1 1ci sual: Felsefe onun predmeti ve elmler arasinda yeri


*4.Varlıq” anlayışı, onun əsas formaları



Yüklə 30,81 Kb.
səhifə4/7
tarix25.01.2023
ölçüsü30,81 Kb.
#80638
1   2   3   4   5   6   7
548117807-1-ULDUZ-CAVABLAR

*4.Varlıq” anlayışı, onun əsas formalarıVarlıq fəlsəfi dünyagörüşünün əsasında duran mühüm anlayışlardandır. Bu onunla izah edilir ki, birincisi, bütöv bir tam kimi dünyanın və insanın varlığının öyrənilməsi fəlsəfənin predmetidir. İkincisi, varlıq haqqında təlim (ontologiya) fəlsəfənin mühüm tərkib hissəsidir.İnsana dünyanın proseslərindən baş çıxarmağa imkan verən anlayışlar sistemində "varlıq" kateqoriyası və ona sinonim olan "gerçəkli" və "reallıq" anlayışları xüsusi yer tutur. Ontologiyanın ən geniş anlayışı olan varlıq kateqoriyasının mahiyyətini dərk etmək və onu fəlsəfi kateqoriya kimi səciyyələndirmək üçün gerçəklik və reallıq anlayışlarına nəzər salmalıyıq. Ona görə ki, varlıq kateqoriyasının məzmunu məhz gerçəklik və reallıq anlayışları vasitəsilə açılıb konkretləşdirilir.Gerçəklik keçmişdə, indi mövcud olan və gələcəkdə mövcud olacaq bütün şeylərin, proseslərin, sistemlərin, hadisələrin, halların məcmusudur. Təbiətdə mövcud olan şeylər, hadisələr, proseslər, cəmiyyətdə insanların davranışları, dövlət sistemləri, şəxsi həyəcanları, fikirləri, ideyaları və s. gerçəkliyin ayrı-ayrı fraqmentləridir. Gerçəkliyə daxil olan hadisələrin sürəkliliyi olduqca müxtəlifdir: bəziləri uzun ömürlüdür, bəziləri isə ani baş verir. Buna görə də gerçəklikdə daim yeni-yeni cisimlər və hadisələr meydana gəlir, qərarlaşır, mövcud olur, sonra isə yenilərinə çevrilirlər.Gerçəklik anlayışına sinonim olan reallıq anlayışıdır. Reallıq çox geniş olub obyektiv və subyektiv reallıqların cəmi, məcmusu kimi qəbul edilir. İnsan şüurundan kənarda mövcud olan gerçəklik obyektiv reallıq adlanır. Kvarklar, elementar hissəciklər, nüvə, atom, molekul, cisimlər, qalaktika, metaqalaktika, fiziki sahənin müxtəlif növləri, ictimai proseslər və s. obyektiv reallığın ayrı-ayrı elementləridir. İnsan şüurunda, insan təfəkküründə, insan təxəyyülündə mövcud olan gerçəklik isə subyektiv reallıqdır. Subyektiv reallıq insanın zehni fəaliyyətinin, daha doğrusu, onun beyninin məhsuludur. Beynin fəaliyyətinin məhsulu olan fikirlər, anlayışlar, mülahizələr, obrazlar, elmi və qeyri-elmi biliklər də reallıq olub, fəlsəfədə deyildiyi kimi, subyektiv reallıq anlayışını təşkil edirlər. varlığın növlərini belə qruplaşdırmaq olar. a)təbii və ya maddi varlıq.Buraya insanı əhatə edən maddi gerçəklik daxildir ki,onun da iki aspektini qeyd etmək olar:təbii mühit və insan əməyi ilə yaradılmış “süni mühit” və “ikinci təbiət”.Bunu insan şüurundan asılı olmayan təbii-maddi mövcudluq da adlandırmaq olar. b)mənəvi və ya ideal varlıq.Buraya insanı əhatə edən mənvi aləm,ideal mövcudluq-mədəniyyət,elm,incəsənət,adət-ənənələr,ideoloji formalar və s.məcmusu daxildir. Mənəvi varlığın özü də iki yerə ayrılır: subyektiv mənəvi varlıq və obyektivləşdirilmiş mənəvi varlıq. Birinciyə insanın daxili psixiki dünyası daxildir. İkinciyə isə bütövlükdə insanlar arasındakı münasibətlərdə təzahür edən mənəvi hadisələri ifadə edir. c) əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin, sosial-siyasi strukturların durduğu sosial-siyasi varlıq. Buraya cəmiyyətin bütün sosial-siyasi strukturların, ictimai, siyasi, sinfi, milli və i.a. proseslərin idarə edilməsi və s. bağlı insan fəaliyyəti sahələri daxildir; ç) insanın obyektiv real mövcudluğu və ya insan varlığı. Bunu da iki qismə ayırmaq olar: ictimailəşmiş insan-şəxsiyyət aləmi və fərdiləşmiş insan-fərd aləmi.

Yüklə 30,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin