1 1ci sual: Felsefe onun predmeti ve elmler arasinda yeri


*6.Materiyanın atributları:hərəkət,məkan,zaman



Yüklə 30,81 Kb.
səhifə6/7
tarix25.01.2023
ölçüsü30,81 Kb.
#80638
1   2   3   4   5   6   7
548117807-1-ULDUZ-CAVABLAR

*6.Materiyanın atributları:hərəkət,məkan,zaman.Hərəkət materiyanın mövcudluq formasıdır.Fəlsəfədə hərəkət dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür. Materializmə görə dünya yalnız materiyadan, onun hallarından və xassələrindən ibarət olduğundan və qeyd etdiyimiz kimi, dəyişkənlik prosesindən kənarda heç bir şey mövcud olmadığından hərəkət materiyanın atributu, onun "mövcudluq üsulu" kimi anlaşılır.Hərəkət daxilən ziddiyyətlidir, odəyişkənlik ilə sabitliyin, mütəhərriklik ilə sükunətin vəhdətidir. Hərəkət fasiləliklə fasiləsizliyin vəhdətidir. Bu o, deməkdir ki, hərəkət mövcudatların öz daxilində, onların dəyişmə mənbəyi kimi çıxış edir. Hərəkət yaradılmır, həm də məhv edilən deyildir. O, yalnız bir formadan digərinə çevrilə bilər.Hərəkət formalarının konkret təsnifatı da diqqəti cəlb edən məsələlərdəndir.XIX əsrin 70-ci illərində F.Engels elm və təbiətşünaslığın nailiyyətlərini ümumiləşdirərək, hərəkətin əsas formalarının aşağıdakı təsnifatını vermişdir; 1) mexaniki hərəkət; 2) fiziki hərəkət; 3) kimyəvi hərəkət; 4) bioloji hərəkət və 5) sosial hərəkət. Bu təsnifat XIX əsrin ortalarında elm və təbiətşünaslığın verdiyi məlumatlara əsaslandığından, təbiidir ki, elmin bugünkü inkişaf səviyyəsi baxımından müəyyən dəyişikliklərə məruz qalmaya bilməz.Hərəkətin müxtəlif formaları arasında genetik əlaqə mövcuddur, yəni hər bir yuxarı hərəkət forması birdən-birə deyil, yalnız aşağı formaların bazasında yaranır və onları özündə əhatə edir. Lakin bu heç da o demək deyildir ki, yuxarı hərəkət forması aşağı hərəkət formaların mexaniki məcmusundan ibarətdir. Məsələn, bioloji hərəkət forması mexaniki, fiziki, kimyəvi proseslər əsasında yaranır və bu hər üç hərəkət formasını özündə birləşdirir. Lakin bioloji hərəkəti fiziki və kimyəvi hərəkətin cəmindən ibarət hesab etmək kobud səhv olardı. Hərəkətin iki əsas tipini ayırd etmək olar. Birincidə predmet və ya hadisədə baş verən dəyişikliklər onun nisbi sabitliyini pozmur, obyekt və keyfiyyət müəyyənliyini saxlayır. Predmetin bir keyfiyyət halından digərinə keçməsi ilə müşayət olunan dəyişmələr hərəkətin ikinci əsas tipini təşkil edir.
Məkan və zaman.Dünyada mövcud olan predmet və hadisələr məkan-zaman göstəricilərinə malikdir. Dünyada məkan və zamandan kənarda heç nə movcud deyildir. Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır. Məkan-maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna malik olmasını, zaman isə cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir. Məkan-zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan-zaman sonsuzdur, tükənməzdir, onların sonsuzluğu konkret cisim və hadisələrin sonluğunun vəhdətindən, məcmusundan yaranır. Gerçəklikdəki bütün cisim, hadisə və proseslər dördölçülü məkan-zaman xassələrinə malikdir. Bu o deməkdir ki, hər bir maddi cismin məkanda üç ölçüsü vardır: uzunluğu, eni, hündürlüyü. Zamanın isə yalnız bir ölçüsü vardır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru istiqamətdə hərəkət edə bilərlər. Zaman qayıtmazdır, keçmişi qaytarmaq mümkün deyildir, zaman ancaq irəliyə hərəkət edir. Məkan və zaman sonsuzluq ilə sonluluğun vəhdətidir. Məkan izotropluq xassəsinə malikdir. Yəni məkana daxil olan nöqtələrdən və sistemlərdən heç biri digərindən üstün deyildir. Zamanın çox mühüm xassəsi onun geriyədönməzliyidir. Belə ki, keçmişdə baş verən hadisələr geri qayıtmır, onları yalnız fikrdə bərpa edib canlandırmaq olar. Fəlsəfi fikir tarixində məkanı iki cür qruplaşdırmaq olar:substansional və relyasion yanaşma.Məkanı maddi predmetlərdən asılı olmayaraq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən baxış substansional konsepsiya adlanır.Nyutona görə, məkan-zaman maddi cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir.Substansional konsepsiyanın əksinə olaraq, Leybnits məkan və zamanın relyasion konsepsiyası təlimini irəli sürmüşdür.Relyasion konsepsiya məkan və zamanın maddi obyekt və proseslərdən asılı olmayaraq, müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı xüsusi münasibətlərdə görür. Relyasion konsepsiya öz başlanğıcını Aristotelin məkan-zaman təlimindən götürür. Sonralar relyasion konsepsiya dialektik materializmin məkan və zaman təliminin əsasını təşkil etdi.Məkan və zaman fasiləsizlik ilə fasiləliyin vəhdətidir. Məkan və zaman hərəkət ilə ayrılmaz vəhdətdədir. Nisbilik nəzəriyyəsi sübut etdi ki, məkan-zaman göstəriciləri obyektlərin hərəkət sürətindən və qravitasiya qüvvələrinin təsiri səviyyəsindən asılıdır. 1905-ci ildə A.Eynşteynin kəşf etdiyi xüsusi nisbilik nəzəriyyəsi məkan və zaman haqqında köhnə təsəvvürləri alt-üst etdi. Bu nəzəriyyəyə görə hərəkət edən cismin sürəti artdıqca onun məkan göstəricisi hərəkətin istiqaməti boyunca qısalır, zaman göstəricisi isə ləngiyir.Beləliklə, nisbilik nəzəriyyəsi bir tərəfdən məkan və zamanın materiyadan asılı olmayan, mütləq formalar kimi şərhinin əsassızlığını göstərdi. Digər tərəfdən isə sübut etdi ki, məkan-zaman xassələri maddi sistemlərin hərəkəti və qarşılıqlı təsirindən asılı olaraq dəyişilir.
*7.Təbiət fəlsəfi düşüncə predmetidir.Təbiət anlayışı fəlsifənin daxilində xüsusi yer tutur. Təbiət hadisələri və obyektləri uzaq məsafədaki ulduz və Qalaktikalar sistemləridir, elementar hissəçiklər və onların çevrilmələridir, çaylar və okeanlardır, meşəlar və dağlardır, Yerdəki həyatınn sonsuz müxtəliflikləridir. Təbiət anlayışı bütün mövcud olanları, Kainatıəhatə edir. Təbiət anlayışı fəlsəfədə öz məzmununa və harada, hansı maqsədlə işlədilməsinə görə üç mə'naya malikdir.Birinci geniş mənada həmin anlayış bütün varlığı, özünün bütün forma müxtəliflikləri iləbirlikdə bütün dünyanı ifadə edir, bütün obyektiv reallığa, insan da daxil olmaqla bütövlükdə Kainata şamil edilir. Sözün bu mə'nasında təbiət anlayışı fəlsəfədə varlıq problemləri ilə məşğul olan ontologiyada XIX əsrə qədər işlədilmişdir.Təbiət anlayışının daha məhdud mə'nada anlaşılması keçən əsrdə Yerdə baş verən bioloji təkamül prosesinin və həyatın meydana gəlməsi problemlərinin, habelə insanın tabiətdə xüsusi yer tutmasının başa düşülməsinin öyrənilməsi ilə formalaşmağa başlamışdır. Bu mə'nada "tabiət" anlayışı müəyyan həçmə qədər daralaraq obyektiv reallığın 1802-ci ildə J. Lamark tərəfindən biosfera adlandırılan həyat sahəsini əhatə etmişdir. Biosfera qeyri-üzvi təbiətin bütün əvvəlki inkişafı nəticəsində formalaşan, atmosferi, litosferin yuxarı hissəsini və hidrosferi əhatə edən həyatın baş verdiyi yerin nazik qabığından ibarətdir.Təbiət anlayışı biosferanın bioloji növü olmaq e'tibarı ilə insanın mövcud olması üçün lazım olan məcmu şəraitə aid olan hissəsi ilə eyniləşdirildi. Beləliklə, təbiətin öyrənilməsindəki ən'ənəvi yanaşma usulları "biosfera-insan" kimi mürəkkəb sistemin təhlili və fəlsəfi cəhətdən mə'nalandırılması hesabına xeyli genişlənlirildi, "təbiət" anlayışının ozü isə daha yeni və dərin məzmun kəsbr etdi. Hər şeydən əvvəl, camiyyətin ətraf mühitlə qarşılıqlı münasibətlərinə, xüsusili iqtisadiyyat və ictimai həyata aid olan sahələrinə dair intensiv elmi tədqiqatlar aparılmağa başlandı. Ona görə də "təbiət" anlayışının bu mə'na əhəmiyyəti müasir sosial fəlsəfədə daha çox işlədilir və insanların yaşadıqları həm təbii sosial mühiti, həm də insanlar tərəfindən, insan əli ilə yaradılan sun'i yaşayış muhitini əhatə edir. Nəhayət, "təbiət" anlayışından bu və ya digər çismin, mövcudluğun əsas məzmununun mahiyyətinin göstərilməsində spesifik şəkildə istifadə olunur. Çox zaman müəyyən hadisənin xarakterini və meydana gəlməsinin prinsipial şəraitini müəyyənləşdirmək üçün onun təbiətinin nədən ibarət olmasından, onun xüsusiyyətlərindən söhbət salınır. "Təbiət" anlayışı bu halda kifayət qədər dar mə'nada, konkret hal üçün işlədilir (məsələn, idrakın təbiəti, insanıntəbiəti və s).

Yüklə 30,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin