Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı



Yüklə 30,07 Kb.
səhifə3/4
tarix14.05.2022
ölçüsü30,07 Kb.
#57974
1   2   3   4
Səmərəli istifadə təbii resurslardan elmi – əsasdırılmış kompleks şəkildə istifadəni nəzərdə tutur. Bu halda təbii-resurs potensualının maksimum saxlanılmasına səy göstərilir.

Y.Oduma (1975) görə təbiətdən istifadənin səmərəliliyi ikimənalı məqsəd daşıyır:

– ətraf mühitin elə vəziyyətini təmin etmək lazımdır ki, o maddi təminatla yanaşı estetik və istirahətə olan ehtiyacı da təmin edə bilsin;

– fasiləsiz olaraq faydalı bitkilər əldə etmək, heyvanların və başqa materialların istehsalını təmin etmək üçün tarazlaş­dırılmış dövrlərin yaranmasını təmin etmək lazımdır.

Sosial-iqtisadi inkişafda təbii faktorların rolunun artması və ƏM-dən istifadəyə kapital qoyuluşunun yüksəlməsi iqtisadi elmlər sistemində yeni bir istiqamətin --- ƏMİ-nin yaranmasina təkan verdi. Bu termin 1970-ci illərdən işlədilməyə başlamışdır.

ƏMİ-nin predmetini həmçinin insanlar ilə ətraf mühit arasındakı qarşılıqlı əlaqədə yaranan prosesler, təbiətin gücü və resurslardan istifadə, onlarin mühafizəsi, bərpası, yeni ekoloji-iqtisadi münasibətlər təşkil edir.

ƏMİ-nin məqsədi cəmiyyətin təbii resurslarla təminatının məqbulluğu, onlara geniş istifadə şəraitinin yaradıması, təbii mühitin məhsuldarlığının artırılması, bərpa olunmayan təbii ehtiyatların kompleks istifadəsi, itkinin qarşısının alınması, ətraf mühitə texnogen tullantıların atılmasının yeni texnologiyanın tədbiqi ilə azaldılması və əhali sağlamlığına təsirin minimuma endirilməsindən ibarətdir.

ƏMİ fənni müxtəlif miqyaslı və səviyyəli ekoloji-iqtisadi sistem əsasında fəaliyyət göstərir. Ekoloji-iqtisadi sistem dedikdə iqtisadiyyat ilə təbiətin inteqrasiyası, təbiətdə baş verən hadisələrlə ictimai istehsalın birgə fəaliyyəti və qarşılıqlı əlaqəsi başa düşülür. Ekoloji-iqtisadi sistemin mühüm gostəricisi-regionallıq və ayri-ayri ərazilərin inkişafidır.

ƏMİ fənni aşağıdakı metodlardan istifadə edir:

1.Dialektiv metod. Bu metod ekoloji və iqtisadi proseslerin tədqiqatını vahid müstəvidə öyrənməyi təklif edir. Metodun əsas xüsusiyyəti təcrübə ilə nəzəriyyənin vəhdətindən ibarətdir.

2.Tarixi metod. Bu münasibətlərin tarixinin öyrənilməsi ekoloji-iqtisadi sistemin həm müasir vəziyyətinin, həm də gələcək inkişafının elmi əsaslandırılmış proqnozunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.

3.Sistemli yanaşma. Bu ƏM öyrənilməsində sistemli yanaşma təbii resursların mənimsənilməsi və istehlakı, ətraf təbii mühitin mühafizəsi və ya bərpası istiqamətində mürəkkəb prosesləri tədqiq edir.

4.Normativ metod. Burada ekoloji normativlər: TİH, KBH və s. müəyyənləşdirilir.

5.İqtisadi-riyazi modelləşdirmə-i təbiət­dən istifadədə xərclərin sərfi­nin hesablanması, təbii resursla­rın iqtisadi qiymətləndirilməsi, təbii mühitin çirklənməsindən dəyən iqtisadi zərər və digər ekoloji-iqtisadi parametrlərin müəyyən edilməsində istifadə olunur.

6.Kartoqrafik metod. Bu metodla təbii resursların qiymətləndirilməsi, regionlarda təbii hadisələrin proqnozunun verilməsi, təhlükəli hadisələrin qarşısının alınması üçün təbiəti mühafizə tədbirləri və istehlakı qiymətləndirilir.

7.Kosmik tədqiqatlar metodu. . Yerin süni peykləri, kosmik stansiyalar və yerləşdirilmiş avadanlıqlar vasitəsilə apa­rıl­mış kosmik çəkilişlərdə yer haqqında daha geniş məlumatlar, qlobal təbii proseslərin izlənməsi həyata keçirilir.

ƏMİ fənni iqtisadi nəzəriyyə və digər iqtisad elmləri, təbiət elmlərindən coğrafiya, biologiya, geologiya, torpaqşünaslıq, meşəçilik, meteorologiya, hidrologiya, landşaftşünaslıq və s. elmlərlə qarşılıqlı əlaqalidir.

ƏMİ-nin funksiyaları aşağıdakılardır:

1.istiqamətləndirici- ekoloji məqsədin müəyyənləşdirilməsi və onun reallaşması yollarının seçilməsi

2.koordinasiyaedici- təbii resursla təlabatın balanslaşmış miqdarının təminatı, təbiətdən istifadəçilər və istehsal ilə cəmiyyətin ekoloji maraqların razılaşdırılması

3.stimullaşdırıcı- cəmiyyətin və təsərrüfat subyektlərinin fəaliyyətində təbiəti mühafizənin aktivləşdirilməsi

Bu funksiyaları yerinə yetirmək üçün ƏMİ aşağıdakı vəzifələri irəli sürür:

1.İqtisadiyyatın inkişafında resurs qoruyucu strateji istiqamətin işlənməsi və dövlətin ekoloji siyasəti

2.dövlət tənzimləmə, proqnozlaşdırma sisteminin formalaşması və təbiəti mühafizə tədbirlərinə nəzarət

3.bazar münasibətləri şəraitində ƏM-dən istifadənin təsərrüfat mexanizminin tədqiqi və elmi əsaslandırılması

4.təbiətdən istifadənin idarə edilməsinin təşkilatı məsələlərinin təkmilləşdirilməsi

5.ƏMM-nin iqtisadi mexanizminin işlənilməsi və effektli təbiətdən istifadədə bazar vasitələrinin tədbiqi

6.istehsal obyektlərində təbiəti mühafizə fəaliyyətinin iqtisadi gösəricilərində metodiki yanaşmanın və ətraf mühitə təsiri vəziyyətinin nəzəri əsaslandırılması

7.ətraf mühitə təsir edən zərərli təsirlərin azaldılması, təbii resurslardan istifadənin effektivliyinin yüksəldilməsi, məhsulun kompleks emalı, təkrar istehsalı və s. üçün metodların seçilməsi.

ƏMİ fənninin əsas vəzifəsi təbiətdən istifadənin səmərəliliyi üçün dayanıqlı ekoloji-iqtisadi inkişafın yollarını, təbiətdən istifadənin bazar iqtisadiyyatında təsir mexanizminin təkmilləşdirilməsi və fəaliyyətində biliklər sisteminin formalaşdırılmasıdır. ƏMİ vəzifələrində biri də ekoloji-iqtisadi problemlərin öyrənilməsi və onun həlli yolları daxildir.

ƏMİ vəzifələrinin tənzimlənmə mexanizminə aiddir:

1.ƏMİ-nin planlaşdırma və proqnozlaşdırma sistemi

2.Tİ-nin tənzimlənməsi və idarə olunması, təbii mühitin hüquqi müdafiəsi

3.ƏMM-də monotorinq, uçot və nəzarət sistemi

4.TM-ə tədbirlərinin maliyyələşmə və kreditləşməsi

5.TM tədbirlərinin və Tİ-nin səmərəli iqtisadi stimullaşdırılması.

Ekologiyanın prinsip və qanunauyğunluqları:


  • sosial-ekoloji tarazlıq qanunu (mühitə edilən həm tə­bii, həm də süni təzyiq ilə mühitin bərpası arasında taraz­lığın qorun­ması);

  • inkişafın mədəni idarə olunması prinsipi (ekoloji məh­du­diy­yət­­lər nəzərə alınmaqla, ekstensiv inkişafa məhdu­diyyət­lərinin qo­yul­ması);

  • sosial-iqtisadi əvəzləmənin qaydaları (cəmiyyətin tələ­ba­tının əvəz oluna bilən yollarının müəyyən edilməsinin vacibliyi);

  • sosial-ekoloji bərpa edilməzlik qanunu - (təkamil hə­rəkətinin geri dönməsinin mümkünsüzlüyü, mürəkkəbdən daha sadə formaya doğru hərəkət).

  • Vernadskinin noosfer qanunu (noosferdə - geo­sferdə insan şüuru və əməyinin təsiri ilə biosferin dəyişdiril­məsi qaçıl­maz­dır, burada «insan-təbiət» sisteminin inkişa­fında idrak həlledici rol oynayır.

Mövzuya dair suallar

1.Ətraf mühitin iqtisadiyyatı elminin mahiyyəti nədir və nə vaxt yaranmışdır?

2.Ətraf mühitin iqtisadiyyatı elminin predmeti, məqsəd və vəzifələri hansılardır?

3.Ətraf mühitin iqtisadiyyatı elmi hansı tədqiqat metodları ilə öyrənilir?

4. Ətraf mühitin iqtisadiyyatı elmi hansı elmlərlə qarşılıqlı əlaqəlidir?

5. ƏMİ-nin neçə funksiyası vardır.Onları göstərin?
Ədəbiyyat:


Yüklə 30,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin