Elektron kəhraba



Yüklə 171,71 Kb.
səhifə2/17
tarix02.01.2022
ölçüsü171,71 Kb.
#35271
1   2   3   4   5   6   7   8   9   ...   17
M.7.8.

Elektrik sahəsi. Mexanikadan bizə cisimlər arasında kontakt olan halda onların bir-biri ilə qarşılıqlı təsirdə olması məlumdur. Göründüyü kimi, elektriklə yüklənmiş cisimlər arasında qarşılıqlı təsir, bundan fərqli olaraq, müəyyən məsafədən həyata keçir. Bu halda deyilir ki, elektrik yükünə malik cisimlər öz ətraflarında elektrik sahəsi adlanan sahə yaradır ki, həmin sahə də onlar arasında qarşılıqlı təsiri həyata keçirir. Başqa sözlə, cisimlərin özləri toxunmasalar da, onların yaratdığı sahələr cisimlərə toxunaraq, onlar arasında qarşılıqlı təsiri həyata keçirir .Elektrik sahəsi bizim istəyimizdən, bizim onun haqqında təsəvvürlərimizdən asılı olmayaraq, materiyanın sahə forması kimi real mövcuddur. Bu sahə yük tərəfindən yaradılır və sahədə yerləşmiş digər yükə təsir edə bilir (elektrik sahəsi sahədə yerləşmiş yüksüz cismə təsir edə bilmir). Elektrik sahəsi təkcə elektrik yükü tərəfindən yox, həm də dəyişən maqnit sahəsi tərəfindən yaradılır (bu barədə ətraflı məlumat «Elektromaqnit induksiyası hadisəsi» bölməsində veriləcək).

Cismlərin elektrik yükünə malik olub-olmadığını elektroskop adlanan cihazın köməyi ilə aşkar edirlər. Elektroskopların dəmir, mis, alüminium və s. çubuqlarla birləşdirilməsi zamanı isə yükün bir hissəsinin yüksüz elektroskopa verilməsinin şahidi olmuşlar. Bununla da aydın olmuşdur ki, elektrik yükünü keçirən və keçirməyən cisimlər olur. Elektrik yükünü keçirənlər naqillər, keçirməyənlər isə qeyri naqillər və ya dielektriklər adlanır.


Yüklə 171,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin