1. Mexaniki hərəkət. Trayektoriya, yol,yerdəyişmə,hesablama sistəmləri


Əyrixətli hərəkətin kinematikası.Çevrə üzrə bərabərsürətli hərəkət-



Yüklə 165,92 Kb.
səhifə2/12
tarix25.12.2023
ölçüsü165,92 Kb.
#194688
1   2   3   4   5   6   7   8   9   ...   12
fizika.imtahan

3.Əyrixətli hərəkətin kinematikası.Çevrə üzrə bərabərsürətli hərəkət-
Ümumi fizika kursu- mexanika, molekulyar fizika və termodinamika, elektriktromaqnetizm,optika,atom və nüvə fizikasından ibarətdir. Mexanika bölməsində mexaniki hərəkət, onun növləri, yaranma və dəyişmə səbəbləri araşdırılır. Mexanika maddi nöqtə, cisim və ya cisimlər sisteminin hərəkət qanunlarını və tarazlıq şərtlərini öyrənməklə məşğuldur. Mexanikanı 3 bölməyə ayırmaq olar:
1)Kinematika- Mexaniki hərəkətin qanunauyğunluqlarını öyrənir yəni, hərəkətin dəyişmə səbəbi kinematikanı maraqlandırmır.
2)Dinamika- hərəkəti onu dəyişdirən səbəblə əlaqədar olaraq öyrənir. Dinamikanın əsasını nyutonun 3 qanunu təşkil edir.
3)Statika-cisim və ya cisimlər sisteminin tarazlıq şərtlərini öyrənməklə məşğuldur. Buna görə statika dinamikadan xüsusi hal kimi alına bilir.
Mexaniki hərəkət dedikdə, zaman keçdikcə bir cismin (yaxud maddi nöqtənin) digər cismə nəzərən, həmçinin eyni bir cismin ayrı-ayrı hissələrinin bir-birinə nəzərən fəzada yerdəyişməsi başa düşülür. Mexaniki hərəkət nisbidir. Mütləq sükunət olmadığı kimi, mütləq hərəkət də yoxdur. - Hərəkəti öyrənmək üçün seçdiyimiz cisim, ona bağlı koordinat sistemi, uzunluq etalonu və saat birlikdə hesabat sistemi adlandırılır. Hərəkət zamanı ölçülərini nəzərə almamaq mümkün olan cisimlər maddi nöqtə adlanır. Hərəkət zamanı maddi nöqtənin ardıcıl keçdiyi nöqtələrin həndəsi yeri (izi) trayektoriya adlanır. Trayektoriyanın formasına görə hərəkət düzxətli və əyrixətli (xüsusi halda çevrə) olur. Maddi nöqtənin fəzada ixtiyari əyrixətli trayektoriya üzrə hərəkətinə baxaq. Yedrdəyişmə vektorunun, bu yerdəyişmənin baş verdiyi müddətdə nisbətinə orta sürət deyilir:

Vor vektoru r vektoru boyunca yönəlir. Ani sürəti tapmaq üçün bu düsturdan istifadə edəcəyik. olarsa ani sürət bu ifadəyə bərabərdir. Əyrixətli hərəkətin ən sadə növü çevrə boyunca hərəkət olduğundan sadəlik üçün, çevrə boyunca maddi nöqtənin artan sürətlə hərəkətinə baxaq. A nöqtəsindən B nöqtəsinə hərəkət zamanı nöqtədən nöqtəyə sürətin həm ədədi qiyməti həm də istiqaməti dəyişir. Məlum olduğu kimi təcil sürət dəyişməsini bu dəyişmənin baş vermə müddətinə nisbəti ilə ölçülən kəmiyyətdir:


Yüklə 165,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin