Azərbaycan Memarlıq və İnşaat Universiteti “İqtisadi nəzəriyyə və marketinq” kafedrası BAKI-2022
İQTİSADİYYATA GİRİŞ (1-ci dərs)
Müəllim:
B/m. Binnətov Yusif Cavad oğlu
Mövzu 1 İqtisadi nəzəriyyənin yaranması və inkişafı. İqtisadi nəzəriyyənin predmeti və metodu
Ev təsərrüfatının səmərəli idarə edilməsi zərurətinin dərk edilməsi . Antiq dövrlərdə iqtisadi fikrin yaranması.
İqtisadi nəzəriyyənin inkişaf mərhələləri.
İqtisadi nəzəriyyənin predmetinin müəyyənləşməsi.
İqtisadi nəzəriyyənin predmetinin tədqiqində tədbiq olunan metodlar
İqtisadi qanunlar və kateqoriyalar.
1. İqtisadi nəzəriyyə - ən qədim elmlərdən biridir. O, alimlərin və savadlılarm diqqətini həmişə cəlb edib. Bu, iqtisadi nəzəriyyənin öyrənilməsinin insanların motivləri, onların təsərrüfat fəaliyyətində davranışları, təsərrüfatçılıq qanunlarının Aristoteldən, Ksenofontdan bu günə qədər bütün dövrlərdə dərk edilməsinin obyektiv zəruriliyi ilə bağlıdır.
Hesab olunur ki, «ekonomika» məfhumunu hələ e.ə. VI əsrdə yunan şairi Hesiod iki sözü: «oykos» (ev, təsərrüfat) və «nomos»u (bilirəm, qanun) - birləşdirərək icad etmişdi ki, bu da hərfi mənada ev təsərrüfatının aparılması məharəti, biliyi, qaydalar məcəlləsi deməkdir.
Hesab olunur ki, «ekonomika» məfhumunu hələ e.ə. VI əsrdə yunan şairi Hesiod iki sözü: «oykos» (ev, təsərrüfat) və «nomos»u (bilirəm, qanun) - birləşdirərək icad etmişdi ki, bu da hərfi mənada ev təsərrüfatının aparılması məharəti, biliyi, qaydalar məcəlləsi deməkdir.
Elmə bu məfhum qədim yunan iqtisadi fikrinin nümayəndələri - «Ekonomikos» adlı əsəri yazmış Ksenofont (e.ə.430-355) və Aristotel (e.ə. 384-322) tərəfindən gətirilmişdir. Sonuncu sərvət haqqındakı elmi «ekonomiya» (məhsul istehsalı ilə bağlı təbii təsərrüfat fəaliyyəti) və «xrematistika»ya (pul qazanmaq məharəti) bölürdü.
İqtisadiyyat zəruri həyati nemətlər yaradılmasını və onlardan istifadə yolu ilə insanların və cəmiyyətin tələbatlarının ödənilməsini təmin edən təsərrüfat sistemidir.
Ekonomiya yunan sözləri: oykos ev, təsərrüfat və nomos - məharət, qanun, bilik sözlərindəndir və hərfi mənası təsərrüfat işlərinin aparılması məharəti (biliyi,qanunu) deməkdir.
Ekonomika iqtisadiyyat – bütün iqtisadi sistemdə və ya onun ayrı-ayrı sahələri, elementləri, şəraitlərində (xidmət, təhsil, əhali, əmək və s. sahələrin iqtisadiyyatı) insanın təsərrüfat fəaliyyətini öyrənən elmdir.
- yunan sözləri politeyya - dövlət quruluşu, oykos və nomosdan ibarət olub dövlət miqyasında təsərrüfatın aparılması bacarığını bildirir. Bu isə o deməkdir ki, dövlət mövcud olduqca, dövlət miqyasında təsərrüfatın aparılması barədə elm də mövcud olacaq.
Siyasi iqtisad
- insanın bazar iqtisadiyyatında davranışı, təsərrüfat fəaliyyətində məhdud resurslardan istifadəsi haqqında olub marjinalist metodologiyaya söykənən elm
Ekonomiks
İqtisadi nəzəriyyə -
müxtəlif iqtisadi sistemlərdə XXI əsrin əvvəli üçün iqtisadi fikrin ən mühüm nailliyyətlərinin cəmini istifadə edərək təsərrüfatın aparılması məharəti haqqında elm.