movzu 2-3 normal ve anomal inkisafin esas qanuna uygunluqlari
MÖVZU: 3 ANOMAL İNKİŞAFIN ƏSAS QANUNAUYĞUNLUQLARI PLAN Anomal inkişaf haqqında.
Bioloji və sosioloji amillərin birliyi haqqında L.S.Vıqotskinin təlimi.
Ədəbiyyat:
Plan 1. Psixi və fiziki inkişafında qüsur olan uşaqlara anomal uşaqlar deyilir. Anomal inkişafın xüsusiyyətləri normal uşaqlarla müqayisədə aşkar olunur. Hər anomiyanın əsasında normal psixi inkişafın pozulması durur. Normal uşağın psixi inkişafının dövrlərini bilmək, inkişafdan qalmanın erkən aşkara çıxariılmasında mühüm əhəmiyyətə malikdir.
Normal və anomal uşaqların psixofoiziki inkişafının qanunları eynidir və buna əsaslanaraq, demək olar ki, hər pozulma inkişafın gedişini anomal edərək kökündən dəyişir. Bu dəyişiklər uşağın yaşından və psixi funksiyanın inkişaf etməsi səviyyəsindən asılı olaraq müxtəlif olur. Anomal inkişafın strukturuna həm də sosial amillər, yəni tərbiyə, təlim və korreksiya işi də təsir göstərir. (İ.P.Pavlovun «Heç bir şey hərəkətsiz qalmır, hər şey yaxşıya dəyişə bilər, təkcə lazımi şərtlər yaradılarsa », sözlərinə əsaslanaraq, belə nəticəyə gəlmək olar. Əgər müalicə, tərbiyə və korreksiya işi düzgün qurularsa, hər uşaqda anomiyanın azalması və stabilləşməsi üçün potensial imkanlar var.
Psixi inkişafın əsas və mühüm əlaməti psixi funksiyaların tək kəmiyyətcə yox, həm də keyfiyyətcə dəyişməsidir. Zəif inkişaf etmiş və ya tam inkişafdan qalmış funksiya o biri funksiyaların da geridə qalmasına səbəb olur. Məsələn: məlumdur ki, eşitmə sistemi pozulmuş uşaqın ünsiyyət imkanları məhdud olduğundan onda şifahi nitq pozulur. Nitq inkişafının pozulması uşağın psixikasının inkişafının gedişinə təsir edir. Təbii ki, belə uşaqların kütləvi məktəblərdə oxuması qeyri-mümkün olur.
Bidiyimiz kimi uşağın yaş məhələləri müxtəlif dövrlərə bölünür.
Hər bir yaş mərhələsi özünün əsas həyat şəraiti, fəaliyyət və tələbatları, psixikası, xüsusiyyətləri və s. ilə fərqlənir. Bir yaşa qədər olan uşaqda ömrünün 1-ci ayında görmə və eşitmə funksiyaları formalaşmağa başlayır. Canlanma kompleksi intensiv şəkildə inkişaf edir. Uşaq bədənini düz saxlayır. Ətrafdakıların dedikləri hecaları təkrar edir, ona qarşı yönələn nitqi başa düşür, yamsılama aktiv inkişaf edir və s.
Bütün bu deyilənlər əlbəttə bütün uşaqlarda ola bilməz. Normal inkişaf etmiş uşaq bu deyilənlərin ətrafında və buna yaxın olmalıdır. Əks təqdirdə məlum olmalıdır ki, uşağın psixi inkişafında anomallıq vardır. Məsələn: 1 yaşa qədər uşağın boynu düz durmursa və yaxud da boynunu saxlaya bilmirsə, deməli, uşağın inkişafında anomallıq vardır. Bu aınomallıq uşağın gələcək psixi inkişafına da ləngimə törədəcəkdir. Anomal uşaqların təlimində əmələ gələn çətinlikləri araşdırmaq üçün normal inkişafın qanunauyunluyqlarını bilmək lazımdır.
Uşaqlarda psixi inkişafın pozulmalarının səbəbi endogen və ekzogen xarakterli ola bilər. Lakin psixi inkişafın pozulmasının növləri dedikdə, psixi inkişafın pozulma dərəcəsi nəzərdə tutulur. Bu əlamət əsasən uşağın emosional iradi aləmində, idrak fəaliyyətində əqli cəhətdən geri qalmasıdır ki, bu da ağırlıq dərcəsinə görə bir-birindən fərqlənir.