Elektron kəhraba



Yüklə 171,71 Kb.
səhifə1/17
tarix02.01.2022
ölçüsü171,71 Kb.
#35271
  1   2   3   4   5   6   7   8   9   ...   17
M.7.8.


7.8. Elektrostatika


CİSiMLƏRİN ELEKTRİKLƏNMƏSİ. Qədimdən yuna və ya dəriyə sürtülmüş kəhrabanın xırda cisimləri özünə cəzb etmək qabiliyyətinin olması məlum idi. Hesab olunurdu ki, belə bir xüsusiyyət təkcə kəhrabaya xas olan xüsusiyyətdir. Sonralar sürtünmədən sonra xırda cisimləri özünə cəzb etmək qabiliyyətinin başqa cisimlərdə də müşahidə edilməsinin əsasında «cisimlər elektrikləniblər», yəni «kəhrabaya dönüblər» və ya «cisimlərə elektrik yükü verilmişdir» («elektrik» termini elektron – kəhraba sözündəndir) ifadələri işlədilməyə başlamışdır. Deməli, cisimlərin elektriklənməsi dedikdə - sürtünmədən sonra onlarda kiçik cisimləri özünə cəzb etmək qabiliyyətinin meydana çıxması başa düşülür. Sürtünmə nəticəsində toxunan cisimlərin hər ikisinin elektriklənməsi aşkar edilmişdir. Elektriklənmiş cisimlər üzərində aparılan təcrübələr göstərmişdir ki, elektriklənmiş iki eyni cisim bir - birini müəyyən məsafədən itələyirsə, elektriklənmiş iki müxtəlif cisim bir - birini müəyyən məsafədən cəzb edir. Bunun əsasında təbiətdə iki növ elektrik yükünün olması nəticəsinə gəlinib və bu yüklər şərti olaraq müsbət (şüşədə yaranan yük) və mənfi (kəhrabada yaranan yük) yüklər adlandırılıb. Deməli, eyni işarəli yüklər bir-birini itələyir, müxtəlif işarəli yüklər isə bir-birini cəzb edir.


Yüklə 171,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin