Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olur. Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi



Yüklə 14,6 Kb.
tarix02.01.2022
ölçüsü14,6 Kb.
#44132
Əziz Nesin Qısa


Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub.Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olur. Qadiriyyə təriqətindən olan atası oğlunu da imanlı müsəlman kimi görmək istəyirdi. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937 ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəəsnət Məktəbini də bitirir. Sonralar Əziz xatırlayacaqdı ki, oxuduğu hərb məktəblərində hətta onların düşüncələri belə təqib olunurmuş. 1941 ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. Və 1944 cü ildə ordudan “ vəzifəsini və rütbəsini pis yerinə yetirməsi” maddəsi ilə ordudan qovulur. Səbahəddin Əliylə tanışlıq və ilk yazı uğurları… Əziz Nesin ordudan qovulduqdan sonra bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü “Tan” qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı “Partiya qurmaq, partiya vurmaq” 1946 ci ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə “Marko Paşa”adlı mizah (satirik) qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır. “Marko Paşa”nın səhifələrində yüksək çinli dövlət məmurları, nazirlər tənqid olunurdu. Sonralar da dəfələrlə həbslərə və təqiblərə məruz qalmasına baxmayaraq Əziz Nesin köşə yazarlığını və ədəbi fəaliyyətini həvəslə davam etdirir.Ə. Nesin məhsuldar yazıçıydı və hədsiz dərəcədə işgüzar olub. O, 1952 ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda “Oluş” nəşriyyatını açır. Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955 ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı. DP hökuməti bu qanlı hadisələrdə kommunist izi axtarırdı. Ə. Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı. Bu həbslər onu daha da qorxusuz edirdi. Əsərləri böyük tirajla dünyanın müxtəlif xalqlarının dilinə çevrilmişdi. 56 ədəbi mükafat almışdı. Dəfələrlə Moskvaya gəlmişdi. Onu Sovet İttifaqında yaşayan millətlər çox sevirdi. O, da öz xalqını çox sevirdi.

Dolmus ”, (1955); “Yeni Gazete” (1957), Akşam (1958), “Tanin” (1960), “Günaydın” (1969), Aydınlık (1993) kimi jurnal və qəzetlərdə yayımlanan məzəli hekayələri, reportajları və lətifələri var.1956-cı ildə Kamal Tahir ilə Düşün Nəşriyyatını qurdu. 1958 – ci ildə Dolmuş-Karikatura jurnalına qovuşdu və 1963-cü ilə qədər nəşrinə davam etdi. Yeni Gazete, Akşam və Tanin-də gündəlik köşə yazıları yazdı. 1962-ci ildə 42 nömrədən ibarət olan “Zübük” yumor jurnalını nəşr etdirdi.1956-cı ildə İtaliyada keçirilən və 22 ölkənin qatıldığı Beynəlxalq Gülüş Yarışmasında “Qalib Törən” adlı hekayəsi ilə birinci mükafat olan Qızıl Palmanın qalibi oldu. Növbəti il ​​“Fil Həmdi” hekayəsi ilə ikinci dəfə eyni mükafatı qazandı. İlk mükafatını 1960-cı ildə dövlət xəzinəsinə bağışladı



1972 ci ildə kimsəsiz və kasıb uşaqlar üçün Nesin Fondu açmışdı. O, bu fond üçün canını oda yaxırdı. Əsərlərindən əldə etdiyi qonorarları bu fonda xərcləyirdi. İndi bu fondda Əziz Nezinin şəxsi əşyalarının nümayiş olunduğu muzey də fəaliyyət göstərir. 5 il öncə oğlu Əli Nesin fondun xəttiylə İzmirin Şirincə kəndində “Riyaziyyat kəndi”yaradıb.

1995 ci il iyulun 6 da İzmirin Alaçatı bölgəsində kitablarının imza günü həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Yazıçının anlamına görə, dəfn mərasimi deyilən tədbir, rəzillik və ikiüzlülükdən başqa bir şey deyildi. Onun cəsədi, İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi. O vəsiyyətində yazırdı; ”Mən insanın ruhunun varlığına inanmıram. Demək məzarın olması da vacib deyil. Məzarımın üzərinə işarə-filan, çiçək də qoyulmasın. Görə, qoxulaya bilməyəcəyim çiçəklərin məzarım üstündə boş-boşuna çürümələrinə acıyıram. Türkiyədə məzarlıqlar dinlərə görə bölünmüşdür. Dinsizlərin məzarı olmamalıdır. Mənsə, müsəlmanların yatacaq yeri yoxdur və olmamaldır, deyənlərdənəm”.
Yüklə 14,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin