1 1ci sual: Felsefe onun predmeti ve elmler arasinda yeri



Yüklə 30,81 Kb.
səhifə1/7
tarix25.01.2023
ölçüsü30,81 Kb.
#80638
  1   2   3   4   5   6   7
548117807-1-ULDUZ-CAVABLAR


1*
*1ci sual:Felsefe onun predmeti ve elmler arasinda yeri.Fəlsəfə insan biliyinin, mənəvi mədəniyyətin ən qədim sahələrindən biridir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-mənəvi, elmi, siyasi prinsip, norma və baxışların məcmusudur. Felsəfi dünyagörüşü sistemində «dünya-insan münasibətləri» aparıcıdır.Bu məsələ hər bir konkret fəlsəfi problemin ümumi əsasını təşkil edir. Fəlsəfənin predmetini aşağıdakı kimi ifadə etmək olar.Fəlsəfə “dünya-insan” münasibətlərinin ən ümumi tərəfləri, prinsipləri və qanunauyğunluqları haqqında elmdir.Maddi ilə mənəvinin, materiya ilə şüurun münasibəti məsələsi fəlsəfədə həmişə əsas yer tutur. Buna münasibətdə isə, fəlsəfə tarixində iki istiqamət(materializm və idealizm) mövcuddur. Materializm öz məzmunu və mahiyyəti etibarilə, həm də gerçəkliyi əks etdirməsi cəhətdən elmə yaxındır, onunla qovuşur. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar idealizmi «incələşmiş din», «dinçiliyə yol» və s. adlandırmışlar. Fəlsəfə elmlər sistemində mühüm yer tutur. Fəlsəfə və digər elmlər bir kök üzərində yüklənmiş, sonralar şaxələnmişdir. Elmlər sistemində fəlsəfənin başlıca vəzifəsi ondan ibarətdir ki, o, bir çox elm sahələrinin nailiyətlərini ümumiləşdirərək, təbiəti, cəmiyyəti , insanı öyrənən elmlərin bir növ inteqrasiya vasitəsi kimi çıxış edir. Fəlsəfənin tədqiq etdiyi problemlər müəyyən mənada digər elmləri də maraqlandırır. Fizika, riyaziyyat, kimya, biologiya, tarix, iqtisadiyyat və s. elmlərin öyrəndiyi proses və hadisələrin tənqidi mahiyyətcə fəlsəfi problemlərin qoyuluşuna gətirib çıxarır. Fəlsəfə onun tarixi və etika, estetika kimi sahələri nəinki, elmi –nəzəri, həm də praktik əhəmiyyətə malikdir. Elm dəyərli nəzəri əsaslara malik olduqda fayda verə bilər. Fəlsəfənin müstəqil elm sahəsi kimi formalaşması da humanitar, texniki, təbiətşunaslıq elmlərlə biləvasitə bağlıdır. Məhz həmin elmlərin inkişaf prosesində fəlsəfənin yeni-yeni problemləri əmələ gəlmişdir.Müasir dövürdə fəlsəfənin digər elmlərlə qarşılıqlı əlaqə dairəsi daha da genişlənmişdir. Fəlsəfə varlıqla şüurun unversal münasibətini, onların ən ümumi inkişaf qanunlarını öyrənərkən “insan-dünya” problemini tədqiq edən bütün başqa elmlərin nailiyyətlərindən bu və ya digər dərəcədə istifadə edir. Bunsuz o, inkişaf edə bilməz. Onun tədqiqat metodları da məhz həmin prosesdə formalaşmışdır. Fəlsəfənin başqa elmlərlə, biliyin digər sahələri ilə qarşılıqlı əlaqəsi onun inkişafının zəruri şərtidir.

Yüklə 30,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin