Elektrik sahəsinin intensivliyi. Bildiyimiz kimi, elektrik sahəsi dedikdə, elektrik yükü tərəfindən yaradılan və sahədə yerləşmiş digər elektrik yükünə təsir edə bilən sahə başa düşülür. Təsvir olunan şəkildə – sahəni yaradan, – isə sahədə yerləşmiş yükdür. Sahədə yerləşmiş yük həm də sınaq yükü adlanır.
Kulon qanunundan aydın olur ki, yükünün yaratdığı elektrik sahəsinin sahədə yerləşmiş yükünə göstərdiyi təsir qüvvəsi həm , həm də yükünün miqdarından asılı olmalıdır.
Belə çıxır ki, sahəni yaradan yükün miqdarı nə qədər çox olarsa, o, o qədər güclü sahə yaradar və nəticədə o, sahədə yerləşmiş yükə daha böyük qüvvə ilə təsir edər
Maraqlıdır ki, sahənin sahədə yerləşmiş yükə göstərdiyi təsir qüvvəsi həm də sınaq yükünün miqdarından asılıdır .
Bu o deməkdir ki, eyni bir elektrik sahəsi sahəyə gətirilmiş kiçik yükə kiçik qüvvə ilə, böyük yükə isə böyük qüvvə ilə təsir etməlidir.
Yada salaq ki, qravitasiya sahəsinin (Yerin cazibə qüvvəsinin) də belə bir xüsusiyyəti var idi, yəni Yer kiçik cismi kiçik, böyük cismi isə böyük qüvvə ilə cəzb edirdi. Başqa sözlə desək, cazibə qüvvəsi planetin kütləsindən başqa ,
həm də cəzb olunan cismin kütləsindən
asılı idi. O halda biz m - dən asılı olmayan
nisbətini planetin (Yerin) qravitasiya sahəsini xarakterizə edən parametr kimi qəbul edib, qravitasiya sahəsinin intensivliyi adlandırmışdıq və onu
kimi təyin etmişdik.
Yada salaq ki, qravitasiya sahəsinin sabiti olan bu parametr planetin kütləsindən, planetdən olan məsafədən asılı idi
və sahədə yerləşmiş cismin kütləsindən asılı deyildi.
Aydındır ki, bu halda da F - in q-dən düz mütənasib asılı olması ,
,
nisbətinin q - dən asılı olmaması deməkdir. Onda sahəyə gətirilmiş yükdən asılı olmayan bu nisbət, aydındır ki, sahəni yaradan yükün özünün miqdarından asılı olacaq. Ona görə də bu nisbəti - sahəni xarakterizə edən parametr kimi qəbul edirlər və elektrik sahəsinin intensivliyi adlandırırlar.
Elektrik sahəsinin intensivliyi «E » ilə işarə edilir və qeyd etdiyimiz kimi,
kimi təyin olunur.
Sahənin intensivliyi dedikdə, sahə tərəfindən sahədə yerləşmiş yükə təsir edən qüvvənin (Kulon qüvvəsinin) həmin yükün miqdarına nisbətinə bərabər olan kəmiyyət başa düşülür və ya sahənin intensivliyi - sahədə yerləşmiş vahid müsbət yükə təsir edən qüvvəyə bərabər kəmiyyətdir.
Sahənin intensivliyi vektorial kəmiyyətdir, çünki o, vektorun skalyara bölünməsindən alınır
Bu vektorun istiqaməti müsbət yük üçün yükdən çıxan, mənfi yük üçün isə yükə daxil olan istiqamətdə olur
İntensivliyin ifadəsindən
alınır.
Dostları ilə paylaş: |