Elektrik cərəyanının təsirləri. Elektrik cərəyanı bu gün məişətimizə, ümumiyyətlə əməli fəaliyyətimizin bütün sahələrinə elə nüfuz etmişdir ki, qısa bir müddət ərzində həyatımızı elektriksiz təsəvvür edə bilmərik. Elektrik cərəyanından bu gün geniş istifadə etməyimizin əsasında onun yaratdığı təsirlər dayanır. Belə ki, elektrik cərəyanı 3 müxtəlif təsirə malikdir.
1. İstilik təsiri.Bu təsirə əsasən elektrik cərəyanı keçən naqil qızır. Bu onunla izah olunur ki, cərəyan yaratmaqda iştirak edən elektronlar daim kristal qəfəsin ionları ilə toqquşaraq, öz enerjilərini onlara verir və nəticədə ionların daxili enerjisi artır. Bu isə bütövlükdə naqilin qızmasına gətirib çıxarır. Cərəyanın istilik təsirindən istilik və işıq almaq məqsədi ilə istifadə edirlər.