Reaktiv həRƏKƏT



Yüklə 20.12 Kb.
tarix04.12.2016
ölçüsü20.12 Kb.
REAKTİV HƏRƏKƏT

İmpulsun saxlanma qanunun praktiki tətbiqlərindən biri reaktiv hərəkətdir. Cismin bir hissəsi ondan ayrılacaq hər hansı sürətlə hərəkət etdiyi zaman cismin özünün hərəkətə gəlməsinə reaktiv hərəkət deyilir.

Məsələn , qapalı paket yanacaq sisteminə baxaq. Əgər bu sistemdə yanacaq yanırsa əmələ gələn yüksək təzyiqli və yüksək temperaturlu qaz müddətində sürəti ilə xaricə çıxır. Onda paket əks tərəfə sürəti ilə hərəkət edir,hərəkət başlayana qədər paket və qazın impulslarının cəmi,hərəkət başlayandan sonrakı impulsların cəminə bərabərdir. Hərəkət başlayana qədər sistemin impulslarının cəmi sıfır-dır. Ona görə də hərəkət başlayan hal üçün yaza bilərik.

(1)

Burada m yanaraq paketdən çıxan qazın kütləsi, isə həmin qaz kütləsinin sürəti-dir. M paketin qalan yanacaqla birlikdə kütləsi, isə paket yanacaq sisteminin aldı-ğı sürətdir.(1) bərabərliyindən alarıq,



(2)

Bu düstürdan görünür ki, yanacaq yanarkən çıxan qazın kütləsi paket yanacaq siste-mini kütləsindən neçə dəfə kiçikdirsə,sistemin aldığı sürət də çıxan qazın sürətindən bir o qədər dəfə kiçikdir. Deməli,verilimiş sürətdə paketdən çıxan qazın kütləsinin sistemin kütləsinə nisbəti böyüdükcə,buna mütənasib olaraq paketin sürəti də böyüyür. (2) düstüru çıxarılarkən baxılan anda sistemin kütləsinin sabit qaldığı fəra edilmişdir.

Reaktiv hərəkət nəzəriyyəsinin banisi böyük rus alimi Konstantin Eduardoviç Tsiolnovskidir(1857-1935). Siolkovski reaktiv hərəkət nəzəriyyəsinin əsasını qoy-maqla bərabər,uçması mümkün olan reaktiv aparatların sxemini də vermişdir. Bu sxem hazırda mövcüd olan reaktiv təyyarə qurğularının sxeminə uyğun gəlir, hələ o zaman Siolkovski qitələr arası uçuşların mümkün olduğunu söyləmişdir.
KOSMİK SÜRƏTLƏR

Yerin səthindən H hündürlükdə çevrə boyunca Yer ətrafında bərabər sürətlə hərə-kət edən cismin hərəkətini araşdıraq. Yerin kürə şəklində olduğunu qəbul edək. Cis-mə yalnız hərəkətetdirici qüvvə təsir edərsə,o cosmin yalnız trayektoriya üzrə hərəkətini davam etdirdikcə, Yerin səthindən müəyyən qədər uzaqlaşardı. Aydındır ki,cismə cazibə qüvvəsi də təsir etdiyindən,ona elə sürəti vermək lazımdır ki, Yer öz səthinin əyriliyinə görə cismdən nə qədər uzaqlaşırsa,cisim də cazibə qüvvəsinin () təsiri ilə yer səthinə bir o qədər yaxınlaşsın.Bu halda cisim həmişə hündürlüyündə Yer ətrafında Ry+H radiuslu çevrə üzrə hərəkət edəcəkdir.Burada Ry yer kürəsinin radiusudur. Cismin kütləsi m-dirsə onun Ry+H radiuslu çevrə bo-yunca hərəkət etməsi üçün aşağıdakı bərabərliklər ödənilməlidir.



və ya

Buradan,


(1)

Cismə H hündürlükdə üfüqi istiqamətdə (1) düstüru ilə təyin edilən v1 sürətini versək, o yer ətrafında çevrə üzrə hərəkət edərək Yerin süni peykinə çevriləcək-dir.İstənilən kütləli cisim Yerin süni peyki ola bilər.Bunun üçün ona müəyyən sürət vermək lazımdır.Yer səthindən buraxılımış cismin (Ry>>H,H=0) sürətinin hesabla-yaq.Bu halda (1) düstürundan alarıq,



Digər tərəfdən



Olduğundan alınır, (3)

Bu düstürda g=9,81 m/san2 ,Ry qiymətlərini yerinə yazsaq

Yer səthinin yaxınlığında olan cismə üfüqi istiqamətdə belə sürət verilərsə,o,Yer ətrafında çevrə boyunca hərəkət edərək Yerin süni peykinə çevriləcək və yarə düşməyəcəkdirBu sürətə birinci kosmik sürət deyilir.

Peykin Yerin cazibə sahəsindən çıxıb getməsi üçün (3) düstüru ilə təyin edilən sürəti kifayət deyildir. Bunun üçün peykə başqa sürətini vermək lazımdır. sü-rətinin qiymətini hesablayaq. -ni tapmaq üçün,yəni cismin Yerin cazibə sahəsin-dən sonsuzluğa getməsi üçün,yerin cazibə qüvvəsinə qarşı görülən işi hesablamaq lazımdır. Cismi Yerin cazibə sahəsindən çıxarmaq üçün görülən iş

=mgRy

kimi təyin edilir. Cismə bu işə bərabər kinetik enerji verdikdə o yerin cazibə sahə-sindən çıxacaqdır. Onda,

Buradan alarıq ki,

(4)

(4) düstüru ilə təyin olunan v2 sürətinə ikici kosmik sürət deyilir. Cismin Günəş sistemini tərk etməsi üçün Yerə nisbətən ona verimiş sürətə üçüncü kosmik sürət deyilir.v3 üçüncü kosmik sürətin qiyməti peykin Yerin cazibə sahəsindən çıxma is-tiqaməti ilə Yerin Günəş ətrafında fırlanma istiqaməti eynidirsə,onda v3-ün qiyməti minimum olub,v3=16,7 kmsan bərabərdir. Əksinə peykin Yerin cazibə sahəsindən çıxma istiqaməti ilə Yerin Günəş ətrafında fırlanma istiqaməti eynidirsə,onda v3 –ün qiyməti minimum olub, bərabərdir. Əksinə,peykin Yerin cazibə sahəsindən çıxma istiqamətinin əksidirsə, v3-ün qiyməti maksimum olub,



Ümümiyyətlə,peykin Yer ətrafında hərəkəti ancaq bir qüvvənin cazibə qüvvəsinin təsiri altında olduğundan,bu qüvvə peyk və onun içərisindəki cisimlərə eyni təcil verir.Bu halda çəki anlayışı öz mənasını itirir və bu zaman peykin içərisindəki bü-tün cisimlər , o cümlədən sərnişinlər çəkisizlik halında olur.



Süni peyk yerin ətrafında pilotsuz uçan kosmik aparatdır.

Yerin ətrafında hərəkət etmək üçün aparat birnici kosmik sürətdən bir az artıq sürətə malik olmalıdır. Onlar 150-160 km-dən bir neçə min km məsafədə olan hündürlükdə uçurlar. Uçma hündürlüyünün aşağı həddi atmosferdə yarana biləcək dayandırma halından qaçma ilə təyin olunur. Peykin orbit üzrə hərəkəti bir neçə saat ilə bir neçə gün arasında yerləşir. Süni peyklər elmi tədqiqatlar üçün geniş tətbiq olunur (məsələn, hərbi peyklər, meteroloji peyklər, naviqasiya peykləri, rabitə peykləri və s.). Süni peykin ən əsası insanların kosmosda uzun müddət qalması üçün tətbiq olunandır.

Dünyada ilk süni peyk SSRİ tərəfindən buraxılmış Sputnik 1-dir.

İlk ABŞ peyki 1 fevral 1958-ci ildə, ilk britaniya peyki 26 aprel 1962-ci ildə, ilk kanada peyki 29 sentyabr 1962-ci ildə, ilk fransız peyki 26 noyabr 1965-ci ildə və ilk avstraliya peyki 29 noyabr 1967-ci ildə kosmosa buraxılmışdır.

http://az.wikipedia.org/wiki/S%C3%BCni_peyk



hazırladı- LDU riyaziyyat informatika – III kurs SƏMİDOVA İLAHƏ


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə