Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır



Yüklə 5.12 Mb.
PDF просмотр
səhifə1/41
tarix06.09.2017
ölçüsü5.12 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   41

 

 



 

 

 

 

 

 

 

 

 

"Tarixi olduğu kimi qəbul etmək, dərk etmək 

 və olduğu kimi qiymətləndirmək lazımdır " 

 

HEYDƏR ƏLĠYEV 



 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



 

A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU 

 

 

 



 

AZƏRBAYCAN 

 

TARĠXĠ 

 

1941-2002-ci illər 



 

YEDDĠ CĠLDDƏ 

 

VII CĠLD 

 

 

 

 

 

BAKI, ELM, 2008 



 

Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. VII cild" (Bakı, Elm,2003) nəĢri 



əsasında təkrar nəĢrə hazırlanmıĢdır 

 

 

Məsul redaktor: 



Tahir Qaffarov 

                                                       tarix elmləri doktoru 

 

 

 

ISBN 978-9952-448-48-1 

 

947. 5402-dc22 

Tarix - Azərbaycan 

 

Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. "Elm". 



2008. 608 səh. + 80 səh. illüstrasiya. 

 

"Azərbaycan  tarixi"nin  VII  cildi  Azərbaycanın  1941-ci  ilin  iyun  ayından 



2002-ci  ilədək  olan  mürəkkəb,  ziddiyyətli  tarixi  dövrünü  əhatə  edir.  Kitab  üç 

bölmədən ibarətdir. I bölmədə Azorbaycanın İkinci dünya müharibəsi dövrü tarixi, 

II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci 

yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış, 

demokratik 

hərəkat, 

III 

bölmədə 


isə 

respublikanın 

suverenliyinirı 

bərqərarlaşdırılması,  müstəqil  dövlətçiliyin  qurulması  və  möhkəmləndirilməsi, 

ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları 

və mövcud elmi ədəbiyyat əsasında şərh olunur. 

 

"Elm" nəşriyyatı, 2008 



 

GĠRĠġ 



 

Yeddicildlik  "Azərbaycan  tarixi"nin  yeddinci  cildi  1941-2002-ci  illəri  - 

Azərbaycanın  siyasi,  iqtisadi  və  mənəvi  həyatında  xarakterik  xüsusiyyətləri  ilə 

fərqlənən üç mühüm dövrü - 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi, 1946-

1991-ci  illərdə  quruculuq,  mürəkkəb,  ziddiyyətli  inkişaf,  1991-2002-ci  illərdə 

respublikanın  dövlət  müstəqilliyinin  bərpası  və  möhkəmlənməsi  dövrlərini  əhatə 

edir. 

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi, 



"1941-1945-ci  illər  Azərbaycan  xalqının  tarixində  çox  görkəmli  yer  tutur, 

xalqımızın  tarixinin  parlaq  səhifələrindəndir...  İkinci  dünya  müharibəsi  əyani 

şəkildə  bir  daha  təsdiq  etdi  ki,  Azərbaycan  xalqı  ən  ağır  sınaqlardan  üzüağ 

çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü 

və  qəhrəman  xalqdır...  Faşizm  üzərində  qələbədən  sonra  xalqımızın  keçdiyi  yol 

Azərbaycanın  gələcək  milli  azadlığına,  müstəqilliyinə  gedən  yol  olmuşdur... 

Azərbaycan  yüksək  inkişaf  yolu  keçdi  və  böyük  iqtisadi,  intellektual  potensial 

topladı.  Bunların  əsasında...  öz  müstəqilliyini  əldə  etdi  və  dünya  birliyində  öz 

yerini tutdu". 

Xalqın  böyük  fədakarlıq,  ümid  və  qürurla  keçdiyi  bu  tarixi  yolun  ciddi, 

qərəzsiz elmi tədqiqi mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir. Tarixi keçmişin 

həqiqətləri  yalnız  konkret  zaman  və  məkan  daxilində,  fakt  və  hadisələrin,  onlar 

arasında  üzvi  və  sistem-funksional  əlaqələrin  dərin  təhlili  əsasında  aşkar  edilə 

bilər. 


Azərbaycan  tarixinin  bu  mühüm  problemləri  bir  sıra  elmi-tədqiqat 

əsərlərində, monoqrafiyalarda, ümumiləşdirici əsər və dərsliklərdə müxtəlif yönüm 

və  mövqelərdən işıqlandırılmışdır. Bu dövrə aid ilk ümumiləşdirici kitab  - böyük 

müəllif  kollektivi  tərəfindən  yazılmış  üçcildlik  "Azərbaycan  tarixi"  respublikanın 

görkəmli 

tarixçiləri 

İ.A.Hüseynov, 

M.A.Dadaşzadə, 

Ə.S.Sumbatzadə, 

Z.İ.İbrahimov, Ə.N.Quliyev və  Y.A.Tokarjevskinin redaktəsi ilə 1963-cü ildə çap 

olunmuş, onun bu gün də əhəmiyyətini itirməmiş üçüncü cildinin ikinci hissəsində 

Azərbaycan SSR-in 40-50-ci illər tarixi geniş, lakin o zaman açıqlanması mümkün 

olmayan bir çox problemlərdən yan keçməklə işıqlandırılmışdır. 

Son  illərdə,  fikir  plüralizminə  geniş  meydan  verildiyi  şəraitdə,  SSRİ-nin 

Böyük  Vətən  müharibəsində  Azərbaycanın  iştirakı,  bütün  mürəkkəbliyi  və 

ziddiyyətlərinə  baxmayaraq,  müharibədən  sonrakı  quruculuq  və  inkişaf,  habelə 

respublikanın  dövlət  müstəqilliyinin  bərpası,  müstəqil  respublikada  baş  vermiş 

siyasi, iqtisadi və mənəvi proseslərlə bağlı populist, nihilist çıxışlar, qarayaxmalar 

tarixçilərdən  tarixi  həqiqətləri  elmi  əsasda  üzə  çıxarmağı  və  qiymətləndirməyi 

tələb edir. 



 

VII  cilddə  1941-2002-ci  illər  -  Azərbaycan  tarixinin  kompleks 



araşdırılmasına  ilk  cəhd  göstərilmişdir.  Müəlliflər  hesab  edir  ki,  bu  dövrün  tam 

əhatəli  elmi  tarixinin  yazılması  üçün  daha  dərin  obyektiv  tədqiqat  işləri 

aparılmalıdır  və  VII  cild  bu  işin  ancaq  başlanğıcıdır.  "Azərbaycan  tarixinin  VII 

cildi müxtəlif tarixi mənbələr, arxiv sənədləri, dövri mətbuat materialları, mövcud 

elmi  ədəbiyyat  əsasında  yazılmışdır.  Müəlliflər  keçmiş  SSRİ-nin,  respublikanın 

mərkəzi,  habelə  ayrı-ayrı  nazirliklərin,  dövlət  komitələrinin  arxivlərindən,  dövri 

mətbuatdan,  statistika  külliyyatlarından,  çap  olunmuş  dövlət  və  partiya 

sənədlərindən,  Azərbaycana  30  ildən  artıq  rəhbərlik  etmiş  Prezident  Heydər 

Əliyevin nitq və çıxışlarından, xüsusən onun Azərbaycan xalqına Yeni 2001-ci il, 

Yeni  əsr  və  üçüncü  minillik  münasibətilə  "Azərbaycan  XXI  əsrin  və  üçüncü 

minilliyin  ayrıcında"  adlı  müraciətindən  geniş  istifadə  etmiş,  on  prinsipial 

məsələlərin  şərhində  onun  müddəaları  rəhbər  tutulmuşdur.  Heydər  Əliyevin  bu 

müraciəti Azərbaycan xalqının çoxminillik tarixinə elmi və lakonik baxış olmaqla 

bərabər, 1969-2001-ci illər tarixinin tədqiqi üçün çox qiymətli mənbədir. 

Kitabda  illüstrasiyalar  Azərbaycan  Respublikası  Foto-Kino  Arxivinin, 

müxtəlif muzeylərin fondlarından, dövri nəşrlərdən və kitablardan götürülmüşdür. 

Müəlliflər  və  redaksiya  heyəti  VII  cildin  yazılması,  müzakirəsi  və  nəşri 

zamanı  köməklik  göstərmiş  mütəxəssislərə,  təşkilat  və  müəssisələrə 

minnətdarlığını bildirir. 

 

*** 



VII  cildin  mətnləri  aşağıdakı  müəlliflər  tərəfindən  yazılmışdır.  Giriş,  II 

bölmənin V fəsli, III bölmənin I, II, III və IV fəsilləri, nəticə və xülasə (rus dilində) 

tarix elmləri doktoru Tahir Qaffarov, I bölmənin I fəsli Azərbaycan MEA müxbir 

üzvü,  tarix  elmləri  doktoru,  professor  Qaraş  Mədətov,  tarix  elmlori  doktoru, 

professor  Məzahir  Abasov,  Tahir  Qaffarov,  tarix  elmləri  namizədləri  Tapdıq 

Novruzov, Cəbi Bəhramov və Əzizağa Ələkbərov, II fəsli Qaraş Mədətov, Məzahir 

Abasov, Tahir Qaffarov, III fəsli Əzizağa Ələkbərov, II bölmənin I fəsli akademik, 

iqtisad  elmləri  doktoru,  professor  Asəf    Nadirov,  tarix  elmləri  doktoru,  professor 

Bayram  Qurbanov,  tarix  elmləri  doktorları  Nina  Qədirova,  Tahir  Qaffarov  və 

Hüseyn Əmirov,  tarix  elmləri  namizədləri  Elmira  Qədirova, Tatyana Musayeva 

və Cəbi Bəhramov, II fəsli Tahir Qaffarov, Nina Qədirova və Cəbi Bəhramov, III 

fəsli Bayram Qurbanov, Tahir Qaffarov, Elmira Qədirova, IV fəsli Asəf Nadirov, 

Nina  Qədirova,  Tahir  Qaffarov,  Hüseyn  Əmirov,  Elmira  Qədirova  və  Tatyana 

Musayeva, VI fəsli tarix elmləri doktoru Sayad Sayadov. 

Müəlliflər  tarix  elmləri  namizədləri  Tamella  Kərimova  və  Firuzə 

Məmmədquliyevanın  elm  və  təhsilə  dair  təqdim  etdikləri  materiallardan  II 

bölmənin  IV  fəslində,  Vasif  Talıbovun  Naxçıvan  Muxtar  Respublikasına  dair 


 

təqdim  etdiyi  materiallardan  isə  III  bölmədə  istifadə  olunduğunu  minnətdarlıqla 



qeyd edirlər. 

Xronoloji cədvəl və biblioqrafiya tarix elmləri namizədi Əzizağa Ələkbərov 

tərəfindən tərtib olunmuşdur. 

Fotoşəkillərin  toplanmasında  tarix  elmləri  namizədi  Hakim  İsaqov  və  elmi 

işçi Alı Balayev iştirak etmişlər. 

 

 



 

 



I BÖLMƏ 

AZƏRBAYCAN II DÜNYA 

MÜHARĠBƏSĠ DÖVRÜNDƏ 

 

I FƏSİL 



 

BÖYÜK VƏTƏN MÜHARĠBƏSĠNĠN BAġLANMASI. 

AZƏRBAYCAN SSR-DƏ HƏRBĠ, 

ĠQTĠSADĠ VƏ MƏNƏVĠ SƏFƏRBƏRLĠK 

 

§1. RESPUBLĠKADA HƏRBĠ SƏFƏRBƏRLĠK 

 

1941-ci  il  iyunun  22-də  faşist  Almaniyası  SSRİ-yə  xaincəsinə  basqın  etdi. 



1940-cı  il  dekabrın  18-də  təsdiq  edilmiş  SSRİ-yə  hücum  -"Barbarossa  planı" 

ildırımsürətli  müharibə  strategiyasına  əsaslanırdı.  Məqsəd  güclü,  qəfil  zərbə  ilə 

sovet  ordusunu  darmadağın  etmək,  qışa  qədər  Arxangelsk-Həştərxan  xəttinə 

çıxmaq idi.

1

 

Hitler  Almaniyasının  qəsbkarlıq  planında  Azərbaycan,  neft  Bakısı  xüsusi 



yer  tuturdu.  Hətta  SSRİ-də  yaşayan  türkdilli  xalqları  -"müsəlman  monqoloidləri, 

dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar 

ali irqin qullarına çevrilməlidirlər".

2

 



Almaniya  hakimiyyəti  Bakı  neftini  ələ  keçirməyi  Şərqdə  istilaçılıq 

siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə 

olunması planı"na görə Azərbaycanda idarəedici orqan - "komissarlıq" yaradılmalı 

və  iqamətgahı  Tbilisidə  yerləşəcək  Qafqaz  reyxkomissarlığına  tabe  edilməli  idi.

3

 

Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına 



qədər  əraziləri  zəbt  etmək  niyyətində  idi.  Türk  xalqları  yaşayan  ərazilərdə 

Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. 

Bu  dövlətin  ərazisinə  Şimali  və  Cənubi  Azərbaycanla  bərabər,  Orta  Asiya, 

Qazaxıstan,  Başqırdıstan,  Tatarıstan,  Krım,  Şimali  Qafqaz,  Qərbi  Çin  və 

Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.

4

 



Hələ  1941-ci  il  martın  27-də  Almaniyanın  Kontinental  Neft  Cəmiyyətinə 

Bakıda  neftin  çıxarılması,  emalı  və  daşınması  ilə  məşğul  olacağı  göstərişi 

verilmişdi.  Artıq  Azərbaycandakı  iri  sənaye  müəssisələrinə  "ali  irqdən"  rəhbərlər 

də  təyin  edilmişdi.  Onlar  ucuz  iş  qüvvəsi  hesabına  maya  dəyəri  aşağı  olacaq 

məhsullardan  alınacaq  yüksək  gəliri  son  qəpiyinədək  Almaniyaya  çatdırmaq 

tapşırığı almışdılar.

5

 


 

Hitler  Bakını  faşizm  imperiyasını  neftlə  təmin  edən  hərbiləşdirilmiş 



mərkəzə çevirmək arzusunda idi. 

SSRİ  XKS  və  ÜİK(b)P  MK-nın  1941-ci  il  iyunun  29-da  qəbul  etdikləri 

direktivlə  ölkənin  bütün  siyasi,  iqtisadi  və  hərbi  imkanlarını  səfərbər  etmək,  ilk 

növbədə,  xalq  təsərrüfatını  hərbi  tələblər  əsasında  qurmaq  vəzifələri 

müəyyənləşdirildi.

6

  İyunun  30-da  isə  İ.V.Stalinin  başçılığı  ilə  ölkədə  bütün 



hakimiyyəti  öz  əlində  cəmləşdirən  Dövlət  Müdafiə  Komitəsi  (DMK)  yaradıldı.

7

 



DMK əsas diqqəti Silahlı Qüvvələrin möhkəmləndirilməsinə, iqtisadiyyatın hərbin 

tələbləri əsasında yenidən qurulmasına yönəltdi. Geniş miqyasda hərbi səfərbərlik 

keçirildi,  yeni  qoşun  birləşmələri  yaradıldı,  cəbhəyə  yaxın  rayonlardan  sənaye 

müəssisələri və milyonlarla adam uzaq yerlərə köçürüldü. 

1941-ci il iyunun 22-də Böyük Britaniyanın Baş naziri Uinstan Çörçill, bir 

gündən  sonra  isə  ABŞ  Prezidenti  Franklin  Ruzvelt  SSRİ-nin  Almaniyaya  qarşı 

müharibədə  onu  müdafiə  etmək  təklifini  qəbul  etdikləri  barədə  bəyanat  verdilər. 

İyulun  12-də  Moskvada  Sovet  İttifaqı  ilə  Böyük  Britaniya  arasında  müharibədə 

birgə fəaliyyətə dair müqavilə imzalandı.

8

 



Avqustun  14-də  ABŞ  Prezidenti  və  Böyük  Britaniyanın  Baş  naziri  "Uels 

şahzadəsi"  adlı  gəminin  göyərtəsində  görüşdülər,  faşizmi  məhv  və  qəsbkarı  tərk-

silah  etmək  zərurəti  barədə  bəyanatı  -  "Atlantik  xartiyası"nı  imzaladılar. 

Sentyabrda  SSRİ  də  bu  xartiyaya  qoşuldu.

Çox  keçmədən  Avstraliya,  Belçika, 



Böyük  Britaniya,  Yunanıstan,  Polşa,  SSRİ,  müstəqil  Fransa,  Çexoslovakiya, 

Yuqoslaviya  və  digər  ölkə  nümayəndələrinin  Londonda  keçirilən  konfransında 

"Atlantik  xartiyası"nın əsasları qəbul edildi, faşizmə qarşı koalisiyanın məqsəd və 

vəzifələri müəyyənləşdirildi.

10

 1942-ci il yanvarın 1-də 27 dövlətin nümayəndələri 



Vaşinqtonda  belə  bir  koalisiya  yaratdılar.  1945-ci  ilin  aprelində  isə  bu  ittifaqda 

artıq dünyanın 50 dövləti təmsil olunmuşdu.

11

 

Sovet xalqı "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında alman 



faşizminə qarşı müharibəyə qalxdı. 

Azərbaycan  xalqı  da  son  qələbəyə  qədər  bu  müharibədə  fəal  iştirak  etdi. 

Respublikanın  idarə  və  müəssisələrində  zəhmətkeşlər  öz  üzərlərinə  yüksək 

öhdəliklər  götürür,  könüllü  surətdə  ordu  sıralarına,  "Xalq  qoşunu"  dəstələrinə, 

"Qırıcı  batalyon"lara  daxil  olurdular.  1941-ci  il  iyunun  22-də  Bakıda  qəsbkarlara 

qarşı  izdihamlı  mitinq  keçirildi.  Azərbaycanın  şəhər  və  kəndlərində  müharibənin 

ilk  günlərində  40  min  nəfər,  o  cümlədən  1000  nəfərə  qədər  qız  könüllü  olaraq 

cəbhəyə  getmək  üçün  respublika  Hərbi  Komissarlığına  müraciət  etdi.

12

  Yalnız 



1941-ci  ilin  iyul-oktyabr  aylarında  respublikada  30480  nəfər,  o  cümlədən  hərbi 

məktəblərə  2287  nəfər,  qvardiya  diviziyalarına  3165  nəfər,  döyüşən  hissələr 

ehtiyatına 22319 nəfər səfərbər olundu. 


 

1941-1942-ci  illərdə  respublikada  təşkil  edilən  hərbi  birləşmələrə 



Azərbaycandan  5000  kommunist  və  komsomolçu  daxil  olmuşdu.

13

  1943  -cü  il 



yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı.

14

 



Zaqafqaziya  cəbhəsinin  Hərbi  Hissələrin  Təşkili  və  Tamamlanması  İdarəsi 

Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi.

15

 

Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər 



adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.

16

 



Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci 

ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar 

təşkil  olunmuşdu.  1941-ci  ilin  dekabr  ayında  Krımın  müdafiəsində  iştirak  etmiş, 

Ağ  Manay  rayonundakı  döyüşlərdə  şəxsi  heyətinin  bir  hissəsini  itirmiş  77-ci 

diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi.

17

 



Döyüşən  qoşun  üçün  ehtiyat  qüvvələr  hazırlanmasında  görülən  zəruri  işlər 

nəticəsində  1941-ci  il  iyunun  22-dən  avqustun  14-dək  Azərbaycan  SSR-də  Xalq 

qoşunu  dəstələrinə  186704  nəfər  (onların  30563  nəfəri  qadın  idi)  yazılmışdı.  Bu 

dəstələr istehsalat-ərazi prinsipi üzrə  təşkil edilirdi.  Onların fəaliyyətinə  rəhbərlik 

üçün Mərkəzi qərargah yaradılmışdı.

18

  Bakı  şəhərinin  18  rayonunda  Xalq  qoşunu 



dəstələrinə  61780  nəfər  yazılmış  və  20  rota  təşkil  olunmuşdu.

19

  Bakı  ətrafında 



müdafiə  zonası  yaradılmasında  Xalq  qoşunu  dəstələrinin  12000  döyüşçüsü  fəal 

iştirak etmişdi.

20

 

Azərbaycan  Komsomolunun  Mərkəzi  Komitəsinin  1941-ci  ilin  avqustunda 



gənclərin  Xalq  qoşunu  dəstələrinə  cəlb  edilməsi  haqqında  qərarı  əsasında  Bakıda 

13860 komsomolçu xidmət edən 40-dan çox "komsomolçu-gənclər bölmə və rotası 

yaradılmışdı".

21

 



1942-ci  il  avqust  ayının  17-də  ərazinin  xüsusiyyətləri  nəzərə  alınmaqla, 

Xalq qoşunu dəstələri yenidən təşkil olundu. Bakıda üç - 101, 102 və 103-cü Xalq 

qoşunu  diviziyaları  yaradıldı.

22

  Diviziyalarda  21259  nəfər  döyüşçü  vardı.



23

 

Rayonlarda isə yerləşdirildikləri ərazinin adını daşıyan batalyonlar yaradılmışdı. 



1943-cü  ilin  martında  Xalq  qoşunu  diviziyalarının  təşkilində  dəyişikliklər 

edildi  və  hər  rayonda  bir  batalyon  saxlanıldı.  Həmin  batalyonlar  Qafqaz 

cəbhəsindəki təhlükə sovuşduğuna və alman işğalçıları Azərbaycan sərhədlərindən 

uzaqlaşdırıldığına  görə  1943-cü  ilin  avqust  ayından  Ümumi  icbari  hərbi  təlim 

hissəsinə daxil edildilər.

24

 



Sovet  ordusu  üçün  ehtiyat  qüvvələr  yaratmaq  məqsədilə  Dövlət  Müdafiə 

Komitəsinin qərarı ilə hələ 1941-ci ilin iyulundan etibarən bütün ölkədə 16 yaşdan 

50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə başlanmışdı. 1941-ci 

il oktyabrın  1-dən 1942-ci  il dekabrın 15-dək respublikada  172209 nəfər ümumi 

və  xüsusi  bölmələrdə  hərbi  təlim  keçmiş  29925  atıcı,  1255  snayper,  363 

minomyotçu,  747  pulemyotçu  və  b.  hazırlanmışdı.  Azərbaycan  K(b)P  MK-nın 



10 

 

qərarı ilə 4389 nəfər xüsusi tank əleyhinə döyüşçü hazırlandı. Onlardan 568 nəfəri 



Bakı şəhərinin sənaye müəssisələrində işləyən qadınlar idi.

25

 



Azərbaycanda  1941-1945-ci  illərdə  bütünlükdə  ümumi  icbari  hərbi  təlim 

xətti ilə 51254 (onlardan 37180-ni atıcı, 14074-ü nəfəri başqa hərbi ixtisaslar üzrə) 

döyüşçü hazırlanmışdı.

26

 Həmin illərdə respublikada 291421 çağırışçı 9 növ hərbi 



peşəyə  yiyələnmişdi,  Onlardan  32337  nəfəri  pulemyotçu,  8762  nəfəri  avtomatçı, 

7765 nəfəri minomyotçu, 2862 nəfəri snayper, 2466 nəfəri tank əleyhinə döyüşçü 

idi.

27

 



1941-ci  ildə  Azərbaycan  rayonlarında  təxribatçılara,  casuslara  və  sərhədi 

pozanlara  qarşı mübarizə aparmaq  məqsədilə Qırıcı batalyonlar  yaradılırdı. 12000 

adam  səfərbər  edilmiş

28

  bu  batalyonların  fəaliyyəti  sayəsində  müharibə  illərində 



32000  düşmən  paraşütçüsü,  casus,  quldur,  soyğunçu,  təxribatçı,  fərari,  dövlət 

sərhədini pozan tutulmuşdu.

29

 

Müdafiə işlərinin təşkilində ictimai təşkilatlar da fəal iştirak edirdi. Yardım 



cəmiyyəti  bu  sahədə  xüsusilə  fərqlənirdi.

30

  Bu  cəmiyyət  "Kimyəvi  silahlardan 



müdafiə" norması üzrə əhaliyə təlim keçirdi.

31

 Azərbaycan Qızıl Aypara Cəmiyyəti 



də  1941-1945-ci  illərdə  6500-dən  çox  tibb  bacısı  hazırlamış,  20  mindən  çox 

respublika vətəndaşı döyüşçülər üçün könüllü qan vermişdi.

32

 

Respublikanın  bədən  tərbiyəsi  təşkilatları  da  müdafiə  işində  fəal  iştirak 



edirdilər.  257270  idmançı  icbari  hərbi  təlimə  cəlb  olunmuşdu.  Onların  köməyi 

sayəsində  1941-1945-ci  illərdə  64  min  nəfər  "Əməyə  və  müdafiəyə  hazıram!" 

normasının 1 dərəcəsi, 20 min nəfər isə II dərəcəsi üzrə yoxlamadan keçirilmişdi. 

Yerli  hava  hücumundan  müdafiə  bölmələri  də  müharibə  illərində  əhali 

arasında səmərəli iş aparmışlar. Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MK-

nın  1941-ci  4  may  il  qərarına  əsasən  hava  hücumundan  müdafiə  məqsədilə 

sığınacaqların  tikilməsi  təşkil  edilmişdi.  1941-ci  il  iyul  ayının  10-na  qədər  bütün 

idarə  və  müəssisələrdə  özünümüdafiə  dəstələri  yaradılmışdı.

33

  Qırıcı  batalyonlara 



və hava hücumundan müdafiə dəstələrinə yardım qruplarında 15 min nəfər iştirak 

edirdi.


34

 Bu dəstələrin hər birinə idarə və müəssisələrdə 100-300 fəhlə və qulluqçu, 

yaşayış  yerlərində  isə  200-500  nəfər  sakin  daxil  olurdu.  Özünümüdafiə 

dəstələrində  olan  əhalinin  137797  nəfəri  əleyhqaz  geyinərək  1503  təlimdə  iştirak 

etmiş, ilk tibbi yardım üçün minlərlə tibbi heyət yetişdirilmiş, 180 sanitar drujinası 

təşkil  edilmiş  və  2700  nəfər  drujinaçı  hazırlanmışdı.  Yaşayış  məntəqələrini 

qorumaq  üçün  16000  nəfər  yaşlı  əhali,  12000  pioner  və  məktəbli  səfərbər 

edilmişdi. Naxçıvan şəhəri və Naxçıvan rayonunda kimyəvi hücumdan müdafiəyə 

hazırlıq  üçün  təşkil  edilmiş  185  dərnəyə  6212  nəfər  şəhər  və  kənd  əhalisi  cəlb 

olunmuşdu. Müəssisə və evlərdə 1134 nəfərin cəlb edildiyi 31 özünümüdafiə qrupu 

yaradılmışdı.

35

 



11 

 

Rus  dilini  bilməmək  müharibənin  ilk  aylarında  azərbaycanlı  döyüşçülər 



üçün ciddi çətinliklər törədirdi. Bundan istifadə edən bəzi şovinist zabitlər onlarla 

təhqiramiz,  kobudcasına  rəftar  edirdilər.  Azərbaycanlı  döyüşçülər  bununla  bağlı 

respublika  rəhbərliyinə  dəfələrlə  müraciət  edərək  rus  dilinin  öyrənilməsi  üçün 

şərait yaratmağı xahiş edirdilər. Azərbaycan K(b)P MK hərbi şöbəsinin 23 oktyabr 

1941-ci  il  tarixli  məktubla  Zaqafqaziya  cəbhəsinin  Siyasi  İdarəsinə  bu  barədə 

müraciət etməsi  nəticəsində  vəziyyət  nizama  salınmışdı.

36 

Döyüşçülərin rus dilini 



bilməyinin  vacibliyi  nəzərə  alınaraq  90  saatlıq  proqram  işlənib  hazırlanmışdı. 

Dərslər hərbi hazırlıq xətti ilə keçirilirdi. Azərbaycan K(b)P MK-nın 14 iyul 1942-

ci il qərarına əsasən Bakı şəhərində rus dilinin tədrisi  iyulun 15-dək, Azərbaycan 

rayonlarında  isə  həmin  il  avqustun  1-dən  başlanmışdı.  Hərbi  mükəlləfiyyətlilərin 

məktəblərdə rus dilini öyrənməsi üçün, həftədə 4 saatdan az olmamaq şərti ilə, 150 

akademik-saat nəzərdə tutulurdu. 

Cəbhənin  respublika  sərhədlərinə  yaxınlaşması  ilə  əlaqədar  olaraq 

Zaqafqaziya  Cəbhəsi  Hərbi  Şurası  Bakı  ətrafında  müdafiə  mövqelərinin 

yaradılması haqqında qərar çıxardı. Qərara əsasən 1941-ci ilin sentyabrında Şimal 

istiqamətdə  10  müdafiə  tikintisi  təşkil  edildi.  Bu  iş  üçün  160  yük  maşını,  300 

qaynaq  aparatı,  55  traktor,  18  ekskavator,  8  səyyar  elektrik  stansiyası,  7 

kompressor, 25000 bel, külüng və başqa alətlər ayrıldı.

37

 

Tankların  keçə  bilməməsi  üçün  16841  maneə  yaradıldı,  91  km  uzunluqda 



dərin  xəndəklər  qazıldı.  Atəş  nöqtələri  ilə  arxanı  birləşdirən  535  km  uzunluqda 

gizli  əlaqə  yolu  çəkildi.  1  milyon  800  min  kv.m  torpaq  işi  görüldü.

38

  Müdafiə 



xəttinin  tikintisində  kişilərlə  birlikdə  qadınlar  da  fəal  iştirak  edirdilər.  Tikintidə 

yalnız Bakı şəhərinin 17 rayonundan 16721 kişi, 23906 qadın iştirak etmişdi.

39

 

Beləliklə,  Böyük  Vətən  müharibəsi  başlanan  andan,  respublikada  cəbhəyə 



xidmət,  arxada  qüvvələri  səfərbər  etmək  sahəsində  çoxlu  iş  görüldü.  Azərbaycan 

xalqı, bütün zəhmətkeşlər fədakarlıq, mətinlik, dözümlülük nümayiş etdirdilər. 

 

 


12 

 

 



  1   2   3   4   5   6   7   8   9   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə