Azərbaycan yalnız iki yerdə  təmsil olunuyordu: Ankara ilə 

Moskvada. Moskvada Azərbaycanı bir çox zaman moskvalı Solovyov namında 

birisi təmsil ediyordu. Ankarada isə  Əbilov bəy təmsil ediyordu. Fəqət, Türkiyə 

əfkari-ümumiyyəsini iğfaldan başqa bir vəzifəsi olmayan bu yeganə müməssili-

siyasinin əcaib bir taleyi vardır. Əhibbadan birisinin pək haqlı olaraq söylədiyi kibi 

o, dün Azərbaycanı  təmsil ediyordu, bu gün Mavərayi-Qafqas federasyonunu 

təmsil ediyor. Yarın ehtimal Ru

i təmsil etməyəcəkdir!

78

 

İxtilalın ilk günlərində, rus ordusunun kəndisinə yapdığı mütəntən bir 



istiqbal mərasimi ilə Moskvadan Bakıya vürud edən Nəriman, “Təzə pir” 

meydanında xalqa xitabən söylədiyi nitqində deyordu ki, “Məxsusi bir komisyon 

 

55


təşkil etdik. Bu komisyon əski hökümətin övraqını tədqiq ediyor. Bir kaç gün sonra 

nəticəyi elan edəcək, o vəqt siz də görəcəksiniz ki, nə kibi xainlər sizi idarə 

ediyor

ə hasil olan sərvəti də məmləkəti istila edən 



Qızıl o

 

gətiril



sadi faydasından keçə biliyor, fəqət, 

öz lisa


.. Heç kimsə olmasa da, marksistlər bunun qeyri-mümkün olduğunu 

bilməl


ıxmasına müsaid bir maddə varsa da, 

böylə bir haqdan kim istifadə edə bilir?!... 

muş!” 

Kaç gün deyil, kaç sənə keçdi, o komisyon bu nəticəyi hələ elan etməmişdir. 



Həm edəməz də! Çünki məmləkəti ingilislərə satdı deyə, ittiham olunan hökümətin 

bir həbbə olsun hüquqi-millətdən  əcanibə  tərk etdiyini bir Nəriman deyil, bütün 

bolşeviklər bir araya gəlsələr də isbat edəməzlər! Fəqət, Nərimanov və yoldaşları 

ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi, mənəvi nə 

varsa həpsini təslim etdilər. Top əndaxtları ilə badi-həva göndərdikləri petrolun 

yüzdə 15 faizini Azərbaycana alıb verdirmək üçün aylarla yalvarırdılar. Hissələrinə 

düşən petrola sərbəst bir bazar təmini üçün dəxi nə  dərəcə kiçildilər, nə  qədər 

təzəllül göstərdilər. Nəhayət, bu surətl

rdunun şərəfinə israf etdilər

79



Bakı petrolları ilə şimdiki Bakı deyil, Moskva spekulasyon (ehtikar) yapıyor. 

Məmaliki-əcnəbiyyə ilə yapılan ticarət mütləqən Moskva təriqilə icra olunuyor. 

Qafqasiya məvaddi-ibtidaiyyəsi etibarilə Rusiyadan daha ziyadə mübadiləyə 

mühəyya ikən Batum təriqilə deyil, Moskva yolu ilə Avropaya rəbt edilmək 

istəniliyor. Bu kibi süni vasitələrlə Mavərayi-Qafqas münasibəti-iqtisadiyyəsinin 

məcrayi-təbiisini – Azərbaycan-Gürcüstan nöqteyi-nəzərindən deyil, böyük Rusiya 

mənafeyi-nöqteyi-nəzərindən idarə ediyorlar. Cəbrlə, süngü ilə, ÇK ilə vücuda

ən Rusiya federasyonuna böylə süni yollarla iqtisadi bir zəmin hazırlıyorlar. 

Məsələ bununla da qalmıyor. Azərbaycanda türk hərsi-milliyyəsi  əleyhinə 

görülən təşəbbüslər o qədər irəliləmiş olmalıdır ki, Nəriman kəndisi belə buna 

qarşı qəzetə sütunlarında məqalə qazmaq məcburiyyətində qaldı. O, Bakıda çıxan 

rusca “Bakinski raboçi” və türkcə “Kommunist” qəzetlərində  nəşr eylədiyi bir 

məqaləsində diyordu ki: “Azərbaycan  əmələ  və köylüsü bəzi mülahizat ilə siyasi 

haqqından, təmamiyyəti-mülkiyyəsindən, iqti

nından kimsəyə fədakarlıq yapmaz”

80



Fəqət, siyasi haqqına, kəndi toprağına və  həyatın  əsasını  təşkil edən 

iqtisadiyyatına qarşı laübali qalan bir millət, lisan və  hərsi-milliyyəsini müdafiə 

edə bilərmi?!.

idirlər. 

Mavərayi-Qafqas  cümhuriyyətlərinin siyasi, hüquqi və iqtisadi müqəddəratı, 

şimdi kəndi mərkəzlərindən ziyadə, Moskvaya mərbutdur. 1922 sənəsinin 

nəhayətində, Moskvada ittixaz olunan qərara görə Rusiya, Ukrayna, Belorusiya və 

Mavərayi-Qafqas cümhuriyyətlərindən mütəşəkkil bir Sovetlər cəmahiri-

müttəfiqəsi vücuda gəlmişdir. Burada bütün Mavərayi-Qafqas namına bir 

mürəxxəs vardır. Cəmahiri-müttəfiqə heyəti-idarəsi cümhuriyyətlərinin müsavi 

surətdə ezam eylədikləri mürəxxəslərdən deyil, məmləkətlərin nüfusi-

ümumiyyələri nisbətində göndərdikləri mürəxxəslərdən təşəkkül etmişdir. Şöylə ki, 

ismən müttəfiq heyəti denilən müəssisə, Rusiya və rus mürəxxəslərinin qatı bir 

əksəriyyət təşkil etmələrilə federasyon bir məna və mahiyyətdən çıxarılmışdır. Hər 

müttəfiqin istədiyi zaman bu ittifaqdan ç

 

56



 

 

QIZIL İMPERİALİZM 



 qare, şübhəsiz, kəndisini yeni sistem – bir 

şdur. 


 

Rusiya


ütəcaviz bolşevik qüvvətinə qarşı uzun müddət müqavimət 

göstər


qayət mühüm birisi vardır ki, onun zikrini burada bilxassə müfid 

buluyo


 

Bolşeviklərin nə kibi bir Şərq siyasəti tətbiq eylədikləri, Azərbaycan 



misalında bütün vüzuh və sərahətilə meydana çıxmışdır. Şərq millətlərinin xilas və 

nicatına aid şüarlar ilə bolşeviklər sözdə millətlərin hüququna, hürriyyətinə  və 

istiqlalına hörmətkardırlar. İşdə isə digər imperialistlərdən heç də fərqli deyildirlər. 

Bütün bu anlatdıqlarımızı oxuyan

imperializm qarşısında bulmu

-

 



Qızıl imperializm! 

Hərbi-ümumi nəticəsində zühur edən daxili ixtilal nəticəsində qara Rusiya 

imperializmi dünyayı vəlvələyə verən bir təraqqə ilə çökdü. Bu çökən əzəmət, 180 

milyonluq müxtəlif cins və millətdən yapılma müasir bir Babil qalası idi. Bu 

qalanın əqsami-mürəkkəbəsini təşkil edən millətlər kəndi müqəddəratlarının təyini 

surətilə vücudi-millilərini xilasa çalışıyor və bu məqsədlə təəzzüv ediyorlardı. Əski

nın gərək qərbində və gərək cənubunda yeni hökümətlər təşəkkül ediyordu. 

Rusiya ənqazı üzərində təşəkkül edən hökümətlərdən Baltik sahili ilə Qərb 

hüdudunda bulunanları – Qara imperializm ilə  Qızıl imperializm arasında keçən 

istihalə dövründən kəmalilə istifadə edərək yeni bolşevik qüvvəyi-hərbiyyəsi 

təşəkkül edincəyə  qədər kəndilərini toparlıyacaq bir hala gəldilər. Finlandiya, 

Litva, Latviya, Estoniya və Lehistan kibi dövlətlər  əldə silah olaraq kəndi 

mövcudiyyətlərini isbat etdilər. Bolşevik təcavüzünə müqavimətlə həm Rusiyanın, 

həm də bütün dövlətlərin təsdiqinə nail oldular. Qafqasiya dövlətləri isə böylə bir 

müvəffəqiyyətə məzhər olmadılar. Bunlar, hər nə qədər bir hökümət təşkil edərək 

Avropa dövlətləri tərəfindən qismən bilfel və qismən də bilhüquq təsdiqə nail 

oldularsa da, m

əmədilər. 

Rusiyanın iki tərəfində təhəddüs edib də müxtəlif nəticələrlə xitampəzir olan 

bu vəqayenin əsbabını tədqiq etmək, şübhəsiz, faidədən xali deyildir. Bu səbəblər 

miyanında 

ruz. 


Dövlətlərin təşəkkül və istihalə tarixlərinə müraciət edərsəniz, kəndi 

mövcudiyyəti üçün cidala başlayan bir millətin kəndisi ilə  mənafei-müştərək 

bulunan bir taqım qüvayi-siyasiyyədən istifadə eylədiyini görürsünüz. Yunanıstan 

istiqlalını ingilislərə, Balkandakı islav dövlətləri – Rusiyaya mədyundurlar. Baltik 

sahilindəki dövlətlər istiqlalları üçün yapdıqları mübarizədə düvəli-müttəfiqə filosu 

ilə mühümmati-əsgəriyyəsindən pək çox faidə görmüşlərdir. Finlandiya 

Cümhuriyyəti bolşevizm bəlasından Almaniyanın məzahirəti-əsgəriyyəsi ilə 

qurtulmuşdur. Bolşevizm Qərb hüduduna doğru təcavüz edərkən, yalnız Rusiyadan 

ayrılmış yeni dövlətləri deyil, onların arxasında duran müxalif Avropa qüvvətini də 

buluyordu. Bu hal bilxassə Lehistan misalında gözə çarpar. Lehistan müqaviməti, 

eyni zamanda da Fransa ərkani-hərbinin müqaviməti demək idi. Halbuki Qafqasiya 

 

57



cəbhəsi böylə deyildi. Rusiyadan xilasa can atan Qafqasiya bu xilas ilə  əlaqədar 

olan  İran ilə Türkiyə dövlətlərinə istinad edəmiyordu.  İran hadisatında qüvayi-

müdafiədən məhrum və  təşkilati-əsgəriyyəcə  zəif idi. Türkiyə isə  kəndisini 

boğmaq istəyən Avropaya qarşı livayi-üsyan açdığından ixtilalçı Rusiyanın hər nə 

surətlə olursa-olsun, bir az əvvəl kəndi hüduduna yaxınlaşmasını istiyordu. 

Qafqasiyaya doğru enən bolşevik qüvvətində o, Avropaya müxalif bir qüvvət 

gördüyü üçün Şimaldan uzanan əli uzun boylu tədqiqə imkan bulamıyaraq, çabuq 

sıxıyordu. Qafqasiyanın başı üzərində yapılan bu müsafihə şübhəsiz ki, Qafqasiya 

cümhu

siyasi məsələləri vəqayedən 



ziyadə

i çalmaqla istifadə ediyor. Necə ki, 

Azərb

 min put (12 milyon kilo) pambıq və  pək çox ipək və sairə 



aşırmı

lə ilğa etmək təəhhüdünə giriyor və propağandalarını  həmən tədil 

ediyorlardı. 

riyyətlərinin müqəddaratı üzərində qəti bir təsir icra eyləmişdir. 

Həyat və  məmat mübarizəsinə atılan Türkiyənin böylə  vəziyyət almaq 

zərurətində qalması,  şübhəsiz ki, “Əhvən  şərin xeyirən” düsturu üzərinə vaqe 

olmuşdur. Mühəqqəq ki, Qafqasiyanın təkrar Rusiya rəbqəyi-əsarətinə keçməsi, 

Türkiyə  mənafei-nöqteyi-nəzərindən böyük bir zərərdir. Fəqət, “Sevr” müahidəsi 

ilə qabiliyyəti-həyatiyyədən məhrum, zəlil bir dərəkəyə endirilən Türkiyə daha 

böyük bir zərərdə idi. Türkiyəyi bolşeviklərlə müsafihəyə icbar edən səbəb Lloyd 

Corc

81

 və Klemanso



82

 Avropasının nəşeyi-zəfərlə kor olan siyasəti idi. Bu siyasət 

var ikən Türkiyə Böyük millət məclisi zəmamdarlarını bolşeviklərlə anlaşdıqları 

üçün kimsə müaxizə edəməz. Bolşevik siyasətinin Türkiyə üçün siyasi bir 

sövqülceyş manevrəsi olduğunu qəbul etməmək, dünya məsələlərini pək dar bir 

gözlüklə görmək olurdu. Fəqət bu böylə olmaqla bərabər, bolşevik siyasətinin də 

imperializmin digər bir şəkli olduğunu unutmaq, 

 xəyal və arzularımıza görə təqdir etmək olur. 

Avropa imperialistləri müstəmləkələrini qiyməti-faziləyi “Ana yurd”a 

çəkmək surətilə istismar ediyorlar. Halbuki Qızıl imperializm müstəmləkə halına 

qoyduğu “müttəfiq”lərindən sərvətin kaffəsin

aycan bu xüsusda ən bariz bir misaldır. 

Avropa imperialistlərinə qarşı müdafiəyi-nəfs edən Türkiyəyi təqviyə 

etməklə, Rusiya Türkiyədən daha ziyadə istifadə etdi. Türkiyəyə verdiyi 

müavinəti-maddiyyə  və  əsgəriyyənin nə kibi bir qiymətə vardığını bilmiyoruz. 

Fəqət bolşeviklərin Bakıya girdikləri zaman banklardan çalınan, “talan həftəsi”ndə 

yəğma

83

 edilən mücövhərat ilə altun, gümüş  təzyinat və nüquddan, Astarxana 



daşınan əmtəə və müxalifatdan başqa 300 milyon put (4 milyard 800 milyon kilo) 

petrol ilə 750

şlardır. 

Bundan başqa, petrol mənbələrinə vəzi-yəd etdikdən sonra Lenin höküməti 

ən böyük düşməni olan ingilislərlə anlaşa bilmiş, Türkiyədən daha əvvəl Avropa 

dövlətlərilə bil-fel müzakirata girişmiş  və ticari müqavilələr  əqdinə müvəffəq 

olmuşdur.  İngiltərə ilə yapdığı müqavileyi-ticariyyə dolayısı ilə bolşeviklər  Şərq 

siyasətini be

*  *  *  

Qızıl imperialistlərə “Siz də müstəmləkəçisiniz” dedikdə, idarələrində 

bulunan millətlərə hürriyyət və hakimiyyət haqqı  əta etdiklərini rədiyyə 

məqamında söylüyorlar. Gələlim Qafqasiya cümhuriyyətlərinə.  Əcəba, yüz sənə 

 

58


əvvəl çar höküməti Qafqasiyaya enərkən, silah qüvvəti ilə  məğlub etdiyi 

xanlıqlarla kəndi rizası ilə Rusiyaya iltihaq edən Gürcüstan haqqında nə kibi bir 

siyasət tətbiq ediyordu? O zaman xanlıqlar birdən-birə ilğa edilməmişdi. Gürcüstan 

şahlığı çox zaman nam və ünvanilə baqi qalmışdı. Yalnız nə oluyordu? Rusiya 

əleyhdarı bir xan qaldırılıb yerinə rus tərəfdarı sadiq birisi nəsb olunuyordu. 

Təşkilati-məhəlliyyəyə  əl dəyilmiyor, yalnız  şəhərlərdə rus əsgəri qarnizonu 

saxlanıyordu. Məhakim və divan belə  əskisi kibi idarə olunuyordu. Xanlıqların 

təşkilati-idariyyəsi ilə bunlara məxsus  şüünatın kamilən ilğası istila sənələrinin 

ibtidal

ərin 


ilğası,

maq 


(denas

 

Fəqət 



varsa,


: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə