1. Mexaniki hərəkət. Trayektoriya, yol,yerdəyişmə,hesablama sistəmləri



Yüklə 165,92 Kb.
səhifə6/12
tarix25.12.2023
ölçüsü165,92 Kb.
#194688
1   2   3   4   5   6   7   8   9   ...   12
fizika.imtahan

9.İmpulusun saxlanma qanunu
Kütlə cismin ətalət xassəsini müəyyən edən fiziki kəmiyyətdir. Lakin heç də bütün hallarda sistemin ətalət xassəsi, təkcə onu təşkil edən cisimlərin kütlələri ilə müəyyən oluna bilmir. Deməli, cismin ətalət xassəsi yeni, bir kəmiyyətlə - kütlənin, hərəkət sürətinə hasili ilə daha mükəmməl xarakterizə oluna bilər. Məlum olduğu kimi, bu kəmiyyət hərəkət miqdarı adlanır. Kütlə skalyar, sürət isə vektorial kəmiyyət olduğundan, təbiidirki, -hərəkət miqdarı, - sürət vektoru istiqamətində yönəlmiş vektordur. Hərəkət miqdarı ümumi və daha əhəmiyyətli xassəyə-saxlanma xassəsinə malikdir. Asanlıqla göstərmək olar ki, hərəkət miqdarının saxlanma qanunu, Nyutonun ikinci və üçüncü qanunlarından nəticə kimi alınır. Nyutonun ikinci qanuna görə: yəni cismin hərəkət miqdarının dəyişməsi , təsir edən yekun qüvvə implusuna bərabərdir. Kütlə sabit qəbul olunduğundan onu diferensialın altında yazaraq alarıq. Burada hasili sürəti ilə hərəkət edən m kütləli cismin impulsu yəni hərəkət miqdarı adlanır.

İmpuls vektorial kəmiyyətdir. düsturunun sağ tərəfində olan hasili qüvvə impulsu adlanır. Həmin düsturun sol tərəfi impulsun dəyişməsini ifadə edir. Düsturdan görünür ki, cismə kənardan qüvvə təsir etməzsə, və ya onun təsir müddəti sonsuz kiçik olarsa (belə sistem qapalı sistem adlanır), onda
və ya P = const olar.
Bu, qapalı sistemin impulsunun saxlanma qanununu ifadə edir, yəni qapalı sistemin impulsu dəyişmir və sabit qalır. Bu qanun fəzanın bircins olmasından, yəni onun bütün nöqtələrinin eyni hüquqlu, eyni xassəli olmasından irəli gəlir. Sistem qapalı olmazsa, yəni ona sonlu müddətdə xarici qüvvə təsir edərsə, onun impulsu dəyişir və impulsun dəyişməsi xarici qüvvələrin əvəzləyicisinin impulsuna bərabər olur. Tutaq ki, iki cisim qapalı sistem təşkil edir və bir-biri ilə qarşılıqlı təsirdədirlər. Onda Nyutonun II və III qanunlarına görə

Və ya olur.
Buradan görünür ki, qapalı sistemdə birinci cismin impulsu nə qədər artmışdırsa, ikinci cismin impulsu həmin qədər azalmışdır. və ya yazaq. Buradan görünür ki, qapalı sistemi təşkil edən cisimlərin ayrıayrılıqda impulsları dəyişə bilər, lakin sistemin impulsu sabit qalır, dəyişmir. Buradan həm də belə nəticə çıxır ki, daxili konservativ qüvvələr (elastik, cazibə, Kulon qüvvələri) sistemin impulsunu dəyişə bilməz.



Yüklə 165,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin