1 1ci sual: Felsefe onun predmeti ve elmler arasinda yeri


*5.Materiyanın fəlsəfi anlamı



Yüklə 30,81 Kb.
səhifə5/7
tarix25.01.2023
ölçüsü30,81 Kb.
#80638
1   2   3   4   5   6   7
548117807-1-ULDUZ-CAVABLAR

*5.Materiyanın fəlsəfi anlamı.Fundamental fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi biliklər sistemində mühüm yer tutur. Bu onunla bağlıdır ki, bütün təbiət elmləri materiyanın konkret növlərini, onların strukturunu, xassələrini, hərəkət və inkişaf qanunlarını öyrəndiyi kimi, heç bir fəlsəfi tə'lim də "materiya" anlayışına və onunla bağlı olub mühüm dünyagörüşü əhəmiyyəti kəsb edən varlıq və təfəkkür, təbiət və ruh, maddi və ideal, habelə hərəkət, məkan və zaman kateqoriyalarına müraciət etmədən keçinə bilməz.Materiya anlayışı mühüm fəlsəfi kateqoriya kimi insanı əhatə edən aləmin öyrənilməsi prosesində işlənmişdir.Materiyanın fəlsəfi səciyyəsi ona substansiya və obyektiv reallıq kimi yanaşılmasındadır. Substansiya sözünün hərfi mənası əsasında duran deməkdir. Dünyada sonsuz sayda dəyişikliklər (inkişaf,birləşmə,parçalanma, məhvolma və s.) olmasına baxmayaraq müəyyən bir sabit, dəyişməz əsas da vardır.Bu, substansiya və yaxud ilkin materiya adlandırılır. Materiyaya substansiya kimi yanaşılması aşağıdakı üç vəzifənin həlli baxımından xüsusi əhəmiyyət kəsb edir: a)dünyanın vəhdətinin izahı; b)dünyadakı çoxsaylı əşya və proseslərin eyni bir əsasın müxtəlif növləri kimi göstərilməsi; v)dünyadakı mövcudluq formalarının müxtəlifliyini və zənginliyini həmin əsasın təbii-tarixi gedişində yaratdığının sübut edilməsi. Materiyanın substansiya kimi izahı çox lazımlı və vacibdir. Lakin kifayət deyildir, çünki materiyanın nə olduğunu bilmək üçün onu obyektiv reallıq kimi nəzərdən keçirmək vacibdir. Bu əlamət şüurdan kənarda və ondan asılı olmayaraq mövcud olmaqdır.Məhz bu obyektiv reallıq xassəsi materiya anlayışının əsasıdır. Bundan sonra materiyanın əsas xassələri sırasında onun strukturluğu, məhvolunmazlığı, daim hərəkətdə, məkanda və zamanda olması, inikas etdirmə xassəsi xüsusi yer tutur. Materiyanın məhvolunmazlıq xassəsi onda ifadə olunur ki, onun bütün konkret təzahürləri dəyişilsə də, bütövlükdə o öz sabitliyini saxlayır.Müasir elm sübut edir ki, materiyanın əsasında duran ən ilkin səviyyədə fasiləsiz surətdə elementar hissəciklərin çevrilməsi baş verir. Lakin materiya ümumi substansiya kimi daim dəyişməz qalır. Materiyanın məhvolunmazlığını enerjinin saxlanması və çevrilməsi qanunu da sübut edir. Müasir elm getdikcə daha artıq dərəcədə təsdiq edir ki, materiya öz təzahürlərinə görə son dərəcə müxtəlifdir. Tarixi inkişaf baxımından materiyanın üç səviyyəsini, növünü, yaxud formasını fərqləndirmək olar: a) qeyri-üzvi, yaxud cansız materiya, b) üzvi, yaxud canlı materiya, v) ictimai-mütəşəkkil materiya. Materiyanın birinci formasına bütün cansız təbiət və onun müxtəlif sistemləri, ikinci formasına bütün canlı, yaxud bioloji sistemlər, üçüncü formasına bütün ictimai sistemlər, onların müxtəlif növləri daxildir. Materiyanın inkişaf səviyyələrinin, növlərinin hər biri olduqca mürəkkəb olub, çox müxtəlif ünsürlərdən təşkil olunmuş sistemlər kimi çıxış edirlər.Materiya təşkilinin struktur səviyyələrinin və onlar arasındakı qarşılıqlı təsirin öyrənilməsi fəlsəfənin çox mühüm problemi olan dünyanın vəhdəti prinsipinin izahında böyük rol oynayır.

Yüklə 30,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin