MÖVZU: 2 Normal inkişafın əsas qanunauyğunluqları Plan Uşağın psixi inkişafının ilkin əsasları. İxtiyari psixi fəallıq, hərəki inkişaf qanunları, məkan, zaman anlayışları, ilkin effektiv redulyasiya.
Uşağın psixi inkişafına dair nəzəriyyələr.
Təlim və inkişaf arasında qarşılıqlı əlaqə. L.S.Vıqotskinin inkişafın yaxın zonası haqqında təlimi.
Normal uşaq inkişafının dövrlərə bölünməsi: çağalıq 2-4 ay, körpəlik – 1 yaş) erkən uşaq dövrü 1-3, məktəbəqədər dövr 3-6, kiçik məktəb dövrü 7-10, yeniyetmə dövrü 11-15, ilk gənclik dövrü 15-18.
Ədəbiyyat
S.Qasımov. Əqli və fiziki inkişafı ləngiyən uşaqların diaq-si və korr-sı. Bakı, 2004.
Plan 1. Psixi inkişafın baza əsasları uşaq doğulandan, bəzi tətqiqatçıların fikrincə isə uşaq ana bətnində olarkən formalaşır. Bu əsasların formalaşmasında bir çox amillərin təsiri vardır, ananın həm psixi, həm fiziki sağlamlığı, hamiləlik zamanı xəstəlik, stres, travma və s. keçirilməsi, yaşadığı psixoloji şərait və s. Uşağın psixi inkişafının baza əsasları sistemi 3 bir-biri ilə bağlı və tamamlanmayan elementdən asılıdır.
İxtiyarı psixi fəallıq
Əlbəttə bu bilüm şərtidir, lakin hər elementin inkişaf dərəcəsi bütün psixi inkişafdan və ya onun anomalıyasından xəbər verir.
1) İxtiyari – psixi fəallıq. Uşağın psixi inkişafının baza əsaslarından biridir. Q.Q.Kravtos (1994) yazır ki, psixika və davranışın şüurlu idarəetmə qabiliyyəti, yəni ixtiyariliyin əmələ gəlməsi, uşağın şəxsiyyət kimi formalaşmağa başlaması ilə bir vaxta təsadüf edir. Uşağın davranışı sərbəst, onun öz qaydaları əsasında qurulur, lakin ixtiyari psixi fəallığın ən vacib əlaməti dərketmədir.
İxtiyari – psixi fəallıq (N.J.Semaqo və M.M.Semaqo) üç səviyyədən ibarətdir.
I səviyyə - ixtiyari sensomotor fəallıq; bu səviyyə erkən yaşda (1- yaşadək) əmələ gəlir və sonra ixtiyari hərəkətə keçir.
2- ci səviyyə - ali psixi funksiyaların, yəni yaddaşın, diqqətin, təfəkkürün bəzi növlərinin inkişafı. Bu ixtiyarilik nitq inkişafının müəyyən mərhələsində əmələ gəlir. Məs: balaca uşaq isti ocağa (ütüyə) yaxınlaşanda öz-özünə deyir: “olmaz”.
3-cü səviyyə - ixtiyari emosional hərəkətlər (redulyasiya). Bu səviyyə daha gec əmələ gəlir və əvvəldən böyüklərin vasitəsi ilə, yəni onların uşağın davranış və hərəkətlərinə verdiyi qiymət ilə ifadə olunur.
Bütün bu səviyyələr ciddi ardıcıllıqla yox, qarşılıqlı inkişaf edirlər. Məs: uşağın inkişafı üçün ananin həm müsbət, həm də mənfi emosional qiymətləndirməsi çox vacibdir. Hərəkət inkişafı üçün bəzi ali psixi funksiyaların inkişafı lazımdır.
II Məkani, məkani – zamani anlayışlar: - formalaşması hərəkət fəallığı ilə sıx bağlıdır, eyni zamanda uşağın emosional həyatının əsasını təşkil edir. Məkani –zamani anlayışların kifayyət qədər formalaşmaması uşağın intelaktual inkişafına təsir edir ki, bu da öz növbəsində yazının, oxunun, hesabın, abstrakt məntiqi təfəkkürün pozulmasına gətirib çıxarır. Uşağın məkani – zamani anlayışları mənimsəməsində 4 səviyyə ayırd edilir (M.M.Semaqo və b).
I-ci səviyyə: öz bədən məkanını mənimsəməsi. Buraya daxili üzvlərdən gələn qeyri-şüuri, qeyri-ixtiyarı (aclığı, toxluq və s.) və taktil hissiyatlar daxildir.
2- səviyyə: bu ətrafdakı obyektlərin və bədənin qarşılıqlı əlaqəsinə - aid anlayışlardır.
Buraya -məkani anlayışlar – yəni bu və ya digər əşyanın harada olmasına,
- koordinat anlayışlar - yəni əşyanın aşağı – yuxarı, sağda və ya solda yerləşməsinə,
metrik anlayışlara - isə əşyaların nə qədər yaxın və ya uzaqda yerləşməsi aid edilir.
Bu səviyyədə uşaqda artıq formalaşmış dünyagörüşü əmələ gəlir.
3-cü səviyyə məkani anlayışların nitq vasitəsi ilə ifadə edilməsidir. Bu səviyyə nitq inkişafının müəyyən mərhələsində mümkündür.
4-cü səviyyə – linqvistik anlayışlar, yəni dil məkanı: anlayışdır.
- bu uşağın psixi və intellektual inkişafında ən gec əmələ gələn, amma dilin və təfəkkürün inkişafında əsas rol oynayan anlayışlardır.