Олигофренийанын тяснифаты


Plan: 3 .Təlim və inkişaf arasında qarşılıqlı əlaqə. L.S.Vıqotskinin «inkişafın yarım zonası» haqqında təlimi



Yüklə 140 Kb.
səhifə3/6
tarix16.04.2023
ölçüsü140 Kb.
#98813
1   2   3   4   5   6
movzu 2-3 normal ve anomal inkisafin esas qanuna uygunluqlari

Plan: 3 .Təlim və inkişaf arasında qarşılıqlı əlaqə. L.S.Vıqotskinin «inkişafın yarım zonası» haqqında təlimi
Təlim və psixi inkişafın qarşılışlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat aparan alimlər tərəfindən müxtəlif istiqamətdə şərh olunmuşdur.
Vaxtılə burjua psixoloqu V.Ştern belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın arxasınca gedir və ona uyğunlaşır. Bu fikrin əksinə olaraq görkəmli psixoloq L.S.Vıqotski təlim və tərbiyənin uşağın psixi inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə, təlim inkişafdan irəli gedir və onu öz arxasınca aparır.
Məşhur İsveçrə psixoloqu J.Piaje də bu məsələdə V.Şterinə uyğun mövqe tutmuşdur. O, belə hesab edir ki, uşağın psixi inkişafı özünün daxili qanunlarına malikdir və bir sıra özünəməxsus məhələlər keçir. Onun fikrincə təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz. Ona görə də təlim inkişafa uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülmülidir. Bununla da J.Piaje təlimin inkişafetdirici təsirini kölgədə buraxır.
Məşhur amerika psixoloqu C.Bruner isə bu məsələdə tamamilə başqa mövqe tutmuş, təlimin inkişafdakı rolunu həddindən artıq şişirtmişdir. Onun fikrincə, hər bir uşaq inkişafın istənilən məhələsində, əgər həmin yaş üçün optimal olan təlim metodları tapılıbsa, əgər o yaxşı təlim edilirsə, istənilən materialı məimsəyə bilər. Göründüyü kimi C.Bruner şagirdlərin əqli inkişafında təlim prosesinin həlledici rol oynadığını qəbul etsə də, uşağın yaş hüdudlarını silib atır.
Bütün bu fikirlər bir daha göstərir ki, təlim və psixi inkişafın qarşılıqlı əlaqəsinin düzgün müəyyənləşdirilməsi birinci növbədə təlimin struktur komponentlərinin dəqiq müəyyyənləşdirilməsindən asılıdır. Bu cəhəti nəzərə alaraq L.S Vıqotski təlimin struktru konsepsiyasını işləməyə xüsusi fikir vermiş və bu sahədə əsaslı işlər görmüşdür. Vıqotskininı həmin sahədəki ideyaları, gəldiyi nəticələr onun ardıcıllarının xüsusi təlim konsepsiyası yaratmalarına imkan vermişdir.
L.S.Vıqotskiyə görə təlim inkişafın əsas amilidir.
Təlim inkişafdan qabaqda getməsi və onu da öz arxasınca aparması fikrini əsas götürən L.S.Vıqotski və onun əməkdaşları təlimlə əlaqədər baş verən əqli inkişafın iki səviyyəsini və ya zonasını müəyyən etmişlər. Birinci səviyyəni inkişafın fəal, aktual zonası adlandırmışdır. Bu zonaya malik olan şagird gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə yetirir, özü başqasının köməyi olmadan dərsdə müvafiq misallardan istifadə edir. Müəllimin şərh etdiyi bəzi cəhətləri izah etməyə təşəbbüs göstərir və nəhayət onda əqli inkişaf elə bir səviyyəyə çata bilir ki, sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı olmadan həll edə bilir. Bütün bunların nəticəsində şagird bilikləri müstəqil mənimsəyir, elmlərin əsaslarına özü yiyələnməyi bacarır.
Əqli inkişafın ikinci səviyyəsində uşaq bir növ yaşlıların, müəlimin köməyilə daha yüksək nailiyyət əldə edə bilir. L.S.Vıqotski bu inkişaf səviyyəsini « inkişafın yaxın zonası » adlandırmışdır. L.S.Vıqotski bu münasibətlə yazır: « Uşaq nəyi ki, yaşlının köməyilə etmək iqtidarındadır, bu onun yaxın inkişaf zonasını göstərir».
Beləliklə, yaxın inkişaf zonası uşağın sabahkı gününü, onun inkişafının dinamik vəziyyətini müəyyənləşdirməkdə bizə kömək göstərir.

Yüklə 140 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin