Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır


§3. ELM, MAARĠF, ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT CƏBHƏNĠN



Yüklə 15,93 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix06.09.2017
ölçüsü15,93 Mb.
#29141
1   2   3   4   5   6   7   8   9   ...   41
§3. ELM, MAARĠF, ƏDƏBĠYYAT VƏ ĠNCƏSƏNƏT CƏBHƏNĠN 

XĠDMƏTĠNDƏ. ORDUYA ÜMUMXALQ KÖMƏYĠ 

 

Azərbaycan ziyalıları müharibənin ilk günlərindən bütün səy və yaradıcılıq 



fəaliyyətlərini  qəsbkar  faşist  Almaniyasına  qarşı  mübarizəyə,  azadlığın, 

humanizmin,  tərəqqinin,  sivil  cəmiyyətin  qorunmasına  yönəltdilər.  SSRİ  Elmlər 

Akademiyasının  Azərbaycan  filialı,  respublikanın  elmi-tədqiqat  müəssisələri, 

yaradıcı cəmiyyətlər, ali məktəblərin kafedraları öz işlərini müharibənin tələblərinə 

uyğun qurmağa başladılar. Kompleks elmi tədqiqatlar aparılması, istehsalatla canlı 

və  sıx  əlaqə  cəbhəyə,  hərbi  təsərrüfata  xidmət  edən  proseslərin 

təkmilləşdirilməsinə,  yerli  xammal  əsasında  müdafiə  əhəmiyyətli  strateji 

məhsullar,  yüksək  keyfiyyətli  yanacaq  növləri  yaradılmasını  sürətləndirməyə 

kömək  edən  yeni  elmi  istiqamətlərin,  mövzuların  işlənməsi  elmi  kollektivlərin 

fəaliyyətinin əsasını təşkil edirdi. 

Azərbaycan  alimləri  zirehli  texnikaya  qarşı  top  gülləsi,  özüidarəolunan 

bombalar,  tanka  qarşı  elektrik  minaları,  çoxpilləli  minalar,  silahı  və  hərbi  sursatı 

pas atmaqdan qoruyan vasitələr hazırlamış, əl bombaları səthinin sinkləndirilməsi 

və elektrik qalaylanması haqqında təkliflər irəli sürmüşdülər. Poladı, çuqunu duru 

yanacaqda  əritməyə  imkan  verən  texnologiya  hazırlanmış  və  bunun  nəticəsində 

kənardan əla növ daş kömür, koks və termoantrasit gətirməyə ehtiyac qalmamışdı. 

Azərbaycan alimlərinin qabaqcıl üsulları Zaqafqaziyanın poladəritmə zavodlarında 

da  tətbiq  edilirdi.  Respublikanın  kimyaçı  alimləri  Bakı  sulfat  turşusu  zavodunda 

yerli xammal və materiallardan akkumulyator turşusu, həmçinin xlorlu sulfat, azot 

turşusu almışdılar. Yerli material və xammaldan istifadə edərək hidrogen, perozin, 

reaktiv  toluol,  bərk  partlayıcı  material,  odadavamlı  rəng  və  qara  lak,  odsöndürən 

vasitə,  tüstü  briketi  və  başqa  məhsullar  istehsalı  texnologiyası  istehsalata  tətbiq 

olunmuşdu. 

1941-ci  ilin  yayında  Bakıda  ilk  hidrogen  birləşmələri  qrupu  hazırlandı. 

Y.H.Məmmədəliyevin  başçılığı  altında  bir  qrup  alim  28  gün  laboratoriyadan 

çıxmayaraq,  neft-kimya  elmində  böyük  hadisə  olan  yüksək  oktanlı  aviasiya 

yanacağı  əldə  etdi.  Akademik  Y.H.Məmmədəliyevin  sədrliyi  ilə  EA-nın 

Azərbaycan  filialında  görkəmli    Azərbaycan    alimləri    R.H.İsmayılov,  

H.X.Əfəndiyev,  Ə.M.Quliyev,  H.B.Şahtaxtinski,  V.S.Qutırya,  M.A.Dalin, 


24 

 

S.C.Mehdiyev,  Ş.A.Məmmədov,  V.F.Neqreyevdən  ibarət  SSRİ  Mərkəzi  Elmi-



Texniki  Şurasının  kimya  problemləri  üzrə  bölməsi  yaradıldı.

118


  Neft  emalı 

müəssisələrində  yeni  texnoloji  proseslər  hazırlayan  75  laboratoriya  fəaliyyət 

göstərirdi. Alimlərin və istehsalçıların birgə işi nəticəsində Bakıda yeni neft-kimya 

və  kimya  müəssisələri,  Y.H.Məmmədəliyevin  ideyası  əsasında  yüksək  oktanlı 

alkilbenzol və onun tərkib hissəsini istehsal edən yeni zavod fəaliyyətə başladı. 

Azərbaycan  alimləri  mühüm  hərbi  əhəmiyyəti  olan  xlorlu  metal,  azoktanlı 

benzindən  hərbi  əməliyyat  üçün  vacib  olan  toluol  almaq  texnologiyasını 

hazırladılar. 

Bakının  elmi  laboratoriyalarında  tank  əleyhinə  şüşələrə  doldurulmuş 

yandırıcı qarışıq və başqa partlayıcılar istehsal olunurdu. 

Akademik Ə.M.Quliyev kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən 

baş vermiş partlayış nəticəsində bir qolunu itirmişdi. 

Akademik İ.A.Orucovanın başçılığı altında Azərbaycan kimyaçıları təyyarə, 

tank  və  müxtəlif  hərbi  maşınlar  üçün  sürtkü  yağları  istehsalı  texnologiyasını 

hazırlayıb istehsalata tətbiq etmişdilər. 

Azərbaycan 

alim  və  mühəndisləri  yeni  metalkəsən  dəzgahlar 

hazırlamışdılar.  Neft  maşınqayırma  zavodunda  K.Əliverdizadə  soyuq  ştamplama 

üsulu  hazırlamış  və  onu  istehsalata  tətbiq  etmişdi.  Bu,  silah  istehsal  edən 

müəssisələrdə fəhlələrin əməyini yüngülləşdirmiş, əmək məhsuldarlığını artırmışdı. 

İ.Mehdiyevanın  hazırladığı  avtomat  qurğıı  silah  istehsalı  prosesini  xeyli 

sadələşdirmiş, məhsulun keyfiyyətini yaxşılaşdırmışdı. 

Azərbaycanın  geoloq  alimləri  Mirəli  Qaşqayın  və  Şamil  Əzizbəyovun 

rəhbərliyi  ilə  strateji  xammal  -  odadavamlı  gil,  fosforit  və  s.  yataqları  aşkar 

edilmişdi. "Azneft" geoloqları tərəfindən aparılmış kəşfiyyat işləri sayəsində daha 

850  yüksək  debitli  neft  mənbəyi  müəyyənləşdirilmiş,  6  neft  yatağı  -  "Qala",  

"Bulla-dəniz",  "Buzovna",  "Maştağa",  "Naftalan",  "Əmirxanlı"  neft  yataqları  kəşf 

olunmuş, onlardan dördünün işlənməsinə başlanmışdı. "Qobustan" neft rayonunda 

"Duvannı" qaz yatağı aşkar edilmişdi. Utalgi yatağında yeni neft və qaz ehtiyatları 

müəyyən  olunmuşdu.

119

  Stratiqrafik  yataqların  aşkar  olunması  Azərbaycan 



geologiya elminin böyük uğuru idi.

120  


Şərqi Abşeronda, Qala stansiyası sahəsində "Qala lay dəstəsi" adlanan yeni 

zəngin neft yatağı kəşf edilmişdi. "Suraxanı" və "Qaraçuxur" yataqlarında da belə 

laylar  aşkar  olunmuşdu.  Kürətrafı  ovalıqdakı  "Pirsaat",  "Xıdırlı",  "Bəndovan", 

"Babazənən", "Xıllı", "Neftçala" və digər strukturlarda neft yataqlarının yaranması 

üçün əlverişli olan dördqırışlı geoloji sistem kəşf edilmişdi.

121


 

Geoloqların  təklifi  ilə  sement,  həmçinin  xüsusi  istiburaxmayan  materiallar 

istehsalında  vulkan  külü  işlənilməyə  başlanmış,  kəşf  edilmiş  mineral 

rəngləyicilərdən hərbi və yerli sənayedə geniş istifadə olunmuşdu. 



25 

 

Respublikanın  fizika  alimləri  hərbi  təşkilatların  bir  sıra  vacib  sifarişlərini 



müvəffəqiyyətlə  yerinə  yetirmişdilər:  neft  koksundan  elektrik  avadanlığı  üçün 

material və fosforlu rənglər alınmış, neft, neft məhsulları üçün xüsusi analiz, neft 

kəşfiyyatında  termik  üsul  təklif  və  tətbiq  edilmişdi.  Fiziklərin  iştirakı  ilə 

respublikada  şüşə  izolyatorlar  təşkil  olunmuş,  fosforlu  rəngləri  gecə  iş  vaxtı  neft 

sənayesinə tətbiq etməyin texnologiyası hazırlanmışdı. 

Soyuducu  qurğularda  istifadə  edilən  ammiaklı  qaz  respublikada  istehsal 

olunan  propanla  əvəzlənmişdi.  Neft  quyularının  ikinci  istismarı  və  neft  hasilatını 

artırmaq,  təmizləyici  aparatları  hərəkətə  gətirən  və  borularda  sürtünməni  aşkar 

edən alətlərin tətbiq olunması sahəsində energetiklərin irəli sürdüyü təkliflər böyük 

hərbi və təsərrüfat əhəmiyyəti kəsb edirdi. Energetiklərin səmərələşdirici təklifləri 

duru yanacaq istehsalında itkini xeyli azaltmışdı. 

Bioloq  alimlər  Azərbaycan  ərazisində  bitən  dərman  bitkilərinin,  vitaminlə 

zəngin  təbii  çöl  meyvələrinin  aşkar  olunmasında  fəal  iştirak  edirdilər.  Onların 

köməyi  ilə  Göyçayın  yağ  zavodunda  ardıc  kolundan  efir  yağı  alınırdı.  Professor 

Mustafa Topçubaşov və onun tələbələri hərbi cərrahiyyədə yeni, səmərəli metodlar 

işləyib hazırlamış, minlərlə yaralı döyüşçünü həyata qaytarmışdılar. 

İctimai  və  humanitar  elmlər  sahəsində  çalışan  alimlər  xalqın  qəhrəmanlıq 

tarixindən,  döyüş  ənənələrindən  bəhs  edən  əsərlər  yaratdılar.  1943-cü  ildə 

H.Hüseynov  və  M.Dadaşzadənin  redaktəsi  ilə  "Azərbaycan  ədəbiyyatının  qısa 

tarixi" nəşr edildi. 

1945-ci  il  martın  23-də  SSRİ  Elmlər  Akademiyasının  Azərbaycan  filialı 

əsasında  Azərbaycan  SSR  Elmlər  Akademiyası  yaradıldı.  Onun  ilk  prezidenti 

akademik  M.Mirqasımov  oldu.  Respublikada  elmi-tədqiqat  işlərinin  mərkəzinə 

çevrilmiş  akademiyada  16  institut  və  bölmə,  Şərq  əlyazmaları  və  nadir  kitablar 

fondu fəaliyyətə başladı.

122


 

Müharibə  illərində  respublikanın  maarif,  mədəniyyət  və  tibb  işçiləri 

düşmənə  tezliklə  qələbə  çalmaq  naminə  cəbhədə  və  arxada  çoxsahəli  fəaliyyət 

göstərmişlər.  Müəllimlərin  əlli  faizi  orduya  səfərbər  olunmuşdu.  Məktəb 

binalarının  əksəriyyəti,  xüsusən  Bakıda,  hospitallara  və  müdafiə  müəssisələrinə 

verilmişdi. Məktəblər iki-üç növbəli iş rejiminə keçirilmişdi. 

Ali  məktəb  və  texnikum  tələbələrinin  yarıdan  çoxu  ordu  sıralarına 

çağırılmışdı.  İxtisaslı  kadrlar  qısaldılmış  proqramla  hazırlanmağa  başlanmış,  ali 

məktəblərdə  təhsil  müddəti  azaldılmışdı.  Ali  məktəb  tələbələrinin,  yuxarı  sinif 

şagirdlərinin  hərbi-fiziki  hazırlığı,  tələbələrin  kənd  təsərrüfatı  işlərində  iştirakı 

kütləvi xarakter almışdı. 

1941-ci ildə məktəbləri pedaqoji kadrlarla təmin etmək məqsədilə Qazaxda, 

Qubada,  Xankəndində,  Ağdamda  ikiillik  müəllimlər  institutları,  Cəlilabad  və 


26 

 

Laçında  pedaqoji  məktəblər  açılmışdı.  Ölkənin  işğal  edilmiş  rayonlarından 



Azərbaycana köçürülmüş müəllimlər pedaqoji işə cəlb olunurdular. 

Azərbaycanın  səhiyyə  orqanları  müharibənin  ilk  günlərindən  öz  işlərini 

hərbin  tələbləri  əsasında  qurmağa,  səfərbərlik  planı  üzrə  işləməyə  başladılar.  İlk 

növbədə  hospitallara,  onların  avadanlıqla  təmin  olunmasına,  evlərdə,  ictimai 

yerlərdə, dəmir  yol stansiyalarında, dəniz  vağzallarında  sanitar qaydalarına  riayət 

edilməsinə,  sanitar-buraxıcı  məntəqələrin  təşkilinə  xüsusi  diqqət  yetirildi. 

Hospitallar və hərbi hissələr üçün yeni tibb kadrları hazırlandı. 

Yazıçılar,  şairlər,  bəstəkarlar,  rəssamlar  öz  əsərləri  vasitəsilə  insanlarda 

vətənə məhəbbət, düşmənə nifrət hissi aşılayır, faşist işğalçıları üzərində qələbəyə 

inam yaradırdılar. 

Yazıçı  və  şairlər  -  Səməd  Vurğun,  Süleyman  Rüstəm,  Məmməd  Səid 

Ordubadi,  Rəsul  Rza,  Mirzə  İbrahimov,  Süleyman  Rəhimov,  Osman  Sarıvəlli, 

Məmməd Rahim, Zeynal Xəlil, Əhməd Cəmil, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, 

Cəfər  Xəndan,  Tələt  Əyyubov  və  başqaları  çağırış  məntəqələrində,  ordu 

hissələrində,  müəssisə  və  idarələrdə  insanları  vətənpərvərliyə,  qələbəyə  səsləyən 

müxtəlif tədbirlərdə, mərasimlərdə fəal iştirak edirdilər. 

Yazarların  vətənpərvərlik  mövzusunda  bədii  əsərlər  məcmuəsi  çap  olundu. 

S.Rəhimovun,  M.S.Ordubadinin,  M.Paşayevin,  H.Mehdinin,  Ə.Məmmədxanlının, 

Y.Şirvanın və b. bu mövzuda əsərlərindən ibarət "Döyüşkən qələm" toplusu tərtib 

edildi.  Yeniyetmələr  və  uşaqlar  üçün  "Vətən  mahnıları"  adı  altında  kitab  nəşr 

olundu. 

Yazıçılar,  şairlər,  tənqidçilər  və  ədəbiyyatşünaslar  "Faşizm  insan 

mədəniyyətini  məhv  edir"  (S.Vurğun),  "Faşist  qaniçənləri  məhv  ediləcəklər" 

(M.Arif),  "Faşizm  mədəniyyətin  düşmənidir"  (M.Hüseyn),  "Faşizmin  irq 

nəzəriyyəsi" (A.Ağayev), "Üçüncü imperiyanın sələfi", "Xaç  yürüşü baş tutmadı" 

(M.Cəfərov),  "Tarixin  dərsi",  "Faşizmə  ölüm"  (M.Rəfili),  "Azərbaycan  xalqının 

qəhrəmanlıq  dastanı"  (M.İbrahimov)  və  digər  mövzularda  məruzə  və  məqalələrlə 

çıxış etdilər. S.Vurğun, M.Arif, M.Hüseyn, M.İbrahimov, İ.Əfəndiyev, Ə.Ağayev 

və başqalarının məqalələri daxil edilmiş "Faşizm insan mədəniyyətini məhv edir" 

toplusu çapdan çıxdı. 

M.Hüseynin  "And",  S.Rüstəmin  "Partizanlar",  S.Rəhmanın  "Fitnə", 

Z.Xəlilin "Namus bayrağı" pyesləri - böyük tərbiyəvi əhəmiyyəti olan əsərləri işıq 

üzü gördü. Azərbaycan dramaturgiyası S.Vurğunun "Fərhad və Şirin", M.Hüseynin 

"Nizami" kimi əsərləri ilə zənginləşdi. 

Döyüşən  ordu  ilə  canlı  əlaqə,  cəbhəçilərlə  görüş  yazıçıları  və  şairləri 

vətənpərvərlik  ruhunda  yeni  əsərlər  yaratmağa  ilhamlandırırdı.  Krasnodara  və 

Novorossiyskə  getmiş  ilk  Azərbaycan  nümayəndəliyinin  tərkibində  respublika 


27 

 

neftçiləri və kənd təsərrüfatı əməkçiləri ilə yanaşı, S.Vurğun, R.Rza, Z.Xəlil, Mir 



Cəlal da var idi. 

1942-ci  ilin  iyununda  S.Vurğun,  O.Sarıvəlli,  M.Rahim,  R.Rza,  Ə.Vəliyev, 

Z.Xəlil və İ.Əfəndiyev 416-cı, 402-ci və 223-cü Azərbaycan diviziyaları ilə görüşə 

getmişdilər.  M.İbrahimov  və  M.C.Paşayev  1942-ci  ilin  sentyabrında  Uzaq 

Şərqdəki  qızıl  ordu  hissələrinə  yollanan  nümayəndəliyin  tərkibinə  daxil 

edilmişdilər.

123

 

1942-ci ilin payızında Qafqaz uğrunda gərgin döyüşlər getdiyi günlərdə də 



S.Vurğun,  S.Rüstəm,  M.Rahim,  R.Rza,  M.Hüseyn,  Z.Xəlil,  M.Əkbər, 

Ə.Məmmədxanlı  ön  cobhələrdə,  əsgərlərin  yanında  idilər.  M.Rahim,  S.Rüstəm, 

O.Sarıvəlli,  Z.Xəlil,  T.Əyyubov  və  başqaları  uzun  müddət  Sevastopol  və  Kerçdə 

cənub cəbhəsi döyüşçüləri arasında səngərlərdə olmuşdular. 

Yazıçı  və  şairlər  Azərbaycan  oğullarının  cəbhədəki  əsgəri  rəşadətini,  arxa 

cəbhə  qəhrəmanlarının  fədakar  əməyini  tərənnüm  edən  onlarla  əsər  yazmışdılar. 

Cəbhə üçün Azərbaycan yazıçılarının 12 külliyyatı, cəbhəçi şairlərin xüsusi şeirlər 

toplusu çap edilmişdi. Müharibənin ilk ilində ordu hissələrinə Azərbaycan dilində 

172  adda  247  min  nüsxə  kitabça,  106  adda  736  min  plakat,  66  adda  813  min 

vərəqə, 213 adda 11898 min şüar göndərilmişdi.

124

 

İncəsənət  xadimləri  müharibə  şəraitində  qələbə  naminə  önəmli  işlər 



görmüşlər.  Azərbaycan  bəstəkarları  müharibə  illərində  400  yeni  əsər-marş, 

simfoniya,  mahnı,  opera  və  s.  yaratmışlar.  Üzeyir  Hacıbəyovun  "Şəfqət  bacısı", 

"Qələbə  himni",  Səid  Rüstəmovun  "Cəbhəyə",  Süleyman  Ələsgərovun  "Gözlə 

məni"  mahnıları  dillər  əzbəri  olmuşdu.  Aşıq  M.Bayramovun  "Kamal  haqqında 

dastan"ında  azərbaycanlı  gəncin  faşistlərlə  döyüşdəki  qəhrəmanlığı  tərənnüm 

edilirdi. 1941-ci ildə Radio Komitəsi nəzdində Ü.Hacıbəyovun təşəbbüsü ilə Xalq 

çalğı  alətləri  ansamblı  təşkil  olundu.  Döyüşçülərə  xidmət  üçün  cəbhə  konsert 

briqadaları yaradılmışdı. 22 briqada döyüşən ordu hissələrində, 70 briqada sərhəd 

və  ehtiyat  hissələrində  çıxış  etmişdi.

125


  1941-ci  il  iyunun  23-dən  1943-cü  ilin 

əvvəllərinədək  incəsənət  işçiləri  hərbi  hissələrdə  19261  konsertlə  çıxış 

etmişdilər.

126


 Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk, Jeleznovodsk, Yessentuki 

hospitallarında  müalicə  olunan  yaralılara  xidmət  məqsədilə  Bakıdan  xüsusi 

briqadalar göndərilirdi. 

Xalq artisti Bülbül, bəstəkarlar C.Cahangirov, Səid Rüstəmov, Niyazi və b. 

ardıcıl  olaraq  cəbhəyə  gedirdilər.  Onlar  Belorus,  Bryansk  cəbhələrində  olmuş, 

Azərbaycan  diviziyalarının  döyüşçüləri  önündə  çıxışlar  etmişdilər.  Teatr  artistləri 

Kerçdə,  Voroşilovqradda,  Uzaq  Şərqdə  100-ə  qədər  konsert-tamaşa  təşkil 

etmişdilər. Müharibə illərində Azərbaycan artistləri hərbi hissələrdə 35 min konsert 

vermiş, Bakı teatrları və konsert təşkilatları təşviqat məntəqələrində, hospitallarda 

və kənd rayonlarında 15 min dəfədən artıq çıxış etmişdilər.

127

 


28 

 

İncəsənət  xadimlərinin  əsgər  və  zabitlər  qarşısında  çıxışları  döyüşçülərə 



yüksək mənəvi ruh verir, onlarda qələbəyə inamı möhkəmləndirirdi.

128


 

Azərbaycan kinematoqrafçıları hərbi xronika və vətənpərvərlik mövzusunda 

kinolentlər  yaradırdılar.  Bu  dövrdə  "Vətən  oğlu",  "Bəxtiyar",  "T-9  sualtı  qayığı" 

filmləri daha populyar idi. Cəbhəyə xidmət üçün 67 səyyar kino qurğusu, 42 kino 

dəzgahı göndərilmişdi. 

Azərbaycan  teatrlarında  S.Vurğunun  "Fərhad  və  Şirin",  M.Hüseynin 

"Nizami", M.İbrahimovun "Məhəbbət", Z.Xəlilin "İntiqam", R.Təhmasibin "Aslan 

yatağı", 

S.Axundovun 

"Çətin 


dərə", 

K.Simonovun 

"Rus 

adamları", 



A.Korneyçukun  "Cəbhə"  pyesləri,  gənc  bəstəkarlar  Q.Qarayev  və  C.Hacıyevin 

"Vətən" operası tamaşaya qoyulmuşdu. 

Təsviri  incəsənətin  rəngkarlıq,  heykəltəraşlıq,  plakat  və  qrafika  əsərləri 

xalqın vətənpərvərlik tərbiyəsində qüdrətli vasitə idi. Müharibənin ilk günlərindən 

rəssam  briqadaları  yaradılmışdı.  İ.Axundovun  rəhbərliyi  ilə  Q.Xalıqov, 

M.Nəcəfov,  S.Salamzadədən  ibarət  rəssam  briqadası  1941-ci  il  iyunun  25-dən 

iyulun  12-dək  13  siyasi  plakat  hazırlamışdı.  "Döyüşkən  karandaş"  məcmuəsi 

buraxılırdı.  Heykəltəraş  P.Sabsayın  başçılığı  altında  gənc  heykəltəraşlar 

F.Əbdürrəhmanov,  Z.Məmmədova  və  başqaları  geniş  ölçülü  plakatlar 

hazırlamışdılar.  "SİTA  pəncərəsi",  "Təşviqat  pəncərəsi"  kimi  kütləvi  nəşrlər 

fəaliyyətə başlamışdı. 

Ə.Əzimzadənin  və  İ.Axundovun  siyasi  mövzuda  çəkilmiş  karikaturaları 

xalq  arasında  çox  məşhur  idi.  Faşist  quldurlarını  tamamilə  darmadağın  etməyə 

çağırış  S.Salamzadə,  S.Şərifzadə,  M.Rəhmanzadə,  T.Babazadə,  M.Abdullayev, 

T.Tağıyev, B.Mirzəzadə, K.Kazımov və başqalarının əsərlərinin əsas mövzusu idi. 

Azərbaycan  fırça  və  tişə  ustalarının  əsərləri  onlarca  sərgidə,  habelə  1943-cü  ildə 

Moskvanın Tretyakov Qalereyasında nümayiş etdirilmişdi. 

Azərbaycan  ruhaniləri  də  xalqın  düşmənə  qarşı  mübarizəyə  səfərbər 

olunmasında  fəal  iştirak  edirdilər.  1944-cü  il  aprelin  14-də  SSRİ  Ali  Soveti 

Rəyasət  Heyətinin  qərarı  ilə  Zaqafqaziya  Müsəlmanlarının  Ruhani  İdarəsi  təşkil 

olundu. Zaqafqaziya müsəlmanlarının Birinci qurultayında Ruhani İdarəsinin sədri-

şeyxülislam,  sədr  müavini  -  müfti  və  idarə  üzvləri  seçildi.  İdarənin  ilk  sədri 

şeyxülislam  Ağa  Əlizadə  Təzəpir  məscidindəki  birinci  moizəsində  dindarları 

hökumətin qanunlarına itaət göstərməyə, bu yolla "dini hifz etməyə" çağırdı.

129

 

Müharibə xalqın bütün maddi və mənəvi qüvvələrini ciddi sınağa çəkmişdi. 



Əhalinin  böyük  əksəriyyəti  bütün  fəaliyyətini  cəbhənin  mənafeyinə,  düşmənin 

tezliklə darmadağın olunması vəzifəsinə tabe edərək, müharibənin ilk günlərindən 

yüksək vətəndaşlıq  mövqeyi  nümayiş etdirir, ümumxalq vətənpərvərlik təşəbbüsü 

göstərirdilər. 1941-ci ilin payızı və qışında bütün ölkədə sovet döyüşçüləri üçün isti 

paltar  toplamaq  hərəkatı  başlandı.  1941-ci  ilin  sentyabrında  partiyanın  "Əhali 


29 

 

arasında qızıl ordu üçün isti şeylər və paltar toplamaq barəsində" xüsusi qərarı ilə 



bu  hərəkat  daha  da  genişləndi.  Azərbaycan  hökuməti  isti  paltar  və  ərzaq 

bağlamalarının  toplanmasını  təşkil  etmək  üçün  1941-ci  ilin  oktyabrında  xüsusi 

respublika  komissiyası,  yerlərdə  isə  6  min  komissiya  yaratmışdı.  Uzaq  kəndlərdə 

xüsusi  məntəqələr  təşkil  edilmişdi.  Təkcə  1941-ci  ilin  sonunda,  yeni  il  bayramı 

ərəfəsində  Azərbaycan  əhalisi  cəbhəyə  63,7  min  bağlama  göndərmişdi. 

Komsomolçular  200  min  dəst  isti  paltar  toplayaraq  döyüşçülərə  yola  salmışdılar. 

İsti geyim toplamaqla yanaşı, onlara kollektiv və şəxsi sovqat göndərmək hərəkatı 

da  başlanmışdı.

130

  Lenin  rayonunun  neftçiləri  döyüşçülərə  1040,  Orconikidze 



rayonu  zəhmətkeşləri  1138, Dzerjinski  rayonunun  fəhlələri  və  evdar  qadınları  iki 

min  müxtəlif  bağlama  göndərmişdilər.  Kurortologiya  Elmi-Tədqiqat  İnstitutunun 

kollektivi  cəbhəyə,  yaralılara  ilk  tibbi  yardım  üçün  beş  mindən  çox  fərdi  tibb 

paketi yollamışdılar.

131

 

Respublikanın  zəhmətkeşləri  cəbhəyə  1942-ci  ilə  qədər  2000  bağlama  və 



146 vaqon ərzaq və s. məhsul göndərmişdilər.

132


 

Bayramlar  ərəfəsində  Vətən  müdafiəçilərinə  bağlamalar  hədiyyə  etmək 

ənənəyə  çevrilmişdi.

133


  1941-1943-cü  illərdə  ordu  döyüşçülərinə  1601  min  isti 

geyimsırıqlı, gödəkçə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s. göndərilmişdi. 

1941-42-ci  illərdə  ölkədə  vətəndaşların  şəxsi  qənaətləri  hesabına  tank 

dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət aldı. Azərbaycanda bir 

çox  alimlər,  ədəbiyyat  və  incəsənət  xadimləri,  təsərrüfat  rəhbərləri,  istehsalat 

qabaqcılları  tank  kolonnaları  və  hava  eskadronları  fonduna  şəxsi  qənaətləri 

hesabına  vəsait  verirdilər.  SSRİ  xalq  artisti  Üzeyir  Hacıbəyov  Dövlət  Müdafiə 

Komitəsinə  ünvanlanmış  məktubunda  yazırdı:  "Mən  Azərbaycan  incəsənəti"  tank 

kolonunun  yaranması  üçün  25  min  manat  verdim,  qoy  bizim  vəsaitimizlə 

yaradılmış  tank  kolonu  minlərlə  sovet  zirehli  maşını  ilə  birlikdə  düşmənin  bel 

sütununu sındırsın, ona ölümcül zərbə endirsin".

134


 "Azərbaycan kolxozçusu" tank 

kolonnasının  hazırlanması  üçün  kolxozçular  vəsait  yığımına  başlamış  və  öz 

qənaətlərindən  dövlət  bankına  81020  min  manat  keçirmişdilər.  Respublika 

kolxozçu kəndliləri "Azorbaycan kolxozçusu" təyyarələr eskadronu yaratmaq üçün 

əlavə 70784 min manat yığmışdılar. 

Kənd  əhalisi  şəxsi  təsərrüfatlarından  qızıl  ordu  fonduna  18  min  baş 

iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min pud digər kənd təsərrüfatı məhsulu 

vermişdilər.

135 

Ordunun  hərbi  texnika  ilə  təchizində  iştirak  etmək  təşəbbüsü  respublika 



əhalisinin  müxtəlif  təbəqələri  arasında  geniş  yayılmışdı.Bu  hərəkatın  iştirakçıları 

sırasında ağsaçlı qocalar da, komsomolçular da, pionerlər də var idi. 

Naxçıvan MSSR zəhmətkeşləri tank  kolonnası  və  hava eskadronu  fonduna 

8,1 milyon manat, DQMV zəhmətkeşləri 11,2 milyon manat, Abşeron əhalisi 10,1 



30 

 

milyon  manat,  Qaryagin  (Füzuli)  rayonu  əhalisi  4,7  milyon  manat  vermişdilər. 



1941-1943-cü 

illərdə  Azərbaycan  fəhlələri,  kəndliləri  və  ziyalılarının 

nümayəndələri bu fonda 230 milyon manatdan çox vəsait göndərmişdilər.

136


 

Müharibə  illərində  Azərbaycan  fəhlə  və  kəndliləri,  ziyalıları  müdafiə 

fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milyon manat pul, 

15 milyon  manatlıq qızıl istiqraz vermişdilər. Bundan əlavə, 1,5 milyon  manatlıq 

istiqrazlara yazılmış, pul-şey lotereyaları almışdılar.

137


 

1943-cü  ilin  yazında  respublika  zəhmətkeşlərinin  vəsaiti  hesabına 

yaradılmış  "Bakinski  raboçi"  hərbi  hava  bölməsi  təyyarələrinin  ilk  hissəsi  - 

Azərbaycan SSR ərazisində yenidən formalaşdırılan 833-cü hava alayının üzərində 

qırmızı  hərflərlə  "Bakinski  raboçi"  yazılmış  təyyarələri  verilmişdi.  Bu  alay 

Krasnodar,  Taman,  Sevastopol,  Xarkov,  Minsk,  Tilzit  rayonlarındakı  hava 

döyüşlərində iştirak etmişdi. 

Azərbaycan 

faşist  işğalçılarından  azad  edilmiş  rayonlarda  xalq 

təsərrüfatının  bərpasına  fəal  kömək  göstərmişdi.  1943-cü  ilin  payızında  bu 

məqsədlə  respublika  yardım  komitəsi  və  onun  rayon  komissiyaları  təşkil 

olunmuşdu. Şimali Qafqaz neftçilərinə, Leninqrad, Stalinqrad, Stavropol, Qaraçay, 

Ukrayna  təsərrüfatlarına  çoxlu  pul,  ərzaq,  tikinti  materialı,  mal-qara,  istehsal 

avadanlığı və s.  göndərilirdi.  Gəncə əhalisi Pyatiqorsk, Şəki əhalisi  Georgiyevsk, 

Qasım İsmayılov kolxozçuları Mozdok şəhərlərini himayəyə götürmüşdülər.

138


 

Azərbaycan  kolxozçuları  SSRİ-nin  azad  edilmiş  rayonlarına  kömək  olaraq 

1500 kotan, 200 ton sement, 25 min pud taxıl, 287 kq yağ və başqa kənd təsərrüfatı 

məmulatı  göndərmiş,  min  hektarla  sahədə  taxıl  əkmiş  və  xeyli  mal-qara 

bəsləmişdilər.

139


 

DMK-nın  22  sentyabr  və  ÜİK(b)P  MK-nın  8  oktyabr  1941-ci  il  tarixli 

qərarlarında  yaralı  döyüşçü  və  komandirlərə  tibbi  xidmətin  yaxşılaşdırılması  və 

köçürmənin  qaydaya  salınması  qarşıya  qoyuldu.  Cəbhəyə  ümumxalq  köməyinin 

tərkib  hissələrindən  biri  yaralılara  qayğı  olmuşdur.  Yaralı  əsgər  və  zabitlərin  tez 

sağalıb  döyüşən  ordu  sıralarına,  yaxud  əmək  cəbhəsinə  qayıtmasını  təmin  etmək 

üçün  onlara  yüksək  keyfiyyətli  tibbi  xidmətin  təşkilinin  böyük  hərbi  və  xalq 

təsərrüfatı əhəmiyyəti var idi. 

Böyük  Vətən  müharibəsinin  ilk  günlərindən  Azərbaycan  ərazisində  hərbi 

hospitalların  təşkilinə  başlanmışdı.  1941-ci  ildə  respublikada  76  hərbi  hospital 

yaradıldı.  Naxçıvan,  Şuşa,  Şəki,  Hacıkənd,  Mərdəkan  və  Buzovnada  yerləşən 

sanatoriyalar  və  istirahət  evləri  hərbi  hospitallara  çevrilmişdi.  Səhiyyə  işçilərinin 

ən qabaqcıl nümayəndələri - təcrübəli həkimlər hərbi hospitallarda çalışırdılar. 

1942-ci  ilin  yanvarında  tibb  elmləri  doktoru,  professor  Əziz  Əliyevin 

sədrliyi ilə Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi yaradıldı. 


31 

 

Azərbaycan  zəhmətkeşlərinin  yaralılara  qayğısı  həkimlərin  fədakar 



əməyində, qanvermə hərəkatında, fəhlələrin və kolxozçuların himayəçilik işlərində 

təzahür edirdi. Azərbaycan Xalq Tibb Komissarlığının Hərbi Hospitallar İdarəsinin 

baş cərrahı, tibb elmləri doktoru, professor M.A.Topçubaşovun xidmətləri xüsusilə 

qeyd  olunmalıdır.  O,  cərrahlığa  xeyli  yenilik  gətirdi,  ən  mürəkkəb  cərrahi 

əməliyyatları böyük ustalıqla həyata keçirərək, yüzlərlə döyüşçünün həyatını xilas 

etdi.  Həkimlər  M.Abbasov  və  S.Axundov  cəbhədə  gözlərini  itirmiş  200-dən  çox 

döyüşçüyə  yenidən  görmək  sevinci  bəxş  etdilər.  Professor  M.Mirqasımov, 

F.Əfəndiyev,  M.Məlikov,  Z.Məmmədov  və  b.  yaralı  döyüşçülərə  səmərəli 

xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görüldülər.

140


 

Yaralıların  müalicə  edilib  ordu  sıralarına  qayıtmasında  respublikamızda 

sayı  gündən-günə  artan  donorların  böyük  xidməti  olmuşdu.  Qafqaz  uğrunda 

döyüşlər  zamanı  instituta  çevrilmiş  respublika  Qanköçürmə  Stansiyasının 

kollektivi  yaralı  əsgər  və  zabitlərin  müalicəsində  böyük  rol  oynamış,  yaxşı  işinə 

görə dəfələrlə DMK-nın, Zaqafqaziya və Şimali Qafqaz cəbhələri komandanlığının 

təşəkkürünü almışdı. 

Böyük  Vətən  müharibəsində  cəbhəyə  və  ölkə  iqtisadiyyatına  xidmət  və 

qayğı göstərməklə  Azərbaycan xalqı, öncə onun ziyalıları sovet  ordusunun alman 

faşizmi üzərində qələbəsinə mühüm töhfə vermişlər. 

 

 


32 

 

 



II FƏSİL 

 

AZƏRBAYCAN DÖYÜġÇÜLƏRĠ MÜHARĠBƏ CƏBHƏLƏRĠNDƏ 

 


Yüklə 15,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin