1.Mexaniki hərəkət .Trayektoriya, yol ,yerdəyişmə,hesablama sistəmləri Ümumi fizika kursu- mexanika, molekulyar fizika və termodinamika, elektriktromaqnetizm,optika,atom və nüvə fizikasından ibarətdir. Mexanika bölməsində mexaniki hərəkət, onun növləri, yaranma və dəyişmə səbəbləri araşdırılır. Mexanika maddi nöqtə, cisim və ya cisimlər sisteminin hərəkət qanunlarını və tarazlıq şərtlərini öyrənməklə məşğuldur. Mexanikanı 3 bölməyə ayırmaq olar:
1)Kinematika- Mexaniki hərəkətin qanunauyğunluqlarını öyrənir yəni, hərəkətin dəyişmə səbəbi kinematikanı maraqlandırmır.
2)Dinamika- hərəkəti onu dəyişdirən səbəblə əlaqədar olaraq öyrənir. Dinamikanın əsasını nyutonun 3 qanunu təşkil edir.
3)Statika-cisim və ya cisimlər sisteminin tarazlıq şərtlərini öyrənməklə məşğuldur. Buna görə statika dinamikadan xüsusi hal kimi alına bilir.
Mexaniki hərəkət dedikdə, zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən fəzada yerdəyişməsi başa düşülür. Mexaniki hərəkət nisbidir. Mütləq sükunət olmadığı kimi, mütləq hərəkət də yoxdur. - Hərəkəti öyrənmək üçün seçdiyimiz cisim, ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesabat sistemi adlandırılır. Hərəkət zamanı ölçülərini nəzərə almamaq mümkün olan cisimlər maddinöqtə adlanır. Hərəkət zamanı maddi nöqtənin ardıcıl keçdiyi nöqtələrin həndəsi yeri (izi) trayektoriya adlanır. Trayektoriyanın formasına görə hərəkət düzxətli və əyrixətli (xüsusi halda çevrə) olur. Ədədi qiyməti və istiqaməti ilə xarakterizə olunan kəmiyyət vektorial kəmiyyət, yalnız ədədi qiyməti ilə xarakterizə olunan kəmiyyət isə skalyar kəmiyyət adlanır.Kinematikada hərəkətin parametrləri onu xarakterizə edən kəmiyyətlər olaraq yol, yerdəyişmə, sürət, təcil qəbul olunur.Trayektoriyanın uzunluğuna gedilən yol deyilir. S işarə olunur, metrlə ölçülür beynelxalq sistemdə vahiddir, skalyar kəmiyyətdir.Hərəkətin başlanma nöqtəsi ilə omum son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası yerdəyişmə adlanır. işarə olunur, vektorial kəmiyyətdir, vahidi metrdir. Düzxətli hərəkətdə yerdəyişmənin modulu gedilən yola bərabər olur.
2.Düzxətli hərəkətin kinematikası Ümumi fizika kursu- mexanika, molekulyar fizika və termodinamika, elektriktromaqnetizm,optika,atom və nüvə fizikasından ibarətdir. Mexanika bölməsində mexaniki hərəkət, onun növləri, yaranma və dəyişmə səbəbləri araşdırılır. Mexanika maddi nöqtə, cisim və ya cisimlər sisteminin hərəkət qanunlarını və tarazlıq şərtlərini öyrənməklə məşğuldur. Mexanikanı 3 bölməyə ayırmaq olar:
1)Kinematika- Mexaniki hərəkətin qanunauyğunluqlarını öyrənir yəni, hərəkətin dəyişmə səbəbi kinematikanı maraqlandırmır.
2)Dinamika- hərəkəti onu dəyişdirən səbəblə əlaqədar olaraq öyrənir. Dinamikanın əsasını nyutonun 3 qanunu təşkil edir.
3)Statika-cisim və ya cisimlər sisteminin tarazlıq şərtlərini öyrənməklə məşğuldur. Buna görə statika dinamikadan xüsusi hal kimi alına bilir.
Mexaniki hərəkət dedikdə, zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən fəzada yerdəyişməsi başa düşülür. Mexaniki hərəkət nisbidir. Mütləq sükunət olmadığı kimi, mütləq hərəkət də yoxdur. - Hərəkəti öyrənmək üçün seçdiyimiz cisim, ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesabat sistemi adlandırılır. Hərəkət zamanı ölçülərini nəzərə almamaq mümkün olan cisimlər maddi nöqtə adlanır. Hərəkət zamanı maddi nöqtənin ardıcıl keçdiyi nöqtələrin həndəsi yeri (izi) trayektoriya adlanır. Trayektoriyanın formasına görə hərəkət düzxətli və əyrixətli (xüsusi halda çevrə) olur. Hərəkətin ən sadə növü bərabərsürətli düzxətli hərəkətdir. Maddi nöqtə ixtiyarı bərabər zaman fasilələrində bərabər uzunluqlu yollar qət etmiş olarsa, onun belə hərəkəti bərabərsürətli hərəkət adlanır. Aydındır ki, hərəkətin bərabərsürətli olması üçün əsas şərt, hərəkət zamanı sürətin qiymətcə sabit qalmasıdır. Trayektoriya düzxəttli olduqda, yəni hərəkət bərabərsürətli düzxətli olduğu halda sürət həm qiymətcə, həm də istiqamətcə sabit qaldığından belə hərəkət zamanı sürət vektor olaraq sabit qalır. Deməli, sürət vektoru sabit olan hərəkət bərabərsürətli düzxətli hərəkətdir.
Bərabərsürətli hərəkət, vahid zamanda gedilən yolun uzunluğu ilə təyin olunan kəmiyyətlə - sürətlə xarakterizə olunur.
V- burada sürətdir, vektorial kəmiyyətdir, vahidi -dır. S- burada gedilən yoldur, skalyar kəmiyyətdir, vahidi m-dir, t burada zamandır , skalyardır, vahidi san-dir.
Maddi nöqtənin vəziyyətini radius-vektorla müəyyən etdiyimiz halda isə düstur -dir
- yerdəyişmə vektoru, dt - isə yerdəyişmənin baş vermə müddətidir. Hərəkət düzxətli olduğu halda sürət vektoru hərəkət trayektoriyası ilə üst-üstə düşərək, hərəkət istiqamətində yönəlir, başqa sözlə, bərabərsürətli- düzxətli hərəkət zamanı sürət qiymət və istiqamətcə sabit qalır. S=vt ifadəsi bərabərsürətli hərəkət zamanı gedilən yolun uzunluğunu təyin etməyə imkan verir. Bu ifadəyə əsaslanaraq zamana yəni t-ə ardıcıl qiymətlər verməklə yol qrafiki qura bilərik. Bərabərsürətli hərəkətin yol qrafiki, zaman oxu ilə müəyyən bucaq təşkil edən düz xətdir. Yol qrafiki üzərində -anında uyğun nöqtədən zaman oxuna perpendilkulyar endirsək o zaman:
olur.
olur. Beləliklə, bərabərsürətli hərəkətin yol qrafikinin zaman oxu ilə əmələ gətirdiyi meyl bucağının tangensi, sürətin ədədi qiymətinə bərabərdir.