Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı



Yüklə 30,07 Kb.
səhifə1/4
tarix14.05.2022
ölçüsü30,07 Kb.
#57974
  1   2   3   4

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti,



c.e.n. Eminov Fərhad Bayram oğlu

eminov-f @rambler.ru

Fənn: Ətraf mühitin iqtisadiyyatı (ƏMİ)

Mövzu 1. ƏMİ fənninin nəzəri əsasları, qanunauyğunluqları və prinsipləri.

Plan


1.ƏMİ fənninin nəzəri-metodoloji əsaslari

2.ƏMİ fənninin predmeti, metodlari, tədqiqat obyekti və elmlərarasi əlaqəsi

3.Fənnin məqsədi, vəzifələri və funksiyalari.

Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi yönümlü ixtisas verən Universitetlərdə və onların fakültələrində ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatının ayrı-ayrı aspektlərinin araşdırılmasının, onun qanunauyğunluqlarının, prinsiplərinin, amillərinin və üsullarının öyrənilməsi üçün məsləhət görülən tədris kursunun mahiyyətini təşkil edir. Buna müvafiq olaraq “Ətraf mühitin iqtisadiyyatı” kursuna dair mühazirələr oxunması və təcrübi dərslər keçilməsi, habelə tələbələrin müstəqil işi bu proqrama müvafiq olaraq keçirilir. Kursun tədrisində əsas məsələlər təbii ehtiyatların iqtisadi və ya qeyri-iqtisadi qiymətləndirilməsi, təbiətdən qeyri-səmərəli istifadə nəticəsində hər bir ölkə iqtisadiyyatına dəyən iqtisadi və qeyri-iqtisadi ziyanın təyin edilməsi, ətraf mühit və təbii ehtiyatlardan istifadənin ən səmərəli variantlarının seçilməsi və təbiəti mühafizə xərclərinin mütləq və nisbi səmərəliliyinin qiymətləndirilməsi, təbiəti mühafizə fəaliyyətinin və ətraf mühitin mühafizəsinin maddi stimullaşdırılmasının idarə edilməsinin iqtisadi üsullarının öyrənilməsidir. Bu kurs ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatına dair biliklərin tələbələrə ən yeni materiallar və faktlar əsasında öyrənilməsini aşılamaqda başlıca mənbədir. Tələbələrdə elmi işə həvəs aşılamaqlada bu kursun əhəmiyyəti böyükdür. Ona görə də, icmal mühazirələrdən sonra, onun öyrənilməsi baxılan məsələlərin məşğələlərdə müzakirə yolu ilə də ola bilər. Bu tədbirlər tələbələrdə müstəqil tədqiqat elementlərini aşılamaq üçün də faydalıdır. Xalq təsərrüfatı sahələrinə aid praktiki dərslər gələcək mütəxəssislərin təcrübi məlumatlarını artırır və əldə edilən bilikləri möhkəmlədir.

ƏM-dən istifadə dedikdə, təbiətlə cəmiyyət arasında münasibətlər, cəmiyyətin təbiətə təsirinin bütün formaları, onun qorunması tədbirləri ilə əlaqədar təşkilatların konkret fəaliyyəti, təbiətdən istifadə edən sahələrin, təbiətdən istifadəçilərin, təsərrüfat subyektlərinin fəaliyyəti nəzərdə tutulur. Tarixən ƏM-dən istifadənin inkişafı, 1-ci növbədə vacib təbii resursların istifadəsi və mühafizəsi, istehsalı, sonra yaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə aparılmışdır. Genİş mənada ƏM-dən istifadə dedikdə fəaliyyətin elə sahəsi nəzərdə tutulur ki, orada iqtisadiyyat ilə resurs təminatı, resurslara qənaət, insanlar üçün mühitin qorunması və təbiətin müxtəlifliyinin mühafizəsi öz əksini tapsın.


Yüklə 30,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin