Paşa-Zadə Nihad ADNSU. Neft-qaz qurğuları mühəndisliyi. Rezervuarın xarakterizasiyası zamanı istifadə olunan cihazlar. “Kaliper” cihazı ilə quyunun diametrinin tapılması. Quyunun qazılması prossesində bir sıra qurğulardan - motorlardan, qazma baltalarından, qazma məhlullarından istifadə olunur. Bunlar isə qazılan quyunun düz silindrik bir forma almasının qarşısını alan amillərdəndir. Quyunun tam silindrik formada olmaması səbəbindən hər bir neçə metrdən bir diametrdə dəyişikliklər müşahidə olunur. Diametr stabilizasiya və qazma prossesindən sonra aparılacaq sementləmə əməliyyatı üçün lazımlı parametr olduğundan ölçülməsi tələb olunur.Bunun üçün isə “Kaliper” cihazından (Caliper Tool) istifadə olunur.
Əgər quyunun istənilən istiqamətində diametrlər eynidirsə (təbiətdə belə bir süxura rast gəlmək çox nadirdir) Kaliper cihazına 2 qol quraşdırılır. Rast gəlinən süxurların isə diametrləri müxtəlif istiqamətlərdə müxtəlif qiymətlər alır. Bu zaman cihazda 6 qoldan istifadə olunur.Cihazın qolları müəyyən bucaq altında açılaraq süxurla təmas nəticəsində diametrin təyinini təmin edir.
Qamma şüa cihazı ilə gilli sahənin tapılması. Gil mineralları süxurun məsamələrini tutaraq rezervuarın keçiriciliyinin azalmasına səbəb olan əsas amillərdəndir.Gilli sahənin tapılması üçün gilin bir sıra fiziki göstəricilərindən istifadə olunur:
Gillər radioaktivdir.
Radioaktiv elementlərə malikdirlər (K, Th).
Qamma şüaları saçırlar.
Gillərin radioaktiv elementlərə malik olduğunu qeyd etdik. Bu səbəbdən gil mineralları özlərindən qamma şüaları ayırır. Gilli sahənin aydınlaşdırılması üçün ayrılan qamma şüalarını ölçən cihazın quyuya buraxılması kifayət edir. Əgər qamma şüa cihazı (Gamma Ray Tool) yüksək dərəcə göstərirsə bu gilli sahənin olduğunu göstərir.
Neytron cihazı ilə süxurun məsaməliliyinin tapılması. Süxurun məsamələrində “yaşayan” iki mayenin: neftin və suyun miqdarının tapılması tələb olunur. Bildiyimiz kimi su hidrogen və oksigendən ibarətdir. Neft (təbii qaz) isə hidrogen və karbondan təşkil olunur.Göründüyü kimi hər iki maddə bir ortaq elementə - hidrogenə malikdir. Burdan belə nəticə alırıq ki, əgər hidrogen atomlarının miqdarını hesablasaq süxurun məsaməliliyi haqqında fikir yürüdə bilərik.
Əgər süxura neytron daxil etsək və ona yüksək enerji versək neytronun formasiyadakı atomlarla toqquşması baş verəcək. Toqquşmadan sonrakı minimum enerji:
Əgər bu ifadəni hidrogen üçün hesablasaq (AH =1) toqquşmadan sonrakı enerjinin miqdarı 0-a bərabər olar.Buradan belə nəticə alırıq ki, neytronlar hidrogen atomları tərəfindən “öldürülür”. Fərz edək ki, quyuya 1000 neytron buraxılıb lakin onlardan sadəcə 100-ü geri qayıdıb. Deməli neytronlar süxurda 900 hidrogen atomu ilə toqquşub. Buradan aydın olur ki, rezervuarın məsaməliliyi xeyli yüksəkdir.İndi isə fərz edək ki, göndərilən 1000 neytronun 900-ü geri qayıdıb. Deməli məsamələrdə 100 hidrogen atomu var. Bu isə rezervuarın məsaməliliyinin aşağı olması deməkdi r.
Nəticə etibarı ilə cihazın iş prinsipi toqquşmadan sonra qayıdan neytronların sayılmasından ibarətdir.
Məsamədəki mayenin Müqavimət cihazı (Resistivity tool) ilə doyğunluğunun hesablanması. Məsaməliliyin tapılmasında olduğu kimi, bu əməliyyat zamanı da məsamədə yaşayan iki mayenin – neftin və suyun fiziki göstəricilərindən istifadə edəcəyik.
Bildiyimiz kimi:
Deməli, neftin miqdarını tapmaq üçün aparacağımız əməliyyatın prinsipi süxurda müqavimətin ölçülməsindən ibarət olacaq.
Məsamələrdəki mayenin su olduğunu nəzərə alsaq(yuxarıdakı şəkildə) verilən cərəyanın şiddəti suyun keçiricilik xassəsi səbəbindən yüksək olacaq.
Om qanunu yadımıza salaq:
Bu cihazın işləməsi üçün qazma məhlulunun keçirici olması lazımdır. Neft əsaslı qazma məhlullarının istifadəsi zamanı isə elektromaqnit şüa ötürücüsünə malik cihazdan istifadə olunur. Elektromaqnit şualarının bucağı və amplitudunun necə dəyişməsi bizə müqavimət haqqında fikir yürütməyə imkan verəcək. Şüa və amplituddakı azalmaların müqavimət dərəcəsinə “tərcüməsi” süxurdakı mayenin müqaviməti haqqında fikir formalaşdıracaqdır.
İstinadlar: Dr.Moustafa Oraby-Introduction to Open Hole Logging.(PioPetro Summer Internship).
https://www.youtube.com/watch?v=xKIw7o2z_lw&t=1243s